Arazın susmayan səsi...
Şair
Baltaçı Araz
Cənubi
Azərbaycan ədəbiyyatında bir çox
tanınmış imzalar var ki, onların bəziləri
haqqında əvvəlki mövzularda bəhs etmişik.
Arazın o tayındakı soydaşlarımızın təmsil
etdikləri ədəbiyyatın inkişafı müəyyən
mərhələlərdən keçmişdir. Son yüz ildə
Cənubi Azərbaycanda 1905-1911-ci illərdə Məşrutə
ədəbiyyatı, 1917-1920-ci illərdə “Təcəddüd”
(yeniləşmə) ədəbiyyatı, 1945-1946-cı illəridə
demokratik ədəbiyyat meydana gəldi. 1978-1979-ci illər
inqilabı ilə burada yeni ab-hava yaranmağa başlasa da, o,
uzun çəkmədi.
Milli hökumət tərəfindən
1946-cı ildə təşkil edilmiş “Azərbaycan
Şairlər və Yazıçılar Cəmiyyəti”nin
bir sıra üzvləri sonralar həbs edildi, bir qismi xarici
ölkələrə mühacirət etdi, bir hissəsi isə
gizli iş şəraitində fəaliyyət göstərməyə
başladı. Bu durğunluq təqribən 1960-cı illərə
qədərÿsürdü. Məhəmmədhüseyn Şəhriyarın
1945-ci ildə çıxan “Heydərbabaya salam” poeması
bütün Yaxın və Orta Şərq mühitində
görkəmli bir ədəbi hadisə kimi
qarşılandı. Müasir fars şeirlərinin ustadı
sayılan M.Şəhriyar öz ədəbi istiqamətini dəyişərək
Azərbaycan türkcəsində yazdığı yeni
şeirləri ilə Azərbaycan ədəbiyyatında yeni ədəbi
məktəbin bünövrəsini qoydu.
Şah rejimi dövründə
farslaşdırma siyasətinə baxmayaraq, ana dilində ədəbiyyat
1950-1970-ci illərdə inkişafdan qalmamışdır. Bu
dövrdə ədəbiyyatda Səhənd, Əli Kərimi, Əli
Təbrizi, Həbib Sahir, Səbahi, Səməd Behrəngi,
Savalan, Sönməz, Coşqun, Yəhya Şeyda, Piruz Dilənçi
kimi imzalar meydana çıxmışdır.
Daha yeni dövrdə, 1978-1979-cu illər
İran islam inqilabından sonra keçən qısa müddət
ərzində Azərbaycan türkcəsində onlarla kitab nəşr
edilmişdir. Onların bir neçəsi təkrar işıq
üzü görmüşdür.
Almaniya
mühacirətində
1990-cı ildə ölüm təhlükəsi
altında öz vətənini tərk etmək məcburiyyətində
qalmış və Almaniyada özünə
sığınacaq tapmış cənublu şairlərimizdən
biri də Baltaçı Araz təxəllüsü
şair Məhəmməd Məhəmmədəli
oğludur. O, 2004-cü ildən etibarən “Azadtribun” və
“Solgunaz” internet səhifələrində məqalələr
və şeirləri, o cümlədən “Uyğarlaş”, “O
tay, bu tay vətəndir”, “Təbriz və
Qarabağımızı kim qurtaracaq?” və “Azərbaycan
hamileyi istiqlal əst” adlı kitabları yayımlanıb.
“Baltaçı Araz” ömrünün son dəqiqələrinə
kimi Güney Azərbaycanın azadlığı uğrunda
mübarizə aparıb, hətta Azərbaycana həsr etdiyi
növbəti şeirini yazarkən vəfat edib.
Baltaçı Araz kimi tanınan Məhəmməd
Məhəmmədəli oğlu 1953-cü il oktyabr
ayının 23-də Cənubi Azərbaycanın, Mərənd
bölgəsində yerləşən Yuxarı Dizə kəndində
anadan olub. 1953-cü ildə Güney Azərbaycanın Mərənd
şəhərində dünyaya gəlib. Orta təhsilini
doğma şəhərində başa vurduqdan sonra 1975-1979-cu
illərdə İstanbulun Mimar Sinan Universitetində
memarlıq fakültəsində ali təhsil alıb. 1979-cu
ildə ana yurduna döndükdən sonra solçu təşkilatın
üzvü kimi əvvəlcə şah rejiminə, sonralar isə
islam hakimiyyətinə qarşı mübarizə
apardığı illərdə eyni zamanda ədəbi
çalışmaları ilə də məşğul
olmuşdur. Həmin illərdə ilk şeirləri Tehranda
yayılan “Yoldaş” dərgisində işıq üzü
görmüşdür.
