Azərbaycan savaşı
Yüz yaşa, professor Şirməmməd Hüseynov!
II
Başlanğıcı ötən sayımızda
Məhəmməd Əmin Rəsulzadədən bu
günə ÇAĞIRIŞ
İslam dininin ümmətçiliyilə,
Rusiya İmperiyasının 200 ildə yeritdiyi ulusustu
ruslaşdırma politikaları tarixdə böyük
uyqarlıqlar, dövlətlər yaratmış Azərbaycan
türklərinin ulus adını
dolaşdırmışdır. Rusiya
İmperiyasının Azərbaycanı bölən strateqləri
Azərbaycan türklərinə tatar adı qoymuş, ulusal
kimliyini unudan insanlar özlərinə müsəlman
demiş, AZƏRİ, TÜRKAZƏR kimi anlamsız
yanlışlar uydurulmuşdur. İllər
keçdikcə bir sıra aydınlarımız bu tarixi
yanlışı düzəltməyə
çalışsalar da siyasi ağalıqda
olmadıqlarından istəklərinə
çatmamışlar.
Azərbaycan Respublikasının Milli Məclisi
aydınların gücü ilə 1992-ci il
dekabrın 22-də Azərbaycan Respublikasının sayca ən
böyük ulusunun tarixi Türk adını özünə
qaytardı. Bu, Azərbaycan, Türk tarixində
çox böyük özünütanıma,
özünütanıtma, özünü doğrulama
olayı idi. Ancaq 1993-cu ildə Rusiya dövlətinin
yardımı, satqınlarımızın əlilə
dövlət çevrilişi edib siyasi ağalığı ələ
keçirmiş, “köhnə komunistlər” 1995-ci ildə
özlərinin yetirdiyi 2-3 dönük, satqın, qabyalayan
“xalq şairi”, “xalq yazıçısı”nın
züyçülüyündə Azərbaycan
Respublikasının böyük Türk ulusunun adını dəyişib
azərbaycanlı etdilər. Bu, Azərbaycan türklərinə
edilmiş bağışlanmaz dönüklük,
satqınlıqdır!
Acınacaqlı nədir? Azərbaycanın
9,5 milyon yaşayanının 9 milyonu
türkdür. Təkcə bir köydə
yaşayan Qafqaz köklü etnik qrup azərbaycanlı
adından yararlanır, sorulanda, gərəkəndə isə
kəsinliklə özünün etnik adını deyir,
yazdırır. Bu yurdun yükünün yüzdə
99-nu çiynində daşıyan ulusun isə
özünün Türk adını demək hüququ yoxdur!
Türk özünə MƏN TÜRKƏM, deyəməz! Bu uluslararası hüququn özünüanlama,
özünüdoğrulama, özünütanıtma, ilkələrinə
tərsdir. Biz bu yanlışı uzatmadan, kəsinliklə
düzəltməliyik!
Azərbaycan Respublikasının
bütün yurddaşları siyasi ulustək azərbaycanlıdır,
etnik anlamda isə türk, rus, ukraynalı, gürcü, erməni,
yəhudi, ləzgi, avar, saxur, buduq, qrız, kürd, lak,
ingiloy-dur.
Məhəmməd Əmin Rəsulzadənin
“Əsərləri”nin I-IV cildlərindəki yazılarda
Qfqazda barışa, birgəyaşayışa
çağırış vardır. Ancaq erməni
politikanlarının, daşnaklarının etdiklərinə,
törətdiklərinə gözdən qaçırmadan incə,
açıq qınaq, ələşdiri də
görünür. Ulus ideoloqu Gürcü ulusuna çox
sayğı ilə yanaşıb onlara “nəcib [soylu]
gürcü ulusu” demiş, “Iqbal”ın 1915-ci il 28 yanvar
sayında gürcü şairi Akaki Seretelinin ölümünə
Ağı yazmışdır. “İqbal” qəzeti fevralın
11-də çıxan
sayında başda Əlimərdan bəy
Topçubaşı olmaqla seçkin Türk
aydınlarının Akaki Seretelinin Tiflisdə
basdırılmasına qatıldığını, Məhəmməd
Əmin bəyin də bu yas törənində
çıxış etdiyini yazmışdır.
