Qədim incəsənət
tariximiz
Monumental heykəltəraşlıq
Qafqaz Albaniyasının
incəsənətini əhatə
edən əsas sahələrdən biri də monumental heykəltaraşlıqdır. Monumental heykəltəraşlıq Qafqaz
Albaniyası plastik sənətinin maraqlı növlərindən biri olub. Gil və tunc heykəlciklər, daş heykəllər və s. bu qrupa
daxildir.
(III yazı)
Bu sahəni
araşdıran tədqiqatçılar
belə qənaətə
gəliblər ki, başı
və ətrafları
olmayan gil heykəlciklər hər hansı hadisə və ya tədbirin
uğurla başa çatması ilə əlaqədar keçirilən
mərasimdən sonra məhv edilir və qəbirlərdə
basdırılırdı. Çox
güman ki, ecazkar varlıqların surətlərinin rəmzi
olan bu sındırılmış
heykəlciklər şər
qüvvələrin bədnəzərlərini
özlərinə cəlb
etmək üçün məhv
edilirdi.
Eramızdan
əvvəl IV-III əsrlərdən
başlayaraq Albaniyanın
dekorativ-tətbiqi sənətində
kiçik formalar plastikası, məişət
sücetlərinə və
mifoloci süjetlərə
dair səhnələrin
batıq xətlərlə
təsvir edildiyi daş heykəllər xüsusi yer tutur. Alban incəsənətinin bu abidələri olduqca çoxdur: təkcə İsmayıllı rayonunun
ərazisində, Mollaisaqlı-Hacıhatəmli
yaylasında 60-dan artıq
heykəlcik aşkara çıxarılmışdır. Bunlar Mingəçevir, Qəbələ və Şamaxı qazıntıları
zamanı da tapılmışdır.
“Vikipedia”nın yazdığına görə,
Albaniyanın kiçik
gil heykəlyapma (koroplastika) sənəti arxaik formaları xeyli dərəcədə
hifz edib saxlamış və o, Şərq incəsənəti
üçün səciyyəvi
olan üslubda yaradılmışdır. Çox
ehtimal ki, terrakotlar ən qədim zamanlardan məhsuldarlıq rəmzi
sayılan Ana İlahəsinin
təsviri ilə bağlı olmuşdur. Albaniya koroplastikasının müəyyən
hissəsi Azərbaycanın
qədim əhalisinin etiqadlarını və təsəvvürlərini əks
etdirən, qonşu ölkələrin incəsənəti
ilə ümumi cəhətləri olan zoomorf təsvirlərlə
təmsil edilmişdir.
Arxaik cizgiləri saxlayan terrakot heykəlciklər antik dövrdə Ön Asiya və
Yaxın Şərq incəsənətinin lokal
məktəblərindən birini təmsil edir.
Albaniyanın
monumental heykəltəraşlığı
arxeoloji tədqiqatların
gedişində əsasən
Şirvanda və Qarabağda üzə çıxarılmış antropomorf
daş heykəllərlə
təmsil olunmuşdur. Onların böyük bir qismi əhəngdaşından
hazırlanmışdır və adamı boyaboy və ya hətta daha
iri ölçüdə
təqdim edir. Heykəllərin başları bir
qayda olaraq qopuqdur. Sağ əl sol döşə,
sol əl qarın üstünə və ya sağ əldən
aşağıya qoyulmuşdur.
Şamaxı rayonunun Çıraqlı
kəndində tapılmış
daş heykəllər
qrupunda üzün cizgiləri (gözlər,
burun, qulaqlar) aydın təsvir olunmuş, sakitlik, müdriklik, mərdlik kimi xassələrin realistcəsinə ifadə
edilməsinə cəhd
göstərilmişdir. Daş heykəllər əsasən yerli bütpərəst əhalinin
səcdə etdiyi kişi bütləri
idi. Bu ənənə
antik dövrdən ta ilk orta əsrlərə
qədər yaşamışdır.
Maraqlı rəsmlər təsvir
olunmuş qablar
Qeyd
edək ki, daşdan yalnız
monumental heykəllər deyil,
həm də üzərində müxtəlif
təsvirlər həkk
edilən kiçik fiqurlar da yonulurdu. Alban tətbiqi sənətinin maraqlı nümunələrindən
olan, ağ
əhəngdaşından hazırlanan,
qədəhə oxşayan
zəngşəkilli bir
qab Şamaxıda tapılmışdır. Qabın
içi boş olan gövdəsi bayır tərəfdən
çökək ornamentlə
örtülmüş, çəpəki
və sınıq xətlərlə haşiyələnmiş
kompozisiyanın mərkəzində
isə bir- birinin dalınca sıra ilə gedən beş
heyvan - təkə, donuz, bəbir və aydın nəzərə çarpan
iki maral fiquru yerləşdirilmişdir.
Qədəhin yuxarısı
üç qabarıq
başcıqla - kişi, qadın və it başcıqları
ilə qurtarır. İsmayıllı rayonu ərazisində
Uzunboylar məskənində
də üzərində
zoomorf təsvirlər
olan daş piyalə tapılmışdır.
