Filmə çəkilən
nağıl qəhrəmanları...
Kino tariximizdə açılan yeni səhifə
Azərbaycanda cizgi filmlərinin maraqlı bir tarixi var. Cizgi filmlərinin yaranması
XX əsrin 30-cu illərindən
başlayır.
1933-cü ildə “Azərbaycanfilm”
studiyasında “Lökbatan”
və “Neft simfoniyası” sənədli
filmləri çəkilərkən
texniki animasiyadan, “Cat” təlimat filmində isə animasiyadan bütünlüklə
istifadə olunmuşdur.
Bu film ümumittifaq ekranlarında 1938-ci ilə
qədər nümayiş
etdirilmişdir.
Bu film ekranlara çıxdıqdan sonra isə kinostudiyada bir qrup cizgi
filmi yaratmaq barədə təşəbbüs
göstərdi. İlk
film üçün isə
mövzu Azərbaycan xalq nağıllarından
götürüldü. A.Papovun yazdığı ssenari Abbasın
bədbəxtliyi" adlanırdı
və gənc rejissor E.Dikaryov bu ssenariyə quruluş vermişdi. Rəsmləri rəssamlardan Q.Xalıqov,
C.Zeynalov, M.Maqomayev və Ə.Mirzəyev çəkmişlər. Filmin operatoru
Q.Yegiazarov idi.
Studiya
çəkilişinə hazılıq
görülən ikinci
cizgi filminin adı “Sindbad dəniz səyyahıdır”
idi və İkinci Dünya müharibəsinin başlanması
səbəbindən işlər
yarımçıq qaldı.
1960-cı illərin sonlarından başlayaraq kinostudiyada cizgi filmlərinin çəkilişi
üçün şərait
yaradıldı və
20 nəfərdən ibarət
rəssamlar qrupu müəyyən edildi. Hətta studiyada xüsusi kurslar açıldı və burada cizgi filmi sənətinin
sirləri öyrədilməyə
başlandı.
1968-ci ildə C.Cabbarlı
adına “Azərbaycanfilm” kinostudiyasında
cizgi filmləri sexi bərpa olundu və kinostudiyanın “Cırtdan”
cizgi filmləri 1969-cu
il fevralın 28-də
“Cırtdan” adlı xalq nağılının
motivləri əsasında
eyni adlı cizgi filmin istehsalı
başa çatdırıldı.
1969-cu ildə ekranlara buraxılan bu film uzun müddət
kinoteatrlarımızın ekranlarından
düşmədi. Beləliklə,
“Cırtdan”ın istehsalı
ilə Azərbaycanda cizgi filmləri tarixində ikinci dövr başlandı.
Kinostudiyanın
cizgi filmləri şöbəsində artıq
70-ci illərdə 20-dən çox cizgi filmi istehsal olunmuşdur. 1970-ci ildə multiplikatorlar kinonun bu növündə
üç filmə ekran həyatı vermişdilər. Bunlardan ikisi
“Ayı və siçan” (rej. N.Məmmədov) və “Şir
və öküz” (rej. A.Axundov) mikrofilmlərdir.
İkinci
film o vaxt “Kaleydoskop-71" ümumittifaq
kinoalmanaxına daxil edilmişdir.
Üçüncü - “Fitnə” (rej. A.Axundov) rəngli applikasiya filmidir. Bu film isə dahi Azərbaycan
şairi N.Gəncəvinin
eyniadlı nağıl-novellasının
motivləri əsasında
çəkilmiş, təsvirin
işlənməsi (rəssam
E.Rzaquliyev) orta əsr Azərbaycan miniatür sənəti üslubunda həll olunmuşdur. “Pıspısa xanım və Siçan bəy” (1974) və “Cücələrim” (1980) cizgi
filmlərində (rej.
A.Axundov)
orijinal plastik həllin axtarışları
aydın nəzərə
çarpır. 1971-ci ildə A.Şaiqin eyniadlı əsəri əsasında çəkilmiş
“Tülkü həccə
gedir” (rej. N.Məmədov, B. Əliyev) cizgi
filmi istər üslub, istərsə də sənətkarlığa
görə ən maraqlı işlərdəndir.
“Çaqqal oğlu
çaqqal” kukla filmi (1972, rej. M.Rəfiyev)
ilk və yeganə genişekranlı Azərbaycan
cizgi filmidir.
Balacalar
üçün onlarla
maraqlı film...
“Vikipedia”nın məlumatına görə,
filmlərin yaradılması
üzərində rəssam
- multiplikatorların böyük
qrupu işləmişdir.
A. Axundov, N. Məmmədov
və M. Rəfiyevdən
başqa M. Pənahi,
B. Əliyev, H. Əkbərov,
F. Quliyeva, Ə. Məmmədov
da kinostudiyada cizgi filmləri yaratmışlar.
“Toplan və
kölgəsi” (1977), “Sonrakı
peşmançılıq” (1978) və “Sehrlənmiş küpə” (1979) cizgi və applikasiya filmlərində (rej. N. Məmmədov) xeyirxah, nəcib olmağın vacibliyindən,
əməksevərlikdən, böyüklərə hörmətdən
və digər insani keyfiyyətlərdən
danışılır. “Qız qalası
əfsanəsi” cizgi filmi (1978) adından göründüyü kimi
Azərbaycan xalq əfsanəsinin motivləri
əsasında yaradılmışdır.
