Azərbaycanın
görkəmli maarifçilər nəsli
Qiymətli dərsliklərin müəllifi
Azərbaycanda XX əsrin məşhur maarifçilər nəslinin səyləri sayəsində gələcəyə böyük bir yol açıldı. Bu yol ölkədə elm, sənət və mədəniyyətin inkişafına təkan verməklə, həm milli, həm də dünyəvi dəyərlərin önəmini dərindən anlayan təhsilli şəxslərin yetişməsinə imkan yaratdı.
Bu dövrdə ölkədə maarifçilik ideyalarının
yayılmasında xüsusi xidmətləri
olan şəxslər sırasında Qafur Rəşad Ələkbər oğlu Mirzəzadə (1884-1943)
də var idi.
Qafur Rəşad Ələkbər oğlu 1884-cü ildə
indiki İsmayıllı
rayonunda anadan olmuşdu. Həyatını müəllimlik
peşəsinə həsr etmişdi. Qafur Rəşadın
ən mühüm xidmətlərindən
biri milli məktəblərin
dərsliklərlə təmin olunması sahəsindəki dəyərli
fəaliyyətdir. İlk coğrafiya dərsliklərinin
yaradıcısı olan Qafur
Rəşad “Qafqaz coğrafiyası”
(1910), “İbtidai coğrafiya” (1922), “ümumi coğrafiya”
(1923), “Coğrafiya terminləri
lüğəti” (1923), “SSRİ-nin iqtisadi
coğrafiyası” (1941), “Xəritə üzərində əməli
iş” (1943) və başqa
18 dərslik və vəsait yazıb nəşr etdirmişdi. Onun
hazırladığı “Rəhbəri-sərf” (Məmmədsadıq
Axundovla birgə,1910),
“Rəhbəri-hesab” (Əbdürrəhman Əfəndizadə ilə birgə, 1910) dərslikləri
uzun illər məktəblərdə tədris
olunmuşdu. Eyni zamanda, Qafur Rəşadın
milli uşaq ədəbiyyatının
inkişafında da böyük
xidmətləri var. O, həmçinin Azərbaycanda
“Məktəb” adlı sayca ikinci uşaq
jurnalının (1911-1920) və uşaqlara
məxsus ədəbiyyat nəşr edən eyniadlı birinci mətbəənin təsisçisidir
(Əbdürrəhman Tofiq Əfəndizadə
ilə birgə). Cümhuriyyət dövründə nəşr
olunmuş “Məktəb” jurnalı
uşaqların milli müstəqillik və
dövlətçilik ruhunda tərbiyəsində
müsbət rol oynamışdır. O, pedaqoq-yazıçıları jurnalın ətrafına
toplamış, orijinal şeir
və hekayələrdən, müxtəlif dillərdən
edilən tərcümələrdən, elmi-kütləvi məqalələrdən
ibarət zəngin uşaq ədəbiyyatı
xəzinəsi yaratmış, yeni
yazıçı nəslinin yetişməsi işində böyük xidmət
göstərmişdir.
Azərbaycan
Xalq Cümhuriyyəti dönəmində bir sıra yeni dərsliklər
də hazırlandı ki, bu
işdə görkəmli maarifçilərdən Səməd
bəy Acalov, Mahmud bəy Mahmudbəyov, Fərhad Ağazadə, Camo
bəy Cəbrayılbəyli, Ağa bəy
İsrafilbəyov, Abdulla Şaiq, Hüseyn Cavid, Abdulla bəy Əfəndizadə, Qafur Rəşad Mirzəzadə, Axund Yusif Talıbzadə, Firidun bəy Köçərliÿvə
başqalarının xidmətləri vardı. Q. Rəşad Mirzəzadə həm də
naşir idi. O, Mirzə Abbas Abbaszadəÿilə
dostluq edir, bütün işlərində ona dəstək verirdi.
Bu
dövrdə M.A.Abbaszadə də böyük
ruh yüksəkliyi ilə
qadınların savadlanmasında, yeni dərs
kitablarının tərtib edilməsində, kasıb, yetim, kimsəsiz uşaqları milli
dövlət məktəblərinə, eləcə də özünün xüsusi
məktəbinə cəlb etməklə, qəzetlərə məqalələr
yazmaqla məşğul olurdu.
O, dərs dediyi qızların qiraət
kitablarına tələbatını ödəmək, eləcə
də Azərbaycan qadınlarını gerilikdən, mənəvi
kasıblıqdan qurtarmaq üçün
ilk dəfə 1914-cü ildə “Arvad ağısı” kitabını nəşr
etdirmişdi. Bu kitab 1918-ci ildə yenidən nəşrə verilmişdi. Əlavələrlə 32 səhifədən
ibarət bu kitab Qafur Rəşad Mirzəzadənin naşirliyi ilə Bakıda “Məktəb”
jurnalının elektrik mətbəəsində
çapdan çıxmışdı.
Q.Rəşad
həm də jurnalist idi. Pedaqoji fikir tariximizdə maarif xadimi və
müəllim kimi tanınan S.Sani, eləcə də “Məktəb”in redaktor və naşirləri Qafur Rəşad Mirzəzadə və Əbdürrəhman Əfəndizadə
yaxşı bilirdilər
ki, başqa realist əsərlərdə olduğu
kimi, “hər bir nağılda həqiqət ünsürləri
vardır”. Onlara öz
pedaqoji təcrübələrindən
məlum idi ki, nağıllar və nağıl səpkisində yazılmış
rəngarəng hekayələr
uşaqların dünyagörüşlərinin
genişlənməsində, əxlaqi və mənəvi inkişafında
mühüm rol oynayır.