Həm də buradakı maral təsvirləri,
ornament motivləri qədim
Şamaxıda tapılmış
qədəhdə olan
maral təsvirlərinə
və ornament motivlərinə
bənzəyir. Haqqında danışılan
qabların hər ikisi eyni məktəbin
məhsulu olub mədəniyyət dairəsinə
mənsubdur. Demək lazımdır
ki, plastik materialda, torevtika əsərlərində, qliptikada
çoxsaylı maral təsvirlərinin motivi məhz alban dekorativ tətbiqi sənəti üçün
səciyyəvidir.
Dulusçuluq
da Alban incəsənətinin
geniş yayılmış
növlərindən biri
olub. Ən qədim alban
dulusçuluq nümunələri
çoxrəngliliyi və
mürəkkəb naxış-bəzək
sistemi ilə seçilir. Qədim yerli
ənənələrə əsaslanan Albaniya incəsənəti antik dövrdə müəyyən
dərəcədə tənəzzülə
uğrasa da, Albaniya bədii keramikasının istehsalında
özünü xüsusilə
parlaq şəkildə
büruzə verən
dekorativ-tətbiqi sənət
daha da inkişaf
etmişdir. Məhz antik
dövrdə alban keramikasının böyük
bir hissəsinin əllə hazırlanmasına,
dulus çarxının
tamamilə istifadədən
baxmayaraq, keramika öz formalarının simmetrikliyi və zərifliyi ilə fərqlənir. Keramikanın xüsusilə maraqlı tiplərindən biri də süddanların hazırlanması olub.
Bunlar yumru gövdəli, birqulplu, azacıq yuxarı qalxmış uzunsov novçalı qablardır, novçanın
başlandığı yerdə
adətən çox
vaxt “süzgəc” düzəldilirdi. Süddanlar bişirilməmişdən
qabaq ağımtıl
və ya qırmızımtıl şirə
ilə örtülürdü.
Kürədə
bişirilən məşhur
birayaqlı və üçayaqlı qırmızı
və qara vazalar kimi, təsvir
edilən qabların da yerli xalq
ənənəsində dərin
kökləri vardır
və bu ənənənin ünsürləri
hellinizm dövrünün
alban incəsənəti
üçün xüsusilə
səciyyəvidir. Qabların boğazı və qulpu bir çox
hallarda batıq və ya çökək
ornamentlə, gövdəsi
isə simmetrik şəkildə yerləşdirilən
yapışdırma düyməvari
naxışlarla bəzədilirdi.
Səciyyəvi novçanın hər
iki tərəfinə
vurulan bu cür yapışdırma
naxışlar həmin
qablara zoomorf görkəm verir.
Bədii keramika məhsulları
“Vikipedia”da yazılır ki, eramızdan əvvəl IV-III əsrlərdə
geniş yayılmış olan bədii keramikaya əməli
əhəmiyyətini də saxlayan ən
müxtəlif zoomorf və antropomorf qablar daxildir. Ümumiyyətlə, mücərrəd
ornamentlə bəzədilmiş qablara xüsusi düzəlmiş qulpların,
qapaqların və digər lazımlı ünsürlərin köməyi ilə zoomorf və ya antropomorf görkəm verilir.
Bir çox saxsı qablarda heyvanların, quşların, insanın
yapışdırma və basma ornamentlə,
boya ilə yaradılmış sxematik təsvirləri vardır ki, bunlar alban
incəsənəti haqqında müəyyən təsəvvür
yaradır. Bununla əlaqədar olaraq İsmayıllı
rayonunun Hacıhatəmli
yaşayış yerindən tapılmış dabanlı
oturacağı olan boz
rəngli vazanı xüsusilə qeyd etmək
lazımdır; Gövdəsi
yapışdırma naxışla bəzədilmiş
qabın kiçik şaquli
qulpları vardır, ağzı dəyirmidir. Şaquli
qulpların hər iki tərəfinə
çiçək şəklində kiçik
naxışlar yapışdırılmışdır; qulpun dibində də buna
bənzər yapışdırma naxış vardır.
Yapışdırma naxışların köməyi ilə qaşlar, gözlər, qulaqlar
və üzün hər iki
tərəfindən sallanan iki hörük, batıq
cızıqların köməyi ilə kirpiklər bildirilmişdir. Qadın çöhrəsinin
zəngin təxəyyülü naməlum usta
tərəfindən məharətlə yaradılmış təsviri
əsrləri arxada qoyaraq
bizə gəlib çatmışdır. Buna
oxşar antropomorf
saxsı qablar qədim Şamaxı
qazıntılarından məlumdur. Qabın gövdəsinin
yuxarı hissəsi adam başı
formasındadır; qulaqlar, burun, gözlər və bel
realist görkəmdə verilmişdir.
Təsvir edilmiş keramikaya bənzəyən, maral,
keçi, öküz,
xoruz, göyərçin, tısbağa və
s. formasında hazırlanan, realist alban incəsənəti
üçün səciyyəvi olan antropomorf saxsı qab Türkiyə ərazisində olan heç abidələrindən
də məlumdur.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 24 noyabr.- S.14.