Musiqiçi Hacıbəyovlardan biri
Üzeyir bəyin himayəsində yetişmiş musiqiçi
Azərbaycanın
ən ləyaqətli soylarından biri də
tarixə çox sayda
dəyərli şəxsiyyətlər bəxş etmiş Hacıbəyovlardır. Onların tam bir ziyalı nəsli Azərbaycan
mədəniyyətinin inkişafına misilsiz
xidmət göstərmişdir.
Hacıbəyovların ulu babası Molla Hacı bəy Qarabağidir. Molla Hacı Şuşa şəhərində sayılıb-seçilən, savadlı bir alim idi. O, məhəllələrin dini işləri ilə məşğul olan bilikli bir şəxs sayılırdı. Onun Məhəmməd bəy adlı oğlu var idi. 1814-cü ildə Şuşada anadan olan Məhəmməd bəy mədrəsə təhsili almışdı. Bundan sonra o, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin hərəmi Bikə ağanın sarayında mirzə işləmişdi. Xan Məhəmməd bəyin göstərdiyi xidmətlərinə görə Vərəndə mahalının İsfəhançıq kəndinin bir hissəsini ona bağışlamışdı. Molla Hacı bəyin varisləri Hacıbəyov soyadını daşıyırlar.
Bu nəslin görkəmli nümayəndələri sırasında bəstəkar Soltan Hacıbəyov da xüsusi yer tutur. O, Azərbaycan musiqi mədəniyyəti tarixində xüsusi dəst-xətti olan bəstəkar və görkəmli musiqi xadimi kimi qalmışdır.
S.Hacıbəyov 1919-cu ildə Azərbaycanın sənət beşiyi sayılan Şuşada anadan olmuşdur. Bir çox qarabağlı musiqiçilər kimi, onun da yetişməsində və formalaşmasında xalq musiqisinin böyük təsiri olmuşdur. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçmüş, 1936-cı ildən öz əmisi Ü.Hacıbəylinin ailəsində yaşamış və onun himayəsində tərbiyə almışdır.
Burada orta məktəbi bitirərək, musiqi texnikumuna daxil olan S. Hacıbəyov truba sinfində oxuyur. Bununla bərabər, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. S.Hacıbəyovun yaradıcılıq yolu da bu dövrə - 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişməkdə idi. Onlara F.Əmirov, S.Hacıyev, Niyazi, S.Rüstəmov kimi korifeyləri nümunə göstərmək olar. İstedadlı bir gənc nəsil yaradıcılığındaÿ Ü.Hacıbəyovun ÿmütərəqqi ənənələrini davam etdirir, bununla bərabər, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər.
“Pioner kantata”sı ilə başlayan yol...
S.Hacıbəyovun yaradıcılıq fəaliyyəti
məhz bu dövrdən başlayır. Onun ilk əsəri
xor və simfonik orkestr üçün yazılmış
“Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə
Bakı Musiqili Komediya teatrının səhnəsində böyük
uğurla tamaşaya qoyulmuşdur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq
şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin
əsaslarını bilavasitə
Ü.Hacıbəyov özü
tədris edirdi.
Konservatoriya gənc bəstəkar üçün əsl məktəb olur. Burada oxuduğu
illərdə o, seçdiyi
sənətin texnikasına
daha dərindən yiyələnmək üçün
müxtəlif janrlara
müraciət edir.
Bəstəkar Iki prelüd və fortepiano üçün sonata, İ. Zamanlının
sözlərinə yazılmış
“Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə”
mahnılarını, “Quşcuğaz”,
“Tənha yelkən ağarır” romanslarını,
simli kvartet, simfonik variasiyalar yazır.
S.Hacəbəyovun o dövrdəki bəzi əsərləri də İkinci Dünya Müharibəsi illərində
vuruşan insanlara həsr olunub. “Döyüşçülər
nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır.
Müharibə dövrünün tələblərindən
irəli gələn bir ehtiyac olaraq,
40-cı illərdə milli
simfoniya janrı inkişaf etməyə başlayır. S.Hacıbəyovun I simfoniyası bu
dövrdə yazılmış
simfoniyalar arasında ən mükəmməl əsərlərdən biri
sayılır.
