Musiqimizin parlaq adlarından biri - Məşədi Cəmil

 

Yoxsul əzablı uşaqlıq illəri

 

Azərbaycan musiqi mədəniyyəti tarixinin inkişafında müstəsna xidmətləri olan sənətkarlardan biri Məşədi Cəmil Əmirovdur. O, gözəl tarzən, müğənni, eyni zamanda istedadlı bəstəkar dirijor olmuşdur. Məşədi Cəmil Kərbəlayı Əmiraslan oğlu Əmirov 1875-ci ildə Şuşa şəhərində anadan olmuşdur. İlk təhsilini mədrəsədə almış Cəmilin uşaqlıq gənclik illəri maddi ehtiyac içərisində keçmişdir. On iki yaşında olarkən atası vaxtsız vəfat etdiyindən o, anası Məşədi Yaxşı ilə altı nəfərlik ailələrini dolandırmaq üçün təhsilini yarımçıq qoymuşdur.

 

Balaca Cəmil şəhərinTorpaq meydan”ında bişmiş noxud satmaqla ailəsinə kömək edirdi. Gecə-gündüz əlləşib çalışan Cəmil varlı ailələrdə nökərçilik, baqqal dükanlarında satıcılıq etməklə özündən kiçik olan altı qardaş bacısına himayədarlıq edir. Nəhayət, o, özünə daimi yeri tapır dərzilik peşəsinə yiyələnmək üçün şagirdliyə gedir. Cəmil daim özü-özünə zümzümə etməklə, müğənniləri daim dinləməklə ətrafındakılardan musiqiyə olan hədsiz məhəbbətini gizlədə bilmir.

Ağır ailə vəziyyəti Cəmili məktəbdən ayırsa da, qəlbində musiqiyə olan coşğun həvəsini söndürə bilməmişdi. Əksinə, onun musiqiyə meyli getdikcə daha aşkar hiss edilirdi. Cəmil məhəllə toylarında saatlarla çalıb-oxuyanları dinləyərdi. Onu, hər şeydən əvvəl, tar aləti maraqlandırırdı. O, toy olan salon eyvanlarda pəncərəyə, həyətdəki ağaclara dırmaşıb gözlərini tarçalanın barmaqlarına zilləyər, çalınan havalara, oxunan mahnılara diqqət yetirərdi.

Bu barədə Firudin ŞuşinskiAzərbaycan xalq musiqiçilərikitabında yazırdı: “Onun musiqiyə olan həvəsi haqqında Şuşada belə bir əhvalat söyləyirlər: ”Bir gün Cəmilgilin qonşuluğunda toy məclisi qurulur. Samovarlara qulluq etməyi Cəmilə həvalə edirlər. Cəmil çayniki dəmləmək üçün böyük bir samovarın altına qoyub lüləyini açır. Elə bu zaman xanəndə onun çox sevdiyi mahnılardan birini oxuyur. Cəmil mətbəxin qapısını açıb xanəndəni dinləyir. Sevdiyi mahnını dinləyə-dinləyə xəyala dalan Cəmil samovarı unudur. Mətbəxdən qalxıb qonşu otağı bürüyən buğ toydakı adamların diqqətini cəlb edir. Samovarların yanına gələnlər suyun çaynikdən daşıb yerə töküldüyünü, Cəmilin isə sakitcə dayanıb xəyala daldığını görürlər".

Cəmil dərzilik peşəsinə yiyələnir tezliklə özünün tikiş emalatxanasını açır. Lakin o, yenə musiqiyə olan həvəsindən ayrıla bilmir. Bir gün Cəmilə sifariş üçün müraciət edən tarzənə zəhmət haqqı əvəzinə ona tar çalmağı öyrətməyi xahiş edir. Tarzən razılaşır Cəmilə tar çalmağı öyrədir. Cəmil fitri istedada malik idi o, məşhur Nəvvaba müraciət edərək ondan muğamın sirlərini öyrənməyə başlayır. Artıq yetkin yaşlarında o, bir çox müğənnilərlə konsertlər verir, tarzən-müşayiətçi kimi musiqi aləmində tanınır.

 

Musiqi dünyasına uğurlu qapı...

 

Şuşada Qaragöz Zülfüqarı tarda müşayiət edən Cəmil Əmirov, nəhayət, dərzilik peşəsi ilə xudahafizləşərək Gəncəyə köçür burada məşhur Məşədi Məmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Bülbülü, Seyid Şuşinskini müşayiət etməklə məşhurlaşır. Bütün mahalda gözəl tarzən mahir bir müğənni kimi məşhur olan Cəmili hamı öz şənliklərində, məclislərində görmək istəyirdi. O zaman xalq arasında deyərdilər ki, Cəmili məclisə dəvət edən uduzmaz. Çünki Cəmil tar çalmaqla bərabər, həm oxuyurdu.

Məşədi Cəmil Gəncədə yaşadığı müddət ərzində tədricən qarmon, kamança, skripka pianoda çalmağı da öyrənmişdi. Onun yaradıcılıq planları geniş idi. Cəmil dərk edirdi ki, dövrünün qabaqcıl bir musiqiçisi olmaq üçün ona birinci növbədə musiqi təhsili not savadına yiyələnmək çox vacibdir. 1911-ci ildə o, musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. İki ilə yaxın İstanbulda yaşayır. Bu müddət ərzində orada musiqi təhsili alır, həm Avropa musiqisi ilə yaxından tanış olur.

Məşədi Cəmilin İstanbulda verdiyi konsertlər böyük rəğbətlə qarşılanır. Məşədi Cəmil buradakı konsertlərində klassik Azərbaycan muğam təsniflərini məlahətli səslə oxuyur, tarda isə solo çalırdı. Türklər tarı sinə üstə tutub çalmağı ilk dəfə Məşədi Cəmilin ifasında görmüşlər.

