Zəngin xəzinəli qocaman kinomuz

 

Dünya kino tarixindən üç il sonra...

 

Azərbaycan kinosunun tarixi 100 ildən artıq bir tarixi əhatə edir. Ölkəmizdə kino sənətinin ilk nümunəsinin 1898-ci il avqust ayının 2-də yarandığı sübut olunmuşdur. Bu, dünya kinosunun yaranmasından üç il sonrakı tarixə təsadüf edir.  Azərbaycanda ilk filmi fotoqraf nasir A.M.Mişon çəkmişdir. O, “Bibiheybətdə neft fontanının yanğını”, “Balaxanıda neft fontanı”, “Şəhər bağında ictimai gəzinti”, “Qafqaz rəqsikimi sənədli filmlərin Yaxalandıadlı bədii əsərin müəllifidir.

 

1915-ci ildə Bakıda Qafqazın başqa şəhərlərində Pirone qardaşlarına məxsus səhmdar cəmiyyətləri etdikləri kino nümayişi kontorları təsis edildi həmin ildəcəNeft milyonlar səltənətiadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlandı. Bu film İbrahim bəy Musabəyovun romanı əsasında çəkilmişdi. Filmin çəkilişinə neft sahibkarları vəsait ayırmışdılar bu məqsədlə Peterburqdan rejissor Boris Svetlov dəvət olunmuşdur. Təbiət mənzərələri Bakıda ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilirdi. Sankt-Peterburqdan rejissor B.Svetlovu dəvət etmişdilər. Adıçəkilən filmdə Lütfəli bəy rolunu görkəmli Azərbaycan teatr kino xadimi Hüseyn Ərəblinski ifa etmişdir. Hüseyn Ərəblinski ilk azərbaycanlı kino aktyoru hesab olunur.

1916-cı ildə Üzeyir Hacıbəyovun məşhur operettası əsasında Azərbaycanın ilk kinokomediyası olanArşın mal alançəkilir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə isə 1919-cu ildə Azərbaycanın müstəqilliyinin ildönümü münasibətiləTəntənəadlı tammetrajlı film ekranlarda nümayiş etdirildi.

1923-cü ildə Azərbaycan Foto Kino İdarəsi təsis edilir. onun nəzdindəTəyyarə”, “Edison”, “Milyon”, “Ladya”, “Mədənçikinoteatrları fəaliyyət göstərməyə başlayır.  1924-cü ildə isə rejissor V.V. Ballyuzekin çəkdiyi ikiseriyalıQız Qalası əfsanəsiadlı bədii filmi ekranlara çıxdı. Azərbaycan Foto Kino İdarəsi 1925-ci ildə Ş.Mahmudbəyovun təşəbbüsü ilə milli aktyor rejissor kadrlarını hazırlanması üçün studiya təşkil edilir. C.Cabbarlı, M. Mikayılov, Ə.Tahirov başqaları da burada oxumuşdular. Filmlərin bədii keyfiyyətini yüksəltmək, milli kadrların inkişafına kömək etmək məqsədilə studiyaya dünya şöhrətli rejissor operatorlar dəvət olunurdular. Sonralar adı dəfələrlə dəyişdirilən idarə 1961-ci ildən bugünədək Cəfər Cabbarlı adınaAzərbaycanfilmkinostudiyası kimi tanınır.

 

Yeni yüksəliş mərhələsi

 

Ötən əsrin 20-ci illərində Azərbaycan kinosunun əsas mövzusu xurafat cəhalətə qarşı mübarizə, inqilab, qadın azadlığı idi. Rejissorlar A.M.Şərifzadə, A.Valovonun çəkdikləri  Bismillah”, rejissor A.M.Şərifzadənin çəkdiyiHacı Qara  kimi kino əsərləri, eləcə öz azadlığı uğrunda mübarizə aparan Azərbaycan qadını obrazını bədii real şəkildə ifadə edənSevilhəmin dövrdə yaradılmış uğurlu filmlərdən hesab olunur.

Vikipedia”nın yazdığına görə, 1925-ci ildə rejissor A.M.Şərifzadə respublikanın mədəni iqtisadi həyatından bəhs edənAzərbaycana səyahətfilminin çəkilişini başa çatdırdı. 20-ci illərdə Azərbaycan kinosunda tarixi-sənədli filmlərlə yanaşı, tamaşaçıları gənc respublikanın təsərrüfat mədəni həyatındakı nailiyyətləri ilə tanış edənAzərbaycan ekranıkinojurnalı (ildə 4-5 nömrə) buraxılmağa başlandı. Bu illər Azərbaycan sənədli kinosunda M.Mikayılov, A.A.Litvinov, A.A.Makovski kimi istedadlı rejissorlar, V.P.Lemke, A.Valovoy, A.Tolçan, İ.S.Tartakovski, İ.S.Monakov kimi operatorlar çalışırdılar. 30 illərdə bu sahədə B.V.Pumyanski, S.Bədəlov, V.Yeremeyev, Ə.Həsənov, Ə.Ələkbərov b. fəaliyyətə başladılar. Bu sənətkarların filmlərində ilk beşilliklərdə resublikanın həyatı, kolxoz quruculuğu, mədəniyyət sahəsindəki uğurlar, neft sənayesinin yeni texnika ilə təchiz s. əksini tapmışdı. Sənədli filmin imkanları daxilində bitkin insan obrazı yaradılması sahəsindəki cəhdlər o dövrün bədii nailiyyətlərindəndir.

