Təqiblərlə uzun bir yol gələn yazıçı...

 

Məşhur Əlibəyovlar soyadının davamçısı...

 

Keçən əsrin ikinci yarısında Azərbaycan ədəbi mühitində məşhur olan yazıçılar sırasında Cəmil Əlibəyovun da adı var. Bu illərdə mühüm bir vəzifədə, Azərbaycan Respublikası Radio Televiziya Verilişləri Komitəsinin sədr müavini vəzifəsində çalışan yazıçının üzərində daha böyük bir məsuliyyət olmuşdur. 1970-ci ildə bu vəzifəyə təyin olunan Əlibəyov Azərbaycan radiosuna rəhbərlik etməyə başlamışdır.

 

Yazıçının gəlişi ilə radionun verilişlərində canlanma yaranmış, hazırlanan proqramlar xalqa, onun ənənəvi mənəvi dəyərlərinə, obrazlı dilinə daha da yaxınlaşmışdır. Belə proqramlardan biri olanBulaqverilişi otuz ildən artıqdır ki, efirdədir. Bu verilişə görə C.Əlibəyov Azərbaycan Jurnalistlər İttifaqınınQızıl qələmmükafatına layiq görülmüşdür.

1974-cü ildən etibarən isə on il ərzində ƏlibəyovAzərbaycanfilmkinostudiyasının direktoru işləmişdir. Bu müddətdə istehsal olunan filmlər say keyfiyyətcə yüksək qiymətləndirilmiş, ümumittifaq, beynəlxalq respublika mükafatlarına layiq görülmüşdür. “Dədə Qorqud”, “Babək”, “Dərviş Parisi partladır”, “Tütək səsi”, “İstintaq”, “Ad günü”, “Qayınana”, “Papaqfilmləri qızıl fonda daxil edilmişdir. C.Əlibəyov 1984-1988-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında baş redaktor direktor, 1988-1990-cı illərdəKommunist” (“Xalq qəzeti”) qəzetində baş redaktor işləmişdir. 1990-cı ildən sonra o, “Yazıçınəşriyyatında baş redaktor vəzifəsinə keçirilmiş, sonralarNovruz”, “Vahidqəzetlərində baş redaktor, “Elm həyatnəşriyyatında təsisçi-direktor vəzifəsində çalışmışdır.

Cəmil Ədil oğlu Əlibəyov 1927-ci il dekabrın 5-də Füzuli rayonunun Dədəli kəndində dünyaya gəlmişdir. Atası Ədil bəy üç yüz il əvvəl Dədəli oymağının başçısı Əli ağa Əlibəyov soyadının davamçısı olmuşdur. O, sovet hakimiyyətindən əvvəl ata-baba mülkünü idarə etmişdir. XX əsrin 20-ci illərinin axırlarında mülkədar-bəy silkinə məxsus olanlar sıxışdırılarkən İrana mühacirət etmiş, bir neçə il sonra orada həyatını dəyişmişdir.

Vikipedia”da yazıçı haqqında verilən bioqrafik məlumatda deyilir ki, C.Əlibəyovun atası mühacirətə gedəndən sonra bir müddət ailə anasının dayılarının himayəsində olmuşdur. Bir tərəfdən atasının sovet qurumunun sinfi düşməni, digər tərəfdən babasının ali ruhani silkinə məxsusluğu ilə əlaqədar maddi mənəvi sıxıntılara məruz qalmışdır. Əlibəyovlar təqib olunmuş, xüsusi nəzarətdə saxlanmışlar. C.Əlibəyov müsadirə edilmiş evlərində yerləşən məktəbdə təhsil almağa başlamışdır. Lakin mühacirətdə olan atasının İrandan göndərdiyi məktublar ona ünvanlandığından altı yaşında olan uşaq birinci sinifdən kənarlaşdırılmışdır. O, təhsilini bir müddət evdə dayılarından almış, sonradan doğma məktəbdə davam etdirmişdir.

 

Arzuolunmaz əks-təbliğatçıtələbə

 

Amma oxumaq istəyi onu rahat buraxmamış inadla öz yoluna davam etməyi qarşısına məqsəd qoymuşdur. 1944-cü ildə ümumi hazırlıq səviyyəsi nəzərə alınaraq, təhsilini ali məktəbdə davam etdirmək üçün ona arayış verilmişdir. Beləliklə, o, 1944-cü ildə bilik səviyyəsi ümumi qabiliyyəti sınaq söhbətində yoxlanılaraq Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində yeni açılmış şərqşünaslıq şöbəsinə (İran bölməsi) qəbul edilmişdir. Universitetdə beş il ərzində yüksək qiymətlərlə oxumuşdur. Fars, ərəb, ingilis dillərində xüsusi uğurları olsa da, Şərq tarixi ixtisasını seçmiş, tələbə elmi konfranslarında diqqəti çəkən referentlərlə çıxış etmiş, elmi tədqiqatları Moskva Ali Təhsil Nazirliyinin Respublika Nazirliyinin mükafatlarına layiq görülmüşdür.