1945-ci ildə Türkmənistan
Opera və Balet teatrı S.Hacıbəyova
“Kəminə və Qazı” operasını yazmağı sifariş etdi. Həmin əsərin simfonik
parçası “Karvan”
adlanır. Bu əsər o qədər uğurlu alınır ki, 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə
repertuarlara daxil olur. Orta Asiya mənzərəsini
musiqi dili ilə canlandıran əsər üç hissəli quruluşdadır.
Bu onun obraz dairəsi ilə əlaqədardır: karvanın
gəlməsi, təbiət
hadisələrinin coşması,
karvanın uzaqlaşması.
Əsər “Şur” muğamı
üzərində bəstələnmişdir.
Bunun ardınca
1946-cı ildə bəstəkarın
II simfoniyası meydana
çıxır. Burada yeni
dramatik situasiyaların,
yeni ifadə vasitələrinin axtarışları
hiss olunur.
Bəstəkarın uşaqlar üçün
yazdığı əsərlərinin
mövzuları da müxtəlifdir. 1953-cü ildə
bəstəkar 6 uşaq
nəğməsi yazır:
“Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar
gəldi”, “Yolka”, “Pioner marşı”.
Belə əsərlərdən biri,
“İsgəndər və
Çoban” uşaq operası Bakı pioner evinin sifarişi
ilə yazılmışdır. Onun əsasını
Nizaminin “İsgəndərnamə”
əsərinin bir parçası təşkil
edir. Əsərin librettosu M. Seyidzadənindir.
1950-ci ildə S.Hacıbəyovun
“Gülşən” baleti
meydana gəlir. Baletinin 1-ci redaksiyasında
(libetto Q. Almaszadənindir)
bir sıra nöqsanlar var idi. Azərbaycan ədəbiyyatı və incəsənətinin
Moskvada keçirilən
2-ci dekadası ilə
əlaqədar olaraq əsər ikinci dəfə redaktə edilir (Libretto Q. Almaszadənin
və P. Abolimovundur).
Musiqi xəzinəmizdə böyük bir irs
50-ci illərdə S.Hacıbəyov
vokal musiqisi sahəsində çalışır. O, 50-53-cü illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri
orkestri üçün
işləmişdir. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır.
Bəstəkarın yaradıcılığında
yer alan,
50-ci illərin ən məşhur əsərlərindən
biri simfonik orkestr üçün yazılmış uvertüradır.
Bu əsər milli musiqidə canr simfonizmi xəttini davam etdirir. Bəstəkar
Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz
fərdi yaradıcılıq
süzgəcindən keçirərək,
müasir ruhlu, milli koloritli əsər yaratmağa
nail olmuşdur.
Soltan Hacıbəyov 1950-ci illərdə
bəstəkar Bolqarıstan
və Çexoslovakiyaya
gedir və vətənə qayıtdıqdan
sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir.
1964-cü ildə S.Hacıbəyov
ən parlaq əsərini - orkestr üçün “Konsert”ini
yazır. Əsər təzadların kəskinliyi,
fəallığı, müasr
musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir.
Müəllif böyük bir
orkestr ustadı kimi öz əsərini
mahir şəkildə
instrumentləşdirmiş və çalğı alətlərinin ifaçılıq
imkanlarından səmərəli
şəkildə istifadə
etmişdir. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl
hədiyyədir.
Bundan başqa,
S.Hacıbəyov bir çox tamaşalara musiqi bəstələmişdir. Bunlardan
M. İbrahimovun "Məhəbbət", “Kəndçi qızı”, S. Vurğunun "İnsan",
S.S.Axundovun" Eşq
və İntiqam", S. Rəhmanın "Əliqulu evlənir" və bir çox başqa əsərlərinin
adını xatırlamaq
lazımdır.
S.Hacıbəyov 1947-ci ildən başlayaraq Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik
edir. O, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii
rəhbəri, sonra isə direktoru vəzifəsində, 1969-1974-cü illərə qədər Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının
rektoru vəzifəsində
çalışmışdır.
S.Hacıbəyov bəstəkar İsmayıl Hacıbəyovun atasıdır.
Görkəmli bəstəkar S.Hacıbəyov
1974-cü ildə vəfat
etmişdir.
Onun adı Sumqayıt musiqi məktəbi ilə əbədiləşdirilmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2013.- 11 sentyabr.- S.14.