Sənətdə əbədi iz qoyan üçlük

 

«O, yaxşı bir xatirədir...»

 

Azərbaycan teatr sənətinin inkişafında bir çox sənətkarların əvəzsiz xidmətləri olub. Belə korifeylər sırasında üç böyük ustadın adını xatırlamadan keçmək mümkün deyil. Səhnəmizdə unudulmaz üçlük ansamblı yaratmış bu sənətkarların adı hamınıza yaxşı tanışdır - Nəsibə Zeynalova, Hacıbaba Bağırov və Siyavuş Aslan.

 

Həm teatr, həm də kino sənətində ən uğurlu tərəf-müqabillərdən olmuş bu üçlük sənətsevərlərin yaddaşında əbədi iz qoyub. Qısacası, onlar Azərbaycan sənət tarixinin  böyük sevgi ilə ən çox izlənilən üç nəhəngi olub.

Sənətə ayrı-ayrı tale yollarından gəlsələr də, səhnədə taleləri birləşmişdi. Heç şübhəsiz, bu üç böyük sənətkarın  birgə əsəri olanHicran” tamaşası səhnəmizin ən sevilən və unudulmaz tamaşalarından sayılır.

Üçlükdən biri - Siyavuş Aslan bu barədə belə deyirdi: “O, yaxşı bir xatirədir. Necə ki, yaşlı nəsillərdən bizə yaxşı xatirə qalıb, ”Hicran" tamaşası da bizim nəsildən qalan yadigardır..."

Bu üçlüyün parlaq ulduzu Nəsibə Zeynalova Azərbaycanın teatr fədailərindən biri olan Cahangir Zeynalovun ailəsində dünyaya göz açmışdı. Çox ağır həyat yolu keçən Nəsibə xanım iki yaşında ikən atasını itirmiş, sonrakı taleyində bunun acısını bütün dərinliyi ilə yaşamışdı.

Amma sənət taleyi ona unutdurmuşdu bu ağrılarını. Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan tələbə Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina (“Şıltaq qızın yumşalması”, Vilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer), Yelizaveta (“Mariya Stüart”, Fridrix Şiller) rollarını oynamışdı. Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə də kollektivdən ayrılmamışdı bir daha. Aktrisa milli klassik operettalarımızın tamaşalarında Gülpəri, Cahan xala, Sənəm (“Ər və arvad”, “Arşın mal alan” və “Məşədi İbad”, Üzeyir Hacıbəyov), Mələk xanım və Kələk xanım (“Əlli yaşında cavan”, Zülfüqar Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

O, Musiqili Komediya Teatrının səhnəsində, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu kimi sənətkarlarla həftədə beş dəfə tamaşa oynadığı günləri tez-tez yada salırdı. Bu teatrın səhnəsində tamaşaya qoyulanSevindik qız axtarır” əsərində Xeyransa, “Həmişəxanımda Həmişəxanım, “Beşmanatlıq gəlin”də Gülnaz, “Gözün aydın”da Nargilə, “Keto və Kote”də Kabato, “Qızılaxtaranlar”da Rəxşəndə kimi obrazlar yaratdı. 1967-ci ildə Azərbaycanın Xalq artisti, 1974-cü ildə Dövlət Mükafatı Laureatı oldu.

Nəsibə ZeynalovaHicranda Qızbacı, “Qayınana”da Cənnət, “Hacı Kərimin Aya səyahəti”ndə Kəblə Fatma, “Altı qızın biri pəri”də Cəhrə qarı, “Ulduzda Züleyxa obrazları ilə xalqın ürəyində əbədi yer tutdu. Bu obrazların dili ilə söylədiyi bəzi ifadələr dillər əzbərinə çevrildi.

Böyük səhnə ulduzunun kinoda yaratdığı obrazlar da başqa  dünyadır. “Ögey ana”, “Böyük dayaq”, “Ulduz”, “Bizim Cəbiş müəllim”, “Qanun naminə”, “Bəyin oğurlanması”, “Mən mahnı qoşuram”, “Qorxma, mən səninləyəm”, “Yuxu” və başqa filmlərdə onun həyat verdiyi obrazlar, heç vaxt unudulmayacaq, hər halda.

 

Həm teatrda, həm kinoda unudulmaz...

 

Elə tale onu yuxarıda adlarını qeyd etdiyimiz sənətkarlarla eyni filmlərdə qarşılaşdırdı bu tərəfdaşlıqlardan da unudulmaz epizodlar yarandı.

Üçlüyün ikincisi, böyük gülüş ustası Hacıbaba Bağırov 74 illik ömrünün 57 ilini sənətə həsr etmiş böyük sənətkardır.  H.Bağırov ilk dəfə aktyorluğa Bakıdakı pionerlər evində başlamışdı. OnuVaqiftamaşasında Vidadi rolunda görən görkəmli rejissor Adil İsgəndərov Azərbaycan Dövlət Dram Teatrı nəzdində özünün açdığı işlədiyi 3 illik teatr-studiyasına dəvət etmişdi. Buranı bitirdikdən sonra o, 1949-cu ildən təyinatla Lənkəran Dövlət Dram Teatrında işləməyə başladı. 1960-1962-ci illərdə Gəncə Dövlət Dram teatrında aktyor kimi fəaliyyətini davam etdirmişdir.

1962-ci ildə bəstəkar Süleyman Ələsgərov Gəncədə tamaşalardan birində Hacıbabanın oyununu görüb onu Musiqili Komediya Teatrına dəvət edir. O, bu teatrın səhnəsində uzun illər aktyor, sonralar bədii rəhbər direktor vəzifələrində işləyir.

