Uzaq tarixin yaxın bələdçiləri

 

Şahbuzun keçmişindən xəbər verən abidələr

 

Naxçıvan Azərbaycanın qədim tarixi abidələrlə zəngin məkanları arasında xüsusi yeri tutur. Bölgənin ayrı-ayrı yerlərində bir sıra arxeoloci abidələr kompleksi var ki, bunlar həmin ərazinin tarixi köklərinin çox qədimlərə gedib çıxdığını göstərir.

 

Şahbuz rayonunun Kükü kəndinin girəcəyində yerləşən I Kükü abidəsi bunlardan biridir. I Kükü abidəsi Küküçayın sağ sahilində yerləşən qədim yaşayış yeridir. Sahəsi 74 hektardan çox olan I Kükü abidəsi iki hündür təpəni və onların ətəyini əhatə edir. Aparılan kəşfiyyat işləri nəticəsində məlum olmuşdur ki, abidədə mədəni təbəqənin böyük bir hissəsi dağıdılmış, yaşayış yerinin bəzi hissələrində isə uçub tökülmüş daş yığınları var. Onu da qeyd edək ki, divar qalıqları bəzən 50 metr məsafədən izlənən binalar dağın relyefinə uyğun olaraq ensiz səkildə  yerləşdirilmişdir.

Arxeoloji qazıntılar zamanı yaşayış yerindən çəhrayı və boz rəngli gil küpələr, kasabadya qırıqları tapılmışdır. Eyni zamanda, həmin ərazidə qədim qəbirlərin olması ehtimal edilir. Bu yaşayış yerlərindən toplanmış yerüstü materiallar onu deməyə əsas verir ki, həmin materiallar e.ə. II-I minilliklər, şurfdan aşkar olunmuş materiallar isə e.ə. I minilliyin əvvəlləri üçün xarakterikdir.

Şahbuz abidələr kompleksinə daxil olan II Kükü abidəsi rayonun Küküçay ilə Zırnelçayın qovuşduğu yerdən bir qədər aşağıda Ilk Dəmir dövrünə aid arxeoloci abidədir. Abidə Küküçayın sağ sahilində, hündür təpə üzərində olub, hər tərəfdən dərin dərə ilə əhatələnmişdir. Sahəsi 6400 kv.m olan II Kükü abidəsi yaşayış yerində iri daşlardan tikilmiş bina qalıqlarına rast gəlinir. Həmin qalıqların dördbucaqlı formada olması müəyyən edilmiş, saxlanmış divarlar isə  bir cərgə iri daşlardan inşa edilmişdir. Abidənin cənub-qərb tərəfində də iki cərgə daşdan hörülmüş divar qalıqları aşkar edilmişdir. Yaşayış yerindən çəhrayı rəngli gil qab qırıqları tapılmış, Küküçayın sağ sahilində isə xüsusi düzəldilmiş yerdə qaval daşı aşkarlanmışdır. Bu abidənin də tarixinin çox qədimlərə gedib çıxdığı təsdiqlənmişdir. Ehtimal edilir ki, abidə e.ə. II minilliyin sonu - I minilliyin əvvəllərinə aiddir.

Bundan başqa, Şahbuz rayonunun Kükü kəndinin içərisində yerləşən Tunc dövrünə aid arxeoloji abidə olan Kükü nekropolu müəyyən edilmişdir. Abidədə aparılan tikinti işləri zamanı məlum olmuşdur ki, həmin abidələr qədim qəbirlərdir. Aparılan tədqiqatlar zamanı birinci qəbirdən iri monoxrom boyalı küpə və boz rəngli qablar, həmçinin iri buynuzlu heyvan sümükləri, nazik kül təbəqəsi, daha dərinlikdə isə iri yonulmuş daşlara təsadüf edilmişdir. Məlum olmuşdur ki, 3 metr dərinlikdə yerləşən qəbrin uzunluğu 2,5 metr, salamat qalan hissəsinin eni isə 0,6 metrdir.  Abidədə yerləşən ikici qəbir isə tamamilə dağılmış və salamat qalan hissəsinin uzunluğu 4 m, eni isə 0,6 m olub birinci qəbirlə eyni istiqamətdədir. Dağılmış qəbirdə həmçinin boz rəngli gil qablardan (küpə, kasa, badya qırıqları) ibarət məişət avadanlığının üzərini örtən kül qalıqlarına rast gəlinmiş, qəbir boyu heyvan sümükləri səpələndiyi müəyyən edilmişdir. Qəbirdən həmçinin tunc nizə ucluğutunc sancaqlar da tapılmışdır. Aşkarlanan maddi mədəniyyət nümunələrinin təhlilindən o da aydınlaşmışdır ki, Kükü nekropolunun e.ə. III minilliyin sonu - II minilliyin əvvəllərinə aid olduğunu ehtimal etmək olar.

 

Eramızdan əvvəl III-I minilliklərə aid...

 

Sarıdərə yaşayış yeri Şahbuz rayonu ərazisində yerləşən abidələr kompleksinə daxildir. Aşağı Remeşin  kəndi yaxınlığında, Küküçayın sağ sahilində, hündür təpə üzərində yerləşən Sarıdərə yaşayış yeri Tunc dövrünə aid edilir.

Hər tərəfdən dərin dərələrin əhatəsində yerləşən abidə oval planda olub, iki terrasdan ibarətdir ümumi sahəsi  1500 kv.m-dir. Burada tikinti qalıqlarının olduğu, eyni zamanda çəhrayı boz rəngli gil məmulatından ibarət yerüstü materiallar aşkar edilmişdir. Aparılan araşdırmalar nəticəsində Sarıdərə yaşayış yerinin e.ə. III-I minilliklərə aid olması müəyyən edilmişdir.

