Diyar-diyar axan çaylar...

 

Onlara torpaqlarımıza can verir...

 

Azərbaycan ərazisində irili-xırdalı 8550-dən artıq axar sudan ibarət çay sistemi var. Onların bütövlükdə ümumi uzunluğu 33665 km təşkil edir. Bütün bu çayların su toplayıcı sahəsi 85500 kv. km qəbul edilir.

Ölkəmizin ərazisindən axan ən iri çay Kür onun sağ qolu Araz çayıdır. Respublikanın qalan çaylarını bir-birindən kəskin surətdə fərqləndirən iki böyük qrupa bölmək olar: dağ çayları düzənlik çayları.

Azərbaycanın bəzi çayları Kür çayına axır. Kür çayının ən böyük qolu olmasına baxmayaraq, digər çaylar birbaşa Xəzər dənizinə axır. Bu çayların illik axarının 7.78 milyard kubmetr həcmində olduğu hesablanmışdır. Çay şəbəkəsinin ərazi üzərində bölünməsi qeyri-bərabərdir.

Hesablama baxımından su sızdırmayan yumşaq torpaqlı ovalıqlarda çayların sayı azdır, lakin dağlarda yağmurların çox olması yer səthinin quruluşu səbəbindən çayların sayı çoxalır. 1000-2500 metr yüksəkliklərdə çayların şəbəkəsi yaxşı inkişaf etmişdir. Ümumiyyətlə, 1 kvadrat kilometr quru torpağa 90 000 kubmetr su düşür.

Kür çayı Qafqazda ən böyük çaydır. Onun uzunluğu 1515 km, hövzəsinin sahəsi 188 min kvadrat km-dir. Başlanğıcını Qızılgədik dağının (Türkiyədə) şimal-şərq yamacından (2740 m) alır. Kür çayı Türkiyə ərazisində 200 km, Gürcüstan ərazisində 335 km, Azərbaycan ərazisində isə 980 km məsafədən axaraq Xəzər dənizinə tökülür.

Yuxarı axımında dar dərin dərə ilə axır. Borjomi dərəsi çox dərin dardır. Kür çayı 55 km məsafədə bu dərə ilə axır. Orta axımında çay böyük məsafədə, nisbətən geniş yataqla axır. Tbilisidən sonra dərəsi daha da genişlənir. Mingəçevir yaxınlığında Kür çayı Bozdağ yüksəkliyini yararaq Mingəçevir astanalarını əmələ gətirir.

Kür çayına orta axımında Baş Qafqazın cənub yamacından axan Liaxva, Araqva, Keani Mingəçevir dənizi yaradılmamışdan əvvəl isə Qanıx çayı qovuşurdu. Bu çaylardan əlavə sağ tərəfdən Kürə Xrami, Ağstafaçay, Zəyəmçay, Şamxorçay, Gəncəçay, Kürəkçay s. çaylar tökülür.

 

Əyil Kürüm, əyil, keç!”

 

Aşağı axımında Kür çayı, Kür-Araz ovalığına çıxır əyri-üyrü yataqla axır. Burada çayın yatağı çox yerdə, ətraf sahələrə nisbətən hündürdür. Keçmişdə daşqının qarşısını almaq üçün əhali tərəfindən çay boyunca bəndlər çəkilmişdir. Şirvan düzünə çıxan Türyançay, Girdimançay Ağsuçay süni kanallar vasitəsilə Kürə tökülür. Bu hissədə Kürə sağ tərəfdən Kiçik Qafqazın şərq yamacından axan bir sıra çaylar da tökülür. Lakin bu çayların bəzisinin (Qoşqarçay, Xaçınçay) suyu yay aylarında az olduğuna görə Kürə çatmır.

Kür çayı Sabirabad rayonu yaxınlığında özünün sol qolu olan Arazla birləşir. Bu hissədən aşağı çay çox hamar bir sahə ilə axaraq, öz yatağına çoxlu lil çökdürür. Salyan yaxınlığında yatağı genişlənir, eni 150-160 m-ə çatır. Kür deltası bu sahədən başlayır burada iki qola ayrılır. Sol (əsas) qol, sağ qol. Sol qol hazırda Xəzər dənizinə tökülür; sağ qol isə Bala Kür adlanır ki, vaxtilə Qızılağac körfəzinə tökülərdi.

Kür çayı suyunu müxtəlif mənbədən alır. Axımının 50%-ə qədəri qar, 30%-i yeraltı, 20%-i isə yağış sularından əmələ gəlir. Yaz yay aylarında qar, yağış suları çayda daşqın əmələ gətirir. Aprel ayından başlayaraq çayın səviyyəsi qalxır, may-iyun aylarında ən yüksək səviyyəyə çatır. Bu dövrdə keçən axım illik axım həcminin 60-70%-ni təşkil edir. Mingəçevir dənizi yaradılmamışdan əvvəl güclü daşqınlar böyük ziyan törədirdi. Mingəçevir su anbarı tikilib qurtardıqdan sonra daşqın suları dənizə toplanır Mingəçevir şəhərindən aşağı çayın axımı nizama düşür. Yayda çayın az sulu dövrü başlayır, bu isə az davam edir. Sentyabr-oktyabr aylarında yağıntıların artması ilə əlaqədar olaraq Kürün səviyyəsi yenə qalxır.

