37-ci illər tufanına qurban gedən iki qardaş

 

Naxçıvanın Təbrizdəki konsulu

 

Azərbaycanın böyük ziyalı ordusunun saxta ittihamlarla şərləndiyi, uzaq sürgünlərə məhkum olunduğu məhkəməsiz-sübutsuz güllələndiyi 37-ci illər tariximizin qanlı bir səhifədir. Bu qanlı səhifədə alt-üst olmuş neçə-neçə talesiz ailələrin, övladlarından ayrılan anaların, həyatı darmadağın olan ailə başçılarının acı hekayələri yer alır.

 

Bu amansız repressiya maşınının qurbanları sırasında məşhur Camalbəyovlar ailəsindən iki qardaşın da faciəsi var. Onlardan biri Azərbaycan Demokratik Respublikası Parlamentinin üzvü, Naxçıvanın Təbrizdə konsulu olmuş Qasım bəy Camalbəyov, o biri isə Naxçıvanın Makuda konsulu olmuş İsmayıl bəy Camalbəyovdur.

Camalbəyov Qasım bəy Abbasqulu bəy oğlu  1881-ci ildə Naxçıvan şəhərində doğulmuşdur. 7 yaşında olarkən atası onu təhsil almaq üçün mədrəsəyə verir. Sonra 1896-cı ildə Naxçıvanda türk (ana dili), rus fars dillərində təlim verən Məktəbi-tərbiyə adında nümunəvi məktəb açılır. Bu məktəb 30-cu illərədək fəaliyyət göstərir. Beləliklə, Qasım bəy təhsilini bu məktəbdə davam etdirir. Burada türk fars dilləri üzrə onun müəllimi məşhur şair, əslən ordubadlı Məhəmməd Tağı Sidqi olur.

Daha sonra Qasım bəy Camalbəyov 1898-ci ildə təhsilini şəhər dördillik məktəbində davam etdirir. O, 1901-ci ildə, məktəbi uğurla bitirdikdən bir il sonra, İrəvanda Müəllimlər Seminariyasında xalq müəllimi rütbəsi alması üçün sınaqlardan uğurla çıxır. Beləliklə, 1901-ci ilin sentyabrından 1912-ci ilin dekabrına qədər o, İrəvan quberniyasının müxtəlif kəndlərində müəllim işləyir. Qasım bəy Camalbəyov 1903-1904-cü ildən gizli siyasi fəaliyyətə başlayır. Çox ağır təlatümlü illər idi. Az sonra Bakıda başlayan   digər şəhərlərə, o cümlədən Naxçıvana keçən erməni qətliamı Qasım bəy Camalbəyovu Naxçıvana qayıtmağa məcbur edir. Erməni qatilləri azğın havadarlarının yardımı ilə yenə meydan sulamağa başlamışdılar. Bu, ermənilərin bütün Azərbaycan ərazisində həyata keçirdiyi türk soyqırımı idi. Tarixdən məlum olduğu kimi, bu soyqırım nəticəsində Azərbaycanın ayrı-ayrı şəhərlərində minlərlə günahsız insan qətlə yetirilmişdi.

Bu zaman Naxçıvanda, bir qədər sonra isə Culfada RSDFP-nin özəyi yaradılır. Şimal-qərbi Persiyada (İran) Heydər Xan Əmoğlunun (1925-ci ildə Rəştdə fars kazakları ilə döyüşdə həlak olur) rəhbərliyi altında olan azadlıq hərəkatına böyük kömək göstərən bu təşkilatda o, təftiş komissiyasına rəhbərlik edir.

 

Həbslər təqiblər

 

1912-ci ildən Qasım bəy Camalbəyov müəllimlikdən uzaqlaşır. Elə həmin ildən, fars dilini bildiyinə görə Persiyanın bir bankının Culfa Agentliyində tərcüməçi işləməyə başlayır.

