Arazın o tayındakı abidə tariximiz
Üç Günbəd və Burlaxatun türbələri
Qədim memarlıq tariximizin sonsuz sayda gözəl inciləri Cənubi Azərbaycan ərazisində yerləşir. Bu tarixi abidələrin böyük bir hissəsini türbələr təşkil edir. Belə unikal abidələrdən biri də məşhur Üç Günbəd türbəsidir. O, Urmiya şəhərində, Urmiya gölünün sahilində yerləşir. Üç Günbəd türbəsinin adının müxtəlif yozumları olsa da, onlardan elmi əsası olan yeganə fikir abidənin vaxtilə içində olduğu üç qülləvari türbə qrupundan yadigar qalması və təklikdə əsgi adı daşımasıdır.
H.Qəzvininin “Zeyle tarixe qozide”
əsərində (1330) Marağa vilayətində
“Se günbəd” adını çəkməsi
bu türbənin, ya da türbələr qrupunun
o çağda böyük nüfuz
daşıdığına və tanındığına
işarədir.
Xalq rəvayətinə görə, Üç Günbəd türbəsini Xarəzmşah
Cəlaləddin inşa etdirmişdir.
Ancaq türbənin kitabəsindən bəlli
olur ki, türbə Sultan Cəlaləddinin Azərbaycana gəlişindən
xeyli əvvəl - hicri
tarixi ilə 580-ci ildə (miladi
1184) tikilmişdir. Ola
bilər ki, Üç
Günbədin yanında olan və
dağılaraq dövrümüzə çatmayan
bir türbə Sultan
Cəlaləddin çağının əsəri imiş. Türbənin kitabəsində abidəni
ucaldan memar öz imzasını qoymuşdur.
Türbənin memarı Əbumənsur Musa
oğludur.
Üç Günbəd türbəsinin bayır
günbəzi dağılmışdır. Onun
yarımzirzəmi xarakterli sərdabəsinin
və üst qülləsinin qapı
gözləri üst-üstədir. Silindrik
tutuma birləşmə tərzi və ümumi biçimcə Dairəvi türbənin
baştağına bənzəsə də, Üç
Günbədin baştağı daha iri ölçülü
və mürəkkəb profillidir.
Urmiyanın ən
maraqlı abidələrdən biri də
“Kitabi-Dədə Qorqud” dastanında
adı keçən Burlaxatunun
adını daşıyan türbədir. Burlaxatunun
türbəsi Urmiya şəhərinin
yaxınlığında yerləşən Urmiya
qalasının içindədir. Məşhur səyyah Adam Oleari qalanın
içində 30 fut(4-5 metr)
hündürlüyündə başdaşı olduğunu qeyd edib. Son zamanlar
azərbaycanlı ədəbiyyatşünas alimlər Məhərrəm
Qasımlı və Arif Rüstəmli qala ərazisində axtarış apararaq həmin türbəni aşkara
çıxarıblar. Onlar türbənin
bir hissəsinin uçduğunu
və 30 futluq başdaşının
yalnız bir hissəsinin
qaldığını qeyd ediblər. Tədqiqatçı
alimlər bu məzarın
tapılmasında Adam Olearinin
verdiyi koordinatlardan
istifadə ediblər.
Abidə tam tədqiq edilib öyrənilməsə
də, onun məşhur türk
dastanının gözəl qəhrəmanı Burlaxatunun adını daşıması xüsusi maraq doğurur.
Qəzvindəki İmamzadə Vəli türbəsi
Qəzvinin Ziyaabad kəndinin mərkəzi
meydanının ortasında yerləşən Imamzadə Vəli
türbəsi plan quruluşu
baxımından Marağadakı Qırmızı Günbəd
türbəsinə bənzəyir. Abidənin tikinti
kitabəsi qalmasa da,
araşdırmaçı P.Vərcavənd onu
hicri tarixi ilə VI əsrin
(miladi XII əsr) əsəri hesab edir.
Türbənin əsas
hissəsi planda kvadrat
biçimli olub, qərb
tərəfində giriş gözü açılmışdır. Qalan üzlərin bayır səthlərinin hər
birini iki sivri dayaz tağça
bəzəyir. Imamzadə Vəli türbəsinin
Qırmızı Günbəd türbəsiylə
oxşarlığı bununla bitmir. Qəzvində yerləşən bu türbədə də memar
əsas tutumu kərpicdən tikmiş və onu iri daşlardan
hörülən səki (hündürlüyü
1,10 m) üzərində
qaldırmışdır. Qırmızı Günbəd
türbəsinin kubvari gövdəsinin
küncləri silindrik kərpic sütunlar şəklində işləndiyi halda, İmamzadə
Vəli türbəsində bayır künclər
yüngülcə kəsilmişdir. Bayır üzlərdə
heç bir bəzək
əlaməti yoxdur.
Sonrakı yüzillərdə
qülləvari görünüşünü
itirən abidə imamzadəyə çevrilmişdir.
Görünür, türbənin örtüyü
də həmin bərpa və yenidənqurma işləri
zamanı dəyişdirilərək indiki
biçimə salınmışdır. Çünki
onun uca silindrik boynu və böyük sivriliyi olan günbəz quruluşunun
səlcuq dövrü konstruksiyalarına bənzərliyi
yoxdur. İmamzadə Vəli türbəsi Səlcuq
memarlığı tipinin yayım
çevrəsini və təkamül prosesini
araşdırmaq baxımından gərəkli əsərdir.
