Üzeyir bəyin ilk
müəllimi Əliverdibəyov
Peşəkar
mühəndis və musiqiçi
Azərbaycanda bu musiqiçilər ailəsinin nümayəndələrini
tanımayan az adam
tapılar. Peşəkar musiqimizin
inkişafında və müasir dövrdəki
uğurlarında da Əliverdibəyovların
xüsusi rolu var. Onların arasında ən görkəmli
şəxslərdən biri Ağalar bəy Əliverdibəyovdur ki, bu mövzuda
ondan söz
açacağıq.
Ağalar bəy Ələkbər oğlu 1880-ci ildə Şuşa qəzasının Pərioğlular kəndində anadan olmuşdu. Ağalar bəyin uşaqlığı Şuşa şəhərində keçmişdi. O, Ağdamın zəngin şəxslərindən olan Kərbəlayı Ələkbər bəyin altı övladından biri idi. Kərbəlayı Ələkbər bəyin birinci nikahından daha üç övladı olmuşdu. Onlardan biri də dahi Üzeyir Hacıbəyovun anası Şirin xanım idi. Şirin xanım və Ağalar bəy Natəvanın başçılıq etdiyi “Məclisi-üns”ün fəal iştirakçılarından idilər. Ağalar bəyin babası Əliverdi bəy Mehdiqulu xanın Ağdam üzrə darğası olmuşdu.
Ağalar bəy Əliverdibəyov mükəmməl Avropa təhsili almış mütərəqqi ziyalılardan biri idi. O, 1901-ci ildə Peterburq Texnoloji İnstitutunu, sonra isə Varşava İnşaat İnstitutunu bitirmişdi. Gənc mütəxəssis 1813-cü ildə vətənə qayıtmış, Bakı şosse yolları idarəsində mühəndis vəzifəsində işləmişdi. O həmçinin gözəl muğam bilicisi kimi A.Zeynallı adına Bakı Musiqi Texnikumunun xanəndəlik sinfində dərs demişdi.
Ağalar bəy dahi bəstəkarımız Üzeyir Hacıbəyovun dayısıdır. O, Məhbubə xanım Abbas bəy qızı Uğurlubəyova ilə həyat qurmuşdu. Onların Nazim bəy, Rasim bəy, Kazım bəy adlı oğulları, Nüşabə xanım adlı qızı vardı. Ağalar bəy bəstəkar Nazim Əliverdibəyovun, skripkaçı Rasim Əliverdibəyovun, dirijor Kazım Əliverdibəyovun, pianoçu Nüşabə Əliverdibəyovanın atasıdır.
Musiqiçi haqqında F. Xalıqzadənin məqaləsindən məlum olur ki, Ağalar bəy Əliverdibəyov ixtisasca inşaat mühəndisi olsa da, Şuşanın mədəni mühiti onun bir musiqişünas kimi yetişməsində sözün əsl mənasında bir konservatoriya rolunu oynamışdır. Hələ gənc yaşlarından A.Əliverdibəyov müxtəlif xalqların musiqi tarixinə böyük maraq göstərmişdir. Böyük ziyalı eyni zamanda bu mövzuya aid ədəbiyyat nümunələrini də maraqla mütaliə etmiş, Qarabağın və ümumiyyətlə, Azərbaycanın musiqi həyatı sahəsində qiymətli müşahidələr aparmışdır. Əliverdibəyov həmçinin öz düşüncə fikirlərini də ardıcı olaraq qələmə almağa səy göstərmişdir. Bundan başqa, Ağalar bəy müxtəlif dünya xalqlarının mədəniyyətindən bəhs edən “Musiqi tarixi” adlı dolğun məzmunlu bir kitab yazmışdır. Musiqiçinin yazdığı həmin kitab, eləcə də xalq mahnı və təsniflərinin toplanmasına sərf etdiyi əmək sayəsində ortaya qoyduqları musiqi xəzinəmizə dəyərli töhfədir.
Muğamın sirlərini dayısından
öyrənmişdi...
Ağalar bəy muğamın sirlərini də yaxşı bilirdi. O, bunu dayısı Mir Baba Mir Abdulla oğlu
Vəzirovdan öyrənmişdi.
Mir Baba da məşhur
xanəndə Hacı
Hüsünün ustadı
sayılırdı. Eyni zamanda,
onun musiqiçi kimi yetişməsində xanəndələrdən Şükür
Aruşanzadə və
Muxtar bəy Bədəlbəyli böyük
rol oynamışdı.
Məşhur tarzən
Cavad bəy Xazalanski ilə birgə çıxışları
da onun püxtələşməsinə
az təsir
göstərməmişdi. Ağalar bəy də öz növbəsində
Üzeyir Hacıbəyovun
ilk müəllimi olmuş,
dahi bəstəkarın
qəlbində xalq musiqisinə və muğam sənətinə
qarşı böyük
məhəbbət hissini
o oyatmışdı.
