Dəniz qoxulu Şağan hekayəti...
Qədim türklərin yaşayış məskəni
Abşeron yarımadası Azərbaycanın simvollaşmış məkanlarından biridir. Xəzər dənizinin qərb sahilində yerləşən yarımadada Bakı, Sumqayıt və Xırdalan şəhərləri ilə yanaşı, 32 qəsəbə yerləşir. Fərziyyələrə görə, “duzlu su” mənasını verən bu ad əvvəllər Xəzər dənizini işarə etmək üçün işlənmişdir. Coğrafi iqlim və geoloji amilləri sayəsində bütün Abşeron yarımadası və Bakı ərazisi 20 000 il bundan əvvəl məskunlaşmışdır.
Yarımadada
qədim insan məskənlərini nişan verən
tunc dövrünə və erkən
dəmir dövrünə aid kurqanların
sayı-hesabı yoxdur. Ərazidə həmçinin
daşdan yonulmuş,
üzərində sujetli rəsmlər
çəkilmiş antropomorf fiqurlu qədim qəbristan kompleksləri aşkar edilmişdir -
Dübəndi, Türkan, Xaşaxuna, Şağan, Mərdəkan,
Şüvəlan qəsəbələri, Pirallahı
adasında, Zığ gölündə, Binəqədidə
və Əmircanda qədim insan məskənləri
aşkar edilmişdir
(e.ə.III-I minilliklər).
Deyilənlərdən
məlum olur ki,
bütövlükdə Abşeron
yarımadası hələ qədim vaxtlardan
insanların dinc yaşaması üçün onları cəlb etmişdir. Lakin bu yarımadanın geostrateji
mövqeyi müxtəlif
işğalçıları da buraya cəlb edirdi.
Uzaq tarixdən xəbər verən Şağan qəsəbəsi də Abşeron yarımadasının ən qədim
yaşayış məskənlərindən biridir.
Burada aparılan arxeoloji
qazıntılar nəticəsində məlum olmuşdur
ki, hələ e.ə. 3000 il
əvvəl ərazidə əhali
məskunlaşmışdır. Yaşayış
məskəninin Banağan adlanan
sahəsində tunc dövrünə aid müxtəlif qayaüstü
təsvirlər, o cümlədən astronomik biligiləri özündə ehtiva edən Günəş, Ay,
yerin cəhətləri, kainat
simvolları, təsərrüfat və məişət əşyalarının
təsvirlərinin qeydə alınması bu həqiqəti təsdiqləməkdədir.
XI-XII əsrlərdə kəndin həm əhalisi, həm də
ərazisi xeyli genişlənmişdir. Coğrafi məfhum kimi Şağan toponiminin bir neçə izah
variantından ən çox həqiqətə
uyğun gələni adın məhz etnotoponim olaraq Çağan oğuz eli ilə bağlılığıdır.
Şağan coğrafi məfhumunun
bir neçə izahı olduğunu
aydınlaşır. Bəzi etnoqrafların fikrincə, toponim “şah” - “böyük” sözündən və “an” - məkanlıq şəkilçisindən
əmələ gəlmişdir ki, bu da tərcümədə
“böyük kənd” kimi
səslənir. Xalq etimologiyasına
görə isə vaxtı ilə burada Şahxan adlı bir nəfər
yaşamış və kənd onun şərəfinə
belə adlandırılmışdır. Amma
daha bir fərziyyə
də irəli sürülür: Şağan kəndinin əhalisi tarixən türkdilli olmuşdur. Toponimin “sakan” etnonimi ilə oxşarlığı belə bir
mülahizə yürütməyə əsas verir
ki, vaxtı ilə burada
sakan tayfasından olan
adamlar yaşamışdılar.
Coğrafi cəhətdən kənd şimal və şimal-qərbdən Buzovna, şərqdən və cənub tərəfdən
Mərdəkan, qərb istiqamətində isə Binə qəsəbəsi
ilə qonşuluqda yerləşir. Qəsəbənin
sahəsi təqribən 1500 kv.km-dir, əhalisinin
sayı isə 3800-ə yaxındır. XX əsrin 30-cu illərinədək
Şağan yaşayış məntəqəsi
kənd statusu ilə, 1994-cü ildən
isə şəhər tipli qəsəbə
statusu ilə Əzizbəyov rayonunun inzibati ərazi
vahidliyinə daxil olmuşdur.
Tarixi yaşadan tarixi dəlillər
Bu qədim məkanda tarixi
baxımdan bir sıra dəyərli
memarlıq abidələr var. Bunlardan XII əsrin
sonu XIII əsrin əvvəllərində
inşa edilən 24 metr
hündürlükdə dördbürclü
(hazırda qalanın bir bürcü
salamatdır) qalanı, tarixi 1320-1321-ci illərə
aid olan qubala-türbəni
(alban abidəsi), 1658-ci ildə inşa olunan piri, 1889-cu ildə tikilən məscidi, tarixi 1894-1895-ci illərə təsadüf
edilən mədrəsəni, 1895-ci ildə Hacı
Atababanın tikdirdiyi hamamı, kənd qəbiristanlığında
olan dördsütunlu
türbəni (1907), sayı 40 olan sərdabələri
qeyd etmək olar.
