Milli Qvardiyanın ilk alay komandiri

 

Milli qəhrəman Əfqan Hüseynov

 

Qarabağ döyüşlərində qəhrəmanlıqla vuruşan və canını vətən torpaqları uğrunda tərəddüdsüz qurban verən vətən övladlarının adları tarixə silinməz izlərlə yazılacaq. Belə qəhrəmanlardan biri də Azərbaycanın ilk müstəqillik illərində Milli Qvardiyanın zabiti olmuş və torpaqlarımız uğrunda fədakarlıqla döyüşmüş şəhid Əfqan Hüseynovdur.

 

Əfqan 1992-ci ilin yanvarında yenicə yaranmış Milli Qvardiyanın sıralarına daxil olmuş və qvardiyanın ən layiqli zabitlərindən biri kimi fərqlənmişdir. Bir zabit kimi o bütün bilik-bacarıqlarını Milli Qvardiyanın formalaşmasına sərf etmişdir.

Əfqan Qaraxan oğlu Hüseynov 24 fevral 1963-cü ildə Bakı şəhərində fəhlə ailəsində anadan olmuşdur. Orta təhsilini doğma şəhərində alan Əfqan 1980-ci ildə C.Naxçıvanski adına hərbi təmayüllü orta internat məktəbindən məzun olmuşdur. O, Bakı Ümumqoşun Komandirləri Məktəbinə qəbul olmuş və tağım komandirinin müavini təyin edilmişdir. 1984-cü ildə bacarıqlı zabit kimi təyinatla Simferopol şəhərinə göndərilmiş, SSRİ Müdafiə Nazirinin əmrinə əsasən ona leytenant hərbi rütbəsi verilmişdir.

Ə.Hüseynov hərbçilik fəaliyyətini ən ağır müharibə meydanında davam etdirmişdir. Gənc hərbçi 11 oktyabr 1985-ci ildən 25 iyun 1987-ci ilə kimi Əfqanıstanda gedən döyüşlərdə fəal iştirak etmiş və ağır yaralanmışdır. Hərbçinin döyüş xidməti yüksək qiymətləndirilmiş, o, “Qırmızı ulduz” ordeni ilə təltif edilmişdir. 1986-cı ildə ona baş leytenant rütbəsi verilmişdir.

O, 1988-ci ildə C.Naxçıvanski adına Bakı hərbi təmayüllü məktəbə bölük komandiri təyin olunan Hüseynov növbəti kapitan hərbi rütbəsini almışdır. Ə.Hüseynov 1991-ci ildə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin döyüş hazırlığı üzrə baş zabiti vəzifəsinə təyin edilmişdir.

Ölkənin ağır günlərində Milli Qvardiyanın şəxsi heyəti erməni təcavüzkarlarına qarşı gedən döyüş əməliyyatlarında uğurla iştirak etmişdir. 1992-ci ilin iyun ayında Füzuli bölgəsində yaranan ağır vəziyyət zamanı Milli Qvardiyanın şəxsi heyəti xüsusi orada xüsusi fəallıq göstərmişdir. Çox çətin bir məqamda yaxşı planlaşdırılmayan hücum əməliyyatı nəticəsində ordunun bəzi hissələri döyüş mövqelərini tərk etmiş, əhali arasında qorxulu əhval-ruhiyyə yayılmışdır. Belə bir durumda Milli Qvardiyanın bacarıqlı zabitləri və şəxsi heyəti, o cümlədən Hüseynov döyüşə atılaraq erməni birləşmələrinə zərbə endirmiş, düşmənin hücumunun qarşısını almış və onu geri oturtmuşlar. Bu döyüşlərdən sonra kapitan Hüseynov Əfqan Qaraxan oğlu mayor hərbi rütbəsinə layiq görülmüşdür.

 

Ya qazi ol, ya şəhid...”

 

Bütün üstün xüsusiyyətlərinə görə Milli Qvardiyanın nəzdində yeni alay yaranması məsləhət görülən zaman da həmin alayın ilk komandiri vəzifəsinə Əfqanıstan müharibəsində böyük döyüş təcrübəsi keçmiş mayor Hüseynov Əfqanın namizədliyi irəli sürülmüşdür. Yeni təyin olunmuş təcrübəli komandir Milli Qvardiyanın rəhbərliyinin köməyi və özünün təşkilatçılıq bacarığı ilə alayın şəxsi heyətinin döyüş hazırlığını və təlimini qısa vaxt ərzində lazımı səviyyəyə çatdırmışdır.

