Cümhuriyyət
dövründə yaranan türk
respublikaları
Bölgədəki gərgin vəziyyət
Məlum olduğu kimi, 1918-ci ildə Azərbaycanda Xalq Cümhuriyyəti qurulan ərəfədə bölgədə vəziyyət çox gərgin idi. Belə mürəkkəb bir məqamda bölgədə Cənub-Qərbi Qafqaz Türk Respublikası yarandı. 1918-ci il mart ayının 11-də fəaliyyətə başlayan və bir ay davam edən Trabzon konfransında Mavəraye Qafqaz hökumətinin nümayəndə heyəti Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə etiraz etdi.
Osmanlı hökuməti
isə Mavəraye Qafqaz hökumətinin
nümayəndə heyətinin Brest-Litovsk
müqaviləsinin Qafqaza aid
maddələrinə etirazına münasibətini bildirdi. Qeyd edildi ki, əgər Cənubi
Qafqaz hökuməti müstəqil
dövlət kimi tanınmaq istəyirsə,
ilk növbədə Rusiyadan
ayrıldığını rəsmən bildirməli və öz istiqlaliyyətini elan
etməlidir. Azərbaycan fraksiyasının etirazına baxmayaraq, erməni və gürcü
fraksiyasının tələbi ilə aprelin
13-də Cənubi Qafqaz hökuməti
Osmanlı ilə müharibə haqqında qərar qəbul etdi. Bununla da
Trabzon konfransı öz
fəaliyyətini dayandırdı. Cəmi 7 gün
çəkən “müharibə”də erməni-gürcü
hərbi birləşmələri geri oturduldu.
Aprelin
22-də Cənubi Qafqaz
müstəqil federativ
respublika elan edildi. Lakin bu respublika cəmi 34 gün yaşadı.
“Vikipedia”nın yazdığına
görə, Cənubi
Qafqazın xeyli hissəsini işğal etmiş Almaniyanın təhriki ilə Gürcüstan 26 may 1918-ci ildə
öz müstəqilliyini
elən edərək bu qurumdan çıxdı.
Borçalıya yerləşdirilən alman hərbi hissələri sözün
əsl mənasında
quldurluqla məşğul
idilər. Qasımlı kəndindən
65 pud taxıl müsadirə edən almanlar Sarvan kəndi əhalisinin hədələyərək onlardan
150 min qızıl rubl
ödəməyi tələb
etmişdilər. Belə gərgin
bir şəraitdə
Borçalı türkləri
“Qarapapaq xanlığı”
yaratmaq qərarına
gəlmişdilər. Onlar bu niyyətlərini
həm Azərbaycan, həm də Osmanlı dövlətlərinə
bildirdilər: “...İndi
hətta bütün xırda xalqlar da özləri üçün müstəqillik
tələb edirlər.
Bu torpağın ilk sakinləri olan bizlərin sayca çox olması və digər amillər öz torpağımızın sahibi
olmamıza haqq verir. Bununla bağlı biz Sultandan xahiş edirik ki, paytaxtı Tiflis olmaqla ”Qarapapaq" xanlığını
ya öz himayəsinə qəbul etsin, ya da
Tiflis də daxil olmaqla, bizi Azərbaycan
tərkibinə qatsın".
Bu müraciət Borçalının həm
sünni (Yusif əfəndi Allahyarzadə),
həm şiə (Şeyx Məhəmməd
Əli) qazıları,
həm də Borçalı Xeyriyyə
cəmiyyətinin sədri
Qurbanəli əfəndi
Xəlilzadə tərəfindən
imzalanmışdı. Lakin təəssüf ki, nə Azərbaycan, nə də Osmanlı hökumətləri
Borçalı Türklərinə
elə bir ciddi dəstək vermədilər.
Cənub-Qərbi Qafqaz Türk Respublikası
1918-ci il 30 oktyabrda imzalanmış Mudros barışığına
görəÿI Dünya
müharibəsində məğlub
olan Osmanlı orduları bir ay ərzində bütün
Qafqazdan çıxarılmalı
idi. Osmanlı qoşunları Azərbaycanı
tərk etdikdən sonra noyabr ayının
17-də Antanta qoşunları
Qafqaza daxil oldu. Belə bir şəraitdə həmin ayda Ahıska Müvəqqəti
hökuməti, Borçalı-Qarapapaq
Cümhuriyyəti və
Araz Respublikası “Qars İslam Respublikası” tərkibində
birləşmək qərarına
gəldilər. 30 noyabr 1918-ci ildə Qarsda toplanan konqresə Ordubad, Naxçıvan, Ağbaba,
Kəmərli, Sürməli,
Sərdarabad, Borçalı
və digər yerlərdən 60 nümayəndə
gəldi. Borçalılı Emin ağa Acalov
bu konqresdə Qars İslam Respublikasının Milli Məclisinin sədri seçildi. 1919-cu ilin yanvarından Qars Islam Respublikası Cənub-Qərbi Qafqaz Türk Respublikası adlandırılmağa başladı.
40 min kv.km sahəsi, 1800000 əhalisi (onun 1 milyon yarımını türklər təşkil
edirdi) olan bu dövlətin tərkibinə Cənub-Qərbi
Qafqaz ərazisi daxil idi.
