Naxçıvanın su altında qalan abidələri...
«Araz» Arxeoloji-Etnoqrafik Ekspedisiyası
Hələ 60-cı illərdə Naxçıvan
ərazisində aparılan
arxeoloji tədqiqatların
mühüm bir hissəsini “Araz” Arxeoloji-Etnoqrafik Ekspedisiyası
aparmışdır. AMEA Tarix İnstitutunun təşkil etdiyi bu ekspedisiya Naxçıvan şəhəri
yaxınlığında, Araz
çayı üzərində
SES tikintisi zamanı su altında qalacaq arxeoloji abidələri tədqiq etmək məqsədilə
1968-ci ildə fəaliyyətə
başlamışdır.
Üç dəstədən
ibarət olan ekspedisiya hazırda su altında qalmış, böyük
tarixi əhəmiyyəti
olan Xarabaşəhər,
Astabad, Bulqan, Təzəkənd, Qaraçuq,
Qızılburun, Qaraxanbəyli,
Böyükdüz, Şahtaxtı
və digər abidələri tədqiq etmişdir.
Bu ekspedisiya zamanı
Azərbaycan mütəfəkkiri
Nəiminin vətəni olan Astabad şəhərində, habelə,
XIX əsrin əvvəllərində
Qacarlar sülaləsindən
olan Azərbaycan hakimi Abbas Mirzənin
tikdirdiyi Abbasabad qalasında, Ölənşəhr
və Muncuqtəpə
yaşayış yerlərində
qazıntılar aparılmışdır.
Məşhur Astabad şəhər
qalıqlarında aparılmış
arxeoloji tədqiqatlar nəticəsində şəhərin
tarixinə dair bir sıra məsələlər
aydınlaşdırılmış və onun yaşayış
məskənləri, istehsal
mərkəzi aşkara
çıxarılmışdır.
Bundan
başqa, Xaraba şəhərin Naxçıvan
şəhərindən səkkiz
km cənubda yerləşən
Qaraçuq kəndi yaxınlığındakı qalıqlarında
aparılan tədqiqatlar
nəticəsində yaşayış
evləri, son orta əsrlərin (XIV-XVII əsrlər)
təsərrüfat həyatı
və mədəniyyətinə
aid zəngin faktlar aşkar edilmişdir. Buradan dəmirçixana, 20 kvadratmetrlik
emalatxana, istehsalı başa çatdırılmamış
kərənti, oraq, balta, dəhrə və digər əmək alətlərinin
hissələri tapılmışdır.
Ekspedisiya
II Kültəpə yaşayış
yerində də tədqiqat işləri aparmış, e.ə. II-I
minilliyin əvvəllərinə
aid mədəni təbəqələrdən
qala divarının bünövrəsi, tikinti
qalıqları, sadə
və boyalı keramika, daş və sümük alətlər aşkar olunmuşdur.
Naxçıvan
şəhərindən 12 km cənub-şərqdə, Araz
çayının sahilində
yerləşən orta
əsr şəhəri
olan Astabad məşhur Azərbaycan filosof və şairi Fəzlullah Astabadi Nəiminin doğulduğu və yaşadığı şəhərdir.
Qədim şəhərin
xarabalığı indiki
Təzəkəndin yaxınlığındadır.
Astabad şəhərinin
adına XIV əsrdən başlayaraq mənbələr və rəsmi sənədlərdə
təsadüf edilməkdədir.
XVIII-XIX əsrlərdə isə
şəhərin adı
tədricən unudulmuş,
bəzən isə yaxınlığındakı monastırın
adı ilə Qızılvəng
adlandırılmışdır.
Burada aparılan tədqiqatlar zamanı
1895-ci ildə Astabadda
gildən yüksək
hazırlanmış kişi heykəlləri
tapılmışdır. 1926-cı
ilə qədim qəbiristanlıqdakı arxeoloji
qazıntılar zamanı
Tunc dövrünə
aid nəfis boyalı qablar, silahlar və üzərində insan təsviri olan daş aşkar
olunmuşdur.
