Şəki hökmdarı Seyid Əli Orlat

 

Əmir Teymurun Azərbaycan yürüşləri

 

Azərbaycan tarixində hökmdarlıq etmiş məşhur şəxslərdən biriSeyid Əli Orlatdır. O, Şəki-Kaxetiya hökmdarı II Axsartandan sonra - yəni XI əsrin 3-cü rübündən sonra, adı məlum olan ilk Şəki hökmdarıdır. “Seyidtitulu onun Məhəmməd peyğəmbərin nəslindən olmasını, “orlat” kəlməsi  isə monqol mənşəli orlat tayfasından çıxmasını bildirir. 

 

XIV əsrin 70-ci illərində Orta Asiyada - Cağatay ulusunun qərb hissəsində, hakimiyyəti ələ keçirən Əmir Teymur, ömrünün sonuna qədər yalnız baş əmir olsa da, əslində, tarix səhnəsində yeni bir imperiyanın bünövrəsini qoymuş oldu. O, 1384-cü ildə ilk İran yürüşünü edir və Zəncana qədər irəliləyir. Lakin tezliklə geri dönürbir ildən sonra ikinci İran yürüşünə başlayır. Əmir Teymur ikinci İran yürüşünə 1385-ci ildə başlamamışdan öncə, həmin istiqamətdəki, o cümlədən Cənubi Qafqazdakı hakimlərlə əlaqə yaratmış, onları tərəfdaşlığa dəvət etmiş, əvəzində isə, bir çoxundan, o cümlədən hansısa “Şəki əmiri”ndən, yaxud “Şəki əmirləri”ndən rədd cavabı almışdır. Sonralar Əmir Teymur  etiraf edirdi ki: Bu zaman ağlıma belə bir fikir gəldi ki, əgər həmin məmləkətlərin padşahları ittifaq bağlayaraq mənə qarşı birləşsələr necə olacaq? Özüm belə qərara gəldim ki, həmin məmləkətlərin padşahlarını ayrı-ayrılıqda tabe etmək, itaətə gəlməyənləri isə cəzalandırmaq lazımdır”.

Lakin müttəfiqlərə qarşı Qızıl Orda xanı Toxtamışın (1380-1396) timsalında ikinci bir fövqəldüşmənin də peyda olması ilə bukoalisiya” dağılmış və onların ərazilərinin Əmir Teymur tərəfindən tezliklə və asanlıqla işğal edilməsi üçün şərait yaranmışdır.

1385-ci ilin əvvəllərində Toxtamış xanın 90 minlik ordusu Şirvandan keçərək Azərbaycana daxil oldu, 8 günlük  mühasirədən sonra Qızıl Ordalılar Təbrizi hiylə ilə ələ keçirə bildilər. 1385-ci ildə Təbrizdə üzərində Cağatay ulusunun xanı - Soyurqatmışın (1370-1388) və baş əmir Əmir Teymurun adları həkk olunmuş sikkələr zərb edildi. Beləliklə, Azərbaycan vilayətini çox asanlıqla ələ keçirən Əmir Teymur 1386-cı ilin payız fəslinin əvvəllərində  ətrafdakı digər əraziləri də istila etmək üçün öz ordusu ilə Təbrizdən çıxıb şimal-qərb istiqamətində hərəkətə başladı. Tezliklə Gürcüstana çatdı, oradan da Şəkiyə keçdi.

 

Şəkinin ələ keçirilməsi

 

Seyid Əli Orlatın adı tarixi mənbələrdə ilk dəfə 1393-cü ilin sentyabr ayında baş verən hadisələrin şərhində çəkilir. Orada göstərilir ki, həmin vaxt Seyid Əli Orlat Şəkiyə hücum edən teymurilərin qarşısında duruş gətirə bilməmiş, iqamətgahını tərk edərək dağlara qaçmışdır. Bundan sonra Seyid Əli ilə teymurilər arasındakı münasibətlər bir müddət yaxşı olsa da Əmir Teymurun oğlu Miranşah (Əmiranşah) tərəfindən Şəkiyə cəza dəstəsinin göndərilməsi və Şəkini talan etdirməsi nəticəsində yenidən pisləşmişdir. Bundan sonra Seyid Əli intiqam üçün gürcülərlə birlikdə, teymurilərin mühasirəndə olan Alıncaq (Əlincə) qalasının müdafiəçilərinə kömək üçün Naxçıvana müvəffəqiyyətli yürüş etmişdir. O geri dönərkən, Alıncaq qalası yaxınlığında baş vermiş toqquşma zamanı - 1399-cu ilin yanvar ayında həlak olmuşdur.

“Vikipedia”nın yazdığına görə, Nizaməddin Şami və Şərafəddin Əli Yəzdinin eyni adlı əsərlərinə - “Zəfərnamələr”ə, görə Əmir Teymur Tiflisi fəth etməsindən və Gürcü çarı Baqratı əsir götürməsindən sonra Şəki ölkəsininin ərazisi ilə hərəkət edərək “Qəbələ məkanına” çatmış, sonra Sorxab qalasını tutmuşKür çayını keçərək Qarabağa qışlamağa getmişdir. “Zəfərnamələr”ə görə Əmir Teymur Şəki ölkəsi ərazisindən keçərkən, “lakzi”lərə hücum etmiş, bu ölkənin hər yerinə, o cümlədən Ağcəb, Səkğut vilayətlərinə talançı dəstələr göndərmişdir.