Məhəmməd Əmin bəy Rus Ordusunun tutduğu
Kars-Ərdahanın Rus general-qubernatoru Zuyevin Bildirişindəki
“xristian yaşayanların qanmazlarının törətdiyi
qırğınlar” da soyqırıma uğramışlara
yardım üçün pul toplayanların əməyinin oyadıcılığını,
birləşdiriciliyini dəyərləndirərək
yazır: “Əllərinə cübbə alıb qəpik-qəpik
para toplayanlar arasında olanlardan Ağamusa Nağıyev, İsmayıl
bəy Səfərəlibəyov, Liza xanım Muxtarova, Tamara
xanım Əsədullayeva kimi milyonerlər, miyloner
xanımları özləri istəsələr bir gündə
toplanacaq paradan bir-iki qat çox verə bilərlər. Ancaq o yolla verəcəkləri minlərin belə
yığdıqları kimi mənəvi dəyəri olmazdı”
(3-cü c. 160-cı s.).
Sayğılı oxucular, dünyada
“böyük politikalar” yeridilir. Azərbaycanda
da biriləri öz qarınları, çıxarları
üçün bunlara yardımçı olur. Rusiya İmperiyası 200 ildir Erməni ulusunu
politikasının kiçik oyunçusuna çevirmişdir.
Məhəmməd Əmin Rəsulzadənin 1918-ci il yanvarın 19-da “Açıq söz” qəzetində
yayımladığı bəlgəni oxucuların çoxu
bilmir. Buna görə də onun bir çox yerini bu yazıda
verib daha dərindən düşünməyinizi, orada-burada
“konfrans” keçirib “biz erməni
öldürmüşük”, deyib... göz yaşı tökən...
Solmaz Tohidi kimi agent tarixcikciklərin, “deyirəm,
sözlərimi oğurlayırlar” kimi anlamsız
düşünən hüquqcuqların, filosofcuqların
kimliyini anlamağınızı istəyirik.
-2013-ci il aprelin 22-də AMEA FSHI-də keçirilmiş
bir “konfrans”da olanlardan -2014-cü il aprelin 24-də qondarma “24
aprel-erməni soyqırımı” qabağı ayrıca
danışacağıq. İndi isə Məhəmməd
Əmin bəyin “Türkiyə Ermənistanı həqqində
əmrnam” yazısından son abzası veririk: “Petroqrad Xalq
Komisarları Soveti Erməni ulusunafəhlə-kəndli
ağalığının Rusiyanın Türkiyə
topraqlarını özünə qatmaq hüququnu
sürdürdüyünü, Erməni ulusunun
bağımsızlığının bildirilməsinə
kimi özünüyönətim haqqını
doğruladığını bildirir. XKS bu
hüququn işə keçirilməsi üçün Erməni
ulusunun baxışını özgürcə bilməkdən
ötrü son dərəcə önəmli bir çox
ağalıq yardımı gərəkdirir. XKS bu kimi
yardımlardan aşağıdakıları sayır:
1) Əskərlərin Türkiyə Ermənistanından
çıxarılması, orada yubatmadan Erməni Ordusunun
yaradılması.
2) Qaçqınların, eləcə də
çeşidli ölkələrə dağılmış
Erməni köçkünlərinin sorunsuz Türkiyə Ermənistanına
qayıtmaları.
3) Savaşçağında Türkiyə
yetkililərinin zorla ölkə içərilərinə
köçürdüyü ermənilərin öz yerlərinə
sorunsuz qaytarılması. XKS
Türkiyə yetkililərilə olacaq danışıqlarda
onlardan bilgi alacaqdır.
4) Türkiyə Ermənistanında
demokratik əsaslarda seçilmiş Erməni Ulusal
Şurası kimi keçici, ulusal bir yönətimin
yaradılması.
Qafqaz işləri üzrə Olanüstükeçid
komisarı Stepan Şaumyan 2-3-cü düzüklərin
uyğulanması üçün Türkiyə Ermənistanı
yaşayanlarına bütün yardımda bulunsun, eləcə
də əsgərləri Türkiyə Ermənistanından
çıxarmaq sürəsini, yönünü bəlirləmək
üçün qarışıq bir komisiya
yaradılmasına başlasın" [IVc., 433-cu s.].
Bu göstərişlərdən, alınan
yaraq-yardımdan sonra Rus-erməni-sovet ordusu 3 ay sonra Bakıda,
Şamaxıda, Qubada, Qarabağda, Zəngəzurda, Azərbaycanın
demək olar bütün bölgələrində, Güney Azərbaycanda,
Andadoluda türk-müsəlmanların soyqırımına
başladılar.
Ermənilərin Rus Ordusunun tumanı
altında gizlənmiş, Qars, İqdır, Ərdahan,
Ərzurumda “xristian yaşayanlarının qanmazlarının
törətdiyi qırğınlar” indi çoxlarına bəllidir. Ulus qorucusu Məhəmməd Əmin Rəsulzadə
I-IV cildlərdəki yazılarında bu soyqırımdan
dönmədən yazmışdır.
