Kommunistlərə aldanan tatar
millətçisi
Türk-müsəlman xalqlarının birliyi
arzusu
Ötən əsrin əvvəllərində,
Rusiyada bolşevik inqilabı uğrunda gərgin mübarizə getdiyi bir zamanda,
bu mübarizənin ön sıralarında yer alan şəxslər
arasında tatar millətçisi Mirseyid
Sultanqaliyev də vardı. O dövrün fəal mübarizlərindən
olan və öz millətinin də xilasını bu inqilabda görən
Sultanqaliyev Orta Asiya türk müsəlman xalqları içindən çıxan
ilk bolşeviklərdən olub.
O, bütün Qafqaz və Orta Asiya
regionunda qısa müddətdə kommunistlərin
liderinə çevrilə
bilmişdi.
Mirseyid Sultanqaliyev
1882-ci ilin iyulun 13-də
Başqırdıstanın Kırımsakal qəsəbəsinə
bitişik Elimbetova kəndində anadan olub. İIlik təhsilini
atasından alan
Sultanqaliyev sonra Kazan şəhərində Tatar Pedaqoji
İnstitutuna daxil olur və oranı
bitirdikdən sonra bir müddət müəllimliklə məşğul
olur. O, eyni zamanda Ufa bələdiyyə
Kitabxanasında da işləməyə başlayır.
Burada o, solçu İslam milliyyətçiləri və
inqilabçılarıyla əlaqələr
qurur.
M.Sultanqaliyev müxtəlif qəzetlərdə
yazılarla çıxışlar
edir. 1915-ci ildə yenidən müəllimlik
peşəsinə qayıdan
M.Sultanqaliyev Azərbaycana
gəlir və Bakıda bir tatar məktəbində müəllim işləməyə
başlayır. Bakıda
baş verən ictimai-siyasi fəaliyyəti
yaxından izləyən
M.Sultanqaliyev Məhəmməd
Əmin Rəsulzadə
ilə tanış
olur və fəal şəkildə milli hərəkata qoşulur.
1917-ci ildə Rusiya
inqilabı başlayarkən
M.Sultanqaliyev Bakıda
idi və o, inqilabdan sonra Bütün Rusiya Müsəlmanları Konqresində
iştirak etmək üçün Moskvaya çağırılır, orada
baş katibliyə seçilir. Bu konqresdən
sonra Kazana qayıdan M.Sultanqaliyev burada Molla Nur
Vahidovun təşkilatlandırdığı
Müsəlman Sosialist
Komitəsinə qatılır. 1917-ci ildə
Rus Kommunist Partiyasına üzv olur və bolşeviklərlə
fəal əlaqələr
qurmağa başlayır.
“Vikipedia”da siyasi
xadim haqqında verilən məqalədə
bildirilir ki, hətta M.Sultanqaliyev imperiya daxilində əzilən türklərin
azadlığa qovuşması
üçün Qızıl
Orduda xidmət edən türkləri çar hökumətinə
qarşı təşkilatlandırmağa
başlayır.
1918-ci il mayın
10-16-da Moskvada Tatar-Başqırd
Cümhuriyyətinin Qurucu
Məclis hazırlıq
toplantısı keçirildi.
Bu özlüyündə böyük tarixi hadisə sayıla bilərdi. Tatar-Başqırd Burjua milliyyətçiləri Əhməd
Zəki Vəlidi Toğan və Sədri Maqsudi Arsal bölgə muxtarlıq istəkləri
ilə bağlı Leninlə razılığa
gələ bilmək üçün mübarizə
aparırdı. M.Sultanqaliyev türk-müsəlman
xalqların bölünməsinə
qarşı idi.
Türklərə qarşı başlanan
repressiya
Molla Nur Vahidov və Sultan Qaliyev 1918-ci ilin yayında, 17-20 iyunda Kazanda Müsəlman Bolşeviklərin Bütün
Rusiya Konqresini topladılar. Müstəqil dövlət qurma
istəyinin müzakirə
edildiyi bu konqresdə S.Qaliyev bütün türk və müsəlman xalqların Birləşmiş
Cəbhəsi modelini müdafiə etdi.
Burjua millətçisi
Zeki Velidi Togan qrupu isə
Türk xalqlarının
ayrı-ayrı federativ
dövlətlər qurması
fikrini müdafiə etdilər. Ağlar və çex
legionları 1918-ci ilin
avqustunda Kazan şəhərinə
hücum etdilər.
Həmin
vaxt Moskvada olan Molla Nur
Vahidov Tatar Qızıl
alayının başına
keçərək Kazana
yollandı. Döyüşlərdə
əsir düşən
Molla Nur edam edildi.
