Azərbaycan
savaşı
Yüz yaşa, professor Şirməmməd
Hüseynov!
Professor Şirməmməd Hüseynov Azərbaycan türklərinin XX yüzildə yetirdiyi ən böyük siyasətçisi, ulus ideoloqu Məhəmməd Əmin Rəsulzadənin “Əsərləri”nin III-IV cildlərini çap etdirmişdir [Məhəmməd Əmin Rəsulzadə. Əsərləri III c. (1915-1916). Bakı, Elm,2012, 596 s.; Məhəmməd Əmin Rəsulzadə. Əsərləri IV c. (1917 - aprel 1918). B., Qanun, 2013, 456 s.].
Sayğılı professorun ulusumuzun politika, ideologiya tarixini araşdırmaq, Azərbaycan Cümhuriyətini
quran aydınların, ulus
ideoloqlarının öncülü, ən
böyük, ən dönməz azərbaycançının...
Məhəmməd Əmin Rəsulzadənin yurdumuz,
ulusumuz üçün
etdiklərini öyrənmək baxımından, I cildini 1992-ci, ikincisini
2001-ciildə yayımladığı bu
anıtların bilimsəl, siyasi-ideoloji dəyərinin
gərəkliyini ölçmək çətindir.
Ömrün ağsaqqal
çağında belə böyük bir işi görmək duyğusu, istəyi ancaq
Azərbaycana, yurda, ulusa
böyük sevgidən doğa
bilər! Prof. Şirməmməd Hüseynov bu böyük əməyilə Azərbaycan
yurdsevərlərinin, işıqlılarının-aydınlarının
könlündə, düşüncəsində uca taxt qurmuşdur.
Ona akademik elmi adı, prezident
pensiyası, dövlət ödülü
verilməlidir! Sayğılı yurddaşımıza ən böyük sevgimizi bildirib uzun ömür,
cansağlığı diləyir, YÜZ YAŞA professor ŞIRMƏMMƏD HÜSEYNOV! - deyirik.
Çağdaş oxucular ulusal ideoloq Məhəmməd
Əmin Rəsulzadənin daha çox RUS-ERMƏNI-SOVET-MASON güclərinin
1920-ci il aprelin 27-də
Azərbaycan Cümhuriyətini devirdikdən sonra
“qaçqın yaşamının dözülməz
koşulları içində” yazdığı anıtlarla
tanışdırlar. III-IV cilddəki yazılar isə taxma
adlarından biri “Demokrat”
olan, sözün bütöv anlamı ilə gerçək demokrat Məhəmməd Əmin Rəsulzadənin
çağın “İqbal”, [Gələcək, İrəliyə doğru, Gözlənən amac]
“Yeni İqbal”, “Açıq söz”, “Azərbaycan”, “Qardaş
köməyi”, “Müsavat”
qəzetlərində, “Qurtuluş”, eləcə
də 1954-cü ildə yayımlanan “Azərbaycan”
jurnallarında çap etdirdiyi,
mayası, içliyi Azərbaycan, türk savgisi, özgürlük, yurddaşlıq, insan hüquqları olan toplumsal-siyasi publisistikasıdır.
Son yüz ildə Azərbaycanda kimsə,
bütövlükdə Məhəmməd Əmin Rəsulzadənin
siyasi publisistikası ilə tutuşdurulacaq siyasi publisistika yaratmayıb. İndiki Azərbaycan ideoloqlarından təkcə
Xaliq Bahadırın siyasi
publisistikasını Məhəmməd Əmin Rəsulzadənin
yazdıqlarına bənzətmək olur.
Məhəmməd
Əmin Rəsulzadənin siyasi
publisistikasının incəlikləri, özəllikləri BDU-da oxuyan jurnalistlərə
ayrıca öyrədilməlidir!
III-IV cildlərdəki
yazıların konusu bir
jurnalistin baxış çevrəsindən
çıxıb bitkin politikin,
ulusal ideoloqun
düşünə biləcəyi toplumsal-politik
çevrəyə çatır. Bu
yazılarda Məhəmməd Əminbəy qəzetçi yox, politikdir, ideoloqdur. Onun üçün Azərbaycanın,
Türkiyənin, Türküstanın, Qafqazın, Rusiyanın
durumu, gələcəyilə
bağlı “Yaponiya məsələsi, Albaniya məsələsi, Ermənistan məsələsi,
Şərq məsələsi, Balkanıstan məsələsi”
tək sorunlardan “Azərbaycan sorunu”nu qoyub
çözmək önəmlidir.
