O illər Şuşada
teatr yaradanlar...
Mirzə
Muxtar Məmmədov
Məlum
olduğu kimi, qədim tarixə malik Azərbaycan teatrının formalaşmasında
ölkənin ayrı-ayrı
şəhərlərində fəaliyyət göstərən
həvəskar truppaların
mühüm rolu olmuşdur. Əvvəlki yazılarımızda bu barədə dəfələrlə söz
açmışıq. Bu dəfəki yazımızda
XIX əsrdə Şuşada
yaranan teatr truppalarının yaranmasında
xüsusi xidmətləri
olan, amma adları az
xatırlanan bir neçə ziyalı haqqında danışacağıq.
Bəhs
etdiyimiz dövrdə Qafqazda əsas teatr ocağı Tiflis sayılırdı. Elə ilk teatrda
1845-ci ildə bu şəhərdə tamaşaya
qoyulmuşdu. Həmin
illərdə Şuşa ilə
Tiflis şəhərləri arasında çox güclü ticarət və mədəni əlaqələr var idi. Bunun təsiri olaraq,
1848-ci ildə Şuşada
ilk tamaşa səhnələşdirildi.
Bundan sonra görkəmli Azərbaycan yazıçısı
M. F. Axundovun Azərbaycan
dilində yazdığı
ilk pyeslər Tiflisdə,
Bakıda və Şuşada tamaşaya qoyulmağa başladı.
1870-ci ildə isə ilk dəfə olaraq Şuşada Azərbaycan teatr sənətinin yaradıcısı
Mirzə Muxtar Məmmədov tərəfindən
Azərbaycan dilində
tamaşa göstərildi.
O dövrdə gənc
müəllimlərdən Firidun
bəy Köçərli,
Bədəl bəy Bədəlbəyli, Əbdürrəhim
bəy Haqverdiyev, Mir Həsən bəy Vəzirov və məşhur xanəndə
Cabbar Qaryağdıoğlu
bu tamaşada iştirak etmişdilər.
Mirzə Muxtar
Mirzə Ələsgər
oğlu 1852-ci ildə
Şuşa şəhərində anadan
olmuşdu. İbtidai təhsilini molla
yanında aldıqdan sonra, təhsilini mədrəsədə davam
etdirmişdi. On bir
yaşında türk-rus
(rus-tatar) məktəbində
oxuyan Mirzə Muxtar fars
və rus dillərini mükəmməl
öyrənmişdi. İyirmi yaşından
Şuşada müəllimlik
etməyə başlayan
ziyalının tamaşa
hazırlamaq ideyası
da bu dövrdə
yaranmışdı. Onun 1870-ci ildə
Novruz bayramı münasibətilə hazırladığı
“Qaravəlli” tamaşası
camaatın o qədər
xoşuna gəlmişdi
ki, sonradan bu tamaşalar bir bayram ənənəsinə
çevrilmişdi. Bayramlarda nümayiş
etdirilən bu məsxərəli və məzhəkəli tamaşalara
baxmağa bütün
şəhər əhalisi
toplanırdı.
Şuşadan Bakının teatr
səhnələrinə
Mirzə Muxtar
Məmmədovun aktyorluğunun
ilkin mərhələsi
də1873-1883-cü illərə təsadüf edir ki, bu da
onun yaradıcılığında
Şuşa dövrü sayılır.
Beləliklə, bir müddət
Tiflisdə və Gəncədə işləyən
Mirzə Muxtar 1899-cu ildə Bakıya köçür. Şəhər
məktəblərinin birinə
müəllimliyə başladıqdan
sonra o, şəhərin
teatr həvəskarları
ilə tanış
olur. Tezliklə teatr tamaşalarının
hazırlanmasında fəallıq
göstərən ziyalı
kimi tanınır.
Müxtəlif illərdə
birinci və ikinci “Müsəlman dram artistləri cəmiyyəti”nin,
“Həmiyyət”, “Nicat”,
“Səfa” mədəni-maarif
cəmiyyətlərinin teatr
truppalarında, “Zülfüqar
bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti”,
Abbasmirzə Şərifzadənin
rəhbərlik etdiyi
“Müsəlman artistləri
ittifaqı”nın dəstələrində
aktyorluq edib.
