Qaragözlülərin məşhurları

 

Mahmud xan Həmədani

 

Cənubi Azərbaycan ərazisində zaman-zaman müxtəlif türkdilli tayfaları təmsil edən görkəmli şəxsiyyətlər yetişmişdir ki, onlardan bir çoxunun adı tarix salnaməsində yüz illərdən bəri silinmədən qalmaqdadır. Belə tayfalardan biri Həmədan şəhərində məskunlaşan və bura Səlcuqların dövründə gəldikləri ehtimal olunan qaragözlülərdir. Bu tayfanın adı ilk dəfə XVI əsrə aid mənbələrdə çəkilir.

 

Qaragözlü Bəydili boyunun  Şamlı elinin  bir oymağıdır. Qacarlar dövründə bu əyalətə Qaragözlü oymağından çıxan hakimlər başçılıq edirdilər. Qaragözlü oymağının Hacılı, Aşıqlı və başqa tayfaları da var.

Qaragözlülər XVIII əsrdə Cənubi Azərbaycanın ictimai həyatında yaxından iştirak etmişlər. Azərbaycan respublikasındakı Dəvəçi Zəngilan  rayonlarında Qaragözlülər toponimibu tayfanın adı ilə bağlıdır.

Qaragözlü oymağından çıxmış məşhur şəxslər sırasında Mahmud xan Qaragözlünün, Hacı Abdulla xan Qaragözlünün, Hacı Məhəmməd xan Qaragözlünün, Həsən xan Qaragözlünün, Məhəmmədhüseyn xan Qaragözlünün, Əbülqasım xan Qaragözlünün, Hacı Məhəmmədcəfər Məczubun və başqalarının adını çəkə bilərik. Hacı Məhəmməd xan Qaragözlü bu oymağın bir tirəsini Qaradağ vilayətində yerləşdirmişdi.

Görkəmli dövlət xadimi olan Mahmud xan Həmədani Qaragözlü tayfasının tanınmış nümayəndələrindən biri idi.

Mahmud xan  İran  dövlətini bir sıra xarici ölkələrdə təmsil edən diplomat kimi fəaliyyət göstərmişdir. O, 1852-ci ildə İranın Sankt-Peterburqdakı səfirinin I müavini, sonra işlər vəkili təyin edilmişdir. Mahmud xan 1855-ci ilədək bu vəzifədə çalışmış, sonra Tehrana çağırılaraq, burada hərbçi kimi fəaliyyət göstərmişdir. Ona “dövlətin köməkçisi” anlamına gələn “Nasirülmülk” ləqəbi verilmişdir. Bundan əvvəl isə o general-leytenant(mirpənc) rütbəsi almışdı.  Bundan sonra paytaxtın hərbi işləri, hərbi sənayesi ona tapşırılmışdır. Nəsirəddin şah ÿölkədə olmadığı müddətdə isə mərkəzi hərbi qüvvənin ixtiyarı Mahmud xan Həmədanidə olmuşdur.

1858-ci ildə Nəsirəddin şahın fərmanı ilə ölkəni idarə etmək üçün 6 nazirlik yaradıldı: Daxili işlər, xarici işlər, maliyyə, qoşun, ədliyyə, ovqaf və təqaüd nazirliyi. Mahmud xan 1859-cu ildə yeni yaradılmış ticarət və sənaye naziri təyin olundu. Bu tarixdən nazirliklərin sayı 7-yə çatdı. O, həm də Dövlət Şurasına üzv seçildi. 1860-cı ildə Gilan yolunun tikilməsinin başa çatdırılması məqsədilə bu işə Mahmud xan cəlb edildi.

 

Məşhur diplomat

 

Başqa sahələrdə olduğu kimi, burada da öz təşkilatçılıq bacarığını göstərən, ictimai xadim Mahmud xan 1862-ci ildə İranın  İngiltərədə səlahiyyətli nümayəndəsi təyin olunaraq Londona yola düşdü. O, 1864-cü ildə  Tehrana  çağırılmış, lakin yenidən Londona qayıtmışdır.