“Xristianlıq,
isti dənizlərə çıxmaq,
ruslaşdırmaq” xəstəliyinə tutulmuş
Rusiya İmperiyasının
qatı senzorunun gözətimində belə
yüksək bilgili, bilikli,
bilimli yazılar yazmaq
üçün çox
yetənəkli olmaqdan başqa
aydın ideoloji düşüncə gərəkdir.Yeniyetmə
yaşlarından “Azərbaycan davaşı”na qoşulduğundan universitet
qurtarmamış bu tanrı yetənəyinin
dövlət qurma işlərinin
yarımçıq qalması Azərbaycanın böyük itkilərindəndir. Yazılardan senzorun kəsdiklərini də oxuya
bilsəydik, Azərbaycanın bu böyük oğlunun -
“Əsrimizin Siyavuşu”nun
politik düşüncəsinin dərinliyini
daha yaxşı görərdik. Nə etməli,
bu da bizim
ulusal yaşamımızdır...
“Əsərlər”in
III cildində Məhəmməd Əmin bəyin
“Açıq söz” qəzetinin
1916-cı ildəki 22 sayında yayımladığı “Məktəb
və mədrəsə” adlı elmi-publisistik
araşdırması çap olunub. Onuancaq Məhəmməd
Əmin Rəsulzadənin “İki
Leyli-Məcnun. (Nizamilə Füzuli
arasında bir qarşılaşdırma)”
bilimsəl araşdırması ilə tutuşdurmaq
olur. Azərbaycanda bugünədək kimsə bu konudan “Iki Leyli
Məcnun...” düzəyində bilimsəl araşdırma
yazmamışdır!
Azərbaycan
Respublikasının indiki Təhsil nazirinin ulusun bu önəmli qurumlarından,
yaşamından belə bir yazı yaza biləcəyini düşünmürük.
Ulus ideoloqunun “Əsərlər”dəki
yazıları Türk ədəbi dilini gəlişdirmək baxımından da çox önəmlidir.
Məhəmməd Əminin bu
yönlü çoxlu
yazılarında olduğu kimi,
“Məktəb və mədrəsə” proqramında da məktəblərdə Türk
dilinə yer verilməməsini, ya da olduqca
az yer verilməsini, Türk dili öyrətmənlərinin
donluğunun obirilərinkindən
azlığını, onlara sayğısızlığın
düzəldilməsini yazdığı, ancaq
bəlli nədənlərdən özünün
də qurtulamadığı yersiz Ərəb-fars
deyimlərini atanda ortada
kimsənin yazmayacağı arı, bıçaq kimi iti, buz
kimi soyuq, anlamlı,
gözəl Türk siyasi
publisistika dili
qalır.
Bu
yöndən sayğılı Şirməmməd bəy çağdaş oxucuların
düşüncəsini, biliyini gözə
alıb, səhifələrin aşağısında verdiyi çətin, ağır Ərəb
sözlərinin sayını çox etməli,
yayqın, çoxanlamlı sözlərin daha
uyğun, özü də
türkcə anlamlarını
yazmalı idi. Bizcə, ərəbcə, ya da farsca
bir sözün
anlaşılan ərəbcəsini, farscasını yazmaqdansa türkcəsini yazmaq
daha düzgündür,
gərəklidir. Vələd-övlad yerinə
oğul-qız yazılmalı idi, farsca “dibaçə”yə ərəbcə
“müqəddimə” yerinə türkcə giriş
yazılsaydı, eləcə də əsbablar-səbəblər
“tutalqalar, nədənlər, gərəkcələr,
vəzaif-vəzifələr ”görəvlər, əqrəm-rəqəmlər
- saylar, vəsət-orta hesabla - ortalama, məkulat-azuqə
- yemək-içmək, xəvas-əsilzadə - seçkin, seçilmiş,
vəqə-hadisə - olay, kəza-həmçinin
- yenə, yenə də, bazaət-sərmayə -
yatırım" olsaydı daha düzgün olardı.
XX yüzildə Türk dili anlamsız, yersiz Ərəb-fars sözlərindən çox arıtlansa da, son 20 ildə yanlış oxutma
politikalarından, gözətimsizlikdən bu
gözəl dilin başına oyunlar açılır. AMEA-nın, BDU-nun dilçiləri, aydınlar da durub baxır?!!
“Əsərlər”də
bir sıra texniki
yanlışlar, hərfburaxmalar da
vardır. Örnək: İbrahim
bəy Heydərovun soyadı bir yerdə
Əbdürrəhimov, general Zuyevinki Zubov getmişdir. Bunları, eləcə də bir sıra başqa texniki yanlışları anıtın kiçik çatışmazlığı saymaq olar. Bunun
nədənini anlayırıq. Belə bir
anıtı 90 yaşlı ağsaqqal tək
yox, AMEA-nın bir
neçə institutunun bilim,
politika, ideologiya, dil bilicisi olan
alimlər dəstəsi görməlidir. Azərbaycan
üçün qara
qəpiktək dəyəri olmayan kitablara, Monteneqro kimi bilinməz ölkələrdəki heykəllərə
milyonlar dağıdan Azərbaycan
Ağalığının suçundan prof. Şirməmməd Hüseynov
ulusal anıtın III cildini
“Ş.Hüseynova verilən təqaüddən
qənaət etdiyi vəsaitlə nəşr”
etmişdir.
