Cənubi Azərbaycanda
Urmiya xanlığı dövrü
Xanlığın banisi Fətəli xan Avşar
Tarixdən məlum olduğu kimi, XVIII yüzilliyin 40-cı illərində Azərbaycanın ictimai-siyasi həyatında böyük dəyişiklik baş verdi. İyirmiyədək müxtəlif xanlıq və onlardan asılı olan xırda inzibati-siyasi qurumlar yarandı. Bununla, olduqca mürəkkəb, ziddiyyətli və faciəli bir dönüş başlandı ki, bu vəziyyət 1828-ci ilədək davam etdi.
O dövrdə Güney Azərbaycanda yaranan
xanlıqlar arasında Urmiya
xanlığı mühüm yer tuturdu.
Xanlığın əsasını Nadir
şahın əmisi oğlu Fətəli
xan Afşar qoymuşdu.
Təbriz və Xoy xanlıqları Dünbüli
tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və
əhalisi olmayanÿ Qaradağ
xanlığının başında Qaradağ
tayfalarına başçılıq edən Kazım xan (1747-1752) dururdu. Marağa
xanlığı hələ Nadirin sağlığında
burada hakim olan Əliqulu xan Müqəddəmin əlində
idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli
xan Şahsevən idarə edib. O, Ərdəbil, Xalxal və
Muğandakı şahsevən tayfalarını birləşdirmiş,
mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan
sonra oğlu Nəsirəli
xanlıq taxtına çıxdı.
Maku xanlığını Bayat
boyundan olan Əhməd
Soltan (1747-1778), Sərab
xanlığını isə Şəqaqi boyundan
olan Əli xan
(1747-1786) yaratmışdır.
Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri
olan şəhərlər ətrafında
yaranmışdır. Xanlar başlıca olaraq el-tayfa
başçıları içərisindən
çıxırdı.
XVIII əsrin
ortalarından XIX əsrin 60-cı illərinədək mövcud olmuş Urmiya xanlığının mərkəzi Urmiya şəhəri idi.
Bu xanlıq 1868-1869-cu illərə qədər
mövcudluğunu qoruyub
saxlamışdır.
Qeyd olunduğu kimi, Urmiya
xanlığının əsası Nadir şah Afşarın əmisi oğlu,
Afşar tayfasından olan
Fətəli xan (1747-1763) tərəfindən
qoyulmuşdur. O, öz xanlıq dövründə mərkəzləşdirmə
siyasətini həyata keçirməyə başladı. Şah taxtında oturmaq arzusunda olan Fətəli xan Afşar İran və Azərbaycandakı müharibələrdə
iştirak edirdi.1754-cü ilin
əvvəllərində o, İranın cənub və orta
hissəsini ələ keçirir,1759-cu ildə isə Qarabağ xanlığını tutur, bununla da, Urmiya
xanlığının güclənməsinə səbəb
olur. Beləliklə, yeni
mərhələdə Urmiya, Təbriz, Xoy, Qaradağ, Marağa və Sərab xanlıqları, yəni Ərdəbil və Maku xanlıqları istisna
olmaqla, Cənubi Azərbaycan
xanlıqları birləşdirilir.
Xanlıqların birləşdirilməsi
Urmiya xanlığının hökmdarı Fətəli
xan Afşarlar mənsub
idi və Nadir şah Afşarın ən yaxın
adamlarından biri hesab
olunurdu. Fətəli xan
Afşar Cənubi Qafqazın tutulması və
İranda ali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi.
Bu məqsədlə müxtəlif
xanlıqlara müttəfiqlik haqqında müraciətlər
göndərildi. İrəvan
xanlığına hücum uğursuz olduqda, hücum istiqaməti Gürcüstana
yönəldi. Çar II İrakli də məğlub edildi.
Daha sonra Fətəli xan İranda ali hakimiyyət uğrunda mübarizə aparan
Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra
hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bildi
(1752). İranın
şimalında möhkəmlənən Məhəmmədhəsən
xan Qacarla mübarizə
çətin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə
edərək Gilanı tutan Fətəli
xanı oranı tərk etməyə məcbur etdi.
