Poeziyamızda iz qoyan klassik
şairlərimiz
«Mən kimi yüz
min onun Aşiqi-biçarəsi
var...»
Keçən mövzulardan birində bəhs etdiyimiz kimi, XIX əsr zəngin və çoxəsrlik tarixi olan Azərbaycan
ədəbiyyatının böyük
nailiyyətlərlə zəngin
mərhələlərindən biridir. Bu əsrdə yaranan ədəbiyyat klassik irsin ənənələri
zəminində yaranıb
inkişaf etmiş, Azərbaycan poeziyasına bir çox görkəmli şəxsiyyətlər
bəxş etmişdir.
Belə şairlərdən biri də XIX əsr şairlərinin yaşca ən böyüyü olan Məhəmməd bəy Aşiqdir. Məhəmməd bəy Aşiq 1776-cı ildə Şuşa şəhərində
doğulmuşdur. Atası
Behbud bəy Qarabağda məşhur olan Sarıcalı-Cavanşir
tayfasındandır. Onun
Qarabağ xanlığının
ərazisində - Vərəndə
və Zəngəzur mahallarında çoxlu kəndləri və obaları vardı. Ömrünün sonlarında
Behbud bəy ixtiyarında olan torpaqları iki oğluna - Məhəmməd
bəyə və Böyük bəyə paylamışdı. Lakin Məhəmməd bəy atasının verdiyi torpaqları qardaşı
Böyük bəyə
bağışlayıb, özü
yenicə aldığı
Zəngilan kəndində
məskunlaşdı.
Zəngilanda həyatı çətinliklərlə
keçən Məhəmməd
bəyin qayınları ilə tez-tez torpaq çəkişmələri baş
vermiş və bu çəkişmələr
nəticəsində Rusiya
hökuməti Məhəmməd
bəyi Ordubada sürgün etmişdir. Məhəmməd bəy ömrünün sonuna qədər Ordubadda yaşamış,
1861-ci ildə orada dünyasını dəyişmişdir.
Məhəmməd bəy şeirlərinin bir qismini öz
adı, digər qismini “Aşiq” təxəllüsü
ilə yazmışdır.
Onun müxtəlif təzkirələrdə qalan
əsərlərini Ənvər
Çingizoğlu toplayaraq,
2000-ci ildə Bakıda
“Şuşa” nəşriyyatında
çap etdirmişdir.
Həmin kitabdan götürülmüş qəzəl:
Necə kim ol
sənəmin qəmzeyi-xunxarəsi
var,
Dili-zarımda mənim qanlı ciyərparəsi
var.
Dili-əşkimi mənim salma nəzərdən, ey göz,
Dut giranmayə onun səbəyi-səyyarəsi
var.
Yar xalına baxan gözdə qaradan qalmaz,
Demə aşiq ona kim, gözlərin
qarəsi var...
Bağlanmış silsileyi-kakilə könlüm möhkəm,
Mən kimi yüz
min onun Aşiqi-biçarəsi
var.
“Cəhan zülmət sarayın rövşən
etməzdi...”
Bu dövr Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndələrindən
biri də Abdul Canıoğludur. Abdul Canıoğlu
1780-ci ildə Şuşada
doğulmuşdur. Ticarət
və kimyagərliklə
məşğul olan Abdulla Camoğlu
dövrünün qabaqcıl
ziyalıları, şair
və musiqiçiləri
ilə yaxınlıq
və dostluq etmiş, həm klassik poeziya, həm də folklor üslubunda lirik və satirik
şeirlər yazmışdır,
xüsusilə həcvdə
çox məşhur
olmuşdur. Əsərlərinin
bir qismində “Qənbər” təxəllüsü
işlətmişdir.
A.Canıoğlıı
1838-ci ildə vəfat
etmişdir. Onun yaradıcılığından nümunələr Hüseyn
Əfəndi Qayıbovun
“Azərbaycanda məşhur
olan şüəranın
əşarına məcmuədir”
(I cild, 1986), Məhəmmədağa
Müctəhidzadənin “Riyazül-aşiqin”
(1995) və Mir Möhsün
Nəvvabın “Təzkireyi-Nəvvab”
(1998) kitablarından götürülmüşdür.
Müəttər qıldı eşq əhlin dəhanın nəfyü
isbatı,
Yəqin oldu mənə
kim, var-yoxdandır onun zatı.
Nə şirindir dəhanın söhbəti,
ləli-ləbin hərfi,
Ki, təlx olmuş ləbi-ləlindən
ayrımlar ovqatı.
Cəhan zülmət sarayın rövşən
etməzdi, əgər
yüz gəz,
Yüzündən kəsbi-ənvar etməsəydi şəms
miratı.
Dövrünün məşhur qələm sahiblərindən sayılan
Baba bəy Şakir təxminən 1780-ci ildə
Qarabağ mahalının
Mehriban kəndində
bəy ailəsində
anadan olmuşdur. O, Qasım bəy Zakirin qohumu və yaxın dostu olmuşdur. Baba bəy Şakir 1845-ci ildə vəfat etmişdir. Zakir Baba bəyin vəfatı münasibəti ilə məşhur “Maddeyi-tarixi-Baba bəy” şeirini yazmışdır.