Hələ uzun
illər əvvəl Əbdürrəhim bəy
Haqverdiyev və Üzeyir bəy Hacıbəyov onu aktyor və
xanəndə kimi Şuşadan tanıyırdılar.
Buna görə də,
“Nicat” teatr dəstəsinin və Hüseynqulu Sarabskinin “Müsəlman opera truppası”nın hazırladıqları
opera tamaşalarında şirin
və məlahətli
səsi olan Mirzə Muxtar yaxından iştirak edib. O, eyni zamanda
Üzeyir Hacıbəyun
ilk milli operamız olan “Leyli və
Məcnun” əsərinin
hazırlanıb səhnəyə
çıxarılmasında da yaxından iştirak edib. Mirzə Muxtar 1908-ci il yanvarın
12-də göstərilən ilk tamaşada Əbül Qeys (Qeysin atası)
rolunu oynayıb. Bundan başqa o, Üzeyir bəyin “Şah Abbas və Xurşid Banu” operasının ilk tamaşasında (10 mart 1912) Vəzir rolunda çıxış
edib. Erməni daşnakları 1918-ci ilin martında Bakıda vəhşilklə
kütləvi qırğınlar
törədəndə, şəhəri
oda qalayanda 77 yaşlı qocaman teatr xadiminin evi dağılıb, olan-qalan varidatı əlindən çıxıb.
O, çox acınacaqlı
duruma düşüb
və “Bəsirət”
qəzeti 17 noyabr 1918-ci il tarixli sayında
bu barədə məqalə də dərc etdirib. Bu durumda Üzeyir
bəyin təşəbbüsü
ilə ziyalılar ona yardım göstəriblər.
Aktyorun Bakı
dövründə oynadığı
əsas qadın və kişi rolları bunlardır: Yetər, Hürü və Bədricahan (“Hacı Qəmbər”, “Müsibəti - Fəxrəddin”
və “Ağa Kərim xan Ərdəbili”, Nəcəf
bəy Vəzirov), Pərizad və Cəfər xan (“Dilin bəlası” və “Nadir şah”, Nəriman Nərimanov), Səfər bəy (“Hacı Qara”, Mirzə Fətəli Axundzadə), Şeyx Əhməd (“Ölülər”,
Cəlil Məmmədquluzadə),
Mirzə Bayram (“Dağılan tifaq”, Əbdürrəhim bəy
Haqverdiyev), Molla Sübhan (“Ədirnə fəthi”, Cəfər Cabbarlı), Əhməd Rza (“Sultan Əbdülhəmidin
xəli”, Mehdi bəy Hacınski), Şiruyə və Baş möbid (“Dəmirçi Gavə”, Şəmsəddin Sami), Ibrahim (“Qəzavat”, S. Lanskoy).
Mirzə Muxtar
Məmmədov təxminən 1929-cu ildə Bakıda vəfat edib. Bəzi mənbələr onun 1930-cu ildə, bir qisım isə 1931-ci ildə dünyasını dəyişdiyini
göstərib.
Şuşa teatrının ziyalı
truppası
Şuşada
teatr tamaşalarının
göstərilməsində xidmətləri olan şəxslər sırasında
Zəkəriyyə bəy
Mirzə Mehdiqulu bəy oğlu Aslanov (1858-1938) da var.
Zəkəriyyə bəy Mirzə Mehdiqulu bəy oğlu 1858-ci ildə Şuşa şəhərində anadan
olmuşdu. Şuşa şəhər məktəbini
bitirmiş və Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında
oxumuşdu. O, seminariyanı
tamamladıqdan sonra Şuşa qəzasının Gülablı və Ağdam Zemstvo məktəbində müəllim
işləmişdi. Zəkəriyyə bəy sonradan Bakı şəhərinə
köçmüş, 1912-1915-ci illərdə 4-cü rus-müsəlman
məktəbində dərs
demişdi. Bir ziyalı
kimi böyük nüfuza malik olan Zəkəriyyə bəy 1906-1907-ci illərdə
çağrılan Qafqaz
müəllımləri qurultayında
iştirak etmişdi.
O həm dədövrünün
xeyriyyəçilərindən biri kimi tanınmışdı.
