Bakı-Şollar
su kəmərinə rəhbərlik etmiş şəxs
Peşəkar mühəndis
Azərbaycanın ilk
yüksək təhsilli mühəndislərindən söz
düşəndə, şübhəsiz, Bakı-Şollar su
kəmərinin çəkilişinə rəhbərlik
etmiş Əbdülrəhman Adıgözəlovun adı
xüsusi xatırlanır. Onun bioqrafiyasındakı bir
çox əlamətdar məqamları sadalamadan belə,
paytaxt Bakı üçün mühüm önəm
daşıyan bir layihəyə rəhbərlik etməsi tarixdə
xatırlanmağa yetərli sayıla bilər. Görkəmli
mühəndis Ə.Adıgözəlov eyni zamanda bir sıra
mühüm vəzifələrdə, Sənaye-Tikinti Materialları
Nazirinin birinci müavini, Bakı Şüşə zavodu,
Şüşətara zavodu və Mərmər zavodunun
direktoru vəzifələrində çalışıb
O, ilk
neft buruq ustalarından biri, Neft Həmkarlar İttifaqının
yaradıcılarından olan Məmmədhəsən
Adıgözəlovun oğludur.
Əbdülrəhman
Məmmədhəsən oğlu Adıgözəlov 31 iyul
1911-ci ildə Bakının Xırdalan qəsəbəsində
anadan olub. O, ilk təhsilini həmin qəsəbənin məktəbində
alıb. Anası Xədicə xanım və atası Məmmədhəsən
bəy öz yeganə oğullarına mükəmməl tərbiyə
və təhsil verməyə çalışırdılar.
1924-cü ildə 13 yaşında ikən anasının qəfil
ölümündən sonra Əbdülrəhman və
bacısı Minaxanım atasının himayəsi altında
böyümüşlər. 1924-cü ildə gənc Əbdülrəhman
Binəqədi rayonu Volodarski adına Fabrik-Zavod peşə məktəbinə
daxil olur və 1928-ci ildə oranı uğurla bitirir. 1928-ci
ildən 1930-cu ilə kimi Binəqədidə 20-ci mədənin
çilingəri kimi çalışır. 1930-1932-ci illər arası Əbdülrəhman
Adıgözəlov Bakıda Lenin adına Texniki-Peşə Məktəbinin
fəhlə fakültəsinin tələbəsi olur.
1933-1938-ci illər arası Azərbaycan Sənaye İnstitutunun
(indiki Azərbaycan Dövlət Neft Akademiyası) mühəndislik
fakültəsində təhsil alır və həmin
fakültəni uğurla bitirərək birinci dərəcəli
fərqlənmə diplomu alır.
Əbdülrəhman
Adıgözəlov əmək fəaliyyətinə mühəndis
kimi başlamışdır. O, öz bioqrafiyasında
yazır: “İnstitutu
bitirdikdən sonra Budyonıy adına Maşınqayırma
zavoduna göndərildim, ilk əvvəl kompressorların
sınağı üzrə mühəndis, daha sonra Texniki Nəzarət
şöbəsinin müdir müavini, 9 aydan sonra isə
zavodun baş mühəndisi vəzifəsinə təyin
olunmuşdum. 1941-ci ilə qədər həmin zavodda müvəffəqiyyətlə
çalışmış, Vətən Müharibəsi ilə
əlaqədar olaraq 1941-ci ilin avqustunda Bakı-Şollar su kəmərinin
rəhbəri vəzifəsinə təyin olundum”.
Ə.
Adıgözəlov 1943-cü ilin sonunda “Azneftkombinat”da vəzifəyə
təyin olunmuş və maşınqayırma şöbəsində
çalışmışdır.
Sovet dövründə
Amerikanın “fəthi”
1943-1944-cü
illlərdə dövlət tapşırığı ilə
Əbdülrəhman Adıgözəlov ABŞ-da xüsusi
ezamiyyətdə olmuşdur. SSRİ-yə qayıtdıqdan
sonra neft sənayesinin Xalq komissarının əmri ilə 423
nömrəli zavodun baş konstruktoru vəzifəsinə təyin
olunmuşdur. “Bu ezamiyyət Ə.M.Adıgözəlovun
bioqraiyasında parlaq səhifələrindən biri
olmuşdur, ”Empire State Building"-in 101-ci mərtəbəsinin
baxış meydanında çəkilən şəkil,
çox güman ki, Ə.M. Adıgözəlovun İkinci
Dünya müharibəsi zamanı Sovet Hökumətinin
tapşırığını yerinə yetirərkən ən
yüksəyə qalxmış azərbaycanlılardan
olmasına sübutdur.
