Tarixin zəngin
irsini qoruyan arxivimiz
Qafqazda
ilk dövlət arxivi
Azərbaycan tarixinin yazılı irsini mühafizə edən dövlət arxivinin yaranması ölkədə sovet hakimiyyəti qurulmasının
ilk ilinə təsadüf
edir. Arxivin əsası
1920-ci il dekabr ayının 6-da Azərbaycan
İnqilab Komitəsinin
sədri Nəriman Nərimanov tərəfindən
imzalanmış “Vahid
dövlət arxiv fondunun yaradılması və Xalq Maarif
Komissarlığı yanında
mərkəzi dövlət
arxivinin təşkili
haqqında” dekretlə
qoyulmuşdur.
Bu dekretə əsasən Azərbaycan ərazisində
keçmişdə mövcud
olmuş və dekret verilərkən fəaliyyətdə olan idarə, təşkilat və müəssisələrin
arxivləri Vahid dövlət arxiv fondunun tərkibinə daxil edilməli və kargüzarlıqdan qurtarmış işlər
isə mərkəzi dövlət arxivinə verilməli idi. 1921-ci ilin yanvarından
isə Azərbaycan Respublikası Mərkəzi
Dövlət Arxivi Qafqazda ilk dövlət arxivi kimi fəaliyyətə
başladı.
2002-ci ildə Azərbaycan Respublikasının
Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi yaradıldı. Bu idarəyə tabe olan respublika əhəmiyyətli 6 dövlət
arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət
arxivi, habelə 55
rayon və şəhər
dövlət arxivləri
mövcuddur.
Azərbaycanda
arxiv quruculuğu tarixi uzun və
çox çətin
bir yol keçmişdir. Müxtəlif dövrlərdə burada yaranan qiymətli arxiv sənədləri ya məhv edilmiş, ya da xarici
işğalçılar tərəfindən
talanıb aparılmışdır.
Təsadüfi deyildir ki, bu gün Avropa,
Asiya, Amerikanın müxtəlif ölkələrinin
muzey və arxivlərində Azərbaycan
tarixinə aid çoxlu
qiymətli sənədlər
və nadir əlyazmalar
saxlanmaqdadır.
1922-ci ildə SSRİ-nin yaranması ilə əlaqədar olaraq arxiv fondları
ilə bağlı səlahiyyətlər müttəfiq
respublikaların əlindən
alınaraq arxiv təşkilatları ittifaq-respublika
tabeli orqana çevrilir, onların işinə məhz Moskvadan rəhbərlik edilməyə başlanılır. Bu isə o demək
idi ki, arxivlər
öz işləri haqqında respublika hakimiyyət orqanları qarşısında deyil, ittifaq təşkilatları
qarşısında hesabat
verməli idilər.
Əvvəlcə Daxili
İşlər Nazirliyinin
Baş Arxiv İdarəsinə, sonra isə SSRI Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinə hesabat verir, onlara əməli
rəhbərlik də
bu təşkilat tərəfindən həyata
keçirilirdi.
1980-ci il aprel ayının 4-də
SSRİ Nazirlər Soveti
tərəfindən təsdiq
edilmiş Dövlət
arxiv fondu haqqında yeni Əsasnaməyə bu da əlavə edilmişdir ki: “SSRİ Dövlət Arxiv Fondu SSRİ Nazirlər Soveti yanında Baş Arxiv İdarəsinin sərəncamındadır”.
Göründüyü kimi, bütün
ittifaq ərazisindəki
arxivlər mərkəzə
- SSRİ Nazirlər Soveti
yanında Baş Arxiv İdarəsinə tabe edilmişdir. Yəni başqa müttəfiq respublikalar kimi Azərbaycan da faktiki olaraq özünün mənəvi
sərvətləri olan
arxivlərinin tam hüquqlu
sahibi deyildi.
Ölkə boyunca yaranan arxiv fondları
Azərbaycan Respublikası
Baş Arxiv İdarəsinin rəisi Ataxan Paşayevin yazdığına görə,
“Azərbaycanda sovet hakimiyyətinin ilk illərində
respublikanın arxivçiləri
çar hakimiyyəti
orqanlarının Bakı
və Yelizavetpol quberniyalarındakı idarələrin,
Azərbaycan ərazisində
fəaliyyət göstərmiş
xüsusi firmaların,
ictimai təşkilatların,
habelə 1918-1920-ci illərdə
yaranmış ilk müstəqil
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin
fəaliyyətinə aid sənədlərin
toplanılması və
qaydaya salınması
sahəsində fəaliyyət
göstərmişlər.
1922-ci ilin avqustunda
Mərkəzi Dövlət
Arxivinə rəhbərlik
bilavasitə Azərbaycan
SSR Mərkəzi İcraiyyə
Komitəsinin Rəyasət
(MIK) Heyətinə həvalə
olunur ki, bu da arxiv
orqanlarının nüfuzu
və rolunun artmasına kömək edir. 20-ci illərdə
yerlərdə də arxiv təşkilatları
yaradılırdı. 1925-ci il dekabrın
13-də Naxçıvan Muxtar
Respublikasında Mərkəzi
arxiv, 1928-ci ildən isə Azərbaycanın qəzalarında qəza arxiv bürolarının yaradılmasına başlanılır.