Bütün
Cənub-Qərbi Qafqaz
Demokratik Respublikasının
başında milli azlıqların - rusların,
yunan və malakanların öz nümayəndələri daxil
edilmiş Milli Şura dururdu. Müvəqqəti hökumət Milli
Şura qarşısında
məsuliyyət daşıyırdı.
Martın 27-də parlament hökumətin
- Nazirlər Şurasının
yeni tərkibini təsdiq etdi. Nazirlər Şurasının sədri
keçmiş zabit İbrahim bəy Cahangirov təyin olundu. On nəfər
nazir vəzifəsi tutdu: Həsən bəy Cahangirov, baş nazirin qardaşı, həmçinin
keçmiş zabit hərbi nazir, Rza bəy, Kağızman
sancağının sakini
daxili işlər naziri, Fəxrəddin bəy, hüquqşünas
xarici işlər naziri, Məmməd bəy Sultanov maliyyə naziri, Əhməd bəy Hacıyev yollar naziri, Molla Velam,
tacir - torpaq naziri , Abbasəli bəy Əlibəyov ədliyyə naziri, Muğanlinski, həkim-himayə naziri, Andrianov - maarif naziri, Yusif Yusifov
- ərzaq naziri.
Araz Türk Respublikası
Araz
Türk Respublikasıÿ1918-ci ilin 3 noyabrında yaranmışdır. Bundan bir
qədər əvvəl
erməni daşnaklarının
silahlı dəstələri
Naxçıvanda qırğınlar
törətmişdilər. Belə bir vaxtda Bakı
daşnakların və
eserlərin əlində
olduğu üçün
Naxçıvan Milli Komitəsi Türkiyədən
kömək istədi.
Türkiyə Xəlil bəyin
başçılığı ilə türk qoşunlarını Naxçıvanın
köməyinə göndərdi.
Paytaxtı Naxçıvan şəhəri
olan bu respublikanın
ərazisi 16.000 km 2-ə, əhalisi
isə 1 milyon nəfərə yaxın idi. Hüdudları Naxçıvan, Şərur-Dərələyəz,
Ordubad qəzalarını,
habelə Sərdarabad,
Uluxanlı, Vedibasar, Qəmərli, Meğri və başqa regionları əhatə edirdi.
Respublikanın idarəetməÿtərkibi
belə idi: sədr - Əmir bəy Zamanbəyzadə, hərbi nazir-İbrahim bəy Cahangirzadə, maliyyə naziri - Qəmərəli bəy Bənənyarlı, kənd
təsərrüfatı naziri
- Bağır bəy Rzazadə, ədliyyə naziri - Məmməd Bəyzadə, xarici işlər naziri - Həsən bəy Şərifzadə, şeyxülislam
- Mirzə hüseyn Vaizi İrəvanlı və müfti - Xoca Əkid əfəndiÿ Respublikanın
mərkəzi hökumət
orqanı kimi hökumət yaradıldı.
Onun tərkibinə əsasən
Milli Şuranın üzvləri daxil oldular. Bundan başqa, Araz-Türk
Respublikasının Parlamenti
yaradıldı, lakin Parlament fəaliyyətini genişləndirə bilmədi.
Respublika
ərazisində milis idarələri və onların sahə şöbələri yaradıldı. Burada əsas diqqət hərbi quruculuğa verilirdi. Bunun üçün də türk komandanlığı Xəlil
bəyi respublika hökuməti yanında daimi hərbi müşavir təyin etmişdi. Bundan əlavə, türklər
burada 300 əsgər və 5 zabit qoyub getmişdilər.
Silahlı qüvvələrin tərkibində cəmiyyətin
bütün təbəqələrindən,
o cümlədən xanlar,
bəylər, tacir uşaqları, kəndlilər
xidmət edirdilər.
1919-cu il dekabrın əvvəlində
respublikanın silahlı
dəstələri bir
neçə taborda birləşmişdilər. Baş
Noraşen, Düdəngə
və Zeyvədə yerləşən taborlara
Fətulla Hüseynov,
Şərurda, Sədərəkdə
yerləşən digər
taborlara Həsən Şahverdi oğlu komandanlıq edirdi.
Erməni
genosidindən xilas olan qaçqınlar böyük bir axınla Ermənistandan Araz-Türk Respublikasına
gəlirdilər. 1919-cu ilin yanvarında onların sayı 100 min nəfərə çatmışdı.
Araz-Türk Respublikası
hökumətinin məlumatına
görə bütün
bunların nəticəsində
“burada əhalisi ancaq müsəlmanlardan ibarət olub sayı 500 min nəfərə
çatan ərazi yaranmışdı”.
Naxçıvanda
müstəqil respublikanın
yaranması daşnak bölgələrinin möhkəm
qəzəbləndirmişdi. 1918-ci ilin dekabrında
Ermənistan Respublikası
Araz-Türk Respublikasına
qarşı geniş miqyaslı təcavüzə
başladı və bunun nəticəsi olaraq Araz Türk
Respublikası üç
ay da yaşamadı.
Amma bu qısa müddətdə
yerli azərbaycanlıların
düşmənə qarşı
mübarizədə birləşməsində
mühüm rol oynadı.
1919-cu ilin yanvarında Naxçıvan
ingilislər tərəfindən
işğal edildi. Bölgədə ingilis general-qubernatorluğu
elan edildi və bununla da Araz Türk
Respublikası süquta
uğradı.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq qəzeti.- 2013.- 4 oktyabr.- S.14.