Xidmətləri və yanlışları
ilə Səfikürdskilər
Hüquqşünas Aslan bəy
Azərbaycanın
ictimai-siyasi həyatında önəmli rol oynamış soylarından biri
də Səfikürdskilərdir. Bu nəslin
ulu babaları Goranboy rayonunun Səfikürd kəndində (XVI əsr)
yaşamışlar. Soyun
tanınmış nümayəndəsi Bala
bəydir ki, onun
babaları da bura
Xırdapara-Dizaq mahalının Pirəhmədli kəndindən
gəlmişlər. Bala bəyin nəslindən
olanlar Səfikürdski soyadını
daşımışlar.
Bu nəslin tanınmış nümayəndələrindən biri Aslan bəy Səfikürdski Zaqafqaziya Seyminin və sonradan Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Aslan Ağalar bəy oğlu Səfikürdski 30 sentyabr 1881-ci ildə Gəncə şəhərində dünyaya gəlmişdir. O burada ibtidai təhsil aldıqdan sonra, klassik gimnaziyada oxumuşdu. 1901-ci ildə gimnaziyanı bitirən gənc azərbaycanlı Xarkov Universitetinin hüquq fakültəsinə qəbul olmuşdu. O, öz xahişi ilə 1902-ci ildə Peterburq Universitetinə keçmiş və 1907-ci ildə universiteti tamamlamışdı. Hüquqşünas olaraq, milli məsələlər, milli münasibətlər üzrə problemlərlə ciddi maraqlanan Aslan bəy Səfikürdski, 1915-ci ildə Kiyevdə professor Boduen-de Kurtilinin rəhbərliyi altında keçirilən Rusiyanın qeyri-rus millətlərinin qurultayında Azərbaycanın rəsmi nümayəndəsi kimi iştirak edir. 1917-ci ildə Gəncədə real qüvvəyə çevrilən Gəncə Milli Şurasının üzvü olur. O, həm də 1918-ci il fevralın 12-də təsis edilən Zaqafqaziya Seymində təmsil olunan 44 nəfərdən ibarət müsəlman fraksiyasının fəal üzvlərindən biri idi. Aslan bəy 1907-1911-ci illərdə ədliyyə orqanlarında müvəkkil köməkçisi, 1911-1917-ci illərdə isəÿŞuşa qəzasında öncə şəhər dumasında iclasçı, sonra andlı müvəkkil vəzifəsində işləmişdir.
Aslan bəy AXC hakimiyyət dövründə Parlamentinə deputat seçilmişdi. Eyni zamanda, Səfikürdski AXC-nin 3-cü və 4-cü hökumətində təmsil edilmişdi. O, rabitə sahəsində kadrların hazırlanmasına xüsusi diqqət verən, ədliyyə sisteminin işinin təkmilləşdirilməsi sahəsində vacib tədbirlər həyata keçən şəxslərdən biri olmuşdur. Onun təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda hüquq elmi üzrə ilk mükəmməl kitabxana yaradılmışdır.
Parlamentdə sosialist blokunu təmsil edən Aslan bəy 1920-ci il aprelin 27-də bolşeviklərlə danışıqda təslimçi mövqe tutmuşdur. Aprel işğalından sonra Azərbaycan SSR Xalq Ədliyyə komissarının müavini işləyən Səfikürdski, 1922-ci ildə 3 il müddətinə həbs edilmişdir. Həbsdən sonra “Azneft” sistemində hüquq məsləhətçisi işləsə də, daim təqiblərə məruz qalmışdır. 3 illik məhbus həyatı yaşadıqdan sonra, ömrünün sonunadək “Azneft” birliyində hüquq işləri üzrə məsləhətçi vəzifəsində çalışmışdır. Aslan bəy 1937-ci ildə vəfat etmişdir. Yaxın qohumlarının söylədiyinə görə, “NKVD” -nin qorxusundan, Bakıda heç kim onun cənazəsini dəfn etməyə cəsarət etməmişdir. Nəhayət, Səfikürd kəndinə xəbər göndərilmiş və oradan vaxtilə atası Ağalar bəyə sadiq olan adamlar gəlib Aslan bəyin cənazəsini dəfn etmişlər. Ancaq, məzarın yerinin gizli saxlanması barədə həmin insanların dilindən iltizam alındığı üçün Aslan bəy Səfikürdskinin məzarının yeri indiyəcən məlum deyil. Nəslin başqa bir nümayəndəsi Ağalar bəy Ağalar bəy oğlu Səfikürdski olmuşdur. O, 1890-cı ildə Səfikürd obasında dünyaya gəlmişdir. Ağalar bəy Gəncə gimnaziyasında təhsilini başa vurduqdan sonra Moskva Universitetinin tibb fakültəsinə daxil olmuşdu. O, 1917-ci ildə universiteti tamamladıqdan sonra Gəncə şəhərində əmək fəaliyyətinə başlamışdı. Sovet dönəmində Bakı şəhərində 4 nömrəli xəstəxanada baş həkim, Gəncə şəhər Səhiyyə Şöbəsinin müdiri, Semaşko adına xəstəxanada baş həkim, Respublika Səhiyyə nazirliyində idarə rəisi vəzifələrində çalışmışdı.
