Qarabağ tarixini yazan soylardan biri

 

 Mirzə Camal Cavanşir Qarabağinin varisləri

 

Azərbaycan tarixində görkəmli simaları ilə tanınmış məşhur nəsillər haqqında vaxtaşırı yazılar təqdim edirik. Belə nüfuzlu soylar sırasında kökünü Mirzə Camal Cavanşir Qarabağidən götürən Vəzirovlar da var.

Mirzə Camal Cavanşir Qarabaği İbrahimxəlil xan Cavanşir Mehdiqulu xan Cavanşirin baş vəziri olmuşdur. O zamana qədər həmin soy Cavanşir soyadını daşıyırdı. Vəzirovlar soyadını həm Mirzə Camal bəyin, həm onun qardaşlarının, həm əmisi oğlanlarının törəmələri daşıyırlar. Bu soyu təmsil edən çox sayda sərkərdə, dövlət xadimi, ziyalı Azərbaycanın ictimai-siyasi həyatında öz rollarını oynamış şəxslərdir.

Mirzə Camal bəy Məhəmmədxan bəy oğlu Cavanşir 1773-cü ildə Hacılı icmasında, Gecəgözlü obasında anadan olmuşdur. Onun atası Məhəmmədxan bəy Şuşaya qalabəyi təyin olunduqdan sonra paytaxta köçmüşdülər. Camal bəy burada mədrəsə təhsili almışdı. O, bir neçə dil öyrənmişdi. Ədəbiyyatçı Adolf Berje onun haqqında belə yazırdı: “Mirzə Camal fars, ərəb osmanlı dillərindən başqa avar ləzgi dillərini bilirdi. Tarix, coğrafiya astronomiya haqqında yaxşı məlumatı vardı.” Öz dövrünün dünyagörüşlü savadlı şəxslərindən sayılan Camal bəy Mirzə ünvanını daşıyırdı. O, divanda katib işləyirdi. Bu dövrdə xalq arasında mirzə deyilən katiblər xanın əsasən daxili yazışmalarını aparırdılar.

Vəzirovlar soyunun araşdırıcısı Ənvər Çingizoğlu Mirzə Camaldan başlayaraq nəslin bütün görkəmli şəxslərinin həyatı haqqında bilgi toplamışdır. 1797-ci ildə xanlığı ələ almış Məhəmməd bəy Sarıcalı-Cavanşirin göstərişi ilə baş vəzir Molla Pənah Vaqif öldürüldü. Beləliklə, İbrahimxəlil xan qaçqınlıqdan dönüb, xanlığa yenidən yiyələnəndən sonra baş vəzir vəzifəsinə divanxana katibi Mirzə Camal bəy Hacılı-Cavanşiri təyin etdi. Bundan sonra 1822-ci ildə xanlıq ləğv edildikdə, Mirzə Camal bəy rus hərbi idarəsi tərəfindən yaradılan məhkəməyə işə keçirildi. O, on səkkiz il məhkəmə sistemində çalışdıqdan sonra qocalığı ilə bağlı, 1840-cı ildə istefaya çıxdı.

 

Deputatlığa namizəd...

 

Bundan sonra Mirzə Camal bəy tibb elmini gözəl bildiyindən, həkimliklə məşğul olmağa başladı. O, xalq təbibi kimi ömrünün sonuna qədər adamları pulsuz müalicə etdi. Zəngin mülkədar olan Mirzə Camal bəyin Qarabağın əksər mahallarında mülkləri vardı. O, 1842-ci ildə Qarabağdan deputatlığa namizəd veriləndə Şuşanın Cavanşir bəyləri Mirzə Camal bəyi, Kəbirli bəyləri Rəhim bəyi seçmək istəmişdilər. Aralarında razılığa gələ bilməyən tərəflər bu seçkini böyüdüb münaqişəyə çevirmişdilər. Bu hadisə o dövrün ziyalılarının yazışmalarında da öz əksini tapmışdı. Həmin hadisə ilə bağlı Baba bəy Şakir qohumu Qasım bəy Zakirə yazırdı:

 

 

Bir parası mümtaz edib Camali,

 

Qədimi adamdır, hər işdən hali,

 

Bir parası deyib yoxdu kamali,

 

Rəhim bəydir edən həlli-müşkülat.

 

 Buna cavab olaraq Qasım bəy Zakir Şuşa şəhərində deputatlıq üstündə gedən dava-dalaş haqqında fikir söyləmişdi:

 

 

Cavanşir bir dəstə, Kəbirli bir part.

 

...Naxçıvan sağında, Şirvan solunda,

 

Hər vilayət təriqində, yolunda,

 

Mən bilirəm Xındırıstan kolunda,

 

Bir ölkədən olmaz iki deputat...

 

 

Mirzə Camal bəy Cavanşir 1853-cü ildə vəfat edib.

Bir sıra tarixi mənbələrə imza atan Mirzə Camal bəy Cavanşir Qarabaği tarixçi idi. O, 1815-ci ildəİran tarixi haqqında qısa icmal”, 1847-ci ildə isə Qarabağın siyasi olaylarından bəhs edənQarabağ tarixiadlı tarixi əsər yazmışdı. Mirzə Camal bəyin zəngin kitabxanası olub.