XX əsrin 80-ci illərində kinostudiyada
38 adda cizgi filmi istehsal olunmuşdur. Bunlardan
“Cücələrim”, “Meşəyə
insan gəlir”, “Sehrli ağac”, “Taya”, “Dəcəl dovşan”, “Sandıq”, “Sən belə cumbulusan”, “Sehrli ləçək ”, “Uçan
zürafə”, “Qəribə
əjdaha”, “Təqib”,
“Yatmaq vaxtıdır”,
“Balaca çoban”, “Humayın yuxusu”, “Sakit Yonun macəraları”,
“Ana ağaca qonub” və s. cizgi, “Xeyir və Şər”,
“Cırtdan-Pəhləvan”, “Uşaq və külək”, “Akvarium”, “Cırtdan və div”, “Yeni il əhvalatı”,
“Sehrli naxışlar”
applikasiya üsulu ilə çəkilmişdir.
Həmin
dövrdə çəkilmiş
“Cücələrim” adlı
cizgi filmi (rec. A.Axundov) tez bir zamanda populyar
olmuşdur.
Cizgi
filmlərinin səsləndirilməsi
də çox maraqlı məqamlardandır. Görkəmli estrada müğənnisi
Flora Kərimova cizgi filmlərinin qəhrəmanlarını
səsləndirənlərdən biridir. Flora xanım bu barədə deyir: “Multiplikatorla çox işləmişəm.
Bəstəkarlar məni güclə
səsyazma studiyasına
aparırdılar. Məsələn, əgər səsyazma saat 12-də idisə, Oqtay Rəcəbli saat 9-da gəlirdi ki, o vaxta qədər
məni yola gətirsin. Həvəsim olmurdu oxumağa.
Amma oxuyanda həvəslə oxuyurdum. Başqa cür ola
da bilməzdi. Peşəkarlığım buna yol verməzdi”. Görəsən multiplikasiya artistin yaradıcılığında hansı yeri tutur? Flora xanım bu suala belə
cavab verdi:
“İstedaddan asılıdır.
Müğənnilər arasında
deyəsən, mən
yeganə adam
idim ki, cizgi filmlərindəki obrazları səsləndirirdim.
Bəstəkarın, ssenari müəllifinin,
rejissorun nə istədiyini tez qavrayırdım. Yəqin ki,
gənc müğənnilər
arasında da bu işi bacaranlar
olacaq.”
Uşaq
filmlərinin incə işləri...
Xatırladaq
ki, 1974-cü ildə Ağanağı Axundovun çəkdiyi “Pıspısa
xanım və Siçan bəy” cizgi filmində Pıspısa xanım obrazını da Flora Kərimova səsləndirib. Flora Kərimova cizgi
filmlərində filmin
musiqili hissəsini səsləndirməklə yanaşı,
həm də danışıq hissəsini
səsləndirib.
Ümumiyyətlə, Flora xanımın səsləndirdiyi cizgi filmlərinin sayı çoxdur: “Pıspısa
xanım və Siçan bəy”, “Humayın yuxusu”, “Tülkü həccə gedir”, “Şahzadə” “Qara qızıl”, “Sonrakı peşmançılıq”,
“Toplan və onun kölgəsi”, “Ana laylası” və sair. Flora xanım müxtəlif cizgi filmlərində Turac, Maral, Tülkü, Ulaq, Qurbağa və Canavar obrazlarını da
səsləndirib.
Bir
neçə bədii
filmin və bir sıra cizgi
filminin ssenari müəllifi, quruluşçu
rəssamı və rejissoru, əməkdar rəssam Arif Məhərrəmovun çəkdiyi
bir çox cizgi filmlərinin obrazlarını Şahmar
Ələkbərov səsləndirdiyi
məlumdur. “Münəcimin
şagirdi” filmində bir
neçə müxtəlif obrazı səsləndirən Şahmar Ələkbərov, “Yatmaq
vaxtıdı” cizgi filmində də
müəllifin sözlərini oxuyub.
Arif Məhərrəmov: “Dədə
Qorqud” dastanının boyları əsasında
çəkdiyim “Əkrək və Səkrək” cizgi filmində Həsən Məmmədovla, “Basat və Təpəgöz”də Yaşar Nuri, Ramiz Əzizbəyli, Nuriyyə Əhmədova,
Elxan Cəfərov kimi
maraqlı aktyorlarla işləmişəm.
Yaşar Nuri Təpəgözü,
Ramiz Əzizbəyli Aruz
xanı, Nuriyyə Əhmədova dayəni, Elxan
Cəfərov Basatı səsləndirmişdi. “Qaravəlli-2"
də isə Səyavuş Aslanın səsini eşidirsiniz...”
Azərbaycan cizgi filmlərinin tarixində böyüklər
üçün nəzərdə tutulmuş cizgi filmlərinin
çəkildiyi də məlumdur.
N.Gəncəvinin “Xeyir və Şər”
əsərinin motivləri əsasında recissor
N.Məmmədovun çəkdiyi eyniadlı applikasiya
filmi bu qəbildəndir.
Kinostudiyada yarıqabarıq kukladan
ilk dəfə rejissor
A.Məhərrəmovun çəkdiyi
“Münəccimin şagirdi” cizgi filmində
istifadə olunmuşdur.
1990-cı ilin aprel ayında kinostudiyada multiplikasiya sexinin adı da dəyişdirilərək
“Azanfilm” Yaradıcılıq-İstehsalat Birliyi oldu. “Azanfilm” markası
altında XX əsrin 90-cı
illərində 19 cizgi filmi
çəkilmişdir. Bunlardan rejissor V.Talıbovun “Bir dəfə
haradasa...”,
Ş. Nəcəfzadənin
“İthaf” rejissor A.Məhərrəmovun “Sərkəyin dastanı”, rejissor N.Məmmədovun
“Göyçək Fatma”, “Karvan” və s. cizgi filmlərini göstərmək olar...
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 4 noyabr.- S.14.