O, 1990-cı ildə ölüm təhlükəsi
qarşısında ana yurdu Mərəndi tərk etmək məcburiyyətində
qalmış, Almaniyaya sığınaraq siyasi fəaliyyətini
burada davam etdirmişdir.
Baltaçı Araz öz məqalə və
şeirlərində Pəhləvi rejimini, eyni zamanda İran
İslam Respublikasında fars şovinizminin hegemonluğu və
basqısı altında milli və dini zülmə məruz
qalmış Azərbaycanın və Azərbaycan türklərinin
problemlərini, onların haqlarını dilə gətirmişdir.
Şair yaradıcılığında
parçalanmış bir xalqın ana yurdundan
danışır. Güney ilə Quzey Azərbaycanın
bütövləşməsi haqqında düşüncəsini
ortaya qoyur.
Şair yazır:
O tay ilə
bu tay vahid bir candır,
Adı
odlar yurdu Azərbaycandır!
“Vikipedia”nın şair haqqında
yayımladığı bioqrafiyada onun
yaradıcılığına yer verilməsə də, həyatı
haqqında ümumi məlumat əks olunur. Şair “O tay, bu tay
Vətəndir” adlı əsərində Azərbaycanın
Güneyə və Quzeyə parçalanmasına ürək
ağrısı ilə ifadə edir, Azərbaycanın
bütövləşməsi ilə bağlı arzu və istəklərini
dilə gətirir. Baltaçı Araz bu əsərini
xalqımızın bütöv Azərbaycan arzusunu, istəyini
yansıdan və yurdsevər ürəklərdə
bütöv Azərbaycan bayrağını
dalğalandıran “Gülüstan” poemasının
yaradıcısı olan unudulmaz xalq şairimiz Bəxtiyar
Vahabzadəyə ithaf etmişdir.
“Yalnız
azad ana azad övlad yetişdirər...”
Cənublu şairin başqa bir əsəri
“Uyğarlaş” adlı kitabıdır. O bu əsərində
insanları uyqar, mədəni və çağdaş
olmağa, öz haqlarını tanıyıb qorumağa
çağırır. Şair Azərbaycan Türk
xalqını İslamın geriçilik ehkamlarına,
irqçi Firdovsisayağı baxışlara uymamağa səsləyir.
Baltaçı Araz bu əsərində eyni zamanda qadın
haqqında primitiv baxışları, Türk mədəniyyətinə
və ictimaiyyətinə aşılanmış
irticaçı və geridə qalmış düşüncəni
tənqid edir, çağdaş insan baxışlarını
ortaya qoyur. Onun fikrincə, qadın azadlığı hər
ölkədə onun mədəniyyəti və insan
haqlarını tanımaq ölçüsüdür.
Şair deyirdi ki, yalnız azad ana azad övlad yetişdirər,
insansevərliyi və azadlığı azad ana
övladının ruhuna aşılayar. Azad ruhlu insan kölə
olmaz, kölə etməz və hər zaman öz
haqqını arayıb alar.
Vətənpərvər qələm sahibi
ömrünün sonunadək Güney Azərbaycanın
azadlığı, həmçinin erməni daşnakları
tərəfindən işğal olunmuş Qarabağın
azadlığı uğrunda öz qələmi ilə
mübarizə aparmışdır. Bu məsələlər
haqqında hazırladığı “Təbriz ilə
Qarabağımızı kim qurtaracaq?” adlı kitabında o
taylı-bu taylı soydaşlarımızın ortaq dərdi -
işğalda olan torpaqlarımızı düşünmək
və birgə çıxış yolu ilə bağlı
düşüncə və fikirlərini yazmışdır.
Qürbət ölkədə vətən
həsrəti ilə çırpınan, bir an olsa da öz
milli kimlik mübarizəsini dayandırmayan şair
Baltaçı Araz ömrünün son dəqiqələrində
Azərbaycana həsr etdiyi növbəti şeirini yazarkən
2012-ci il iyunun 25-də qəflətən vəfat etmişdir.
O, 2012-ci il iyunun 28-də Almaniyanın Münster şəhərindəki
Lauheide məzarlığında torpağa
tapşırılıb.
Şair Elsevərin şairin xatirəsinə
həsr etdiyi belə bir şeiri var:
Dedin
Araz qan ağlar
Ürəkləri
də dağlar.
Araz demə
ayrılıq (istiqlal)
Araz demə
qəm, həsrət.
Araz
dolup qaniylə
Göz
yaşları axıb seliylə...
Burası
odlar yurdu
Burası
Bozqurdlar yurdu...
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 28 iyun.- S.14.