Məşədi Cəmil İstanbulun musiqi ictimaiyyəti qarşısında Qafqaz musiqisi haqqında dəfələrlə məruzə etmişdi. Cəmilin Azərbaycan musiqisi onun məşhur nümayəndələri haqqındakı çıxışı türk musiqişünaslarını heyran qoymuşdu. İstanbulun ən nüfuzlu jurnallarından biri olanŞəhbal" sənətkarın tarla birlikdə şəklini vermiş, haqqında böyük məqalə çap etmişdi. Məqalənin müəllifi Türkiyənin məşhur musiqişünası Rauf Yektabəy yazmışdı: “Qafqazın ən məşhur musiqi sənətkarlarından olan Cəmilbəy not öyrənmək Osmanlı musiqisini tədqiq etmək məqsədi ilə Gəncə şəhərindən bizə qonaq gəlmişdir. Biz onun vasitəsi ilə Qafqaz diyarının musiqisi haqqında olduqca qiymətli məlumatlar əldə etdik. Azərbaycan musiqisi tarixində ilk dəfə muğamları nota salanlardan biri məhz Məşədi Cəmil olmuşdur. O, hələ 1912-ci ildə İstanbulda yaşadığı vaxtHeyratı" muğamını nota salıbŞəhbaljurnalının səhifələrində çap etdirmişdi. Azərbaycan muğam mahnılarının Məşədi Cəmil tərəfindən nota köçürülməsini qiymətləndirən Rauf Yektabəy həmin məqaləsində deyir: “Bu sətirlərin müəllifi Cəmil bəy Əmirovun nota saldığıHeyratı" muğamınıŞəhbal”ın bu nömrəsində çap etdirmişdir. Biz Cəmil bəydən Qafqaz musiqisinin bir çox not yazılarını, həm bu musiqiyə aid bəzi stenoqrafik məlumatları almışıq. Cəmil bəy İstanbuldan vətəninə qayıdarkən Qafqazın ən gözəl şərqilərini nota salıb bizə göndərəcəyini vəd etmişdir. Biz bununla bizə yabançı olmayan Qafqaz şərqiləri ilə dinləyicilərimizi şad edəcəyimizə ümid edirik"(Firudin Şuşinski)...

 

Musiqi mədəniyyətimizdə unudulmaz imza

 

Məşədi Cəmil Türkiyədə təhsil aldığı müddətdə Şərqdə məşhur olan musiqi alətlərindən ud kanonda çalmağı da öyrənmişdi. O, Gəncəyə qayıdarkən hər iki aləti özü ilə gətirmişdi.

Zəngin sənət təcrübəsi ilə vətənə qayıdan istedadlı sənətkar 1913-cü ilin yayında şəhər musiqiçilərinin iştirakı ilə bir neçə Şərq konserti təşkil edir. Onun həmyerliləri qarşısında özünəməxsus incə bir məharətlə türk şərqiləri oxuması, ud kanonda bir neçə muğamı gözəl çalması dinləyiciləri valeh etmişdi.

Məşədi Cəmil teatr sənətimizin inkişafında da mühüm xidmətlər göstərmişdir. O, Şuşada Gəncədə olarkən Üzeyir Hacıbəyovun opera operettalarında Məcnun, Zeyd, Kərəm, Rza bəy başqa rolları müvəffəqiyyətlə oynamış, teatr orkestrlərinə dirijorluq etmişdir.

Məşədi Cəmil öz istedadının bəstəkarlıqda da sınaqdan keçirmiş 1915-ci ildəSeyfəl-Mülükoperasını yazmışdır.

Seyfəl-Mülükoperasının ilk rejissoru SSRİ xalq artisti Sidqi Ruhulla olmuş, Məşədi Cəmil özü isə operanın tamaşasında dirijorluq etmişdi.

Sənətkar Tiflisdə, İrəvanda qastrollarda olmuş, tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Məşədi Cəmil GəncədəMuğamat kursuaçmış buraya gənc istedadları dəvət edərək onların musiqi təhsili ilə məşğul olmuşdu. Onun çəkdiyi zəhmət hədər getmədi. Bir çox cavan musiqiçilər Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Əli Cavad oğlu, Əbdürrəhman Fərəcov Musa Şuşinski kimi xanəndələrin bir sənətkar kimi püxtələşməsində Məşədi Cəmilin rolu olmuşdur.

Onun böyük arzusu musiqi məktəbi açmaq idi o, 1923-cü ildə bu arzusunu reallaşdıra bilmişdi. Birinci il məktəbə 39 tələbə qəbul olunmuşdu. Son dərəcə gözəl təşkilatçılıq qabiliyyəti olan Məşədi Cəmil həmin məktəbin ilk direktoru (1923-1928) olmuşdur. Bundan əlavə o, məktəbdə tardan dərs demiş, həm xalq çalğı alətlərindən ibarət orkestrə rəhbərlik etmişdir. Sonralar bu məktəb böyüyərək 1928-29-cu tədris illərində musiqi texnikumuna çevrilmişdi. Bu məktəbi qurtaran bir sıra tələbələr sonralar Azərbaycanda musiqiçi kimi məşhur olmuşdular.

SənətkarınSeyfəl-Mülükoperasından çox sonralar yazdığıNamuslu qız” (1923) operettası da Gəncədə uğurla tamaşaya qoyulmuşdur.

Məşədi Cəmil Əmirov 1928-ci ildə Gəncə şəhərində vəfat etmişdir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 29 mart.- S.14.