Vəzirovların daha bir tanınmış siması Məşədi Mahmud bəy Vəzirovdur. O, 1839-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Tacirliklə məşğul idi. Orta Asiya İranın bir çox şəhərlərini gəzmişdi. Aşqabadda yaşayıb ticarətini davam etdirmişdi. Məşədi Mahmud bəyin şairliyi vardı. Mahmud imzası ilə klassik üslubda, türk fars dillərində yazıb-yaratmışdır. Təzkirəçi Məhəmməd ağa MüctəhidzadəRiyazül-aşiqinadlı əsərində ondan bəhs etmişdir. Məşədi Mahmud bəy haqqında təzkirəçi Mir Möhsün Nəvvab məşhur əsəriTəzkireyi-Nəvvab”da bəhs etmişdir. Nəvvab yazır: “Mahmud bəy Kazım bəyin oğlu, o da Məhəmmədxan bəyin oğludur. Qarabağ əhalisindəndir, yaşı təqribən əlli beş olar. Peşəsi tacirlikdir. Qaməti düz, bir qədər yoğun, burnu yekə, gözləri zəif, özü deyib, özü güləndir. İndi ki, 1309-cu ildir, Xorasan Aşqabadda alver edir. Bəzən şeir deyir. Şair dərvişlərlə ünsiyyəti var. Aşağıdakı şerlər onundur. Təxəllüsü yoxdur. Şeirləri öz adıyla deyir. Divanı yoxdur. Mahmud bəyin vəfat tarixi 15 səfər 1320-ci ildir - 1902-ci il”.

 

Könül, “Beyti-Səfa”dan vaizda beyti-səfa olmuş,

 

Səfa yadilə nuş etmək meyi-safi həram olmaz.

 

Məlamət yoxdu Məhmudə, qulama gər qulam oldu,

 

Fəzayi-eşqdə hərgiz vücudi-nəngü nam olmaz.

 

Soyun şair məmur övladları...

 

Nəslin şairlərindən biri Baxış bəy Səburdur.

 

Baxış bəy 27 avqust 1863-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Mirzəcamallı (Şərifbəyli) obasında anadan olmuşdu. Şuşa real məktəbini bitirmişdi. Bir neçə dil bilirdi. O, bir müddət Şuşa Bakı şəhərlərində dövlət idarələrində çalışdıqdan sonra Özbəkistanın Daşkənd şəhərinə köçmüşdü. O zaman Daşkənd şəhərində Salman Mümtazın yazdığına görə, “maarif mədəniyyətə dəyərli köməyi olmuşdur”. Baxış bəy Səbur 1931-ci ildə Daşkənd şəhərində vəfat edib. Mir Möhsün Nəvvab onun haqqında öz təzkirəsində yazır: “Baxış bəy Əsəd bəyin oğludur. Qarabağın Şuşa əhalisindəndir. Bəhram bəy Fədainin kiçik qardaşı, Asinin bacısı oğlu Zakirin nəvəsidir. 28 yaşlı xoşəhval bir cavandır. Farsca rusca savadı var. Şeirdə təzədir... Təxəllüsü Səburdur”.

Vəzirovların parlaq simalarından biri Zeynalabdin bəy Vəzirovdur (1854-1933). O, Azərbaycan Demokratik Respublikasının parlamentinin üzvü olmuşdur. Zeynalabdin bəy Mirzə Həmid bəy oğlu 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. O, Rus-tatar məktəbini bitirərərk, Yelizavetpol (Gəncə) şəhər qəza məhkəməsində çalışmışdı. Sonra ordan Qars hərbi qubernatorunun dəftərxanasına kargüzar vəzifəsinə dəyişilmişdi. Bir müddət orada xidmət etdikdən sonra Gəncəyə qayıtmışdı. Gəncə şəhərində dilmanc işləmişdi. Burada da bir müddət çalışdıqdan sonra Şuşa şəhərinə dönmüşdü. Şəhərdə rəis köməkçisi vəzifəsində çalışmışdı.

Zeynalabdin bəy işində göstərdiyi uğurlara görə Cəbrayıl qəzasına vəzifəyə göndərilmişdi. Bir müddət burda çalışdıqdan sonra dəyişilib, həmin vəzifədə Nuxa Şuşa qəzalarında fəaliyyət göstərmişdi. O, 1897-ci ildə sağlamlığı ilə bağlı istefaya çıxmışdı.

Zeynalabdin bəy 1933-cü ildə Bakı şəhərində vəfat edib.

O, Həşim bəy Vəzirovun qızı Dürnisə xanımla ailə qurmuşdu. Allahyar bəy, Aslan bəy, Həmid bəy adlı oğulları, Rəna xanım Leyla xanım adlı qızları vardı.

Zeynalabdin bəyin müxtəlif rütbələri təltifləri vardı. İşindəki uğurlara görə “III Aleksandrgümüş medalı ilə təltif olunmuşdu.

 

Azadlıq.- 2013.- 2 sentyabr.- S. 14.