Qədim soylu Mehmandarovlar

 

Nəslin ulu babası mehmandar Mirzə Əli bəy

 

Mehmandarov soyadının yaranması barədə müxtəlif fərziyyələr mövcuddur. Onlardan biri ondan ibarətdir ki, Qarabağ xanlığının idarəetmə aparatında olan bir çox hərbi mülkü vəzifələrdən biri mehmandar vəzifəsi idi. Onun vəzifəsi  xanlığa gələn fəxri qonaqları qarşılayaraq yerinə gətirmək idi. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762-1806) ağalığı dövründə mehmandar vəzifəsini daşıyan Mirzə Əli bəyin törəmələri sonralar Mehmandarov soyadını qəbul etmişlər.

Mehmandarov soyadının yaranması ilə bağlı irəli sürülən fərziyyələrdən birini təzkirəçi Məhəmməd ağa Müctəhidzadə xatirələrində qeyd edərək, bu soyadın Mirzə Əli bəyin səxavətli, qonaqpərvər olduğuna görə yarandığını yazırdı.

Mehmandarovların bir qolu sonralar Lənkəran şəhərinə köçmüşdü. Şuşada doğulan Mirzə Sadıq bəy Mehmandarov Şuşa  Peterburqda hüquq fakültəsini bitirmişdi orada Hacı Mir Abbas bəy Talışinski ilə tanış olmuşdur. Hacı Mir Abbas onu Lənkərana, öz mülkünə baş hüquqçu vəzifəsində işləməyə dəvət etmiş sonradan Mirzə Sadiq bəy Talışınskilərdən evlənmişdir.

Bu soyun tanınmış nümayəndələrindən olan tanınmış həkim Kərim bəy Mirzə Mustafa bəy oğlu Mehmandarov  Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu olmuş, “Difaitəşkilatının Şuşa şöbəsinə sədrlik etmişdir. O, 1854-cü ildə Şuşa şəhərində doğulmuşdu. 1872-ci ildə Bakı şəhər gimnaziyasını bitirmişdi. Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasına daxil olmuşdu. 1877-ci ildə akademiyanı tamamlayıb Sankt-Peterburq klinik hərbi xəstəxanasında həkim işləmişdi.

1873-cü ildə Azərbaycana dönən Kərim bəy Yelizavetpol quberniyasının Cavanşir qəzasında həkim kimi çalışmış, sonradan Şuşa şəhərində həkimlik fəaliyyətini davam etmişdir. Kərim bəy Şuşada ictimai işlərdə fəal iştirak etmişdir. O, 1929-cu ildə vəfat edib.

Kərim bəy öncə Aleksandra Mixaylovna Dolqanova ilə ailə qurmuşdu. Bu izdivacdan Mixail adlı oğlu olmuşdu. İkinci dəfə Bəhmən mirzə Qovanlı-Qacarın qızı Zəri xanımla evlənmişdi. İkinci nikahdan Ədil bəy, Rəşid bəy, Surxay bəy adlı oğulları, Turan xanım, Kübra xanım, Nüşabə xanım Məhbubə xanım adlı qızları vardı.

 

Azərbaycan tarixində unudulmaz ad - Səməd bəy

 

Mehmandarov soyadını daşıyan görkəmli şəxsiyyətlərdən biri Səməd bəy Mehmandarov olmuşdur. Səməd bəy Mehmandarov  Rusiya İmperator ordusunun artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri olmuşdur.

Səməd bəy Mehmandarov 1855-ci il oktyabrın 16-da Lənkəranda anadan olmuş, Bakıda gimnaziya təhsili almış, 16 yaşında Peterburqda yerləşən II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. “Vikipedia”nın yazdığına görə Səməd bəy Mehmandarov 1875-ci ilin dekabrında podporuçik rütbəsi almış üçüncü dərəcəliMüqəddəs Stanislavordeni ilə təltif edilmişdir. 1890-cı ildə kapitan, 1898-ci ildə podpolkovnik, 1901-ci ildə polkovnik, 1904-cü ildə general-mayor rütbəsi almışdır. Rus-Yapon müharibəsində böyük rəşadət göstərmiş S.Mehmandarova 1908-ci ildə tam artilleriya generalı rütbəsi verilmişdir.

I Dünya müharibəsi başlanarkən Varşava ətrafında xidmət edən general S.Mehmandarovun komandir olduğu 21-ci piyada diviziyası Lodz istiqamətində aparılmış döyüşdə alman generalı Makenzonun ordusu üzərində qələbə qazanmışdır.

1915-ci ildə general S.Mehmandarov korpus komandiri təyin edilmişdi. 1917-ci ilin əvvəlində Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi.

