Sözə və qələmə xəyanət etməyən yazıçı...

 

Ədəbi aləmə yol açan «Arabaçı»...

 

Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələri arasında yer alan birincilər sırasında xalq yazıçısı Sabir Əhmədlinin adı parlaq xətlə keçir. Sabir Məmməd oğlu Əhmədli 10 iyul 1930-cu ildə Cəbrayıl rayonunun Cəbrayıl kəndində dünyaya gəlib. 1946-cı ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1951-ci ildə universiteti bitirdikdən sonra Cəbrayıl rayonunda müəllim işləyib.

Ədəbi fəaliyyətə 1951-ci ildə “Pioner” jurnalında çap olunmuşPoçtalyon” hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. 1955-ci ildən Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul edilib.

Sabir Əhmədli “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) vəzifələrində çalışıb.

Əsərlərində yaşadığı xalqın taleyində baş verən bir çox acılı-şirinli hadisələrin bədii təsvirini verən Sabir Əhmədlinin yaradıcılığını xalq daim sevmiş, amma mürtəce fikirli şəxslər top-tüfənglə qarşılamışdır.

Onun qeyri-adi istedadı ilk bədii əsərlərindən diqqəti cəlb etmişdi. 1955-ci ildə “Uşaqgəncnəşr”in çap etdiyi “Gəncliyin səsi” adlı almanaxın nəsr bölməsində Sabir Əhmədlinin “Arabaçı” hekayəsi oxucuların və ədəbiyyatşünasların diqqətini daha çox cəlb etmişdi. Məhz “Arabaçı” hekayəsinə görə Sabir Əhmədli SSRİ Yazıçılar İttifaqına üzv qəbul olunmuşdu. Onun hekayələri mətbuatda, xüsusilə jurnalda tez-tez çap olunurdu. 1961-ci ildə onunBir payız axşamı” kitabı işıq üzü gördübu kitab böyük əks-səda doğurdu. Bu kitab tələbələrin, bütün ədəbiyyatsevərlərin sevimli kitabına çevrildi, əldən-ələ gəzdi.

1956-cı ildə “Ədəbiyyat qəzeti”nin nəsr şöbəsinin müdiri təyin edilən Sabir Əhmədli 1993-cü ilə qədər fasiləsiz olaraq burada çalışmışdır. 1989-cu ildə ildə “Azərnəşr”də yazıçının iki cildlik əsərləri çap edildibu əsərlər də oxucular tərəfindən böyük rəğbətlə qarşılandı.

Sabir Əhmədlinin bir-birinin ardınca çıxan “Araniki hissəli romanı, “Pillələr”, “Yamacda nişanə”, “Toğana”, “Mavi günbəz”, “Yasamal gölündə qayıqlar üzürdü”, “Yasaq edilmiş oyun, ”Gülmalı kişinin axırı" əsərləri bütün respublikada şöhrət qazandı.

Sabir Əhmədlinin əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib.

Doğma Qarabağ torpağına, Cəbrayıla qayıtmaq arzusu ürəyində qalaraq dünyasını dəyişən Sabir Əhmədli ölümündən bir müddət əvvəl televiziya müxbirinə 75 yaşdan sonrakı həyatının arzularını belə anlatmışdı: “Ürəyim düşmən tapdağında qalan Qarabağım, doğulduğum Cəbrayıl üçün nanə yarpağı kimi əsir, ən böyük arzum doğma torpaqlarımızın azad olması, Cəbrayılda ömrümün sonunacan yaşayıb, onun torpağına qarışmaqdır...”.

 

Yazıçının “Yazılmayan yazı”sı...

 

Xalq yazıçısı Sabir Əhmədlinin ədəbi taleyində yaşadıqları sağlığında çap olunmayan, vəsiyyətinə görə ölümündən sonra işıq üzü görən son “Yazılmayan yazı” kitabında əksini tapıb. Həmin kitabdan bir parça onun bütün yaşadıqlarına işıq salır:

..."Dünyanın arşını"ndan az sonra mən “Yamacda nişanə” povestini yazdım.

Bu povest ilk əsərdir ki, mən onu birbaşa makinada yazdım.

Ulduzjurnalında çap olundu. Daha sonraYaşıl teatr”, “Qanköçürmə stansiyasıyazıldı çap olundu. Doğrudur, Mərkəzi Komitənin qərarına düşəndən sonra mən beş il kitab buraxdıra bilmədim. Daha mənim hər bir yazımı dörd gözlə oxuyur, mikroskopla baxırdılar. Azərbaycanjurnalında, istərUlduz”da çap olunurdum. Jurnallarda çap olunmaq asandı, oradakılar tanışlar, yaxın, qəhmar insanlardı.