Hacıbaba Bağırov teatrda olduğu kimi, kinoda da yaddaqalan obrazlar yaratmışdır.

Onun kinoda ilk roluUlduzfilmindəki Möhsün olub. Məhz bu filmdə hər üç aktyor aparıcı rollarda çıxış edib yaratdıqları obrazlara öz möhürlərini vurub. H.Bağırov bu rolunu belə xatırlayırdı: “Səhnədə Möhsünü oynamaq mənimçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı filmə çəkəcəklər, çox həyəcanlandım, əvvəla mən filmə heç çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı... Film ekranlara çıxanda qanadım olsaydı, uçardım. Ilk dəfə idi ki, öz oyunuma özüm oturub kənardan baxa bilirdim. Ulduz" mənim aktyorluq fəaliyyətimə, mənim aktyor asimanıma əsl ulduz bəxş elədi. Onun işığı indi ömrümdə bərq vurur..."

Hacıbaba Bağırovun kinoda ikinci işi rejissor Muxtar DadaşovunQanun naminəbədii filmində oldu. Rejissor M.Dadaşov müsahibələrinin birində aktyor haqqında belə demişdi: “Hacıbaba çox istedadlı aktyordur. Zəhmətsevərdir, işgüzardır. Indi onun rollarına, oxumalarına, rəqslərinə ekranda baxanda elə fikirləşirəm ki, bu adam anadan səhnə üçün doğulub. Heyf ki, kinomuzda sonradan bu istedadlı aktyordan istifadə etmədilər”.

Rejissor Arif Babayevin 1975-ci ildə quruluş verdiyi “Alma almaya bənzərkinokomediyasında H.Bağırov bazar müdiri Məmmədəli roluna çəkilmişdir.

Keçən əsrin 90-cı illərinin əvvəllərində xalq artisti Hacıbaba Bağırov kinoda özünün ən maraqlı rollarından biri olan rejissor Cəmil Quliyevin çəkdiyiŞirbalanın məhəbbətimusiqili, rəngli kinokomediyasında baş rolu - Şirbala rolunu oynamışdı.

 

Sonuncu ölməz mogikan...

 

Teatrımızın sonuncu mogikanı üçlüyün üçüncüsü Siyavuş Aslan da ömrünün yarım əsrini sənətə verib.

Hələ Dəmiryol Texnikumunda oxuyarkən, teatra böyük marağı   aktyorluğa böyük həvəs Səyavuşu Dəmiryolçular klubunda məşhur aktyor Ağadadaş Qurbanovun rəhbərlik etdiyi dram dərnəyinə gətirib çıxarmışdı. 1954-cü ildə opera rejissoru Soltan Dadaşovun təşəbbüsü ilə estrada dəstəsi müstəqil kollektiv kimi, ancaq Dövlət statusu almadan fəaliyyətə başlayarkən Səyavuş Aslan bu kollektivin xor heyətinə qəbul olundu hətta bir dəfə Vəli rolunun ifaçısı Lütfəli Abdullayev xəstələndiyinə görə gənc aktyor tamaşada onu əvəz etdi. Səhnəyə təzəcə isinişən Səyavuş Aslan 1954-cü ilin payızından 1957-ci ilin oktyabr ayına kimi hərbi xidmətdə oldu. Qayıdıb qısa zaman kəsiyində filarmoniyanın nəzdindəki Kukla teatrı ansamblına daxil oldu hətta onlarınCırtdan”, “Məlik Məmmədnağıl tamaşalarının hazırlanmasında iştirak etdi.

S.Aslan 1958-ci ilin aprel ayında Quba Dövlət Dram Teatrına keçdi. Bir il sonra yenidən Bakıya qayıdıb Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyor truppasına qəbul olundu. Tezliklə məşhurlaşan aktyor gənc yaşlarında Əlihüseyn Qafarlı, Lütfəli Abdullayev, İbrahim Şünasi (Hüseynov) kimi təcrübəli aktyorların böyük nailiyyətlər qazandığı rolları məharətlə oynamağa başladı. Sabit RəhmanınNişanlı qızkomediyasını tamaşaya hazırlayan, özünü quruluşçu rejissor kimi ilk dəfə sınayan Məlik Dadaşov Mindilli roluna Səyavuş Aslanı dəvət etdi. Bu kollektivdə ilk işi uğurlu alınan sənətkar 1984-cü il oktyabr ayının 5-də truppaya aktyor götürüldü.

Səyavuş Aslan 1994-cü il fevralın 4-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrına bədii rəhbər təyin edildi. Ancaq o, bir müddət dəvətlə gəlib repertuardakı rollarını oynayırdı. 1996-cı ilin oktyabrında bədii rəhbər vəzifəsindən istefa verən aktyor yenidən Akademik Milli Dram Teatrına qayıtdı.

Bu gün onun oynadığı məşhur Azərbaycan filmləri tamaşaçıların ən çox sevə-sevə izlədiyi filmlər sırasındadır. Zaman keçir, nəsillər dəyişir, amma yeri boş qalan sənətkarların var olduğunu kimsə inkar edə bilməz. İndi adlarını çəkdiyimiz hər üç sənətkar haqq dünyasındadır. Gerçəkdən , onların boşluğunu kim dolduracaq sənətimizdə?

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 Azadlıq.- 2013.- 24 oktyabr.- S.14.