Qədim incəsənət tariximiz

 

Alban tarixinə aparan izlər

 

Azərbaycan incəsənətinin ən qədim mərhələlərindən birini Qafqaz Albaniyasının incəsənəti təşkil edir. Qafqaz Albaniyası incəsənəti erkən dövrdə təbiəti xarakteri baxımından dini ideyalara əsaslanmış, birinci əsrdən yeni dövrün başlanması ilə dinin təsiri bir qədər zəifləmişdir. Bundan sonra feodalizmin mənşəyi inkişafı ilə bağlı yenilikçi ideyalar yayılmışdır.

 

(I yazı)

 

Arxeoloq D.M.Şərifovun rəhbərliyi ilə Nuxanın Yaloylutəpə ərazisində 1926-cı ildə başlanılan arxeoloji tədqiqatlar zamanı dəfn alətləri keramika məmulatları aşkarlanmışdı. Xatırladaq ki, həmin məmulatlar o vaxta qədər Qafqaz üçün yad idi. Azərbaycanın müxtəlif ərazilərində Şərqi Gürcüstanda bu tədqiqatlardan sonra aparılmış arxeoloji qazıntılar zamanı Yaloylutəpə tipli dəfn adətinin izləndiyi çoxlu abidələr aşkarlanaraq tədqiq olunmuşdur. Həmin il  Qəbələ rayonu ərazisindəki qədim yaşayış yerində arxeoloji tədqiqatlara başlanmış tədqiqatların nəticəsi olaraq D.Şərifov Albaniya dövlətinin paytaxtını aşkarladıqlarını elan etmişdi.

T.İ.Qolubkinanın rəhbərlik etdiyi tədqiqatlar zamanı isə küp qablarda dəfn adəti aşkarlanmışdır. Mingəçevirdə aparılan bu tədqiqatlar zamanı zoomorf tipli keramika nümunələri keramika nümunələri üzərində möhürlər aşkar edilmişdir.  Müxtəlif dövrlərdə Mingəçevir abidələrində arxeoloji qazıntılar aparlmış artefaktlar tədqiq edilmişdir.

Vikipedia”nın yazdığına görə, Qafqaz Albaniyası dövrünə aid tarixi-memarlıq abidələrində Y.A. Poxomov kimi hərtərəfli biliyə malik Qafqazın numizmatikasına həsr edilmiş əsərləri ilə məşhur olan bir alim məşğul olmuş öz əsərlərindən altısını Azərbaycanın sikkə xəzinələrinə həsr etmişdir. Həmçinin Mingəçevirin küp qablarda dəfn mədəniyyəti, Albaniya ərazisində Sasani satraplığı dövründə inşa edilmiş divar qalıqları, Qobustanın Böyük Daş dağındakı Roma kitabəsi Azərbaycanın müxtəlif ərazilərində olan alban məzar daşları da Y.A.Poxomov tərəfindən tədqiq edilmişdir. G.İ.Ione küp qəbirlərdən tapılmış müxtəlif keramika məhsullarına, küp qəbirlərin tarixləşdirilməsinə, erkən dövr küp qəbirlərindən birində aşkarlanmış çəkmə formalı saxsı qaba bir neçə məqalə həsr etmişdir. Z.İ.Yampolski Qafqaz Albaniyasının bir neçə abidəsi, o cümlədən 1848-ci ildə Qobustanda aşkarlanmış latın kitabəsi, həmçinin Şamaxı digər rayonlardan aşkarlanmış daş alban bütləri haqında məqalələr yazmışdır.

 

Arxeoloji tədqiqatlardan üzə çıxan xəzinə

 

1960-cı illərdən Azərbaycan tarixçi arxeoloqlar tərəfindən Qafqaz Albaniyası incəsənətinin müxtəlif mərhələlərinə həsr edilmiş dissertasiyalar nəşr edilməyə başlanmış, bu tədqiqatlarda qliptika şüşə məmulatının tədqiqinə xüsusi diqqət ayrılmışdır.

Arxeoloji tədqiqatların gedişində, xüsusilə qəbirlərdə aşkar edilmiş bəzək şeyləri öz formalarının istifadə olunmuş materialların rəngarəngliyi ilə fərqlənir. Bunlar metaldan, şüşədən, gildən, pastadan, müxtəlif qiymətli yarımqiymətli daşlardan hazırlanırdı. Bəzək şeylərinin tərkibinə qadın tacları (çələngləri), boyunbağılar, qolbaqlar, üzüklər, asma bəzəklər, sancaqlar, toqqalar, muncuqlar, müxtəlif tikmə, bəzəklər s. daxildir. Əsasən Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qəbələ, Qaratəpə, Qalagah, Şortəpə, Qırlıtəpə digər Albaniya abidələri qazıntılarından məlum olan, nəcib metallardan qiymətli daşlardan hazırlanmış bəzək şeyləri müəyyən qrup təşkil edir.

Bəzək şeylərinin böyük bir qrupu antik dövrdə geniş yayılmış qolbaqlardan ibarətdir. Qolbaqlar tuncdan, gümüşdən, qızıldan, dəmirdən hazırlanırdı. Ayrı-ayrı keramik qolbaq nümunələri məlumdur.