1871-ci ildə Nəsirəddin şah dövlət quruluşunun təkmilləşdirilməsi ilə əlaqədar olaraq Darulşuraya yeni üzvlər daxil etdiyi zaman Mahmud xan Nasirülmülkonlardan biri oldu. Bir il keçdikdən sonra İran dövlətinin Baş naziri Mirzə Hüseyn xan Musirüddövlə Mahmud xanı öz müavini təyin etdi. Bununla da, hərbi nazirliyin işləri onun sərəncamına verilmiş oldu. O, əslində hərbi nazir idi və hərbi şuranın rəisi vəzifəsini aparmağa başladı.

1873-cü ildə Nəsirəddin şah Qacarın Avropaya ilk səfəri zamanı  ordunun bütün işlərinə Mahmud mirzə rəhbərlik edirdi. Mahmud Mirzə Nəsirəddin şahın Avropaya 2-ci səfəri zamanı (1878-ci il) nümayəndə heyətinin tərkibində onu müşayiət etmişdir. Bu zaman o həm də Gilan hakimi idi.

İranın xarici işlər naziri Mirzə İsmayıl xan Ənsari 1884-cü ildə vəfat etdikdən sonra ingilis dövlətinin təsiri ilə Mahmud xan təyin edildi. O, artıq Avropa dövlətlərində tanınmış bir şəxs idi. Nəsirəddin şah 1886-cı ildə Xorasanda iğtişaş baş verən zaman orada asayişi bərpa etmək üçün əvvəlcə öz bacısının əri Yəhya xan Müşiriddövləni göndərmək istədi. Lakin ingilislərin onunla münasibəti yaxşı olmadığı və onu ruspərəst hesab etdikləri üçün bundan vaz keçdi. Mahmud xan həmin il Xorasanın general-qubernatoru (ostandar) təyin olundu və “Fərmanfərma” ləqəbini aldı. O, bu vəzifədə 18 ay qaldı, 1887-ci ilin sentyabr ayında Tehrana qayıtdı və iki aydan sonra iflic xəstəliyindən vəfat etdi. Onun bütün var-dövləti, ləqəbi, ordenləri nəvəsiÿƏbulqasim xana verildi.

 

Şair Hacı Məhəmmədcəfər bəy Məczub

 

Qaragözlü tayfasının daha bir görkəmli nümayəndəsi Hacı Məhəmmədcəfər bəy Məczubdur. O, 1756-cı ildə Həmədan əyalətinin Kəbudər Ahəng şəhərində anadan olmuş, mükəmməl mədrəsə təhsili almışdır.

Hacı Məhəmmədcəfər bəy şair idi. Məczub təxəllüsü ilə şeir yazırdı.

Təsəvvüf terminlərindən olan “Məczub” sözü XIX əsr şairlərindən Kəbudərahəngli Hacı Məhəmmədcəfər Qaragözlünün də təxəllüsü olmuşdur. Daha çox Məczubəli şah adı ilə məşhur olan bu sufi şair 1823-cü ildə Təbrizdə vəfat etmişdir.

Yanlışlıq üzündən Şərəfəddin Mirzə Məhəmməd ibn Məhəmmədrza Məczub Təbrizinin farsca qəzəllər divanı İranda bir neçə dəfə həmin Məczubəli şah Qaragözlünün adına çap olunmuşdur!

1981-ci ildə tanınmış İran alimi Əhməd Gülçini-Məani özünün “Peymanə” adlı təzkirəsində bu açıq-aşkar səhvi qeyd etsə də, iki il sonra Tehranın “İqbal” nəşriyyatı həmin məsələyə diqqət vermədən üçüncü dəfə bu səhvi təkrar etmişdir.  Vaxtilə Azərbaycan Respublikasında ərəb əlifbası ilə nəşr olunan “Səhər” adlı tarixi-ədəbi dərgidə həmin səhv Məhəmmədəli Müsəddiqin “Məczubəli şah Qaragözlü” adlı məqaləsinə də yol tapmışdır.

 

Məhəmmədhüseyn xan Həmədani

 

Qaragözlü tayfasının görkəmli, tanınmış başcılarından və xanlarından biri Məhəmmədhüseyn xan Həmədani Qaragözlüdür.