Amma təqiblər onu yenə rahat buraxmamışdır. C.Əlibəyov son kursu bitirməkdə olarkən - dövlət imtahanı ərəfəsində universitetdən xaric edilmişdir. Buna səbəb o zaman bir neçə tələbənin dövlət əleyhinə fəaliyyət aparması ittihamı ilə günahlandırılması olmuşdur. Ancaq C.Əlibəyovun həmin qrupa aidiyyəti olmadığı müəyyənləşdirildikdən sonra əmri dəyişərək, onu tarix fakültəsinin birinci kursuna keçirmişlər.

C.Əlibəyov 1949-cu ildə yaradıcılıq sınaq qaydası iləAzərbaycan gəncləriqəzetinə işə götürülmüşdür. Yenə gözəgörünməz qüvvəonun izini tapır. Üç il sonra anonim məktub Moskva tərəfindən yoxlanılmış, o, ictimai keçmişiləkəliolduğuna görə işdən kənarlaşdırılmışdır. Stalinin ölümündən dərhal sonra onu əvvəlki işinə bərpa etmişlər. İyirmi il həmin qəzetdə ədəbi işçi, şöbə müdiri, məsul katib, son on iki ildə baş redaktor kimi fəaliyyət göstərmişdir. Azərbaycan komsomol Mərkəzi Komitəsi bürosunun üzvü, gənclərin Ümumittifaq Respublika təşkilatlarının ondan artıq qurultaylarına nümayəndə seçilmişdir. Çalışdığı qəzet gənclərin sosial həyatını gerçəkliyə işıqlandırdığına görə gənc nəslin etimadını, sevgisini qazanmışdır. Onun işlədiyi dövrdə qəzetin tirajı 20 mindən 450 minə yüksəlmişdir.

 

Tarixdə iz qoyan şəxslərdən biri

 

Ümumiyyətlə, C.Əlibəyov cəsarətli yenilikçi bir şəxs olaraq, hər zaman əsassız ittihamlara təqiblərə məruz qalıb. “...90-cı ilin noyabr ayındaAzadlıq" qəzetində rəsmi hökumət dolayısıyla C.ƏlibəyovKommunistqəzetində verilmişTopxana harayıyazısıyla Meydan hərəkatınıbaşqa səmtəyönəltməkdə ittiham olunmuşdu. Bu iddianın zərrəcə əsası olmadığını yüzdə-yüz bildiyim üçün irihəcmli təkzib məqaləsi yazdım rəhmətlik Nəcəf Nəcəfov redaktoru olduğu qəzetin səhifələrində ona səxavətlə yer ayırdı(Şakir Yaqubov)".

C.Əlibəyov bədii yaradıcılığaAzərbaycan gəncləri”ndə işləyərkən başlamışdır. Azərbaycan jurnalistlər, yazıçılar kinematoqrafçılar ittifaqlarının üzvüdür. SSRİ- yayılmışSınaq”, “Mənim analı dünyam”, “Həyatın özü”, “Dözümlü məhəbbətromanlarının, “Qayaların göz yaşıpovestinin müəllifidir. Bu əsərlər MoskvadaMolodaya qvardiyaSovetski pisatelnəşriyyatlarında rus dilinə çevrilərək nəşr edilmişdir. Azərbaycanda həmin romanlarla yanaşı, “Dünyanın o biri ucu”, “İlk məhəbbətromanları Özümü axtarıram”, “Analar..”, “Anam Arazım mənim digər povestləri çap olunmuşdur. C.Əlibəyov bir neçə pyesin, ssenarinin, publisist yazılar kitabının müəllifidir. OnunGülüstanda qətlpyesi Azərbaycan Milli Akademik Dram Teatrında tamaşaya qoyulmuşdur.

Yazıçı, ümumiyyətlə, 40-dan çox bədii əsərin müəllifidir. O, bir çox dünya ölkələrinə səyahət etmiş, ABŞ-dan, Türkiyədən, Rusiyadan (Sibirdən), Avstriyadan, İrandan b. ölkələrdən yazdığı səfər oçerkləri maraqla qarşılanmışdır. C.Əlibəyov yüksək hökumət mükafatlarına - orden, medal, fərmanlara layiq görülmüşdür.

Yazıçının övladları da yüksək təhsil görmüş həyatda öz layiqli yerlərini tapmışlar. Oğlu Elbəy Moskva Dövlət Universitetinin məzunu, tarix elmləri namizədidir. Hazırda Avropa Təhlükəsizlik Təşkilatında fəaliyyət göstərir. Qızı Nigar Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Tibb elmləri namizədidir, məzunu olduğu universitetin müəllimidir. Ceyhun isə Azərbaycan Mədəniyyət İncəsənət Universitetində rəssamlıq yaradıcılığı peşəsi üzrə ixtisaslaşmışdır.

Yazıçı hazırda əmək təqaüdçüsüdür.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 15 may.- S.14.