Bəzək şeyləri arasında sırğalar xüsusi yer tutur. Qızıl sırğalar Mingəçevir, Yaloylutəpə, Xınıslı, Qalagah, Şatırlı (Bərdə) və başqa yerlərdə aşkar edilmişdir. Şatırlı antik məskəni yaxınlığında olan qəbiristanda qazıntı zamanı müxtəlif zərgərlik məmulatı ilə birlikdə tökmə üsulu ilə sırğalar və digər bəzək şeyləri hazırlamaq üçün işlədilən daş qəliblər tapılmışdır.

Arxeoloji qazıntılar zamanı əsasən tuncdan olan çoxlu miqdarda müxtəlif sancaqlar aşkarlanmışdır. Onlardan bəzilərinin başı tunc zəncirlərlə bəzədilmişdir. Rəngarəng toqqalar, piləklər, asma bəzəklər və xüsusilə həm yerli ustalar tərəfindən düzəldilən, həm də kənardan gətirilən müxtəlif muncuqlar da külli miqdarda tapılmışdır.

Muncuqlar əsasən antik dünyanın məşhur mədəniyyət mərkəzlərindən gətirilirdi və digər gətirilmə materiallarla birlikdə bunlar sübut edir ki, eramızdan əvvəl IV-I əsrlərdə və eramızın I-II əsrlərində Qafqaz Albaniyası Qara dənizin şimal sahilində yerləşən şəhərlərlə, Parfiyanın, Romanın, Mesopotamiyanın, Misirin, Hindistanın, Suriyanın şəhərləri ilə geniş ticarət əlaqələri və mədəni əlaqələr saxlamışdır.

 

Qədim tarixdən qalan irs

 

Miladdan əvvəl I minilliyə və miladın ilk əsrlərinə aid olan, əsasən hellinizm dövlətlərində, Romada kəsilmiş sikkələrdən ibarət dəfinələr və ayrı-ayrı sikkələr, habelə albanların öz sikkələri aşkara çıxarılıb öyrənilmişdir. Gümüş alban sikkələri Bərdə, Xınıslı, Qəbələ, Nüydü, Qırlartəpə abidələrindən məlumdur. Aşkara çıxarılmış sikkə dəfinələrinin tədqiqi göstərir ki, həmin sikkələr eramızdan əvvəl III əsrin axırlarından etibarən Albaniyada zərb edilib yayılmışdır.

Azərbaycanın bu dövr zərgərlik sənəti məhsulları müxtəlif çeşidliyi, yüksək sənətkarlığı və zənginliyi ilə fərqlənir. Albaniyanın metalişləmə və daşişləmə sənəti məhsullarında əvvəllər antik, ellin, sonralar isə Sasani ənənələrinin təsiri güclü idisə, zərgərlik sənəti əsas etibarilə yerli bədii ənənələr zəminində inkişaf edirdi. Azərbaycanın antik dövr zərgərlik məmulatı üçün səciyyəvi olan bir çox bəzək ünsürləri və bədii formalar sonrakı yüzillərdə daha da təkmilləşdi. Bu cəhət özünü Mingəçevirdə aşkar edilmiş VI əsrə aid edilən qızıl sırğalarda daha parlaq göstərir. Sırğada I-III əsrlərin məmulatında daha çox təsadüf olunan arxaik forma - bir-birinə lehimlənmiş “buğdaların” əmələ gətirdiyi kiçik piramida daha mükəmməl icra texnikası ilə yerinə yetirilmişdir: əgər əvvəllər “buğda” bilavasitə sırğanın qulpuna lehimlənirdisə, bu dövrdə artıq “buğda” ilə sırğanın əyrisi arasında içi boş kürəcik yerləşdirirdilər.

Zərgərlikdə əqiqdən geniş istifadə edilirdi. Qafqazda ta qədimdən bu daşın ecazkar gücünə inam vardı. O dövrün zərgərləri sırğa düzəldərkən müxtəlif rəngli daşların yaratdığı estetik təsir gücündən istifadə etməyə çalışırdılar. Sallama qızıl tanalar çox vaxt qaş üçün işlədilən daşların müxtəlif formalarını nümayiş etdirmək xatirinə hazırlanırdı. Üçkünc, ellipsvari, dairəvi, düzbucaqlı və s. həndəsi formalı rəngarəng daşlar sırğaların dekorativ-bədii şəkli müəyyənləşdirirdi. Sonralar zərgərlik məhsullarının kompozisiyası sadələşsə də çeşidi artırdı. “Yarpaq” sırğa ürək formasını alır. Belə qaşın yerləşdirildiyi çərçivənin yanlarında hər birinə muncuq salınmış dörd qızıl qarmaqcıq bənd edilirdi. Şimali Azərbaycan zərgərləri başqa bədii-texnoloji üsuldan da istifadə edirdilər: daşı çərçivəyə salınır, bununla onun plastik formasını və rəngini daha qabarıq nəzərə çarpdırırdılar. Əgər əvvəllər qaş qızıl məmulatının ayrı-ayrı quruluş ünsürlərinin bədii formasını daha qabarıq göstərmək xatirinə qoyulurdusa, sonralar metal detallar daşın formasından asılı olmağa başladı.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 22 noyabr.- S.14.