Tarixin sirrini açan toponimlər...

 

Kökü türk tayfalarının adından...

 

Azərbaycan tarixinin öyrənilməsində toponimlərin xüsusi önəmi var. Belə toponimlərdən biri müxtəlif rayon bölgələrdə rast gəlinən Bərgüşad toponimidir. Bu toponim bir sıra səbəblərdən hələ alimlər tərəfindən tam öyrənilməmişdir. Faktlar göstərir ki, Bərgüşad sözü ədəbiyyata XV əsrdən məlumdur. Alimlərin irəli sürdüyü əsas versiyalara görə, Bərgüşad türk tayfasına mənsub bir addır. Eyni zamanda, XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda indiki Naxçıvan ərazisində Bərgüşad adlı türkdilli tayfanın adı çəkilir.

 

Bundan başqa, XVI əsrə aid mənbələrdə isə göstərilir ki, Bərgüşad sözü Qızılbaş tayfalarının adından alınmışdır Bərgüşad zonası ilə bağlıdır. Orta əsrlərdə Bərgüşad indiki Araz çayına tökülən Həkəri çayı ilə Bərgüşad çayı arasındakı ərazini əhatə etmiş, burada vaxtilə Bərgüşad adlı kənd olmuş, sonralar onlar köçəri maldarlığın inkişafı ilə əlaqədar olaraq Kür-Araz ovalığına, o cümlədən, Ucar rayonuna gedib çıxmışlar.

Bu da bir faktdır ki, tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qarabağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir. Bu bölgədəki Bərgüşad çayı Qubadlını iki hissəyə ayırsa da, Araz kimi həsrət simvolu deyil, birlik, bütövlük rəmzinə çevrilmişdi.

Yazılı mənbələrdən bilinir ki, 1917-ci ildə Cavanşir qəzasının Şirvanlı kəndinin inzibati ərazi vahidində, 1933-cü ildə Bərdə rayonunun eyni adlı inzibati ərazi vahidində Bərgüşad adlı yaşayış məntəqələri qeydə alınmışdır. Bundan başqa, Ukraynanın Vannitski vilayətində Bərşad adlı şəhər rayonun olması faktı da məlumdur.

Toponimləri öyrənən bir çox tədqiqatçılara görə, sözün birinci komponentini təşkil edənbərgüsözü qədim türk mənşəlibarqtayfasının adındandır. Çingiz xanın oğlu Çuçinin 1207-ci ildə qərbə doğru yürüşü zamanı başqa tayfalarla yanaşıbərgütayfasının torpaqlarını tutması faktı tarixdən məlumdur. İran tarixçisi Fəxrəddin Mübarəkşah (XII) 58 türk tayfası arasındabərgütayfasının da adını çəkib. Fəzlullah Rəşidəddin (XIII əsr) bu etnonimibərküt” (bərgülər) kimi qeydə almışdır. Tədqiqatçıların fikrinə görə, bərgülər monqol işğalından xeyli əvvəl Azərbaycanda məskunlaşmışlar. Toponimin tərkibindəki şad/şat sözü isə bir növ cəmlik bildirir.

Beləliklə, Bərgüşad dağları, Bərgüşad çayı, Bərgüşad çökəyi toponimləribərgülərin dağı”, “bərgülərin çayı”, “bərgülərin çökəyimənasındadır. XV əsr Azərbaycan şairi Bədr Şirvaninin əsərlərində Bərgüşad coğrafi adı çəkilir. Ümumiyyətlə, Bərgüşad toponimi çox geniş coğrafi areala sahibdir. Qeyd etdiyimiz kimi, respublikamızın bir çox bölgələrində bu maraqlı toponimlə bağlı adlara təsadüf etmək mümkündür. Şübhəsiz, daha ətraflı əsaslı araşdırmalar aparıldığı halda, bu adların bağlılığı ortaq nöqtələrinin haradan qaynaqlandığı barədə daha dəqiq məlumat vermək xeyli asanlaşacaq.

 

Tarixin köçü ilə gələn yol...

 

Azərbaycanın müxtəlif yerlərində rast gəlinən bu toponimlə bağlı Ucar rayonundakı Bərgüşad kəndi daha maraqlı məlumat verir. Belə ki, bu kənd adını qeyd etdiyimiz bu tayfanın maldarlıqla məşğul olmaq, qışlamaq, yeni otlaq sahələrinə yiyələnmək məqsədi ilə buraya köçüb gəlmiş əhalisindən təşkil olunmuşdur. Zamanla kənd burada insanların oturaq həyat tərzinə keçərək məskunlaşma nəticəsində əmələ gəlmiş bir yaşayış məntəqəsi kimi formalaşmışdır. Ucardakı Bərgüşad qədim böyük kənddir. Burada yaşayanlar vaxtilə Göyçay qəzası ilə əlaqə saxlamaq üçün indiki Bərgüşad dəmir yolu stansiyası ərazisindən yol salaraq bu yolla gedib-gəlmişlər. Hələ indi bu yol Bərgüşad yolu adlanır. Odur ki, 1883-cü ildə Bərgüşad dəmir yolu stansiyası tikilib istifadəyə verilərkən Bərgüşad dəmir yolu stansiyası bu kəndin adı ilə adlandırılmış indi bu ad qalmaqdadır.