Ermənilərin türkləri
öldürdüyü indi az-çox bəllidir. Ermənilər türklərlə birlikdə Qafqazın
baş yönəticisi Voronsov-Daşkovun “vəhşi xalq”
deyib aşağıladığı kürdləri də
ucdantutma qırmışlar. III cilddə Məhəmməd
Əmin bəyin bu qırğınlardan danışan, 4
sırasını senzorun kəsdiyi “Zavallı kürdlər”
yazısı vardır. Ərəb
sözü zavallı Türk dilindən pis, ən
kötü, ən yazıq, ən acınacaqlı, ən
ağır, ən ağlar, ən qara gün deməkdir.
Məhəmməd Əmin Rəsulzadə qocalıb əldən
düşmüş Osmanlı dövlətini
dağıdıb dünyada yeni politik düzən yaratmağa
çalışan Rus-erməni, eləcə də
Batılı güclərin bilə-bilə, yanlış
olaraq işlətdiyi, bizim “yarımrus tarixcikciklər”ə
cavab verib yazır: “Bu qorxunc şeylərə uğrayan
yalnız Ermənistanmıdır?
Bu cəhənnəm içində yanan
yalnız ermnilərmidir? Bu qanlar içində
boğulan yalnız Hayastanmıdır? [Stan
Türk sözüdür, ölkə, yurd, yaşayış
yeri anlamındadır - Türkmənistan-Türkmən ölkəsi,
Qazaxıstan-Qazax ölkəsi. Burada
yaşayış yeri anlamındadır. Sonrakı
cümlədə sözün siyasi yox, yaşayış yeri
anlamında olduğunu göstərir. Sovet
dönəmində STANıFars dilinin şəkilçisi
adlandırıblar. Gerçək tarixdə
isə XX yüzilədək Ermənistan dövləti
olmayıb. Böyük geopolitik düşüncəli Məhəmməd
Əmin bəy də Ulu Osmanlı dövləti dura-dura onun
bir bölgəsinə Ermənistan deməyin, yazmağın
elmə, uluslararası hüquqa tərs bir addım olduğunu
gözə çarpdırır] İndiki... Ermənistan
eləcə də Kürdüstandır. Buna
görə Ermənistan nə çəkmişsə
Kürdüstan da çəkmişdir. Sözsüz,
qulaqları erməni ah-vayları ilə dolan oxucu
kürdün qırğınına inanmayacaqdır. Çünki kürdü başqa dürlü bəlləmiş,
kürd deyincə çapovulçu bir yırtıcı
düşünmüşdür. Kürd
yıxar, dağıdar, aparar. Ağıllarda böylə
bir üzlə öyülənkəsin böyük
qırğınlara uğradığına kim inanar?.. Kürd qırğını
isə bir gerçəkdir. Kürd bədbəxtdir!
Yazıqdır! Ən qorxulu
yazıqlığı isə yazıqlığının
örtülü qalmasıdır. ”Bu
savaşda ermənilər qırğına
uğramışlarsa, kürdlər onlardan az bəla çəkməmişlər".
Bu sözləri biz yox, Kürd zülmündən
dad-fəryadı göylərə çıxan erməni qəzeti
yazır.
“Erməni qaçqınlarına milyonlar
sərf olunur. Buna sözümüz yox.
Onlar RUSIYA SIYASƏTININ QURBANLARIDIRLAR. Osmanlıdan
ələ keçirilmiş, sayları 200 000-ə varan yerli
müsəlmanlara (türk, kürd) işlədilmək
üçün buçağadək ancaq 400 min rubl
buraxılmış. O da ancaq buraxılmış. Buraxılan bu paralar bugunə kimi işlədilməyib,
tərpənməz qalmışdır. İşlədilsə
də bundan kürdələrə bir pay yoxdur (3-cü c.,
561-562-ci s.).
“Qoyun dərisinə girmiş qurdlara” züy tutub göz
yaşı tökən alimcikciklər bunu
anlamalıdırlar!
Kitablardakı “Qurama” adlı yazılar ədəbi,
siyasi yaradıcılıq yollarının birləşdirilməsindən
yaradılmış gözəl siyasi publisistika örnəkləridir.
Məhəmməd Əmin Rəsulzadə
yazılarının birində o çağlar qadınlara islam dini düşüncəsindən gəlmə
yanlış, geriçi, tutucu baxışı
qamçılayaraq yəhudilərin uluslaşma
çalışmalarını örnək göstərir,
“Novruz” yazısında allahdan dünya savaşının
yaxşı sonucu kimi ulusunu ÖZÜNÜ TANIMIŞ görməyi
diləyir.