Ayıb olsun! Yurdun
var-yatırını, ora-bura
dağıdanlar ulusdan
utanmalıdırlar!
Anıtın IV cildini “Qanun” çap evi
yayımlamışdır. Sağ olsunlar! Azərbaycana, ulusa,
elə, yurda belə çox
gərəkli kitablar 500 yox,
50.000 sayda basılıb
paylanmalıdır.
Bu gün də içimizi qovuran, “ulus üçün pul verəndə canı çıxır”
düşüncəsi III cilddəki bir
yazıda ayıblanmışdır: “Bugünkü
sayımızda redaksiyamıza ”Kəndli" adı ilə
göndərilən kiçik bir məktub çap olunur. Məktub yiyəsi yazısıyla birgə
öyrətməni, aeroplan düzəltməklə
uğraşan Kazım bəy Səlimxanova
verilmək üçün iyirmi manat da
pul göndərmişdir. Səlimxanovun “Oxranitelni list” olmasına
sevinən “Kəndli” keçəndə onun
bu işə girişməyindən qəzetlərdə
yazılanda da otuz manat göndərmişdi. Bu
“Kəndli”dən başqa Culfada
çalışan müsəlman işçilər də öz aralarından 16 manat
yığıb redaksiyamıza göndərmişdilər".
Məhəmməd
Əmin Rəsulzadə Kazım bəyə uğur
diləyəndən sonra yazır: “Bir ulusun cavanları daha çox nə kimi yollar tutsalar,
o ulusungələcəyinə onlara baxılaraq kəsin söz
deyilər. Bir bilgi,
uzmanlıq, texnika çağında
cavanları yüngül əxlaqlı operet taslakları, ”şeir"
ələsalmaları, lağ-lağıları gülgü, şakalarla
uğraşırsa, öylə bir gəncliyi
olan toplumun bu qorxulu,uluslar
sınağında alacağı nömrəquşqusuz,
“2" dən yuxarı çıxamaz!”.
Azərbaycan
Respublikası Ağalığının yeritdiyi
yanlış Oxutma politikasından,
televiziyalardakı “VUR ÇATLASIN, ÇAL OYNASIN”la, dəyərsiz öymələrlə egitilən,
oxudulan yeniyetmələr sınaqlardan ucdantutma 2 alır, TQDK Azərbaycan
Respublikasında oxuyanların universitetlərə keçid balını 100-ə endirməli olursa, sorumlular suçludur!
Məhəmməd
Əmin Rəsulzadəyazısını genəlləyib deyir: “İş
verilən yardımın sayında deyil,
içliyindədir. Yardım edən bir kəndlidir.
Yardım edənlər işçilərdir. Milyonlar içərisində
olan bütün bir şəhərdə Kazım bəyin
ixtirası ilə ilgilənən tapılmadı. Bunun nə kimi gərəkli
şey olduğunu isə
bir kəndli anladı. Bu
bilgi gecədə minləri havaya sovuran Bakı
milyonerlərinin qulaqlarında boş bir söz kimi
vızıldadı. ”Bu epizod
bizə böyük
bir aləm açır, ulusumuzdadərin bir oyanışın, yüksəlişin olduğunu göstərir. Böylə
bir oyanışın seçkinlərimizdə
azlığı acı olsa da, kəndlilərimizlə işçilərimizdə,
ulusunböyük çoxluğu
olan bu iki
kötükdə görünən göyərmək
işartısı, “ulus
ağacının” yenidən yapraqlanıb çiçəklənəcəyini
sevinclə bildirməzmi"... Ulusumuz
arasından tapılan bu enerji
onda bilim-texnika
dostları yetişdiyini göstərir.
“Uyqarlıq sərgisində dəyərli bir
əsəri olmayan ulus
varlığını tanıtmağa çətinlik çəkəcək.
Ancaq o sərgidə böyük əsərlərilə böyük bir elm, texnika, sənət köşkü yarada bilmiş bir ulusun varlığını bütün
aləm yığılsa da yox edəməz!” (515-516-cı səh).