O bununla kifayətlənməyərək
Təbrizi, sonra isə Urmiyanı
tutdu (1757). Yalnız Məhəmmədhəsən
xanın öldürülməsi ilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan
Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən
sonra Qarabağa hücum etdi və onu asılı vəziyyətə saldı (1759).
Qeyd olunduğu kimi, Fətəli xanın bu
birləşdirmə siyasəti onu Zənd
tayfasının təmsilçisi Kərim xan
Zənd və Qacar tayfasının
başçısı Məhəmmədhəsən xan Qacarla toqquşdururdu.
Fətəli xan onlara
qarşı uğurlu savaş
aparmaq üçün
Birlik yaratmağa cəhd
etsə də, buna nail
ola bilmir. Ona görə də, 1751-ci ilin sonunda İrəvan üzərinə qoşun göndərir. Lakin
II İraklinin göndərdiyi Qazax
və Borçalı türklərindən ibarət qoşun dəstəsi İrəvan xanlığına köməyə
gəlir. Bu yürüşün
uğursuzluqla nəticələnməsinə
baxmayaraq, 1753-cü ilin
sonu 1754-cü ilin
başlanğıcında Fətəli xan
hakimiyyətini Mərkəzi və Qərbi İrana yaya bilmişdi.
Fətəli xanın ölümündən sonra
1752-ci ilin
sonunda Xorasanın Güneyində möhkəmlənmiş
Kərim Xan Zənd Urmiya xanlığı üzərinə yürüş edir. Miyana ətrafındakı döyüşdə
Fətəli xana məğlub olan Kərim xan Fars vilayətinə qaçır. Onu təqib edən Fətəli xanın
gücləri Qəmşə adlı yerdə zəndləri
yenidən məğlubiyyətə uğradırlar. Kərim
xanın qardaşı İsgəndər
xan əsir alınaraq edam
edilir. Bu zaman İranın quzeyində möhkəmlənmiş Məhəmmədhəsən
xan Qacar da mərkəzi hakimiyyət uğrunda
savaşa başlayır. O, 1755-ci ilin yazında İsfahanı ələ keçirir.
Kərim xan Şiraza
qaçır.
Məhəmmədhəsən
xan Ərdəbil və
Lənkəran
xanlıqlarının
ərazilərindən, eləcə də Muğan
düzündən keçərək Qarabağa hücum edir. Daha sonra Təbrizi, Urmiyanı tutur. 1759-cu ildə Məhəmmədhəsən
xan öldürülür.
Bundan yararlanan Fətəli xan Təbrizə
qayıdır və yenidən birləşdirmə siyasətini
davam etdirir. 1759-cu ilin
yayında Qarabağ xanlığı üzərinə
yürüş Pənahəli xanın siyasi
asılılığı qəbul etməsi ilə nəticələnir.
1761-ci ildə Kərim xan Zənd güclü ordu ilə yenidən
hücuma keçərək Urmiya şəhərini tutur və
1763-cü ilin ortalarında Fətəli xan əsir
alınır.
Məhəmmədhəsən xandan sonra İranda
başlıca qüvvəyə çevrilən Kərim xan Zənd
Urmiyani 1763-cü ildə 9 ay mühasirədə saxladı. Nəhayət,
Urmiya xanlığını tutan Kərim xan Zənd Fətəli xan Afşarı da edam
etdirdi. Sonralar Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən
müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən
xan Qacarın oğlu Ağa Məhəmməd xan
Urmiyalı Əli xanı yanına çağırıb
gözlərini çıxartdı. Ağa
Məhəmməd
xanın çəkilməsindən sonra İmamqulu xan hakim
seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu
Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz
yaxınlığındakı döyüşdə məğlub
oldular. Əmiraslan xan
Afşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı
uzun çəkmədi. Məhəmmədqulu
xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa
edən xanlıq İran taxtına
çıxan Fətəli şaha tabe oldu.
Əmisi Ağaməhəmməd
şah Qacar
öldürüldükdən sonra (1797) taxta çıxan Fətəli şah Afşarlardan qalan bütün
torpaqları 1803-də birləşdirərək yenidən Qacar hakimiyyəti altına keçirdi
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 6 noyabr.- S.14.