Məktəb və dərslik
yaradan fədakarlar
Bu dövrün tanınmış
maarifçiləri arasında
nüfuz sahibi olan şəxslərdən
bir də Ağa bəy İsrafilbəyov idi. O, bu illər böyük
ehtiyac duyulan hesab dərsliyinin müəllifi, şair kimi tanınmışdı.
Azərbaycan hökumətinin
qərarı iləÿ1919-cu il avqustun
20-dən sentyabrın 1-dək Bakıda Azərbaycan müəllimlərinin qurultayı
çağırılır. Məqsəd
məktəb islahatı
sahəsində məsələləri
ətraflı müzakirə
etmək, müəyyən
təkliflər hazırlayıb
hökumətə təqdim
etməkdən ibarət
idi. Qurultayın
keçirilməsi xərcləri
üçün Azərbaycan
hökumətinin 2 avqust
1919-cu il tarixli qərarı ilə Xalq Maarif
Nazirliyinin sərəncamına
35.600 manat məbləğində
vəsait də ayrılır. Azərbaycan
müəllimlərinin 1906-cı (avqust) və 1907-ci (avqust) illərdə keçirilmiş birinci və ikinci qurultaylarından sonra sayca üçüncüsü
olan həmin qurultay 1919-cu il
avqustun 20-də saat
11-də Bakı I realnı
məktəbinin (indiki
Azərbaycan Dövlət
İqtisad Universitetinin)
akt zalında öz işinə başlayır və nəzərdə tutulan müddətdə öz işini başa çatdırır. Qurultayda Azərbaycanın
bütün bölgələrini
və tədris müəssisələrini təmsil
edən nümayəndələr
iştirak edirdilər.
Qurultayı Azərbaycan
Türk Müəllimləri
İttifaqının sədri
Ağa bəy İsrafilbəyov açmış,
qurultayda Xalq Maarif Nazirliyi adından nazir müavini Həmid bəy Şahtaxtinski böyük
nitq söyləmişdir.
Azərbaycan
Xalq Cümhuriyyəti
parlamentinin üzvü,
pedaqoq Abdulla İsmayıl
oğlu Əfəndizadə
(1873-1928) isə həmin
dövrdə Şəkidə
ilk oğlan və qız məktəblərinin,
həmçinin gimnaziyanın
banisi kimi tanınırdı.
Rəşid
bəy Əfəndiyevinÿ
qardaşı Abdulla bəy
Əfəndizadə 3 mart 1873-cü ildə Şəki şəhərində anadan
olmuşdu. Şəki şəhər
məktəbini, sonra Gəncə Mixaylov Sənət məktəbini
bitirmişdi. Şəkidə müəllim işləmişdi.
İki il
burada çalışandan
sonra Tiflis Aleksandr Müəllimlər institutuna
daxil olmuş və 1899-cu ildə institutunu başa vurmuşdu. A.Əfəndizadə 1918-ci ildə Azərbaycan
Xalq Cümhuriyyətinin
parlamentinə üzv seçilmişdi.
Parlamentdə onun
latın əlifbasına keçmək
layihəsi bəyənilmişdi.
O, Azərbaycan Pedaqoji
İnstitutunda məntiq
fənnini tədris edirdi. Abdulla bəy
uşaqlar üçün
şeirlər, hekayələr
yazırdı. Onun “Ya ölüm, ya Türkiyə” mənzuməsi
məşhur idi.
Abdulla bəy Əfəndizadə 1928-ci ildə
Bakı şəhərində
vəfat edib.
İlk teatr tənqidçilərindən
biri
Tanınmış
teatr tənqidçisi,
jurnalist Axundov Məmmədsadıq Molla Ruhulla oğlu da bu illərin
görkəmli ziyalılarından
sayılırdı. Onun dahi bəstəkarımız
Üzeyir Hacıbəyovla
yaxın dostluq əlaqələri vardı.
Bu dostluq onun
“Leyli və Məcnun” operasının
ilk tamaşasına dair
dərc etdirdiyi rəylə başlanmışdı.
Həmin rəydən
sonra Axundov bəstəkarın
“Şeyx Sənan”, “Əsli və Kərəm”, “Şah Abbas və Xurşid Banu” əsərləri, hətta onların təkrar
tamaşaları haqqında müntəzəm olaraq
yazılarla çıxış etdiyindən, müasirləri
onu “Hacıbəyovun xeyirxahı”
adlandırırdılar. Amma o, bunu yalnız ədalətli
şəkildə edir və heç bir şişirtməyə
yol vermirdi. Bununla belə, Axundov
“Ər və arvad” musiqili
komediyasına verilən səhnə quruluşunu
kəskin tənqid etmişdi. Hacıbəyovun
sağlığında onun haqqında dərc
olunmuş bioqrafiya səciyyəli
ilk yazı, habelə, “Şeyx
Sənan” operasının musiqi
parçalarından “Ər və arvad” musiqili komediyasında istifadə edildiyinə dair ilk məlumat da Axundova məxsusdur. Axundov həqiqətən çox
sevdiyi, yaradıcılığına böyük vurğunluqla valeh olduğu bəstəkarı
rus oxucularına “müsəlman aləmində
operanın pioneri” kimi
təqdim etmişdi. O, H. Şərifovun “Mehrimah”
operasını “Leyli və Məcnun”,
“Əsli və Kərəm”, “Şah Abbas...” əsərlərindən “qəsb və
tərtib” edilən oğurluq
adlandırmışdı.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 9 oktyabr.- S.14.