Orada sirli bir kəhkəşan var...

 

İnsanların ulduzlara yazılmış nağılları...

 

Ulduzların hekayətini öyrənmək bütün zamanlarda maraqlı olub. Çox qədimlərdən münəccimlər ulduzların sirrini öyrənməyə can atır, göy cisimlərinin insanların həyatındakı rolu ilə bağlı maraqlı mülahizələr irəli sürürdülər.

 

Bütün bu addımlar zaman keçdikcə astronomiya elminin əsasını qoymuş əvvəllər rahiblərin, şamanların kahinlərin məşğul olduqları səma cisimləri bir elm olaraq öyrənilməyə başlanmışdır. Hətta bəzi alimlər Mesopotamiyadak I ziqquratlar, mayya çinlilərin pilləli piramidalarının ən qədim rəsədxanalar olduğunu düşünürlər. Həmin fərziyyələr Azərbaycanın qədim Qobustan qayalığında qeydə alınan elementlərin buradan Günəş rəsədxanası kimi istifadə olunduğunu söyləməyə əsas verir. Çünki qaya rəsmlərindən belə burada qədim insanların vaxt təqvimi ilə bağlı müəyyən təsəvvürləri olduğu, illəri, hər biri 40 gündən ibarət olan 9 aya böldükləri aydınlaşır.

Tarixən bu elm sahəsi müsəlman alimlərinin diqqətini çəkən istiqamətlərdən biri olmuşdur. Əsrlər öncə böyük müsəlman şəhərlərinin əksəriyyətində rəsədxana tikilib istifadəyə verilmişdi. Həmin elm ocaqlarında qazanılan nailiyyətlər elm dünyasına əsrlərlə bələdçilik etmişdir. Kopernik Qaliley kimi bir sıra avropalı düha sahibləri müsəlman alimlərinin elmi əsərlərindən yararlanmışlar.

Ulduzların koordinatını onlar arasındakı məsafəni ölçmək üçün işlədilənÜstürlabcihazını təkmilləşdirən, onun yeni növlərini yaradanlar da müsəlman alimləri olmuşdur.

Azərbaycanda astronomiya elminin təşəkkül tarixi Orta Asiyada astronomik biliklərin inkişaf mərhələsi ilə eyni vaxta təsadüf edir. Bu dövrdə yaşamış əl-Bəttani (850-929), Biruni (973-1048) Uluqbəy (1394-1449) kimi alimlərin astronomiya elminə verdiyi töhfələr dünya üçün mühüm əhəmiyyət daşıyırdı.

 

Ulduzları öyrənən böyük alimlərimiz

 

Azərbaycanda bu elmin tarixi isə böyük alim Nəsirəddin Tusinin (1201-1274) adıyla bağlıdır. O, XIII əsrin əvvəllərində Azərbaycanda dünyanın ən böyük ən mükəmməl Marağa rəsədxanasını qurmuşdu.

Sözügedən rəsədxana Tusinin yaratdığı Təbriz Akademiyasının bir hissəsi idi. Marağa rəsədxanası Savalan dağının hündürlüyündə böyük bir düzənlikdə tikilmişdi. Onun nəzdində müəyyən laboratoriyalarla yanaşı, böyük kitabxana da var idi. Rəsədxananı Tusinin rəhbərliyi altında on iki il müddətində tikib başa çatdırmışdılar. Qısa zamanda bu rəsədxana dünyanın astronomiya mərkəzinə çevrilmiş, burada astronomiyaya dair 100-dən çox monoqrafiya hazırlanmışdı. Onlardan 30-u şəxsən Tusinin özünə məxsusdur. Rəsədxananın çox zəngin kitabxanası olmuş o, dövrün Elmlər Akademiyası kimi şöhrət tapmışdır.

Marağa rəsədxanasında sistematik astronomiya müşahidələri aparılmış bu müşahidələr əsasında müasir dövrdə elmi mahiyyətini itirməmiş məşhurElxan cədvəlləritərtib olunmuşdur...

N.Tusinin astronomik fəza hadisələri haqqında yazdığıKitab şəkili-qitatraktatı dövrünün ən mükəmməl əsərlərindən biridir.

Hamıya məlum olan Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası Nəsirəddin Tusinin adını daşıyır.

XIX əsrdə astronomiya elminin bilicilərindən biri Mir Möhsün Nəvvab olmuş, Saturn planetinin həlqəsi ilə birlikdə maketini hazırlamışdır. Həmin dövrdə görkəmli xadim Abbasqulu Ağa Bakıxanovun astronomiya elmində, xüsusilə astronomiyanın elmi səviyyədə təhlilində böyük xidməti olmuşdur. O, 1840-cı ildə fars dilindəKainatın sirriadlı əsərini yazmışdır. O həmin əsəri ərəbcəyə tərcümə etmiş, sonralar əsər Türkcəyə çevrilmiş, 1985-ci ildə isə “Elm” nəşriyyatı tərəfindən Azərbaycan türkcəsində çap olunmuşdur.

 

Yerlə göyün sirri arasında...

 

Şamaxı Astrofizika Rəsədxanasının əsası 13 yanvar 1960-cı ildə qoyulub. Bakıdan 144 km, Şamaxının mərkəzindən 22 km uzaqlıqda olan rəsədxana Pirqulu yaylağının cənub-şərq hissəsində yerləşir. Rəsədxananın yaradılmasında tanınmış alim Yusif Məmmədəliyevin böyük rolu olmuşdur.