General S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökumətində 1918-ci ilin 25 dekabrından Hərbi Nazir vəzifəsini tutmuş müstəqil Azərbaycanın qısa müddətdə 30 minlik ordusunu yaratmağa nail olmuşdu. 1919-cu ilin yazında ingilis hərbi hissələri Azərbaycanda olduğu dövrdə Hərbi Nazir S.Mehmandarov Azərbaycan Xalq Cümhuriyyəti hökuməti başçısı Nəsib bəy Yusifbəyliyə göndərdiyi rəsmi məktubda bildirmişdi ki, İngilis hərbi dəstələri Azərbaycanda məskun olduqları yerlərdə talanlar edir, kəşfiyyat işi aparırlar. Bunlara etiraz olaraq S.Mehmandarov İngiltərə hökumətinin I dünya müharibəsi illərində ona verdiyi ordenləri Ingiltərə hökumətinə qaytarmağı Azərbaycan hökumətindən xahiş etmişdi.

Sovet hakimiyyəti qurulduqdan sonra isə general Mehmandarov Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir. Qafqaz ordusunun komandiri olmuş Birinci dərəcəli Ordu komandiri İ.Ç.Yakir 1925-ci ildə yazmışdı: “Mehmandarov nadir artilleriyaçıdır”.

1928-ci ildə general S.Mehmandarov səhhətinə görə orduda xidmətdən tərxis olunmuşdur. Dövrünün görkəmli şəxsiyyətlərindən biri olan general-polkovnik S.Mehmandarov  türk fars dillərini yüksək səviyyədə bilirdi.

General Səməd bəy Mehmandarov 12 fevral 1931-ci ildə Bakıda vəfat etmişdir.

 

Repressiya qurbanı Ədil bəy

 

Soyun daha bir tanınmış nümayəndəsi Ədil bəy Kərim bəy oğlu Mehmandarov Müsavat partiyasının üzvü olmuş  pedaqoq, ziyalı kimi tanınmışdır.

Ədil bəy Kərim bəy oğlu 1885-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirəndən sonra Bakı şəhərində feldşerlik kursunda oxuyan Ədil bəy bir müddət Şuşa şəhər xəstəxanasında çalışmış, sonra Kiyev Politexnik İnstitutuna daxil olmuşdur. Xəstəliyi ilə bağlı təhsilini yarımçıq buraxıb vətənə dönən Ədil bəy ictimai-siyası fəaliyyətlə məşğul olmuşdu. Azərbaycanda sovetləşmədən sonra qeyri-leqal fəaliyyət göstərən Müsavat partiyasının aparıcı üzvlərindən olan Ədil bəy 1927-ci ildə bu fəaliyyətinə görə həbs edilmişdi, bir müddət həbsdə saxlanmışdı. Həbsdən sonra  Şuşa Pedaqoji texnikumunda müəllim işləmişdi. Ədil bəy Mehmandarov 1930-cu ildə yenidən həbs olunmuş, 5 ildən sonra azad edilsə , 30-cu illər repressiyasının qanlı caynağından xilas ola bilməmiş, 1937-ci ildə yenidən həbs edilərək Bakıda güllələnmişdi.

İbrahim bəy Mehmandarov da bu soyun tanınmış nümayəndələrindən hesab olunur. O, məşhur general Səməd ağa Mehmandarovun böyük qardaşıdır.

İbrahim bəy Mehmandarov Peterburqda tibb-cərrahiyyə akademiyasında akademik İ.P.Pavlovla birlikdə təhsil almış onunla dost olmuşdur. Onların dostluğu ömürlərinin sonuna kimi davam etmişdir. 1929-cu ildə İ.P. Pavlovun 70 illik yubileyi keçirilərkən Mehmandarov onun şəxsi dəvəti ilə Leninqrada gedib yubileydə iştirak etmişdir.

İbrahim bəy Mirzə Sadıq bəy oğlu Mehmandarov Peterburqda evlənərək qırx il orada yaşamışdır. Sonralar Lənkərana qayıdan İbrahim bəy bir neçə il burada həkimlik etmişdir. İbrahim bəy çox rəhmdil, xeyirxah insan olub, çox vaxt xəstələrə dərman pulu verirmiş.

İbrahim bəy 1934-cü ildə Lənkəranda vəfat edib. Ruhanilər onun boyunda xaç olduğuna görə müsəlman qəbiristanlığında basdırılmağına etiraz ediblər. Buna baxmayaraq, qəbri Sardaxlıda öz bacısı gəlini Səbi xanımın yanındadır.

 

Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

Azadlıq.- 2013.- 12 sentyabr.- S.14.