Amma cəbhə bölgəsində vəziyyət acınacaqlı idi və hər gün ağır xəbərlər gəlirdi. Belə bir vaxtda Qubadlı, Laçın bölgələrində yaranmış acınacaqlı vəziyyətlə əlaqədar Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 26 oktyabr 1992-ci il tarixində alayın şəxsi heyəti, başda alay komandir mayor Hüseynov olmaqla həmin bölgəyə göndərilmişdir. Hüseynovun şəxsi iştirakı ilə alayın şəxsi heyəti bu bölgədə düşmənlə üz-üzə gəlmiş, onun hücumunun qarşısı alınmışdır. Oktyabr ayının 31-də isə alay əks hücuma keçərək düşmənin bir çox mövqelərini ələ keçirmiş, əsas qüvvəsini məhv edib, öz döyüş mövqelərini möhkəmləndirmişdir. Bu döyüşdə alay komandiri mayor Ə.Hüseynov xüsusi fədakarlıq göstərmişdir. Bacarıqlı igid komandir Milli Qvardiyanın adını yüksəyə qaldırmışdır. Amma bütün bu uğurlar həm də böyük bir itki bahasına başa gəlmişdir. 1 noyabr 1992-ci ildə alayın düşmən üzərinə yeni hücumu zamanı Əfqan başına dəyən düşmən gülləsindən şəhid olmuşdur. O, Bakı şəhərindəki Şəhidlər xiyabanında dəfn edilmişdir.

 

Tarixə qəhrəmanlıq örnəyi...

 

Növbəti dəfə kəşfiyyat qrupunu Bakıdan cəbhə bölgəsinə göndərdilər. Qubadlını keçdik, bizi Eldar Ağayev qarşılayıb, döyüş zonasına apardı. Qubadlıda məşhur olan Əliyarın səngərinə qədər gedib çıxdıq, kəşfiyyat apardıq. Kəşfiyyat qrupunda oğlumla bir yerdə idim, ümumilikdə 17 nəfər idik. Laçının Güləbird kəndində kəşfiyyat apardıq. Səhəri gün Eldar Ağayev 12 nəfərlik qrupla bir daha Güləbirddə Əlyarın səngərini yoxlamalı idi. Oğlum xahiş edibmiş ki, anamı bu dəfə aparmayın. Elə də Ə.Hüseynovun qəhrəmanlıq nümunəsi onun döyüş yoldaşlarına hər zaman örnək olmuş və onları döyüşdən-döyüşə aparmışdır. Qarabağ döyüşlərində oğlu və özü şəhid olmuş Nurcahan Hüseynovanın xatirələrində oxuyuruq: “Yanvarın 25-i günorta idi. Nurəddin Abdullayev bizi yığdı, dedi ki, Daşaltı kəndini azad etməyə gedirik. Əsgərlərin qarşısında dedi ki, Nurcahan, sənin haqqında geniş məlumatım var. Bu gün Daşaltıya gedirik, qismət Allahdan, alnımıza yazılan olacaq. O, Milli Qvardiyanın komandiri Əfqan Hüsenovla Əfqanıstanda çiyin yoldaşı olduqlarını söylədi. Əfqan Hüseynov oğlum Elxanın komandiri idi. Nurəddin Abdullayev dedi ki, səni Daşaltıya aparmaq istəmirəm, başından bir tük əksik olsa, mən nə edərəm?..oldu, komandir dağa çıxmağa mənə icazə vermədi. 12 nəfər çıxdı. Birdən atışma başladı. Komandir “irəli getmək olmaz!” desə də, özümü Həkəri çayına atdım, üzüb keçdim... Elxanın harada olduğunu soruşdum, demədilər. Axırda əsgərlərdən biri dedi ki, Elxanı vurublar, bax, üzərində oturmusan. PDM-in lükünə baxdım, oğlumun başı aşağı sallanmış vəziyyətdə idi. Beləcə, çox ağır vəziyyətdə Xınalıq kəndindəki hospitala gəlib çıxdıq. Meyitləri təhvil verib, adlarını yazdıranda dördüncünün mənim oğlum olduğunu söylədim... O vaxt, 16 oktyabr 1993-cü ildə 12 nəfərlik dəstədən oğlumla bərabər 4 nəfər şəhid oldu. Onlardan biri baş leytenant Elman idi. Tərlan adlı oğlan isə tapılmadı, bu günə qədər də xəbər yoxdur. Sağ qalan 7 nəfərin arasında isə yaralananlar vardı. Oğlumun üçünü verib, yenə cəbhəyə qayıtdım...".

1995-ci ildə Əfqan Hüseynova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Əfqan Hüseynovun adı əbədi olaraq Milli Qvardiyanın şəxsi heyətinin siyahısına salınmışdır. Milli qəhrəmanın bir qız övladı var.

C.Naxçıvanski adına Liseydə və Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiya Qərargahında büstləri qoyulmuşdur.

 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 11 may.- S.14.