Şahbuz  rayonunun Aşağı Remeşin kəndi yaxınlığında, Sarıdərə adlı yerdə yerləşən Tunc dövrünə aid arxeoloji abidə olan I Sarıdərə nekropolu bir-birinin yaxınlığında, müəyyən xüsusiyyətləri ilə fərqlənən üç qəbirdən ibarətdir.  I Sarıdərə nekropolunun e.ə. II minilliyə aid olması güman edilir.

II Sarıdərə nekropolu III Sarıdərə nekropolu Şahbuz rayonu ərazisində yerləşən abidə komplekslərinə daxildir. II Sarıdərə nekropolu Küküçayın sağ sahilində, dağ silsiləsinin çaya enən yamacına yerləşən arxeoloji abidə, III Sarıdərə nekropolu isə II Sarıdərə nekropolundan şimal-şərqdə yerləşən arxeoloji abidədir abidə Küküçaya tökülən azsulu çayın yatağına enən yamacdadır. Tapıntılar zamanı II Sarıdərə nekropolunda aşkarlanan qəbir daşlarından birinin üzərindəki piktoqrafik işarələr çox güman ki, qədim insanların axirət dünyasına inamı ilə bağlı olmuş, Son Tunc İlk Dəmir  dövrlərinə aid edilir. III Sarıdərə nekropolunda aşkarlanan qəbirlərdənÿkəllə sümüyü, skelet qalıqları, boz cəhrayı rəngli gil qab qırıqları, tunc bəzək əşyaları (bilərzik, sırğa, muncuq, asma, toqqa, boyunbağı s.), ox ucluqları, obsidian qəlpələri, tuncdan tökülmüş quş fiquru digər maddi mədəniyyət qalıqları aşkara çıxardılmışdır. Tapıntılara əsasən nekropolun e.ə. III minilliyin sonu - e.ə. XII-X əsrlərə aid olduğu ehtimal edilir.

Şahbuz rayonu ərazisindəki abidə komplekslərindən biri Türkeş kəndindən şərqdə, yolun kənarında yerləşən Türkeş nekropoludur. Arxeoloji Nekropol su kəməri çəkilərkən dağıdılmışdır. Buradakı qəbirlər daşqutu tiplidir, onların yanları yastı sal daşlarla qurulmuş, üstü isə eyni tipli daşlarla qapadılmışdır. Nekropoldan aşkarlanan keramika məmulatı 1-2 əsrlər üçün xarakterikdir.

 

Daşlarındanışan dili

 

Şahbuz  rayonu ərazisində, Naxçıvançayın sol sahilində, eyniadlı kəndin yaxınlığında, hər tərəfdən sıldırım qayalarla əhatə olunmuş hündür dağın üstündə yerləşən Şapurqala abidəsi arxeoloji abidə kimiÿ1990-cı ildə qeydə alınmışdır. Sahəsi 1300 kv.m olan qalaya qalxan yolun üstündə pir var pirdən bir qədər yuxarıdakı meydançada uçub tökülmüş tikinti qalıqlarına, çəhrayı rəngli gil qab qırıqlarına təsadüf olunmuşdur.

Bu qala çoxbucaqlı meydança şəklindəki sahədə yerləşir həmin sahənin hündür yeri onun cənub-şərqindəki hündür qayadır, qayanın içərisində isə otaq qazılmışdır. Otağın içərisindən bişmiş kərpiclər tapılmış, qala divarında rombşəkilli taxça düzəldilmiş, taxçanın altındakı divar isə yarımdairəvi şəkildə yonulmuşdur.

Tapıntılar üzərində aparılan araşdırmalar göstərmişdir ki, Şapurqalada həyat eramızın ilk əsrlərindən XV-XVI əsrlərə kimi davam etmişdir. Qaladan müdafiə məqsədi ilə, həmçinin gözətçi məntəqəsi kimi istiadə olunmuşdur.

Şahbuz rayonunun Külüs kəndinin ətrafında eyni adlı yaşayış yerinin yaxınlığında yerləşən Əyrək nekropolu da arxeoloji abidələr kompleksinə daxildir. Oradakı qəbir daşları dördkünc formalı prizma şəklində hazırlanmış onların üzərində heç bir yazı təsvir yoxdur. Lakin sinə daşlarından birinin üzərində yedəyində at aparan insan təsviri vardır ki, bunlar da orta əsr müsəlman qəbir daşlarında tez-tez rastlanan motivlərdəndir. Nekropolu XVI-XIX əsrə aid etmək mümkündür.

Şahbuz rayonunun  Badamlı ÿkəndində yerləşən Badamlı qəbiristanlığı arxeoloji abidəsi hər tərəfdən həyətyanı sahələrlə əhatə olunmuşdur. Qəbirlərin əksəriyyətinin izi itsə də, bəzilərinin yalnız baş daşları salamat qalmışdır və bu baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr, qırmızımtıl rəngli tuf daşından hazırlanmış bir qoç fiquru mövcuddur. Əldə edilən məlumata görə, nekropolda vaxtilə xeyli daş qoçlar olmuşdur. Qəbiristanlığın mərkəzi hissəsində dairəvi formalı türbənin bünövrəsinə aid qalıqlar saxlanmışdır. Badamlı nekropolunun XVI-XIX əsrlərə aid edildiyi ehtimal olunur.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 18 noyabr.- S.14.