Yurdun var-yatırını ulusun
strateji işlərinə yox,
yolların qırağına dağıdan, kimlərəsə
pay verən yetkililərimiz,
oliqarxlarımız bunu anlasın. Dünən Türk ulusunun dövləti yox idi, Rus
Ağalığı onu 3-cü dərəcəli
ulus edib geriyə
atmış, ulusal düşüncəsini
dolaşdırmışdı. Yüz il sonra da
bundan qurtulamadığımızın suçlusu Azərbaycan Respublikasında 20 ildir sorumsuzluq edən
Ağalığıdır.
Rus-erməni-sovet-mason
bolşefaşistləri Azərbaycan Cümhuriyətini yaraqla devirib yurdumuzda açıq-gizli soyqırım
törətdilər. Buna görə Azərbaycan,
Türk tarixinin bu ünlü,
öyünməli çağından çox
bilgilər yarımçıq, qaldı. Örnək: Ingilislər
Azərbaycanın ayulduzlu al
bayrağını yasaqlayandan sonra üçrəngli bayrağı,
boyalarını kim düşündü,
kim dedi, eləcə də
çoxlu başqa ulusal dəyərlərdən bilgilərimiz
yarımçıqdır... Son 20 ildə ulusalçı alimlərimizin daha çox
araşdırıbtopluma yaydığıtürkləşmək,
islamlaşmaq, müasirləşmək
çağırışının oluşumunu
Məhəmməd Əmin Rəsulzadənin III cilddəki
yazdığından öyrənmək bu
yönlü düşüncələrimizi
bir az kəsinləşdirir.
Ulusal ideoloq
“Açıq söz” qəzetinin birilliyilə
bağlı “Getdiyimiz yol”
yazısında deyir: “1915-ci il oktyabrın 2-də çıxan nömrəsində
”Açıq söz" tutacağı yolu göstərmək üçün
üç nöqtə bəlləmişdi:
Türkləşmək, islamlaşmaq,
müasirləşmək".
Məhəmməd
Əmin bəy müasirləşmənin-çağdaşlaşmanın
elmi, fəlsəfi, siyasi-ideoloji,
kültüroloji yönlərini
açıqlayandan sonra bu
ulusal ideyanın yaradıcısını
göstərir: “Bir qolu olmağımızla öyündüyümüz
Türk-tatar ulusunun tarixi yolunu izləməklə,
bu dəyərləri Qafqazın Türk basınında ilk
yol sayğılı Əli bəy
Hüseynzadə bildirərək, Rusiya devriminin bir yaxşı işi olaraq ortaya çıxan ”Həyat" qəzetilə
“Füyuzat” toplusunda
yazdığı yazılarında öz
düşüncələrilə “türk
qanlı, islam imanlı, firəng qiyafəli
olalım”, demişdi. Türk-tatar
aləminə etkisi sözsüz
olan başqa devrimlərdən
sonra meydana
çıxan ideoloqlarsa bu
düşüncəni “türkləşmək, islamlaşmaq, müasirləşmək” kimi açıq-aydın düstur
biçiminə qoydular".
Ulus ideoloqu
çağırışın son biçimini kimin oluşdurduğunu kəsin göstərməsə
də yazır: “Bu dəyişdirilmiş düsturun düşüncəyolu ilə
bildirişindəki ün hər nə qədər
”Həyat"la “Füyuzat”ın olsa da, onun Qafqaz
basınındakı açıq-aydın biçimdə
bildirilməsilə “Açıq söz”
öyünə bilər(533-cü s.).
III cildin
“Nə Qafqaz, nə də İran” yazısında Azərbaycan türklərinin
yağıların dolaşdırdığı, unutdurduğu Türk
adını düzgün bəlirləyəmədiyimizdən
danışılır: “Acı da olsa özümüzü başqa bir soydan, qafqazlı sayıb Azərbaycanı ikiyə
bölən Araz çayının
güneyində yaşayan iranlılara (İran türklərinə) yuxarıdan
aşağı gözlə baxmaq ruhumuzu sarmış bir xəstəlikdir.
”Qafqaz türkü demək
özü bir
yanlışlıqdır. “Azərbaycan türkü,
Azərbaycan danışığı, Azərbaycan ədəbiyatı
var, ola da bilər. Ancaq Qafqaz türkcəsi, Qafqaz
türkü olamaz! Bu gün nə ”Xosrov Pərviz"i yazan
Mirzə Abdullah iranlı, nə də
Kazımoğlu qafqazlıdır. Onların ikisi
də azərbaycanlıdır. Birincisinin əsəri,
ikincisinin də düşüncələrinə
iranca yazılmış, nə də qafqazca. İkisi
də türkcə yazılmışdır"(537-ci s.).
ardı var
Yadigar Türkel
Azadlıq.-
2013.- 17 oktyabr.- S.12.