Məhəmməd Əmin bəy 1917-ci il
mayın 19-da, “Açıq söz”ün 477-ci sayında
yazırdı: “Ulusumuz yarın bir qırğına uğrasa,
nədəni qadınlardır, qadınların
oxumamışlığıdır. Türk
oğul-qızı yarın iti, çoxiti addımlarla
böyük yüksəlişə, uyqarlığa ilərilərsə,
yenə nədən qadınlardır, onlardakı oxumaqsevərlikdir.
Ulusal-kültür işlərimizdə hərhankı
soruna baxsaq - əmin olmalı, - ilk baxışda, ilk
addımda analarımızı görəcəyik. Onunçün hər şeydən qabaq qadın
sorununa, egitiminə, qadın oxumasına baxmalı, xanım
qızlarımızı ürəkdən, davamlı,
sarsılmaz bir çalışma iləoxumağa, yüksəlişə
doğru yönəltməli, yüksəltməli,
özgürlük günəşindən içmələrinə
ardıcıl çalışmaq gərəkdir!” (IV c., 165-ci s.).
Rusiyanın yerli özərklik, federasiya yolu ilə
yönətilməsinini ilk deyən, onu durmadan savunanların
oncülü Məhəmməd Əmin Rəsulzadə “Qəflət
[bilgisizlik, geridə qalmaq] zamanı [çağı] deyil!”
yazısında Rusiya İmperiyasında üçüncü
dərəcəli ulus olan Azərbaycan türklərinin 1905-ci
il devrimindən sonra başlanan seçkilərə getməməsindən
yaranacaq pislikləri gözə çarpdırıb deyirdi: “Bu
seçkilərdə arvadlarınızın seçkiyə
qatılmalarını kəsinliklə istəməlisiniz. ”Biz Bakıda yaşayanın çoxu olsaq da, indiki
yerli seçkisi yolu ilə azlıqda
qalmağımızın qorxusu vardır.
Arvadlarımız da qatılmazsa, onda səsimiz heçə
enəcək, bundan sonra yerli komitələrində, eləcə
də şəhər yönətimində çoxluq yox,
azdan da az düzəyində qalacağıq" (IV c.,160-cı s.).
SAYĞILI YURDDAŞ, ulus ideoloqu Məhəmməd
Əmin Rəsulzadə 1906-cı il oktyabrın 17-də “İrşad”
qəzetinin [Doğruyolgöstərən] 245-ci sayında:
“Bütün uluslar Elçi göndərəndə onun nə
əqidədə, nə yolda işlədiklərini bilib
seçdilərsə, biz əlli iki min hiylə,
fırıldaq qurub öz aşnamızı, dostumuzu
”millət necə tarac olur olsun, nə işim var",
deyib Elçi etməyə çalışdıq. “Ulus elçisi seçəndə onun yetənəyinə,
bacarığına, əqidəsinə, tutduğu yola
baxmadıq. Qanmadıq: illər uzunu bizim
qanımızı soran ”başçılar,
ağalar" bizə başçı deyillər, bizim həqiqi
başçımız özümüzük, camaatdan
böyük güc, heç bir şey yoxdur", - deyib
bugünümüzə də acıyırdı.
Yetmiş illik Rus-erməni-sovet-mason
bolşefaşizmi illərində Azərbaycanda seçki oyunu
“sənli də olar, sənsiz də” ilkəsilə
oynanırdı. Son 20 ildə “köhnə
komunistlər”in törəmələrinin Azərbaycan
Respublikasında demokratiya adı altında keçirdiyi
seçki oyununa isə ad qoymaq çətindir. Demokratik ölkələrdə
Ağalığın borcunun biri də topluma seçki
kültürü yaymaq, onu seçkilərə öyrətmək,
alışdırmaqdır. Ancaq ötən illərdə Azərbaycan
Respublikası Ağalığının keçirdiyi saxta
seçkilər toplumdakı kiçik seçki
kültürünü də heçə endirdi.
***
[Kitablardan alıntılardakı bir sıra ərəb
sözləri uyğun Türk sözlərilə dəyişdirilmiş,
dilçilərin ağızdolusu ƏDAT ? dediyi, Türk
dilində anlamı, dəyəri, yazıda yeri olmayan, gözəl
dilin quruluşunu pozan Hətta, FƏQƏT,
ƏLBƏTTƏ, ƏCƏBA, MƏHZ, HALBUKI,
HƏRÇƏNDİ, SADƏCƏ, ZATƏN - sözləri,
eləcə də gərəksiz VƏ, Kİ
bağlayıcıları atılmış, ikisəsli gəlmə
sözlər bir səslə yazılmış, bir yerdə mətnə
düz ayrıcda soylu sözü
artırımışdır].
Yadigar
Türkel
Azadlıq.- 2013.- 18 oktyabr.- S.13.