Artıq 30-cu illərin əvvəllərində mövzusu müasir həyatdan alınmış, məişəti bədii şəkildə təsvir edən, eləcə tarixi-inqilabi mövzulu filmlər çəkilməyə başlanmışdı. Rejissor  M.MikayılovunLətif”, “Ismət”, rejissorlar A.Quliyev Q.M.BraqinskininAlmazYeni horizont, rejissor V.V.TurininBakılılar", rejissor S.MərdanovunKəndlilər  filmləri buna misal ola bilər.

Azərbaycanda səsli kino əsərlərinin istehsalına isə 1935-ci ildəAzərfilm”in MoskvanınMejraypromfilmkinostudiyası ilə birgə yaratdığıMavi dənizin sahilində” (rejissor B.V.Barnet) bədii filmi ilə başlanıb. Filmdə baş rollarda görkəmli sovet kinoaktyorları L.N.Sverdlin, N.A.Kryuçkov, Y.A.Kuzmina başqaları çəkilmişlər. 1936-1941-ci illərdə ekranlara 10-dan çox səsli film buraxılmışdır.

İkinci Dünya Müharibəsi illərində rejisor A.QuliyevinVətən oğluBəxtiyarəsərləri, həmçinin A.I.Bek-Nazarovun R.Təhmasibin Mirzə Fətəli Axundovun həyat yaradıcılığına həsr edilənSəbuhifilmi ekranlara çıxır. Sonradan müharibədən müharibə illərindən bəhs edən H.SeyidbəylininBizim Cəbiş müəllim”, M.DadaşovunBakıda küləklər əsir”, R.OcağovunTütək səsi”, Ş.MahmudbəyovunŞərikli çörək”, həmçinin R.İsmayılovun Sovet İttifaqı qəhrəmanı Həzi Aslanova həsr etdiyiSizi həyatımdan artıq sevirdimkimi bir çox filmlər ərsəyə gətirilib.

 

Kinomuzun qızıl dövrü

 

1945-ci ildə Ü.Hacıbəyovun dahiArşın mal alanmusiqili komediyası yenidən ekranlaşdırıldı. “Arşın mal alanfilminə görə rejissorlar R.Təhmasib N. Leşşenko, bəstəkar Ü.Hacıbəyov, aktyorlardan R.Behbudov, L.Bədirbəyli, Ə.Hüseynzadə, M.Kələntərli L.Abdullayev 1946-cı ildə SSRI dövlət mükafatına layiq görüldülər.

50-ci illərdəBakı kinostudiyası”nda müxtəlif mövzularda filmlər istehsal edilmişdir. 1957-ci ildə çəkilmişBir məhəlləli iki oğlan” (rejissorlar Ə.Ibrahimov İ.V.Qurin, operatorlar M.M.Pilixina R.Ocaqov, bəstəkar Q.Qarayev) filmi Şərq ölkələrindən birində xalqın azadlıq demokratiya uğrunda mübarizəsindən bəhs edir. Cəsur partizan Mehdi Hüseynzadəyə həsr edilmişUzaq sahillərdə” (1958, rejissor T.Tağızadə) filmi isə Azərbaycanın, eləcə keçmiş sovet kinosunun nailiyyətlərindəndir.

60-cı illərdən etibarən Azərbaycanda rəngli filmlərinə çəkilişinə başlanılır. İlk rəngli kino rejissor H.SeyidzadəninKoroğlufilmi olur. Sonrakı illərdəSəhər”, “Mahnı belə yaranır”, “Leyli Məcnundastanı əsasındaMəhəbbət dastanıkimi filmlər yaradılır. Həmin dövrdə Azərbaycan kino sənətinin inkişafında S.Mərdanov, M.Mikayılov, A.Quliyev, Q. Braginski, T. Tağızadə, L. Səfərov, H. Seyidzadə, Ş. Mahmudbəyov, A. İsgəndərov kimi görkəmli rejissorlar böyük xidmətlər göstərmişlər. 

Ümumiyyətlə,  60-80-ci illərdə çəkilmiş filmlər sırasında  Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Əsas müsahibə”, “Sağ olun, qızlar”, “Bir cənub şəhərində”, “Həyat bizi sınayır”, “Xoşbəxtlik qayğıları”, “İstintaq” (bu əsər 1980-cı ildə 14-cü ümumittifaq kinofestivalının baş mükafatına layiq görülüb), “Özgə həyat”, “Park”, “Qapalı qapılar”, “Ölsəm bağışla”, “Babamın babasının babası”, “Bizi bağışlayın”, “Məni sevdiyini söylə”, “Bağ mövsümü”, “Yaramaz”, “Ulduzlar sönmür”, “Yeddi oğul istərəm”, “Sevinc buxtası”, “O birigün gecəyarısı”, “İşarəni dənizdən gözləyin s. filmləri göstərmək olar. Azərbaycan kino tarixində xarici ölkə (Çexoslovakiya) studiyası ilə müştərək çəkilən ilk ekran əsəri isə rejissor Eldar QuliyevinSəmt küləyifilmidir.

Azərbaycan kinosunda uşaq filmlərinin istehsalına da geniş yer verilib. Bunlara misal olaraq, “Bir qalanın sirri”, “Sehrli xalat”, “Qərib cinlər ölkəsində”, “Şir evdən getdi”,  Mən mahnı qoşuram”, “Əzablı yollarla”, “Musiqi müəllimi s. filmləri göstərmək olar.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq .- 2013.- 8 noyabr.- S.14.