Məhəmmədhüseyn xan Qaragözlü ÿŞamlı elininÿ Qaragözlü oymağının ÿAşıqlı tayfasındandır. O, Ağaməhəmməd şah Qacarın tapşırığı ilə Əfqanıstana elçi göndərilmiş, ordaÿ Dürranilər sülaləsindən olan Zaman şah Dürrani ilə görüşmüşdü.

Cəfər xan Zənd 1199-cu ildə (1785) Şirazdan gələrək, İsfahanı işğal etdikdən sonra Iranın digər səhərlərini tutmaq fikrinə dusdu. Bu məqsədlə Həmədən istiqamətində irəlilədiyi zaman Məhəmmədhuseyn xan Qaragözlü və Əli xan Avşar Xəmseyi Ağa Məhəmməd şah Qacarın göstərişi ilə döyüşə girərək, torpağı müdafiə etdilər. Bu tarixdən Qaragözlü oymağı Qacarların havadarı hesab olunmuşQacarlar hakimiyyəti dövründə ordunun mühüm dəstəsini təşkil etmişdir. Bu tayfanın rəisləri və xanları çox nüfuzlu və zəngin şəxslər olmuşlar.

Sözügedən türk tayfasından çıxmış Əbülqasım xan Əhməd xan oğlu Nasirülmülk (1866-1928) isə İranın baş naziri,  Sultan Əhməd şahın regenti olmuşdur.

Əbülqasım xan ali təhsilini  London  şəhərində almışdı. O, Qacarlar sarayında müxtəlif vəzifələrdə çalışmış,  1898-ci ildə Əli xan Əminüddövlə  hökumətində maliyyə naziri olmuşdur. 

O, 1905-1911-ci illər İran inqilabı ərəfəsində baş nazir Eynüddövlə ilə həmkarlıq etmişdi. 1907-ci il baş nazir  Mirzə Ələsgər xan Əminüssultan  tərəfindən təşkil edilmiş nazirlər kabinəsində maliyyə naziri vəzifəsini icra etmişdir. Əbülqasım xan 1908-ci ilin yanvarında  Məhəmmədəli şaha qarşı baş vermiş qəsddən sonra nazirlikdən çıxarılmış Avropaya  sürgün edilmişdir. 1909-cu ildə  Məhəmmədəli şah ölkədən qovulduqdan sonra, kiçik yaşlı Sultan Əhməd şah üçün əvvəlcə Əzdülmülk  Əlirza xan Qovanlı-Qacar  qəyyum və regent təyin edilmişdir. O vəfat etdikdən sonra, Məclisin əksəriyyət qərarı ilə Nasirülmülk qəyyum və regent təyin edilərək, naibəssəltənə vəzifəsi də ona tapşırılmışdı. O, mürtəce bir şəxsiyyət idiöz vəzifəsindən istifadə edib Məclisi qovmuşdu.

Təkcə Nasirülmülkun İran məşrutə inqilabına bəslədiyi münasibəti qısaca nəzərdən keçirdikdə, ingilis diplomatiyasının xalq hərəkatına qarşı olan münasibəti haqqında təsəvvür əldə etmək mümkün olar.

Məşrutə inqilabının başlandığı vaxtda hərəkat başçılarındanÿ Seyid Məhəmməd Təbatəbainin kütlələrə təsir göstərən nitqləri və fəaliyyəti mütləqiyyəti təşvişə salmışdı. Hökumət tərkibində nazir vəzifəsində iştirak edən Nasirülmülk Təbatəbaini inqilabi hərəkatdan çəkindirmək məqsədilə 1906-cı ilin iyul ayında ona yazdığı məktubda özünü məşrutə hərəkatı tərəfdarları kimi qələmə verərək, eyni zamanda məşrutə üsuli-idarəsinin İran xalqları üçün hələ vaxtı gəlib çatmamasından, məktəblərin sayını artırmağın, savadlı adamlar hazırlamağın faydalı nəticələr verəcəyindən bəhs etmişdir.

Nasirülmülk 1907-ci il avqust ayında məşrutə hökumətinin baş nazirliyini çox minnətdarlıqla qəbul etmişdir. 1911-ci il dekabr ayında o, irticaçı çevrilişdə əsas rol oynayaraq, öz vəzifəsindən istifadə etməklə, milli şura məclisinin bağlanması və nümayəndələrin ordudan qovulub çıxarılması haqqında əmr vermişdir.