Marağa şəhərində mövcud
olan maraqlı abidələrdən biri də Dairəvi Günbəd türbəsidir
ki, onun hicri tarixi ilə 563-cü
ilin rəcəb ayında (miladi
1167-ci il aprel ayı) inşa edildiyi güman edilir.
Kürsülüyü iri daş
lövhələrlə üzlənmiş dairəvi günbədin
silindrik gövdəsi kərpicdən hörülmüşdür. Onun
plan biçimi
bayırda dairəvi olduğu halda içəridə onbucaqlıdır. Iç üzlərin hər birində dayaz tağça verilmiş, şimal üzü qapı üçün
ayrılmışdır. Dairəvi Günbəd də digər
Marağa türbələri kimi ikiqatlıdır. Türbənin sərdabəsi
daş kürsülüyün
içərisindədir. Kərpic qüllənin
yuxarısı dağılmışdır. Buna
baxmayaraq, türbənin silindrik
qülləsinin içəridə sferokonik,
bayırda konusvari günbəzlə
tamamlandığı bəllidir.
XI-XIII əsr Azərbaycan
memarları silindrik tutuma
girişin monumental baştağ şəklində birləşdirilməsi
yolu ilə uğurlu
memarlıq-məkan həllini işləyib
hazırlamışdılar. Dairəvi Günbəddə baştağ iri ölçülü olmaqla
türbənin ən zəngin bəzəkli elementidir.
Kaşı lövhələri baştağın kufi xətli gözəl kitabələrinə
və həndəsi quruluşlarına uğurla
daxil edilmişdir.
Marağanın ən gözəl incisi
Orta əsrlərin memarlıq mərkəzlərindən
sayılan Marağa şəhərində
mövcud olan bir neçə qülləvari türbədən
ən qədimi Qırmızı Günbəd türbəsidir.
Bu türbə hicri tarixi ilə 542-ci ildə (miladi
1148) inşa edilmişdir.
Qırmızı
Günbəd bir sıra xüsusiyyətlərinə
görə dəyərli memarlıq əsəridir. Bu abidə sərdabəsinin ortasında dayaq sütunu olan ən əski abidədir. Azərbaycan
memarlıq tarixində kaşı istifadəsinin ilk bəlli örnəyi də bu
abidədədir. O cümlədən, Azərbaycan memarlıq
irsində “memar” ixtisas
adına birinci dəfə
Qırmızı Günbəd türbəsinin tikinti kitabəsində rast
gəlinir. Abidənin müəllifi Bənna Bəndanın oğlu, Memar Möhsünün nəvəsi Bəkr Məhəmməddir.
Azərbaycanda tikinti sənətinin
yüksək ixtisaslaşma səviyyəsini
tutarlı əks etdirən bu fakt XI yüzildə Azərbaycanda memar sülalələrinin olduğunu
sübuta yetirir.
Qırmızı
Günbəd türbəsi ikiqatlı olub
həm sərdabə, həm də üst
qülləsi planda kvadrat
biçimlidir. Sərdabənin
ortasında dördbucaqlı sütun qoyulmuş, sütunla sərdabənin
bucaqlı sivri profilli
tağla birləşdirilərək
möhkəm göbələkvari konstruktiv
sistem yaradılmışdır. Şərq
tərəfdə daş
kürsülükdə açılmış kiçik qapı gözündən sərdabənin
içinə düşmək olur. Üst gövdə daş
kürsülük üstündə
qaldırıldığından, sərdabə yarımzirzəmi
şəklindədir.
Türbənin yerüstü kərpic gövdəsi kubvari tutumlu olub, daş kürsü üzərində ucalır. İri daşlarla üzlənmiş
kürsü kərpic gövdəni
rütubətdən qorumaqla onun daha monumental
görünməsinə səbəb olur.
Türbənin bayır künclərini qapayan
silindrik qülləciklər - kərpic sütunlar da əsasən
bədii kompozisiya rolu
oynayır. Bu sütunlar
Xərrəqan türbələrinin sütunlarına bənzəyib,
onlar kimi
naxışla üzlənmişdir.
Bayır üzlərdəki
tağçaların içərisi kərpic hörgü
üsulu ilə yaradılan saya naxışlarla doldurulmuşdur.
Türbənin şimal baş
fasadı daha zəngin bəzədilmişdir.
Qapı gözü üstündəki mürəkkəb
həndəsi naxış quruluşu
gözəl kufi xəttli kitabə zolağı
ilə haşiyələnmişdir. Haşiyə kitabədə
türbənin sifarişçisi - Azərbaycan
hakimi Əbüləziz Mahmud
oğlunun adı
yazılmışdır. Sivri tağça əyrisinin üstü
kərpicdən yığılmış hörmə
naxışlarla süslənmişdir. Firuzəyi rəngli
kaşılı kərpiclər baş
fasadın naxış kompozisiyasını xeyli
zənginləşdirmişdir. Ancaq bu türbənin bişmiş
kərpicdən ucaldılmış qırmızımtıl
koloritinə hiss olunacaq
təsir göstərməmişdir. Türbənin
adını da məhz inşa
zamanı istifadə edilmiş kərpic üzlüyün rəngi müəyyənləşdirmişdir.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.-
2013.- 19 oktyabr.- S.14.