Baba bəyin bədii irsindən çox az miqdarda
satirik və lirik əsərləri məlumdur. Onların bir qismi əruz,
digər qismi heca vəznindədir.
Şairin əsərlərindən örnəklər
onun “Seçilmiş əsərləri” (1985) kitabından
götürülmüş, mətnlər şeirlərin
əvvəlki nəşrləri
ilə tutuşdurulmuş,
tərtibçinin “müasirləşdirmələri”
aradan qaldırılmışdır.
Mürği-ruhum təndə durmaz, dövr edər,
Yenə canan düşdü
yada, ay mədəd!
Qərib ölkə, baş yastıqda, göz yolda,
Kimim var ki,
yetə dada, ay mədəd!
Diyari-qürbətdə mən bəxtiqarə,
Bir dərdə düşmüşəm, bulunmaz
çarə;
Bilsəm, badi-səba yetirər yarə,
Çəkərəm bir qəlbi
səda, ay mədəd!
Dövrünün tanınmış şairlərindən
olan Cəfərqulu xan Sarıcalı-Cavanşir
Nəva da tarixdə gözəl şeirləri ilə qalmışdır. Cəfərqulu
xan Nəva 1785-ci ildə Şuşa şəhərində anadan
olmuşdu. Saray təlim-tərbiyəsi almışdı.
Lələsi Səfərəli
bəy Əli bəy oğlu Kəbirli idi. Atası Məhəmmədhəsən
ağa Sarıcalı-Cavanşir
Qarabağ xanlığının
vəliəhdi olduğundan
babasından sonra hakimiyyətə keçəcəyini
güman edirdi. Əmisi Mehdiqulu xan Cavanşir taxta əyləşəndən
sonra ona qarşı mübarizəyə
başladı. Lakin uduzub Sibirə sürgün olundu. Sürgündən dönəndən
sonra artıq xanlıq yox idi. Qarabağ atlı alayının komandanı oldu. Cəfərqulu xan comərd, alicənab bir şəxsiyyət idi. Sözçüləri,
sənətçiləri özünə
dost tutardı. Süfrə
açanda ətrafına
alimlər, aydınlar
əyləşərdi.
Cəfərqulu xan 1867-ci ildə vəfat edib.
“Gəncəli müdrik” Mirzə Şəfi
XIX əsrin görkəmli şairlərindən
biri də xalq arasında “Gəncəli müdrik” kimi tanınan Mirzə Şəfi Vazehdir. İş burasındadır ki, Şəfi hələ mədrəsədə oxuyarkən
sufiliklə və Şərqin panteist fəlsəfi fikri ilə maraqlanırdı. Çünki bunlara bələd olmadan
Hafiz, Füzuli, Xəyyam, Sədi kimi şairləri dərk etmək mümkün deyildi.
Şairin yaradıcılığına dərindən
bələd olmuş ən yaxşı tədqiqatçılardan biri
Mikayıl Rəfili göstərir ki, Vazeh təxəllüsünü
qəbul etmiş Mirzə Şəfinin poetik istedadının çiçəklənməsi də məhz həmin dövrə düşür. O yazır:
“Həyatın sınaqları
və ruhanilərin təzyiqləri altında
tənha və kimsəsiz qalmış şair şərabın və məşuqənin gözəlliklərini tərənnüm
etməklə təsəlli
alırdı. Bu şeirlər
isə çox zaman Hafiz və Xəyyamdan, XVI əsrin böyük Azərbaycan şairi Füzulidən gələn uzun bir yolu davam
etdirir, mistik səciyyə daşıyırdı.”
Sufi ideyalarının ardıcıl təbliğatçısı
olan Hacı Abdullanın himayəsində
tərbiyə alan Mirzə Şəfi ondan çox təsirlənir. Müəlliminin
söhbətləri onun
ruhuna uyğun olduğundan gənc tələbəni maraqlandırmışdı.
Hacı Abdulla onu öz himayəsi altına alır və bəzi tədqiqatçıların göstərdiklərinə
görə, hətta oğulluğa götürür. Gəncə ruhaniləri ilə söhbətlərində
Şəfinin bidətçi
mülahizələri və
həmin kütləvi
mübahisələr zamanı
Hacı Abdullanın onu müdafiə etməsi diqqətdən yayınmır və gələcək şairi
mədrəsədən xaric
edirlər. Mirzə Şəfi yaradıcılığının
tədqiqatçıları qeyd edirlər ki, o, ömrünün sonuna qədər öz mürşidinə sadiq qalmış və sufizm mövqelərindən bircə
addım da geri çəkilməmişdi.
Aşağıdakı məşhur
şeri də buna sübutdur:
Mənim ustadım Hafizdir,
Məscidim isə meyxanədir.
Mən meyxanəyə gələndə,
Hər şey hərəkətə gəlir...
İlahi, özün kömək ol,
Bizə imkan ver
ki,
qəlbimizi eşqə,
Ayaqlarımızı meyxanəyə bağlayaq...
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.-
2013.- 25 iyun.- S.14.