Neftçalada Türk zabitlərinin yazdığı dastan...

 

Qanlı illərdən qalan izlər

 

Məlum olduğu kimi, 1918-ci ildə Azərbaycanda baş verən qanlı hadisələr zamanı bu yerlərə qardaş köməyinə gələn minlərlə türk əsgəri şəhid olmuşdur. Həmin şəhidlərdən 9 nəfərinin məzarı da Neftçala rayonunun Seyidlər kəndinin qəbristanlığındadır.

 

Burada Qafqaz İslam Ordusunun döyüşçüləri olan şəhid türk zabitləri uyuyur. Onların adları indiyədək kimsəyə məlum olmasa da, burada göstərdikləri qəhrəmanlıqlara tarix şahiddir. Məzarların üzərində ay-ulduz təsvirli sənduqə və onun yanında yeni inşa olunan komplekstürk qəhrəmanlarının bu torpaqlarda yazdıqları tarixdən xəbər verir.

Tarixi mənbələrdə yazılanlardan məlum olur ki, 1918-ci il iyun ayında  bura 2000 nəfərlik hərbi qüvvə, 12 pulemyot, 6 top, 2 hərbi və 1 nəqliyyat gəmisindən ibarət erməni-rus hərbi birləşmələri yeridilmişdi. Ordunun tərkibi 200 nəfər gəlmə rusdan, 300 nəfər, 1500 nəfər ermənidən ibarət idi, qalan 4000 nəfər isə yerli ruslardanyerli hümmətçilərdən ibarət təşkil olunmuşdu. Daşnak-bolşevik birləşmələri Xəzər dənizindən Kür çayı vasitəsi ilə Azərbaycanın içərilərinə doğru irəliləməklə, strateji mənafelərdən çıxış edirdilər. Hərbi-strateji məqsəd bir tərəfdən Yevlax körpüsünün məhv edilməsi, bununla da Gəncə və Bakı arasındakı əlaqələrin kəsilməsi, digər tərəfdən isə Muğanın bol taxıl ehtiyatına yiyələnməklə işğalçı qvardiyanı çörəklə təmin etmək idi. Buradakı ilk qanlı döyüşlər Salyan ətrafında -Qaraqaşlıda baş vermişdi. Qaraqaşlı Xəzərdən Kür boyuunca Salyana qədər olan sonuncu məntəqədir. Bunu hesaba alsaq, onda faciənin miqyası, törədilmiş genosidin əhatə dairəsi xeyli sarsıdıcıdır. Kür çayına daxil olma planı əsasında erməni hərbi birləşmələri Bankə- Seyidlər -Uzunbabalı-Tatarməhlə -Xıllı-Abasallı- Qaralı - Qəzvinli -Qarabucaq-Surra- Ərəbbəbirxanlı -Cəngən-Qaraqaşlıya qədər hərəkət etmişdilər. Silahlı qaniçənlərlə silahsız yerli əhalinin təkbətək qaldığı ərazilərin adları bunlardır. 1918-ci ilin 27-28 iyununda Surra ilə Qarabucaq arasında çox şiddətli döyüşlər baş vermişdi. Qeyri-bərabər qüvvələrin təmsil olunduğu həmin bu döyüşdə Türk-Azərbaycan hərbi birləşməsi geri çəkilməyə məcbur olmuşdu. Eyni zamanda, bu döyüşdə erməniləri Kür çayından hərbi gəmilər müşayiət edirdi. Surra-Qarabucaq məğlubiyyətindən sonra Qafqaz İslam Ordusundan bura əlavə qüvvələr cəlb edildi: bir piyada bölüyü, bir pulemyot taqımı və bir dağ topu. Qaraqaşlıda mövqe tutan türk bölməsinin tərkibi 40 əsgərdən, 2 Maksim pulemyotundan və 2 topdan ibarət idi. Avqustun əvvəlində Bankəni tərk edən türklər burada silahlı bir bölüyün saxlanılmasını məqsədə müvafiq bilmişdilər. Türk-Azərbaycan hərbi birləşmələri Bankədəki döyüşdə 11 nəfər itki verdilər 

 

Igid ölər, adı qalar...

 

Ümumiyyətlə, o tarixlərdə Azərbaycan ərazisində şəhid olan türk zabitlərinə heç bir kitabəli məzar daşının qoyulmaması bugünkü araşdırmaları xeyli çətinləşdirir. Tədqiqatçı, filoloq Azər Turan Qafqaz İslam ordusunun Neftçaladakı qəhrəmanlıq tarixini araşdıraraq, onlar haqqında məlumatları üzə çıxarmışdır. Tədqiqatçının sözlərincə desək, bu məzarlar Azərbaycana qəlblərində böyük sevgi və yenilməz sərkərdə Ənvər Paşanın xeyir-duası ilə gələn türk əsgərlərinin əbədi uyuduğu yerlərdir.