A.Əliverdibəyov Şuşanın yüksək
bədii atmosferini geniş tarixi-ictimai və mədəni şərait fonunda parlaq şəkildə əks etdirmişdir. Şəhərin
təhsil müəssisələri
(o cümlədən məşhur
musiqi məktəbləri),
şeir və musiqi məclisləri (“Məclisi-üns”, “Məclisi-fəramuşan”),
bütövlükdə sənayei-nəfisənin
inkişafı Şuşa musiqi mədəniyyətinin çiçəklənməsinə
səbəb olmuşdur.
Bir çox xanəndələr,
tar və kamança ustaları, aşıqlar,
habelə qaval və qarmon ifaçıları haqqında
verilmiş dəyərli
bilgilər, toy-düyünlərin
və rəngarəng
folklor mühitinin şərhi bu füsunkar diyarın zəngin musiqi həyatının açıb
göstərir.
Qeyd edildiyi kimi, Ağalar bəy Əliverdibəyov Qarabağın musiqi salnaməsini yazmaqla yanaşı, başqa muğam məktəblərinin
(Şirvan, Bakı) nümayəndələrinin fəaliyyətini
də nəzərdən
qaçırmamış, İrəvan,
Lənkəran, Nuxa və Salyanın muğam ifaçıları
haqqında dəyərli
faktlar toplamışdır.
Musiqiçi öz yazılarında həmin musiqi janrlarından başqa, “Şəbeh” tamaşalarında
istifadə olunan dini musiqini, idman yarışlarını
müşayiət edən
cəngi havalarını
və yaslarda ağıların oxunmasını
da xalq musiqisinin
ayrılmaq bir qolu olaraq qeyd
etməyi unutmamışdır. “Musiqi tarixi” əsərinə görə demək olur ki, ağılar
xidməti məqsədlərdən
başqa həmçinin
estetik funksiya da daşıyırdı:
“nəzm və əşarın o dərəcədə
xalq kütləsinə
nüfuzu olubdur ki, hətta yas mərasimi şairanə, müəyyən
bir rəng-rövnəq
qazanmışdı” (“Qobustan”,
1987, 3, s. 4).
Böyük zəhmətlə qazandığı
irs
A.Əliverdibəyov sadəcə olaraq zəngin bir informasiya araşdırıcısı
deyil, doğma musiqi folklorunun qayğıkeş toplayıcısı
hesab edilməlidir. Həmin musiqi
nümunələri hər
hansı bir zümrəyə mənsub
olmadığına görə,
onlara bu və ya başqa
xanəndənin, yaxud
el nəğməkarının repertuarı kimi baxmaq olmaz. Toplama işi isə müxtəlif üsullarla
həyata keçirilə
bilər - xalq mahnılarını kimi texniki vasitələrlə,
kimi də müəyyən yazı işarələrinin köməyi
ilə toplaya bilər. Ağalar Əliverdibəyov isə el havalarını əvvəlcə özünün
qeyri-adi musiqi hafizəsinə köçürmüş,
sonra da onların nota yazılmasında
bəstəkar S.Rüstəmova
böyük yardım
göstərmişdir.
A.Əliverdibəyovun yaradıcılığı
boyunca oxuduğu mahnılar arasında bir çox gözəl nümunələri
göstərmək olar:
“Söhbət saz ilə”, “Yaxan düymələ”, “Çalpapaq”,
“Kəklik”, “Nəzr eyləmişəm”, “Üçtelli
durna”, “Xumar oldum”, “Neylərsən”, “Dedim bir busə
ver” və s. Onun repertuarında müasir dinləyicilərə
az tanış olan başqa gözəl mahnılar da var: “Gəl,
gəl ay ellər gözəli”, “Altımda madyan”, “Ay loylu”, “Can qurban eylər”, “Tirmə şalım”, “Qızım”, “Pinəçi
mənəm” və b.
Bundan başqa, A.Əliverdibəyovun səsindən
nota yazılan bəzi
nümunələr hələ
indiyə qədər
işıq üzü
görməmişdir. Şübhəsiz, onların nəşri və tədqiq olunması da milli musiqişünaslığımızın
mühüm vəzifələrindən
hesab olunmalıdır.
Azərbaycanın musiqi beşiyi sayılan gözəl Şuşa torpağının
yetirdiyi görkəmli
ziyalımız Ağalar
bəy Əliverdibəyovun
özündən sonra
qalan qiymətli irsi həm musiqi
tarixçiləri, həm
də folklor musiqiçiləri və biliciləri üçün
qiymətli mənbədir.
Dəyərli musiqiçinin qələmindən
çıxmış sanballı
“Musiqi tarixi” və səsindən nota köçürülmüş xalq mahnıları tədqiq olunduqca, onun musiqi tariximizdəki
yeri daha da aydınlanacaq, adı gələcək nəsillərə daha yaxından tanıdılacaqdır.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 5 sentyabr.- S.14.