Həmin dövrdə Şamaxı Astrofizika Rəsədxanası keçmiş SSRI-nin ən böyük üç rəsədxanasından birinə çevrilmişdir. Şamaxı Astrofizika Rəsədxanası dəniz səviyyəsindən 1500 metr hündürlükdə yerləşir ki, bu, dünyanın bir sıra astronomik rəsədxanalarından yüksək göstəricidir. Burada aydın gecələrin sayı 190-200 təşkil edir beləliklə, rəsədxana çətin müşahidə edilən cənub göyünün öyrənilməsində müəyyən üstünlüklərə malikdir. Rəsədxanada indiyədək minlərlə səma cisimlərinin xassələri öyrənilmiş, rəsədxana bir sıra kosmik proqramlarda bilavasitə iştirak etmişdir. Əməkdaşların aldığı elmi nəticələr dünya alimləri tərəfindən layiqincə qiymətləndirilmiş, 20-dək əməkdaş bir sıra nüfuzlu beynəlxalq elmi təşkilatlara üzv seçilmişdir. Marsda Ayda bir neçə krater Şamaxı Astrofizika Rəsədxanası əməkdaşlarının adını daşıyır. Azərbaycan astronomlarının qazandığı nüfuz sayəsində Beynəlxalq Astronomiya Ittifaqı tərəfindən bir sıra kiçik planetlərə Azərbaycan adı verilmişdir. 2007-ci ilin sentyabrında isə ABŞ rəsədxanalarında kəşf olunmuş daha bir kiçik planet AMEA-nın müxbir üzvü Əyyub Quliyevin adıyla adlandırılmışdır.

AMEA Şamaxı Astrofizika Rəsədxanasının direktoru Ə. Quliyevin sözlərinə görə, hazırda dünya rəsədxanalarının sayı 1000-dən artıq olsa da, bu rəsədxana öz teleskoplarının sayına,  çeşidinə, gücünə bir sıra parametrlərə görə dünyanın böyük rəsədxanalarından sayılır. Rəsədxanada 7 teleskop var.

Hazırda rəsədxana AMEA tərəfindən təsdiq olunmuş elmi proqram əsasında fəaliyyət göstərir. Proqram dünya elminin ən qabaqcıl prioritet problemləri ilə uzlaşdırılmışdır. Bu fəaliyyət çərçivəsində qalaktikaların, ulduzların, planetar dumanlıqların, günəşin, planetlərin kometlərin müşahidəsi aparılır. Rəsədxana Azərbaycan elminin təbliğində önəmli fəaliyyət göstərir. Buraya hər il minlərlə turist, məktəbli, xarici qonaqlar, o cümlədən Bakıda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri gəlir.

Son zamanlar rəsədxanada quraşdırılan yeni spektroqraf isə naməlum planetlərin axtarışı ilə məşğul olacaq. Yeni qurğunun ayırdetmə qüvvəsi 400 000-ə çatacaq. Onunla uzaq ulduzların ətrafında naməlum planetlərin axtarışı müşahidəsi aparılacaq.

Bu proqram hələlik postsovet məkanında mövcud olan rəsədxanaların heç birində həyata keçirilmir.

Rəsədxananın maddi-texniki bazasının gücləndirilməsi, yenidənqurma təmir-tikinti işləri üçün yaxın zamanlarda dövlət büdcəsindən 8 milyon manat vəsait ayrılmışdır. 

Ə.Quliyev bu vəsaitin inzibati laboratoriya binasının yenidən qurulması, binada telefon kompüter şəbəkəsinin fəaliyyəti, su, istilik kanalizasiya sisteminin, binanın üst qatının dəyişdirilməsi, istilik xəttinin yeniləşdirilməsi, yeni ocaqxananın tikilməsi üçün böyük töhfə olduğunu bildirir. Bundan başqa, 2 metrlik teleskopun idarəetmə sisteminin modernləşdirilməsi  məqsədilə Çexiya mütəxəssisləri ilə danışıqlar aparılmış razılıq əldə olunmuşdur.

2002-ci il avqustun 7-də isə yeni bir rəsədxana - Naxçıvanda Batabat Astrofizika Rəsədxanası yaradılmışdır.

Burada indiyə kimi yaxın 200 il ərzində Yer planeti üçün potensial təhlükə törətmə ehtimalı olan 17 kometin fiziki dinamik parametrləri tapılmışdır. Günəşdəki irimiqyaslı maqnit sahələrinin 17 illik kvaziikiillik dövrü xüsusiyyətlərə malik olduğu aşkar edilmiş, müəyyən olunmuşdur ki, Günəşdəki irimiqyaslı maqnitÿsahələrində olan kvaziikiillik dövrü rəqslər Günəşdəki maqnit sahələrinin qeyri simmetrik xüsusiyyətləri ilə bağlıdır. Tədqiq olunduğuna görə, Günəş ekvatoruna yaxın oblastlarda Günəş spikullarının hündürlüyü 7000 km-dən az deyil.

Bu gün Azərbaycan elminin önəmli problemlər yaşadığı bir zamanda ölkəmizdə tarixi uzaq keçmişə dayanan astronomik bilgilərin  inkişafı üçün açılan imkanlar, təbii ki, başqa elm sahələrinin canlanmasına da stimul verə bilər. Azərbaycan elminin görkəmli simalarından olan Nəsrəddin Tusinin adını daşıyan elm ocağının bu istiqamətdəki fəaliyyəti, bəlkə uzaq üfüqlərə bir yolgöstərən kimi qiymətləndirilməlidir.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 18 oktyabr.- S.14.