Əsrlər boyu yadelli işğalçıların hücumuna məruz qalan bu torpaqlar 1918-ci ilin yazında yenidən bolşevikdaşnak silahlı dəstələri tərəfindən qanlı bir savaş meydanına çevrildi. Bakıda və qəzalarda dinc əhaliyə qarşı dəhşətli soyqırımlar törədildi. Bolşevik maskası geymiş, qatı daşnak Stepan Şaumyan ordu quruculuğu işində anti-müsəlman mövqeyində idi. Birinci Dünya müharibəsi illərində Qafqaz cəbhəsinin müxtəlif bölgələrindən Bakıya minlərlə silahlı erməni əsgərləri gəlmişdi. Elə buna görə də, Sovet ÿordusunun rəhbər zabit kadrlarının əksəriyyəti erməni zabitləri idi. Stepan Şaumyan çıxışlarında yaxın vaxtlarda şiddətli döyüşlərin başlanacağına işarə edirdi. Martın ortalarında o, çəkinmədən bildirmişdi ki, Bakı Soveti Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca mərkəzinə çevrilməlidir. O qəsdən müsəlmanların soyqırımını vətəndaş müharibəsi kimi qələmə verir, faciənin əsl mahiyyətini təhrif edirdi. Onun rəhbərliyi ilə  Azərbaycanın bir çox şəhər və mahallarında kütləvi qırğınlar törədilmişdi. Bu zaman türk qoşunlarının köməyi, onların torpağımızda qəhrəmancasına döyüşərək şəhid olmuş oğullarının al qanı bahasına xalqımız erməni quldurlarının və yenicə qurulmaqda olan Sovet hökumətinin genosidindən xilas olmuşdu.

 

Qafqaz İslam Ordusunun 11 döyüşçüsü

 

1918-ci il mart hadisələri zamanı Türkiyənin hərbi naziri Ənvər Paşa Qafqaz İslam Ordusunun yaradılması haqqında əmr verdi. 1918-ci il aprelin 21-də  isə Cavad qəzasının Salyan şəhərində Sovet hakimiyyəti elan olundu. Bundan sonra Salyan  Neftçala ətrafında erməni daşnaklarının və  bolşeviklərin əlbirliyi ilə qırğın törədildi. Bu  soyqırım planına Qırmızı Qvardiyanın III və V taborları rəhbərlik etdi. Belə ki, Salyandakı III tabora Ter-Avakimov, Neftçaladakı V tabora Danilyan başçılıq edirdi. Kür çayı sahillərində böyük qırğınlar baş verdi. Xəzər dənizindən Kür çayı vasitəsi ilə Azərbaycanın içərisinə doğru irəliləməklə daşnak-bolşevik koalisiyası geosiyası hərbi strateji mənafeləri göz altına almaq istəyirdi. Muğanın taxıl ehtiyatına yiyələnməklə daşnak-bolşevik-qırmızı qvardiyasını çörəklə təmin etmək Bakı komissarları sovetinin rəhbəri Stepan Şaumyanın qeyd etdiyimiz kimi hərbi strateji məqsədi olmuşdur.

Mənbələrə əsasən türk-azərbaycanlı hərbi dəstələri Neftçala ərazisindəki bu son döyüşdən 11 nəfər itkieyni zamanda qələbə ilə çıxdı. Görünür bu naməlum məzarlarda yatan 11 şəhidin adlarının indiyə kimi gizli qalması da o vaxtkı hakim imperiyanın xofunun nəticəsi idi. Elə savaş başa çatdıqdan sonra da bir bölüyün saxlanması ilə 1918-ci ilin iyulun sonlarında türk orduları Neftçala ərazisini tərk etmişdir.

Türk ordusunun Qaraqaşlıdakı 40 nəfərlik bölməsinə rəhbərlik edən türk zabiti Ramazan bəyin 5-ci Qafqaz Firqəsi komandanlığına göndərdiyi sənədə əsasən Bankədəki döyüşdə “ikisi milis (Azərbaycanlı könüllü) olmaq üzrə 11 şəhid” verilmişdir. 1918-ci ildə Bankə qəsəbəsi yaxınlığındakı 1-ci Mayak kəndində balıq vətəgəsində fəhlə işləyən Usub Məmmədovun söylədiyinə görə də “türklər on bir şəhid veriblər”. Seyidlər qəbiristanlığındakı məzarlarda isə 10 nəfərin uyuduğu bir faktdır. Çünki Ramazan bəyin 5-ci Qafqaz Firqəsi komandanlığına verdiyi raportdan da göründüyü kimi,  həmin 11 nəfərdən ikisi azərbaycanlı könüllülər idi. Şahid insanları dediklərindən aydın olur ki, o iki nəfərdən birini, 18 yaşı olan şəhidi 1918-ci ildə burda deyil, aparıb öz doğma kəndlərində - Çuxanlıda dəfn ediblərmiş.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 Azadlıq.- 2013.- 12 noyabr.- S.14.