Əbülqasım xan 1911-ci ildən  1914-cü ilədək İranda diktator kimi bir hökumət olmuş, bu müddət ərzində Məclisin açılmasına və demokratik azadlıqların bərpa edilməsinə imkan verməmişdir.

 

Xəttat Mirzə Məhəmmədəli xan Qaragözlü

 

Qaragözlü oymağının görkəmli şəxsiyyətlərindən biri də XIX əsrdə bir sıra dövlət idarələrində bacarıqlı katib-xəttat kimi çalışan Mirzə Məhəmmədəli xan Qaragözlü Həmədanidir. O, 1847-ci ildə Həmədanda anadan olmuşdur.

Allahqulu xan Elxanı Həmədan hakimi təyin olunduğu zaman Məhəmmədəli xanı munsi-xəttat, Həmədan hökumətinin dəftərxana rəisi vəzifəsinə təyin etdi. O, gözəl xəttə malik idi və 1876-cı ildə Allahqulu xan başqa isə təyin olunaraq, Tehrana dəvət olunduqda onun yanında munsi-xəttat vəzifəsini icra etməyə başlamışdır.

Allahqulu xan Elxanı 1881-ci ildə Zəncan hakimi təyin olunduğu zaman Məhəmmədəli xan da öz əvvəlki peşəsi ilə onun yanında xidmət etməyə başlamışdır. Məhəmmədəli xan 1882-ci ildə Allahqulu xan vasitəsilə Londondan Tehrana qayıtmış İranın səlahiyyətli nümayəndəsi Mirzə Mülkum xanla tanış olmuşdur. Sonra isə o, İngiltərə səfirliyinə munsi vəzifəsinə təyin olunaraq onunla Londona getmişdir, 6 il İranın Londonda fəaliyyət göstərən səfirliyində çalışmışdır. Həmin müddətdə o, nümayəndə kimi iki dəfə Tehrana gəlmişdir. Mirzə Məhəmmədəli xan burada fəaliyyət göstərərkən Mirzə Mülküm xanın İranın İşlər Nazirliyinə göndərdiyi məlumat və hesabatları səlis xətlə yazır, eyni zamandaQanun” qəzetinin nəşrində fəal iştirak edirdi.

Mirzə Məhəmmədəli xan Londonda nəşr olunanİrana gətirilməsi qadağan edilmişQanun” qəzetində fəaliyyətinə görə Nəsrəddin şahın göstərişi ilə həbs olunmuşdu. Məlum olduğu kimi bu qəzet İranda hökm sürən haqsızlıqları, o cümlədən şah üsul-idarəsini açıq tənqid etdiyi üçün qadağan edilmişdi. Burada dərc olunan yazıların Mirzə Məhəmmədəli xanın qələmindən çıxdığı güman edildiyi ucun bir neçə adamı, o cümlədən onu Qəzvinə sürgün edib, 22 ay orada saxladılar. Qeyd etmək lazımdır ki, Nəsrəddin şahın qatili Mirzə Rza Kirmani də onların arasında idi.

Məhəmmədəli xan Həmədani həbsdən azad edildikdən sonra yenidən Avropaya getmis, 1892-1902-ci illərdə orada yaşamışdır. O, 1903-cu ildə Avropadan qayıtdıqdan sonra Fəridülmülk (dövlətin misilsiz, yeganə adamı) ləqəbinə layiq görülərək, Kirmanşaha göndərilmiş, orada xarici işlər üzrə kargüzarpasport işləri rəisi vəzifəsinə təyin olunmuşdur. Məhəmməd xandanYaddasthayi-ruzaneyi xətti” adlı gündəlik yadigar qalmışdır. O, gündəliyin bir yerində belə yazır: “Şükür edirəm ki, burada  heç kəs məndən narazı və şikayətçi deyildir. Yaxşı ad qazanmağı dünya malından və insanlara əziyyət verməkdən üstün tutdum. Kirmanşahda qazandığım yazdıqlarımdır”. O, iki il Həmədanda kargüzarlıqla məşğul olmuş, çətin şəraitdə yaşamışdır.

Məhəmmədəli xan Həmədani 1915-ci ildə 71 yasında vəfat etmişdir.

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 6 oktyabr.- S.14.