Ağalar bəy 1966-cı ildə vəfat etmişdir.
Ağalar bəyin Silva və Zülfi adlı qızları vardı.
“Yaşıl
qvardiya”çı Mahmud bəy
Səfikürdskilərin ən görkəmli nümayəndələrindən biri Mahmud bəydir. Mahmud bəy Bala bəy oğlu Səfikürdski 1898-ci ildə Səfikürd kəndində dünyaya gəlmişdi. O, 1909-cu ildə Gəncə gimnaziyasına daxil olmuş, gimnaziyanı başa vurmamış orduya çağrılmışdı. O, rus qoşunlarının tərkibində rumın cəbhəsində döyüşlərdə iştirak etmişdi. Gənc azərbaycanlı hərbi xidmətdən sonra Gəncəyə dönmüşdü. Mahmud bəy Gəncənin müsəlman-türk əhalisinin rusların himayəsi ilə ermənilər tərəfindən kütləvi şəkildə qırılmasının qarşısının alınmasında yeni yaradılmış “Yaşıl qvardiya” adlı özünümüdafiə dəstəsinin tərkibində çıxış etmişdi. Bu “Yaşıl qvardiya” əsasən gənclərdən, tələbələrdən ibarət idi. Mahmud bəy Səfikürdskinin döyüş təcrübəsini nəzərə alaraq, onu qvardiyanın sədr müavini təyin etmişdilər. O, 1919-cu ildə gimnaziyanı başa vurduqdan sonra bir müddət Gəncə Dairə məhkəməsində müstəntiqliyə namizəd kimi hüquq elminin incəliklərini öyrənməyə çalışmışdı. Elə həmin il də Bakıda BDU-nin tibb fakültəsinə daxil olmuşdu. Sonradan Mahmud bəy ailə vəziyyəti və maliyyə çətinlikləri ilə əlaqədar olaraq işləmək qərarına gəlmişdir.
Bolşevik təqibindən mühacir
ətə...
ƏMT-nın rəisi Nağı bəy Şeyxzamanlı Gəncəÿ hadisələrindən Mahmud bəyi tanıyırdı. Və şübhəsiz ki, onun ƏMT rəisinin müavini kimi mürəkkəb və məsuliyyətli vəzifəyə təyin edilməsi həm də onların bir-birilərini yaxşı tanımalarından irəli gəlirdi. Arxiv materiallarından məlum olur ki, Mahmud bəy Səfikürdski ƏMT-da rəis müavini kimi 1919-cu ildə noyabr ayının 15-dən martın 6-dək ƏMT-nın (əksinqilabla mübarizə təşkilatının) rəis müavini vəzifəsində çalışmışdı. O da bu vəzifədə hümmətçiləri təmsil edirdi. Çünki razılığa əsasən, ƏMT rəhbərliyi iki partiyadan təmsil olunmalı idi. ƏMT-nın rəis müavini vəzifəsi də hümmətçilərin payına düşürdü. Ancaq bütün bunlara baxmayaraq, Mahmud bəy bu vəzifədə özünü layiqincə aparmış, gənc respublikanın təhlükəsizliyinin təmin edilməsində öz bacarığını əsirgəməmişdir. Xüsusən də, erməni cəsuslarına və denikinçilərə qarşı mübarizədə Mahmud bəy Səfikürdski bütün imkanlarını səfərbər etmişdi. Bunu arxiv sənədlərdə təsdiq edir. Mahmud bəyin fəaliyyəti ilə bağlı əldə edilmiş materialların bir qismində onun bolşeviklərə qarşı da çıxışı qeyd edilir. 28 aprel işğalından sonra bir qrup hümmətçi Azərbaycan Fövqəladə Komissiyasında işə qəbul edildi. Onlardan biri də Mahmud bəy idi. Amma bu elə də çox uzun çəkmədi. 22 noyabr 1920-ci ildə Mahmud bəyin həbs edilməsi barədə 1906 saylı order imzalandı. Bir gün sonra onu Quba şəhərində həbs edib Bakıya göndərdilər. Mahmud Səfikürdskini kommunistlərə qarşı çıxış etməkdə günahlandırırdılar. Ziddiyyətli ifadələr nəticəsində Mahmud bəy Səfikürdski haqqında 21 yanvar 1921-ci ildə qərar çıxarıldı: o tutduğu vəzifəsində qala bilməz. Ancaq onun “cinayət”ləri sübuta yetirilmədiyindən, həbsdən azad edildi. Amma təqiblər də davam edirdi. Belə bir vəziyyətdə Mahmud bəy Səfikürdski Azərbaycanı tərk etmək məcburiyyətində qaldı. O, öncə Yuqoslaviyada yaşayıb ticarətlə məşğul oldu, sonra isə Türkiyədə yerləşdi. Mahmud bəy 1977-ci ildə vəfat etmişdir.
Mahmud bəyin Əli bəy adlı oğlu, Mələk xanım, Bilqeyis xanım və Leyla xanım adlı qızları var.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 4 sentyabr.- S.14.