Maarifçi-demokratik səciyyəli “Dəbistan”
jurnalı maddi çətinliklə üzləşəndə
nəşrin işini
davam etdirməsi üçün ona yardım göstərənlər
arasında Z. Aslanov da vardı.
Bundan
başqa, Zəkəriyyə
bəy həvəskar
aktyor idi. O, müəllim işlədiyi
dönəmdə Azərbaycan
teatr sənətinin təbliğatçılarından birinə çevrilmişdi.
Teatr həvəskarı
Ağdam Zemstvo məktəbində çalışarkən
müəllim yoldaşları
ilə Şuşa
şəhər məktəbinin
kasıb şagirdlərinin
xeyrinə təşkil
etdikləri tamaşalardan
152 manat 40 qəpik pul əldə etmişdilər.
O, “Dağılan tifaq”,
“Nadanlıq”, Nadir şah",
“Müsibəti Fəxrəddin”,
“Gavə” pyeslərinin
tamaşaya qoyulmasında
mühüm rol oynamışdı. Bu dövrdə bir sıra obyektiv səbəblər teatrların
formalaşmasına mane olurdusa
da, Z. Aslanovun və onun həvəskar
dostlarının Azərbaycan
teatrını inkişaf
etdirmək səyini qıra bilmirdi. Zəkəriyyə bəy
Aslanov Süleyman Sani Axundov, Nəcəf
bəy Vəzirov, Əbdürrəhim
bəy Haqverdiyev, Nəriman Nərimanov, Mirzə Muxtar Məmmədov, Əbdüləli bəy Vəlibəyov, Həbib bəy Mahmudbəyov, Sultan Məcid Qənizadə, Əbdürrəhim
Rzayev, Mirzə Ələkbər Axundov, Zərgər Aslan, Muxtar Hüseynov, Nəcəfqulu bəy Vəliyev, Əbülfət Vəli, Bədəl bəy Bədəlbəyli, Dərya bəy Aslanov, Rəsul bəy Tahirov və başqaları o dövrdə Azərbaycan teatrında həvəskar
aktyor kimi müxtəlif rollarda çıxış edən
ziyalılar idi. N. Nərimanov Z. Aslanovun aktyorluq qabiliyyətinə
yüksək qiymət
vermişdi. O, Səfərəli
bəy Vəlibəyovla
dostluq edirdi.
Şuşa
ədəbi mühitində
yetişən və sonradan peşəkar teatrımızın inkişafına
töhfələr verən
ziyalılar arasında
Rəsul bəy Tahirov da var.
Rəsul bəy
Kərbəlayı Qəhrəman
bəy oğlu 1871-ci ildə Cavanşir qəzasının
Qapanlı
kəndində anadan
olmuşdu. İbtidai təhsilini əmisindən
alan Rəsul
bəy Şuşa
real məktəbində oxumuşdu.
Sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasına
daxil olan gənc seminariyanı tamamladıqdan sonra Ləmbəran kənd məktəbinin müdiri olmuşdu.
Sonralar
Rəsul bəy Tahirov Bakı şəhərinə köçmüş,
burada öncə müəllim, sonra məktəb müdiri işləmişdi. R.Tahirov həvəskar
aktyor idi. O, müəllim işlədiyi
dönəmdə Azərbaycan
dramaturgiyasının alovlu
təbliğatçılarından birinə çevrilmiş,
özü də bir çox rollarda oynamışdı.
Tahirov bədii yaradıcılıqla,
tərcüməçiliklə də məşğul olmuşdu. O, L.N.Tolstoyun
"Allah haqqı görər,
amma aşikar etməz", “Qafqaz əsiri” əsərlərini
tərcümə edib
“Səda” mətbəəsində
çap etdirmişdi.
Yuxarıda qeyd
etdiyimiz kimi, belə bir mühitdə
yaranan həvəskar teatr truppaları sonradan peşəkar Azərbayacan teatrının
formalaşmasına təkan
verdi ki,
bu işdə adları çəkilən
sənət fədailərinin
misilsiz xidmətləri
də unudulmamalıdır.
“Azadlıq”ın Araşdırmaçı
Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2013.- 7 oktyabr.-
S.14.