Kürün mənsəb yaxınlığında orta illik su sərfi 580 kub m/san-dir. Mingəçevir yanında orta illik su sərfi 402 kub m/san olur. Mingəçevirdən aşağı, çayın axımı tənzim edildiyinə görə il ərzində paylanmasında böyük fərq olmur. Qış fəslində Kürün sahilində iynəvarı buzlar əmələ gəlir. Aşağı axımında isə buz örtüyü nadir hallarda olur. Özü ilə böyük həcmdə asılı çöküntülər aparır. Qədim zamanlarda bu çöküntülər Kür-Araz ovalığının əmələ gəlməsinə səbəb olmuşdur. Arazla Kür qovuşduqdan sonra Sabirabad yaxınlığında çay ildə 36,3 mln ton asılı çöküntülər aparırdı. Başqa sözlə, bir ildə Kür hövzəsinin hər bir kvadrat km sahəsindən 205 ton torpaq yuyulub aparılır. Bütün bunların nəticəsində Kür çayının deltası sürətlə böyüyür. Ən çox lillənmə aprel-may, ən az lillənmə isə yanvar-fevral aylarında olur. Suyun minerallaşması Mingəçevirə qədər 200-dən 400 mq/l-ə, ondan aşağıda isə 300-dən 450 mq/l-ə qədər-dir. Ən az minerallaşma yaz-yay daşqınları dövründə, ən çox minerallaşma isə qışda, çay yeraltı sulardan qidalanan zaman olur.

Kür çayının xalq təsərrüfatı əhəmiyyəti olduqca böyükdür. Yevlax şəhərindən çayın mənsəbinə qədər 614 km məsafə gəmiçilik üçün geniş istifadə edilir. Kür çayı böyük enerji ehtiyatına malikdir. Çayın üzərində, Tbilisidən yuxarı Zemo-Avçala, Tbilisidə - Ortaçala, Mingəçevir yanında - Mingəçevir, sağ qol-larından Kəncəçay üzərində - Zurnabad Alazan kanalı üzərində - Alazan su-elektrik stansiyaları tikilmişdir. Çayın üzərində ən böyük qurğu Mingəçevir HES-i Mingəçevir su qovşağıdır.

Mingəçevirdə tikilən torpaq bəndi Avropada ən yüksək bənd hesab olunur. hündürlüyü 76 m, uzunluğu isə 1800 m-dir. HES-in kücü 360 min kilovatdır. Bir ildə hasil etdiyi elektrik enerjisi 1,4 milyard kvt saata tədərdir.

Mingəçevir su anbarından başlanan Yuxarı Qarabağ Yuxarı Şirvan kanalları vasitəsilə Kür-Araz ovalığının 200 min hektar məhsuldar torpaqları suvarılır.

 

Dağlardan axan Araz...

 

Böyüklüyünə görə Azərbaycanın ikinci çayı 1072 km uzunluğu olan Arazdır. Kür çayı kimi Araz çayı da öz başlanğıcını Türkiyədən alır. Araz çayı 580 km məsafədə Azərbaycanın Türkiyə Iranla təbii olaraq dövlət sərhədini təşkil edir. Çayın Naxçıvan ərazisində Araz çayının bir neçə qolları vardır: Şərq Arpaçay, Naxçıvan, Əlincəçay Gilançaydır. Həkəri çayla birləşdikdən sonra Araz çayı Kür-Araz ovalığınadək çatır. 

Dağlarda uzunluğu 10 km-dən az olan bir neçə min kiçik çaylar mövcuddur. 800-ə yaxın çayın uzunluğu 10 km-dən - 100 kilometrədəkdir. 23 çayın uzunluğu 100 km-dən artıqdır. Azərbaycan çaylarının illik həcmi, o cümlədən qonşu ərazilərdən axan tranzit çayların suları ilə yanaşı 30 km-kub. təşkil edir. Dağ çayları özləri ilə bərabər vadilərə böyük miqdarda torpaq daş gətirir, sellərin axını zamanı isə kənd təsərrüfatına külli miqdarda zərər dəyir. Balıq ehtiyatlarına görə Azərbaycan çayları qiymətli sayılır. Kür çayında qızıl nərə balıqları ovlanır. Kiçik Qafqaz dağlarının çaylarında alabalığa da rast gəlmək mümkündür.

Azərbaycan çaylarının gücü ildə 16 milyon kilovat saat enerji istehsalına imkan verir. Bunların əsas hissəsi KürAraz çaylarının üzərinə düşür. Böyük Qafqaz dağlarının çayları yüksək axınlarına və dik künclərinə görə böyük hidroenerji imkanlara malikdirlər. Mingəçevir (Cənubi Qafqazda ən böyük HES-dır) və Varvarın su elektrik stansiyaları Kür çayı hesabına işləyirlər.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 17 noyabr.- S.14.