Hürufiliyin əsas mərkəzlərindən
biri Astabad
Tarixi
mənbələr göstərir
ki, orta əsrlərdə Astabad hürufiliyin əsas mərkəzlərindən biri
olmuşdur. Tədqiqatçılar həmin hərəkatın
banisi və rəhbəri Fəzlullah Nəimi Astabadinin (1339-1394)
də bu şəhərdə doğulduğunu
və yaşadığını
qeyd edirlər. Nəimi doğma şəhərinin
şərəfinə “Astabadi”
təxəllüsünü götürmüşdür.
Bu qədim şəhər
feodal ara
müharibələri nəticəsində
dağıdılmış və tərk edilmişdir. 1967-1971-ci illərdə Araz su qovşağının
tikintisi zamanı bu dəyərli tarixi abidə su altında qalmışdır. Şəhərdə epizodik şəkildə tədqiqatlar aparılmış,
ciddi elmi axtarış və qazıntılara cəlb edilməmişdir.
Astabad
nekropolu Astabad şəhəri yaxınlığında
orta əsrlərə
(XII-XVIII əsrlərə) aid qəbiristanlıqdır. Nekropolda müsəlman adəti üzrə dəfn edilmiş skeletlər aşkar olunmuşdur.
Bəzi qəbirlərin üzərində
sənduqə və daş qoç tipli abidələr olmuşdur. Bu qəbir daşlarının
əksərinin üzərindəÿərəb
qrafikası ilə kitabələr saxlanmışdır.
Nekropolda
kəşfiyyat xaraketrli
tədqiqat aparılmışdır. 1967-1971-ci illərdə Araz su qovşağının
tikintisi zamanı Astabad nekropolu da su altında
qalmışdır.
Qeyd
etdiyimiz kimi, Araz su qovşağının
altında qalan abidlər siyahısında
Böyük düz və ya Köhnə
Böyük düz ÿabidələri də
var. Bu, Kəngərli rayonunda
son Tunc və ilk Dəmir dövrlərinə
aid yaşayış yeri
kompleksi olub. Abidədə tədqiqat işləri 1973-cü ildə
aparılmış və
buradakı uzunsov təpədən tikinti qalıqları aşkar olunmuşdur. Təpənin üzərinə müxtəlif formalı, boz və qırmızı
rəngli qab qırıqları səpələnmişdi.
Mədəni təbəqə
kül qarışıq
gil laylardan
ibarət idi; boz və qırmızı
rəngli gil qab qırıqları, osteoloci qalıqlar, istehsal tullantıları, həmçinin, çaxmaqdaşı
və obsidian (dəvəgözü)
qırıntıları, şüşə
və dəmir məmulatı fraqmentləri
aşkar olunmuşdur.
Abidədən əldə olunmuş
materiallar Naxçıvan
Dövlət Tarix Muzeyində sərgilənməkdədir.
Abidənin e.ə. II-I minilliklərə
aid olması ehtimal edilir.
Araz
su qovşağı tikilərkən su altında qalan məşhur abidələrdən
biri də Abbasabad qalasıdır. O, Naxçıvan şəhərinin
6 km cənub-şərqində, Araz çayı sahilində yerləşən
hərbi istehkam tipli qala olmuşdur.
Qala
fransız hərbi mütəxəssislərinin layihəsi
əsasında 1809-1810-cu illərdə
tikilmişdir. Beşbucaq şəklində
tikilən qalanın bürcləri olub.