Amma kitab yox. Orada imansız, amansız, senzor, qisasçı məmur, vəzifəgüdənlər əyləşmişdilər. Mənim bircə əlyazısı gətirməyimi gözləyirdilər, düşsünlər üstünə.

Yaşıl teatrQanköçürmə stansiyasıjurnallarda çıxdıqdan sonra onları verdimAzərnəşr”ə. “Yaşıl teatrjurnalda da bir xeyli qalmışdı.

OndaAzərbaycandərgisinin baş redaktoru Cəlal Məmmədovdu.

Doroqoyayaması ilə bu kəs - qatı mürtəce kimi tanınırdı.

Qəribədir, bu adam roman barədə mənə elə məsləhətlər verdi, olduqca yetərli!

Romanı ilk dəfə oxuduqdan, cavabı yubatdıqdan sonra onunla görüşmüşdüm.

O mənə dedi: “Sən təsvir etdiyin adamların əməyini gətir əsərə. Onlardan ötrü bir tap”. Ağlabatan məsləhətdi. Romandakı həyətdə özümüz kirayədə qalmışdıq. “Lermontov” küçəsində qaldığımız evdi.

O evin bir yanıYaşıl teatr”, bir yanıDrujbarestoranı, Dağüstü park, bir yanı Bayılda zoopark, onun yaxınlığında Doğum evi məhkəmə idi. Mən bu yerləri qovuşdurmağa, yalnız hadisə ilə deyil, içəridən, mənaca, mahiyyətcə bağlamağa çalışmışdım.

Buradakı insanları yaxşı tanıyırdım. Baş redaktor doğru tutmuşdu. Bu adamlar əsərin ilk variantında işsiz, əməlsiz, avara idilər. Bəs mən onların əmək səhnəsini haradan, necə tapım gətirim? Birdən yadıma düşdü.

Biz oradan, Çəmbərəkənddən mənzil alıb Yasamala köçdükdən sonra təzə binada qonşu, beşinci mərtəbədə bir iri ailə yaşayırdı. Balkonlarımız açıq, bir-birinə bitişikdi. Divarın o üzü onlar, bu üzü bizdik. Səmimi, yaxşı insanlardı, birevli təki qonşulardı. Arvadın beş qızı vardı.

Evin ağsaqqalı kişi bizimlə yaxındı. Balkonda, yanaşı yaşamağımızla mehribanlaşmışdıq. Qonşular olduqca zəhmətkeş insanlardı. Qızlar anaları ilə birgə bütün günü eyvanda çalışırdılar. Gördükləri bu idi: onlarevə sexindən mal götürürdülər.

Bu olurdu xalça, örtük, şal. Gətirib evdə onun qalan işlərini görürdülər, saçaq bağlayırdılar, tirmə çəkirdilər. Şal, xalça-örtük, süfrə onların üstəlik əməyilə tamamlanır, bitirdi. Lapca yerinə düşürdü. Elə mən oradaYaşıl teatr”dakı Kainat xanımı bütünlüklə belə bir əməklə bağlaya bilərdim. Belə elədim. Qonşuların gördükləri sonra mənə gərək olacaqmış. Onlar toxumuş, hörmüş, mən öz eyvanımızda dayanıb, oturub onları izləmiş, öyrənmişdim.

Mənim əməkçi insana böyük rəğbətim var. İş görən, zəhmətə qatlaşan, istehsalla bağlı neftçiyə, əkinçiyə, taxılçıya, kimin əlləri cibində deyilsə, işləyirsə, belə insanlara böyük ehtiramım var.

Deyirlər, yer kürəsi iki öküzün buynuzunda qərar tutub. Yox, yer kürəsi əməkçi insanın əlləri üstədir.

Beləliklə, çoxusunun “KQB agentikimi tanıdığı Cəlal Məmmədovun tövsiyəsindən sonra romanı yenidən işlədim".

Görkəmli yazıçı 2009-cu il aprelin 17-də vəfat edib.

Yazıçı-publisist Aqil Abbas Sabir Əhmədlinin məzarı başında belə demişdi: “Sabir Əhmədliyə torpaq darlıq eləyər, o, 300 milyonluq bir xalqın ürəyinə həkk olunub, bu azdımı?!”. Yazıçının yaxın dostu, AMEA-nın müxbir üzvü Tofiq Hacıyevin kövrək ürəyi daha da kövrəlmişdi, böyük yazıçının, əziz dostun vəfatı onu da sarsıtmışdı: “Sabir əbədiyyətə adını çoxdan yazıb, ölümsüz əsərləriÖmürdən nişanə" kimi onun adını yaşadacaq, yatdığı torpağı da ziyarətgaha çevirəcək"...

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 28-29 may.- S.14.