İş
otağı Nyu Yorkun 5-ci prospektində(5th Avenue) nüfuzlu
göydələnlərin birində olan Ə.M.Adigözəlovun
şəxsən imzaladığı müqavilələrin məbləği
bəzən 15 milyon ABŞ dollarına
çatırdı" (Vikipedia).
Əbdülrəhman
Adıgözəlov öz bioqrafiyasında bu barədə belə
yazır: “Bu zavodda, mən ”Clark" və “İngersoll
Rand” şirkətinin idxal olunmuş qaz-mühərrikli
kompressorlar üçün ehtiyat hissələri və
qovşaqların texniki spesifikasiyaları haqqında sənədlərin
yaradılmasında çalışmışam və
göstərilən ehtiyat hissələri və
qovşaqların istehsalının təşkilinə rəhbərlik
etmişəm. Bunun nəticəsində bizim 423 nömrəli
zavod neft sənayesini xarici firmalardan valyutaya alınan ehtiyat
hissələrdən azad etmişdir". Bütün bu
görülən işlərdən sonra 1948-ci ildə neft sənayesinin
işçiləri sırasından Əbdülrəhman
Adıgözəlov “Şərəf Nişanı” ordeni ilə
təltif edilmişdir.
Peşə
sahəsindəki qazandığı uğurlar onu bir çox
vəzifələrdə sınaqdan keçirmişdir. 50-ci
illərdə Azərbaycanda təbii divar materiallarının
istehsalı üçün güclü mexanikləşdirilmiş
dağ müəssisələrinin yaradılması zərurəti
meydana çıxdı. Bununla əlaqədar olaraq 1950-ci ildə
Ə.Adıgözəlov respublikanın Sənaye-Tikinti
materialları Nazirinin birinci müavini vəzifəsinə təyin
edildi. Görkəmli mütəxəssis 7 il həmin vəzifədə
çalışmışdır.
Yüksək vəzifə
kürsülərində
1957-ci
ilin iyununda Azərbaycan SSR Xalq Təsərrüfatı
Sovetinin yaradılması ilə əlaqədar olaraq Ə.Adıgözəlov Azərbaycan SSR Xalq Təsərrüfatı
Sovetində texniki istehsalat şöbəsinin müdir
müavini, 1958-ci ilin iyulunda Xalq Təsərrüfatı
Sovetinin baş mühəndisi, elə həmin ilin avqustunda isə
metallurgiya və dağ-mədən sənayesi idarəsinin
başçısı vəzifəsinə təyin
edilmişdir.
1959-cu
ilin oktyabrında Xalq Təsərrüfatı Sovetinin dağ-mədən
sənayesi şöbəsinin yaradılması ilə əlaqədar
olaraq Ə.Adıgözəlov həmin şöbənin
müdiri vəzifəsinə təyin edilmişdir. 1962-ci ildə
o, yenidən yaradılmış metallurgiya və dağ-mədən
sənayesi idarəsinin başçısı təyin
olunmuşdur.
Əbdülrəhman
Adıgözəlov öz bioqrafiyasında yazır:
“Metallurgiya və dağ-mədən sənayesi idarəsinə
rəhbərlik etdiyim müddətdə həmin sahənin
inkişafı iki dəfə artmışdır. Azərbaycanın
boru-prokat zavodunun, Sumqayıt alüminium zavodunun, Daşkəsən
dəmir filizi mədəninin genişlənməsində və
yenidən qurulmasında və həmçinin Kirovabad (Gəncə)
alüminium zavodunun, Daşkəsən alunit mədənin
tikilməsində qüvvəmi və biliyimi əsirgəməmişəm”.
Sonralar
Əbdülrəhman Adıgözəlov Xalq Təsərrüfatı
Sovetinin elektrotexnika və cihazqayırma şöbəsi
başçısının müavini, daha sonra isə sənaye-tikinti
materialları şöbəsi başçısının
müavini vəzifələrində
çalışmışdır. 1965-ci ilin avqustundan Bakı
Şüşə zavodu, Şüşətara zavodu və Mərmər
zavodunun direktoru vəzifələrində
çalışmışdır. O, ömrünün sonuna -
5 yanvar 1976-cı ilə qədər həmin vəzifələrdə
işləmişdir. Əbdülrəhman
Adıgözəlovun başçılığı və
birbaşa iştirakı ilə həmin müəssisədə
istehsalı dayandırmadan müəssisənin genişlənməsi
və yenidən qurulması həyata keçirilmişdir. SSRİ-da
ilk dəfə olaraq istiliyi udan şüşənin
istehsalı da bu müəssisədə həyata
keçirilmişdir. Bundan sonra SSRI
Dövlət Bankının vəsaiti hesabına həmin
müəssisədə 1970-ci ildə hər il 2 milyon stəkan
istehsalı gücü olan yeni sex də istifadəyə
verilmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 24 iyun.- S.14.