1938-ci ildə bütün
sovetlər birliyində
olduğu kimi Azərbaycanda da arxiv təşkilatları
Xalq Daxili İşlər komissarlığının
tabeçiliyinə verilmiş,
1960-cı ilə qədər
bu tabeçilik davam etmişdir ki, bu da
arxivlərdə elmi-tədqiqat
işlərinin aparılmasına
və arxiv sənədlərindən istifadəyə
böyük maneələr
yaratmışdır.
1960-cı ildə keçmiş
SSRİ-nin bütün
respublikalarında arxiv
təşkilatları Daxili
İşlər Nazirliyinin
tabeliyindən Nazirlər
Sovetinin tabeliyinə verilir və yalnız bundan sonra arxiv işinə
və arxiv sənədlərindən istifadəyə
diqqət artırılır,
dövlət arxivləri
şəbəkəsinin yenidən
qurulması və genişləndirilməsi işinə
başlanır.
Ataxan Paşayev
bu barədə belə yazır:
“1966-cı ildə Azərbaycan
SSR Mərkəzi Dövlət
Ədəbiyyat və
İncəsənət Arxivi,
1968-1969-cu illərdə isə
Azərbaycan SSR Mərkəzi
Dövlət Səs Yazıları Arxivi və Mərkəzi Dövlət Elm,Texnika
və Tibb Sənədləri Arxivi,
15 şəhər və
rayon mərkəzlərindəÿ Mərkəzi Dövlət
Oktyabr İnqilabı Arxivinin filialları yaradılır, 50 rayon dövlət
arxivi isə sənədlərin müvəqqəti
mühafizəsini həyata
keçirən dəyişən
tərkibli arxivlərə
çevrilir.
SSRİ dağıldıqdan
sonra keçmiş partiya arxivi Baş Arxiv İdarəsinin sərəncamına
verilərək Nazirlər
Kabinetinin qərarı
ilə onun bazasında Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar
Arxivi yaradılır.
Milli Arxiv İdarəsi yeni mərhələdə
Bu gün Azərbaycan
Respublikasının arxiv
sisteminə bilavasitə
Milli Arxiv İdarəsinə tabe olan respublika əhəmiyyətli 6 dövlət
arxivi, Dövlət arxivinin 15 filialı, Naxçıvan Muxtar Respublikasının dövlət
arxivi, habelə 55
rayon və şəhər
dövlət arxivləri
daxildir.
1991-ci ildə keçmiş
SSRİ dağıldıqdan sonra Azərbaycan xalqı öz mənəvi sərvətləri
olan arxivlərə
sahib ola bildi. İllərlə qapalı saxlanmış
bu arxiv materiallarından tariximizin
tədqiqində və
həqiqətlərin ortaya
qoyulmasında geniş
istifadə olunmağa
başlandı. Beynəlxalq arxiv
təşkilatları və
ayrı-ayrı dövlətlərin
arxiv xidməti orqanları ilə əlaqələr yaradan Baş Arxiv İdarəsi 1996-cı ildə
YUNESKO yanında Beynəlxalq
Arxiv Şurasına
tam hüquqlu üzv qəbul edildi. Arxivlərimiz Müstəqil Dövlətlər
Birliyinə daxil olan ölkələrin arxivləri ilə yanaşı, bir sıra qonşuÿölkələrin
arxivləri, xüsusilə
Türkiyə və İran arxivləri ilə geniş əlaqələr yaratdı.
Bu gün ABŞ, İngiltərə, Fransa,
Almaniya, Türkiyə,
İran, Belçika, Polşa və başqa ölkələrdən
olan tədqiqatçılar
respublikamızın arxivlərində
saxlanılan elmin müxtəlif sahələrinə
aid sənədlərdən geniş istifadə edirlər.
Milli arxiv fonduna
Azərbaycan Respublikası
ərazisində fəaliyyət
göstərmiş və
fəaliyyət göstərən
təşkilatların qanunvericilik
aktları, idarəetmə
sənədləri, məhkəmə
və prokurorluq orqanlarının sənədləri;
statistika, elmi, texnologiya, normativ-texniki, layihə, konstruktor, patent,
kartoqrafiya sənədləri,
kino, foto, fono (səs yazıları), video materialları,
dizayn işləmələri
və memarlıq layihələri; əlyazmaları,
xüsusi əhəmiyyətə
malik kitablar və kitabçalar, dövri mətbuat materialları; sənət
əsərləri, elmi,
ədəbi və musiqi əsərləri; partiya, ictimai və qeyri-dövlət təşkilatlarının sənədləri;
gündəliklər, memuarlar,
məktublar və şəxsi xarakterli digər sənədlər
daxildir.
Milli Arxiv İdarəsi sistemində sənədlərin
bərpası, cildlənməsi, qiymətli və nadir sənədlərin
sığorta fondunun yaradılması üçün
xüsusi laboratoriya da fəaliyyət göstərir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.-
2013.- 3 noyabr.- S.14.