Tarixi
mənbələrdə göstərilir
ki, Abbasabad qalası hərbi zərurətdən yaranmış
bir obyekt olmuşdur. Birinci Rusiya-İran
müharibəsinin gedişində
(1804-13) dəfələrlə ağır məğlubiyyətə
uğrayan İran tərəfi Naxçıvan
xanlığının ərazisində
özünün hərbi
mövqelərinin möhkəmləndirilməsinə
böyük diqqət
verirdi. İran komandanlığı bu məqsədlə qalaları
təmir etdirir və özünün dayaq nöqtəsi ola biləcək
yeni qalalar tikdirirdi. Belə qalalardan biri
şahzadə Abbas Mirzənin arzusu ilə fransız mühəndisləri tərəfindən
Naxçıvan yaxınlığında
tikilmiş və İran taxt-tacının vəliəhdinin şərəfinə
adlandırılmış Abbasabad
qalası idi.
Əcnəbilərin poliqonu - Abbasabad qalası
Abbasabad
qalası Abbas Mirzə tərəfindən
Avropa memarlığı
üslubunda tikdirilmişdir. Abbasabad qalası Araz çayı üzərində
olan keçidin qorunmasını təmin etməklə yanaşı,
həm də Cənubi Azərbaycana gedən yola nəzarət edir, lazım gəldikdə bu yolu bağlaya
da bilirdi. Qala İran mövqelərinin rus ordusunun hücumlarından
qorunması üçün
mühüm məntəqə
hesab edilirdi.
O. Yevetski yazırdı
ki, "Abbasabad qalası fransız və ingilis zabitləri tərəfindən
tikilib möhkəmləndirilmiş,
bürcləri olan beşbucaqlı poliqondur. Abbasabad qalası vaxtilə bu bölgədə mövcud olan qədim Astabad yaşayış məntəqəsinin
yerində inşa edilmişdir".
“Vikipedia”da əksini
tapmış məlumatda
Abbasabad qalası rus tarixçisi N.Nefedovun 1839-cu ildə nəşr olunmuş yol qeydlərində daha ətraflı təsvir olunur: "...Naxçıvanın əks
tərəfində zərərli
iqliminə görə
tərk edilib dağıdılmış Abbasabad
qalası görünür.
Mən fransız mühəndislərinin
tikdikləri bu tikiliyə baş çəkməyi özümə
borc bildim. Məhz həmin mühəndislər otuz il əvvəl
qarışıq bir zamanda onun tikintisi
ilə məşğul
olmuşlar. Daşla hörülmüş və lazım gəldikdə su ilə doldurulan dərin xəndək, ikiqat mazğalı olan divar, bürclər,
daşla örtülmüş
yollar və istehkamın müdafiə
vasitələri göstərir
ki, İranın əvvəlki
dostları burada həqiqətən çox
böyük məharətlə
çalışmışlar. Onu da xüsusi qeyd etmək lazımdır ki, onlar böyük uzaqgörənliklə qalanı
elə tikmişlər
ki, körpü üzərinə çıxan
qarnizon Arazın o tayına, öz ölkələrinin içərilərinə
təhlükəsiz çəkilə
bilsin".
Abbasabad qalası birinci Rusiya-İran müharibəsinin gedişində
fransızlar tərəfindən tikilmiş,
Gülüstan müqaviləsindən
(1813) sonra isə ingilislər tərəfindən
bərpa edilərək yenidən qurulmuşdur.
Çox güman ki, Naxçıvan xanlığı Rusiya tərəfindən işğal
edildikdən sonra qala baxımsızlıq ucbatından
yararsız hala düşmüşdür.
Abbasabad qalası İran ordusunun Cənubi Qafqazda mühüm dayaq məntəqələrindən biri olub, Azərbaycanın
cənubuna gedən yolun təhlükəsizliyi
üçün mühüm
əhəmiyyət kəsb edirdi.
O da
məlumdur ki, II Rusiya-İran müharibəsində (1826-1828) Abbasabad qalasında döyüşlər olmuşdur. Qalanı 4000 sərbaz və 500
atlı müdafiə edirdi. Qalanın baş mühafizi İran ordusuna komandanlıq
etmiş Abbas Mirzənin
kürəkəni Məhəmməd Emin xan idi. Ehsan
xan Kəngərli də qalanın mühafizi olmuşdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 1 noyabr.- S.14.