6 ildən sonra yenə - 3-cü dəfə, İran istiqamətində yürüş edən Əmir Teymur, 1393-cü il yanvar ayının 27-də Sultaniyyədə məskən saldı, 1394-cü ilin sentyabr ayında isə yenidən Şəki ölkəsinin ərazisinə girdiilk olaraq “vilayət-e Bərtaz”ı talan etdirdi. Daha sonra Şəki ölkəsinin dağlıq tərəflərinə - Seyid Əli Orlatın üstünə qoşun göndərdi. “Zəfərnamə”lərə görə bu zaman Seyid Əli Orlatmülk və malını atıb qaçmaq yolunu tutdu”.

Əmir Teymur 1394-cü ilin sonunda - qış fəsli başlayanda, ordusunu Şəki hökmdarının ərazisindən çıxarıb Kür mənsəbi yaxınlığındakı Mahmudabad şəhəri ətrafına, qışlamağa apardı. Yaz gələndə - 1395-ci il fevralın 28-də, ordunu şimal istiqamətində hərəkətə gətirib Toxtamış xan üzərinə yürüşə başladı. Bir daha 1396-cı ilin yazında oradan geri dönən Əmir Teymur, Dərbənd, Şabran, Aqtam səhrası (Muğanın şimalı), Ərdəbil və Sultaniyyədən keçməklə Həmədana gəldi, buradan isə iyulun 18-də Səmərqəndə yola düşdü.

 

Seyid Əli Orlatın vəfatı

 

“Zəfərnamə”lərə görə, Əmirzadə Əmiranşah 1398-ci ilin payızında, atasının əsas ordusunun ondan çox-çox uzaqlarda olmasını nəzərə almayaraq Şəkiyə qoşun çəkmiş və bu ölkəni qarət etdirmişdi.

Əmirzadə Əmiranşah tərəfindən Şəkinin talan etdirilməsinə cavab olaraq Seyid Əli Orlat Sultan Tahiri teymurilərin mühasirəsində olan Alıncaq qalasından çıxartmaq üçün gürcülərlə birlikdə ora yürüş etmişdir.

Bu ərəfələrdə, Alıncaq qalası daxilində nizam-intizam xeyli zəifləmişdi. Qalanın müdafiəsinə məsul olan şəxslər bir-birləri ilə yola gedə bilmirdilər. İbn Ərəbşahın yazdığına görə, hətta o yerə gəlib çatmışdı ki, qalanı müvəqqəti tərk etmiş Əmir Altun geri döndükdə onu içəri buraxmamışdılar.

Həmin illərdə Sultan Əhməd Cəlayırin əlində yalnız Bağdadİraq-i Ərəbin bir hissəsi qalmaqda idi. Lakin Gürcü çarı Georgi hələ də Cəlairlərin ali hakimiyyətini tanıyırdı və Tiflisdə kəsdirdiyi sikkələr üzərində Sultan Əhmədin adını öz adından əvvəl vurdururdu. Yəqin ki 1399-cu ilin başlanğıcında gürcülərlə Şəki hökmdarının Alıncaq qalasına birlikdə etdikləri hücumun sifarişçisiSultan Əhməd idibu işdə əsas məqsəd isə Əmir Teymurun gözlənilən növbəti İran yürüşünə qədər, xəzinənin oradan çıxarılması imiş.

Gürcülərlə Şəki hökmdarının qoşunları Alıncaq istehkamına yaxınlaşanda o vaxta qədər qalanı mühasirədə saxlayan teymurilər qalanın ətrafından çəkilməyə məcbur olurlarSultan Tahir xəzinəni də götürüb qaladan çıxır.

Müttəfiqlər geri qayıtmaqda ikən yolda Miranşahın oğlu Əbubəkr mirzənin başçılığı altında Təbrizdən “ilğar” edən ordu arxadan onlara çatır. Müttəfiqlər bunu görən kimi geri dönüb teymurilərin üstünə gedirlər. Seyid Əli Orlat isə mərkəzdən irəli çıxıb intiqam almaq üçün gənc Əbubəkr mirzəni üstünə şığıyır. Lakin bu zaman, təsadüfən, Əbubəkr mirzənin atdığı oxlardan biri Seyid Əlinin dəbilqəsinin zireh ətəyini deşərək boynuna sancılır və o həlak olur.

Sözügedən Alıncaq qalası hadisəsinin vaxtı ilə Seyid Əli Orlatın hakimiyyətinin başa çatması, yəni onun həlak olma tarixini şərti olaraq 1399-cu ilin yanvar ayı hesab etmək mümkündür.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 Azadlıq.- 2013.- 5 oktyabr.- S.14.