Şağanın milli koloritlərini özündə əks
etdirən əsas elementlərdən biri də
daş divarlardır. Mənbələrin
yazdığına görə, Şağan
qədimdən sakit bir
məskən olub. Maraqlısı odur ki, bu
kiçik və az əhalisi
olan kənddə düz
6 qəbiristanlıq salınıb. Buradakı sonuncu
qəbiristanlıq bir neçə il öncə salınıb. Ancaq
məzarlıqların çox olması heç də ölüm
hallarının artması ilə əlaqədar deyil. Bunun səbəbi onunla izah olunur
ki, əhali məzarlıq seçimində
düzgün ərazi müəyyənləşdirə
bilməyiblər. Təqribən hər məzarlıqda 400-500
mərhum uyuyur. Sadəcə qəbiristanlıq
əraziləri əlverişsiz məkanlarda yaradılıb.
Ərazi kiçik olduğundan,
torpaq qıtlığı yaranıb. Kəndlilər
yeni bir ərazi
ayırmaq məcburiyyətində qalıblar. Bir
müddət sonra yenə eyni
aqibət təkrarlanıb. Beləliklə, Şağanda
6 qəbiristanlıq salınıb. Bundan əlavə,
məzarlıqların çoxluğunun bir səbəbi də həmin ərazilərdə
bölgələrdən gələn sakinlərin ev tikməsidır.
Kənddəki Qubala və Sərdəbala türbələrinin
maraqlı tarixçəsi var. Sakinlərin sözlərinə
görə, əslində, sözügedən türbələrdə
uyuyan mərhumları qədimdə
müvəqqəti bura qoyublarmış. Bu ərazidən karvanlar keçirmiş. Həmin ölən
adamları burada məzara üzü
qibləyə deyil, əksinə, xəzri-gilavar
küləyinin istiqamətində dəfn ediblər ki, yaxınları nə vaxtsa
gəlib aparacaq. Deyilənə görə,
həmin məzarlarda yatanlar Kərbəla,
Nəcəf və başqa Şərq
ölkələrinə gedən karvan
yolçuları olub. Hazırda həmin
türbələr baxımsız qalıb...
Şağandakı XIII əsrə aid dördbucaqlı Qala çox məşhur abidə olub. XII-XIII əsrlərə aid edilən və müdafiə məqsədi ilə inşa olunan Şağan qalası Abşerondakı bir çox qalalar kimi ağ daşdan tikilib.Ancaq indi Qalanın yalnız dağıntıları qalıb. Qalanın bir hissəsi uçurulub və daşlardan hasar tikilməsi üçün istifadə olunub.
Müasir Şağanın mənzərəsi
Bu qədim kəndin əhalisi ulu babalarından qalan məşğuliyyətləri
günümüzdə də davam etdirir. Hazırda bu sənət
sahələrinin bir çoxu
böyük xərc tələb etdiyi və bahalaşdığı üçün insanlar onlardan uzaqlaşmaq məcburiyyətində
qalırlar. Günümüzdə
Şağanlıların ənənəvi məşğuliyyəti,
demək olar ki, əkinçilik,
bostançılıq, bağçılıq, maldarlıq və
sənətkarlıqdan ibarətdir. Kəndlilər mal-qara üçün əvvəllər
boş ərazilərin kifayət qədər
olduğunu deyirlər. Amma
evlərin və müxtəlif iaşə obyektlərinin
tikilməsi mal-qara üçün
ərazi qıtlığı yaradıb. Ancaq
Şağan əhalisi yenə də
bostançılıq və maldarlıqdan gələn qazancla dolanır. Sakinlər işsizlik
və güzəran problemindən qurtulmaq
üçün təsərrüfat fəaliyyətinin
yeganə çıxış yolu olduğunu hesab söyləyir.
Son illər bu işlər
əhaliyə xeyli
çətinliklər bahasına başa
gəlsə də, insanlar gündəlik
ehtiyaclarını qarşılamaq üçün
qədim baba yurdunda həyat
mübarizəsini davam etdirməkdən başqa çıxış yolu
da görmür.
Abşeron yaşayış məntəqələri
içərisində istər ərazisinə, istərsə də
əhalisinin sayına görə kiçik
qəsəbələrdən olmasına baxmayaraq,
buradan respublikamızın ictimai,
siyasi, mədəni həyatında kifayət
qədər əhəmiyyətli rol oynayan bir çox
şəxsiyyətlər
çıxmışdır. Bu şəxsiyyətlər sırasında ölkənin
dünənki və bugünkü həyatında
xüsusi rol oynamış
çox sayda
tanınmış insanlar var.
Şağanlılar həmkəndliləri Rusiya
Dövlət Dumasının sabiq üzvü Məmmədyusif Cəfərov, keçmiş Müsavat
hökumətinin parlament üzvü
Heybətqulu Məmmədbəyli, akademik, Şamaxı Astrofizika
Rəsədxanasının fəxri direktoru
Hacıbəy Sultanov, SSRİ xalq
artisti Qəmər Almaszadə, şair Bəbir Məmmədzadə, bəstəkar
Adil Gəray, əməkdar incəsənət
xadimi Rəşid Məmmədbəylinin
adını fəxrlə çəkirlər.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap
Azadlıq.-
2013.- 25 noyabr.- S.14.