Bir ildən sonra isə onu müvəqqəti olaraq həmin bankın Koçan (Persiya) şəhərindəki agentliyinə keçirirlər. Lakin bir neçə aydan sonra Bankın Petroqrad idarəsindən gələn göstərişə əsasən heç bir izahat vermədən onu işdən azad edirlər. Onu izləyən təhlükəni hiss edən kimi gecə ikən o, at belində dağlarla Bakıya yollanır. Lakin sərhədi keçərkən onu həbs edir Krasnovodska gətirirlər. Qasım bəy Camalbəyov bir gənc candarmın (partiya üzvü) köməyi ilə Bakıya qaçmağa nail olur Cəfər Axundov adında bir şəxsin yardımı ilə Bibiheybətdəki “Rapid” mexanika zavodunda yerləşir. Beləliklə o, Bakıda bir neçə ay qeyri-leqal yaşaya bilir. Nəhayət polis onun izinə düşür. Eyni zamanda ona məlum olur ki, Qafqazın ali administrasiyası tərəfindən onun Qafqazdan Rusiyaya qeyri-müəyyən müddətdə sürgün edilməsi haqda hökm verilib. Buna görə , onun Naxçıvanda Bakıda yaşayan qohumlarına rahatlıq vermir, onların evlərində axtarışlar aparırdı. Hər an həbs edilmə təhlükəsi var idi. Bu səbəbdən, o, Qafqazı tərk etmək qərarına gəlir, lakin buna macal tapmır - onuİslamiyəmehmanxanası (mehmanxananın mühasibi Abdulla (əlil) persiya təşkilatından idi Qasım bəyi mehmanxananın anbarında dəfələrlə gizlətmişdi) yaxınlığında həbs edirlər. Bu həbsdən qaçmağa nail olan Qasım bəy dənizlə Həştərxana gəlir. Burada o, silahdaşı İbrahim Əbilovu axtarıb tapır onun yanında müvəqqəti sığınacaq əldə edir.

20-ci illərdə Qasım bəy Camalbəyov Təbrizdə, onun qardaşı İsmayıl Camalbəyov isə Makuda Naxçıvanın ilk konsulları olmuşlar.

Qasım bəy Camalbəyov  1938-ci ildə repressiya maşınının qurbanı olmuşdur.

 

Naxçıvanın Makudakı konsulu İsmayıl bəy

 

Qasım bəyin digər qardaşı İsmayıl bəy Abbasqulu bəy oğlu Camalbəyov Naxçıvanın İrandakı (Makuda) konsulu idi.

İsmayıl bəy Abbasqulu bəy oğlu Camalbəyov 1883-cü ildə Naxçıvan şəhərində anadan olmuşdu. Məktəb təhsilini burada almışdır. O, 1915-ci ildə yaradılmış Mücahidin Milli Partiyasının liderlərindən olmuşdur. 1918-ci ilin fevralında Zaqafqaziya Komissarlığını (1917-ci il noyabrın 11-də Xüsusi Zaqafqaziya Komitəsini əvəz etmiş Zaqafqaziya hökuməti) Zaqafqaziya seyminin əvəz etdiyi Zaqafqaziyanı müstəqil dövlətlərə parçalamaq uğrunda fəaliyyətin gücləndiyi dövrdə Naxçıvanın növbəti daşnak hücumlarından müdafiəsinin təşkilində ciddi rol oynamışdır. İsmayıl bəy Camalbəyov 1938-ci ildə repressiyaya uğrayıb. O, SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 5 yanvar 1938-ci ildə əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmiş, qərar yanvar ayının 6-da icra olunmuşdur.

İsmayıl bəy Güllü Şərif qızı ilə ailə qurmuşdu. Güllü xanım 1879-cu ildə Tiflis şəhərində anadan olmuş, Sumbatov küçəsi, ev 9 ünvanında yaşamışdır. Həyat yoldaşı Camalbəyov İsmayıl Abbasqulu oğlu (1883) SSRİ Ali Məhkəmə Hərbi Kollegiyasının Səyyar Sessiyası tərəfindən 1938-ci il 5 yanvar tarixində əksinqilabi-millətçilik fəaliyyətinə görə güllələnməyə məhkum edilmişdir. Camalbəyova Güllü Şərif qızı vətən xaininin həyat yoldaşı kimi SSRI MIK-nin 1934-cü il 4 iyul tarixli qərarına əsaslanaraq 1937-ci il 31 dekabr tarixində tutulmuş SSRİ XDİK Xüsusi Müşavirəsinin 1938-ci il 9 aprel tarixli qərarı ilə cəzasını İslah-Əmək Düşərgəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilmişdir. Zaqafqaziya Hərbi Dairəsi Hərbi Tribunalının 16 mart 1995-ci il qərarına əsasən Camalbəyova Güllü Şərif qızına bəraət verilmişdir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 13 oktyabr.- S.14.