Hazırda əhalinin bura köçüb gəldiyi ehtimal olunan respublikamızın Qubadlı rayonunda, Kiçik Qafqazda Bərgüşad çayı Bərgüşad dağı var. Məlumdur ki, belə gözəl yerdə, dağın ətəyində, çayın kənarında insan yaşamasaydı, o yerlərə tayfa adı verilməzdi. Deməli, həmin ərazidə Bərgüşad çayı Bərgüşad dağının ətəyində vaxtilə Bərgüşad adlı kənd olmuşdur. Indi həmin kənd orada yoxdur. Göstərildiyi kimi, onlar vaxtı ilə köçəri maldarlığın inkişafı ilə qışlaq sahələrinə yiyələnmək məqsədi ilə Kür-Araz ovalığına, digər yerlərə gəlmiş bir daha öz yerlərinə getməyərək birdəfəlik burada oturaq həyatı keçirərək məskunlaşmışlar.

Tarixi mənbələrə nəzər saldıqda, keçmişdə İrəvan xanlığının Sərdarabad mahalında da Bərgüşad adlı kəndin olması göstərilir.

Maraqlı tarixi olan Ucar rayonunun Bərgüşad kəndi rayondan 25-30 km cənub-şərqdə Bərgüşad dəmir yolu stansiyasından 10 km aralı Şirvan düzündə - aran ərazisində yerləşir.

Bərgüşad kəndinin əhalisi 5843 nəfər olmaqla, 1305 ailədən ibarətdir (2005-ci il). Kəndin sahəsi 5052 ha-dır. Kənd əhalisi pambıqçılıq, taxılçılıq, baramaçılıq, bağçılıq, tərəvəz-bostançılıq heyvandarlıqla məşğuldur. Bu, rayonda ən böyük kənd olmaqla, 3 ümumtəhsil məktəbi, mədəniyyət evi, kitabxana, uşaq bağçası, xəstəxana, rabitə qovşağı, çörək zavodu, çoxlu ictimai-iaşə obyektlərin olan bir yaşayış məntəqəsidir.

Bərgüşad kəndi rayonda ən qədim kəndlərdən biri sayılır.

 

Maddi-mədəni irs nələr deyir...

 

Çox maraqlı keçmişi olan kənddə indi respublika əhəmiyyətli arxeoloji qazıntılar aparılır. Həmin qazıntı işləri bölgənin uzaq tarixinin dərindən öyrənilməsi üçün zəngin material təqdim etməklə bərabər, qədim zamanlarda bura köçüb gəlmiş əhalinin keçmişinə işıq salır. Bərgüşad kəndində aparılmış ilk arxeoloji qazıntılar burada hələ eramızdan əvvəl yaşayış yerləri olduğunu sübut edir. Burada Qaratəpə, Qızıltəpə digər adsız təpədə e.ə. II əsrə, b.e. ilk əsrlərinə aid küp qəbirlər aşkar edilmişdir. Bu qəbirlər küpün böyüklüyü ilə (hündürlüyü 2 m-dək), ölünün küpdə arxası üstə qoyulmasına istiqamətinə görə Azərbaycan ərazisindəki başqa küp qəbirlərdən əsaslı şəkildə fərqlənir.

Bərgüşad kəndindən tapılmış açıq-qırmızı gil qablar, həmçinin tunc, dəmir, gümüş başqa materialdan hazırlanmış bəzək şeyləri, xüsusən sırğalar, muncuqlar, pullar, üzüklər, sancaqlar digər bəzək əşyaları burada eramızdan əvvəl eramızın başlanğıcında dulusçuluq sənətkarlığın kənddə inkişafını göstərir.

Bəhs etdiyimiz Bərgüşad kəndindən bir çox tarixi şəxsiyyətlər çıxmışdır. Onlardan ən məşhuru saray şairi Həbibidir (1470-1520).

Şairin məşhurlaşmasının çox maraqlı bir tarixi var. Kiçik yaşlarında quzu otaran Həbibi təsadüfi bir hadisə nəticəsində Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayına gəlib çıxmışdır. Ona burada bir şair kimi yetişmək imkanı yaranmışdır. Ağqoyunluların süqutundan sonra şair Səfəvilərin sarayında da hörmətlə qarşılanmış, Şah İsmayıl Xətainin sarayındaMəlik üş-şüərarütbəsi qazanmışdır. Çaldıran vuruşmasından sonra ömrünü Türkiyədə keçirmişdir. Mənbələrdə Türkiyəyə getməsinin səbəbləri barədə dəqiq məlumat yoxdur. Şairin əsərləri tam halda günümüzə gəlib çıxmayıb. Həbibinin 50-yə yaxın şeiri kitab halında 1980-ci ildə çap etdirilmişdir. Həbibinin ahəngdar poetik dili, bədii üslubu, şeirlərindəki sadəlik əlvanlıq ona Azərbaycan ədəbiyyatı tarixində xüsusi bir mövqe qazandırmışdır.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 Azadlıq.- 2013.- 21 oktyabr.- S.14.