M.Sultanqaliyev 1923-cü ilin aprel ayında
maneələrə baxmayaraq,
Rusiya Kommunist Partiyasının 12-ci partiya
konqresinə qatıldı
və orada çıxış etdi. Qısa bir
müddət sonra isə Kommunist Partiyasının 4-cü konfransı
təşkil edildi və bu konfransdan
sonra M.Sultanqaliyev həbs edildi. Onun həbsi xalqa aylar sonra bəyan
edildi. Həmin tədbirdə, Rus
Kommunist Partiyası Mərkəzi Komitəsinin
bölgə və cümhuriyyətlərin məsul
əməkçiləri ilə
Moskvada İosif Stalinin rəhbərliyi ilə təşkil edilmiş IV konfransda bəyan edildi. M.Sultanqaliyev Kommunist Partiyası içində nüfuz və etibar qazandığına, inqilab
üçün gördüyü
xidmətlərə görə
həbsdən azad edildi. Bundan sonra M.Sultanqaliyevin fəaliyyəti
gizli, çətin və təhlükələrlə
zəngin olub.
Rus imperiyasının cəngində
əzilən türksoylu
xalqların hüquq və haqlarını müdafiə edən M.Sultanqaliyev Sovet dövlətinin iddia etdiyi kimi “bərabərliyə”
tək sözdə deyil, əməldə də nail olmaq üçün mübarizəyə
başlamışdı. O, Sovet və Kommunist
İnternasional siyasətini
təhlil edən, ona şəxsi fikir bildirən ilk şəxs kimi tanınır. Bu ilk təhlillər birinci növbədə əsarət
altındakı xalqların
imperializmə qarşı
qurtuluş mücadiləsi
və dünya inqilabı kimi mövzuları əhatə
edirdi. M.Sultanqaliyev çalışırdı ki, imperializm üzərində qələbə
çalmaq üçün
onların diqqətini
Şərqin əsarət
altındakı xalqlarına
yönəltsin. Bu məqsədlə əsarətdə
olan xalqların imperializmə qarşı
ilk ortaq toplantısının
təşkil edilməsinə
xüsusi önəm vermiş və bu ideyanı dəstəkləmişdir.
Böyük aldanışın sonu-güllələnmə...
1920-ci il 1-8 sentyabr
tarixlərində Bakıda
keçirilən Birinci
Şərq Xalqları
Qurultayının fikir
baxımından ortaya
atılmasında Sutanqaliyevin
xüsusi rolu var. M.Sultanqaliyev imperiya daxilində əzilən xalqların xilas və qurtuluşunu məhz onların mübarizəsi sayəsində
mümkün olacağını
qeyd edirdi.
Milli mübarizədə
M.Sultanqaliyevin bir sıra dostları və həmfikirləri, xüsusilə də,
Mustafa Sübhi qətlə
yetirildi. Mustafa Sübhi
Bakıda keçirilən
Şərq müsəlmanlarının
birinci qurultayında iştirak etmiş, başqan seçilmişdi.
Yoldaşlarının qətlinə
hökumətin, rəsmi
dairələrin bir reaksiya verməməsi M.Sultanqaliyevi
özündən çıxarmışdı.
Bununla bağlı yeganə xatirə və tənqidi yazını da o, özü yazmışdı. Şərq
Müsəlmanlarının birinci qurultayında qərara alınmışdı
ki, bu tədbir
hər il
təkrarlansın. Ancaq
növbəti il qurultayın toplana bilməməsi, orada qəbul edilən ideyaların həyata keçirilməməsi
Sultanqaliyevin düşüncələrinin
alt-üst olması demək idi. O, daxilən bütün ruhuyla bu toplantının
gələcəkdə Türk
müsəlman xalqlarının
həmrəyliyi və
azadlığa qovuşmasına
aparan yol kimi görürdü.
1923-cü ildən başlayaraq,
Sultanqaliyev fəaliyyətini
gizli davam etdirmişdir. Daim təqiblər və
təhlükələrlə üz-üzə olsa da, düşüncə və ideyalarından vaz keçməmiş, onlar uğrunda mübarizəsini davam etdirmişdir. Sultanqaliyev müxtəlif
xalqların inqilabçı
ziyalılarıyla görüşür,
fikir və ideyalarıyla onları mənəvi baxımdan təşkilatlandırırdı. Bu məhdud şəraitdə
onun bacardığı
son işi idi.
XX əsrin 30-u illərinin ağır repressiya maşını M.Sultanqaliyevdən də yan keçmədi. M.Sultanqaliyev də digərləri kimi anti-inqilabçı, burjua millətçisi damğasıyla günahlandırılaraq, 1940-cı il yanvarın 28-də Levortovo həbsxanasında o dövrün milli təhlükəsizlik orqanı sayılan “KQB” adlanan qurumun əliylə acımasızca güllələnərək qətlə yetirildi.
Ancaq aradan 50 il keçəndən sonra Sovet Ali Məhkəməsinin 1990-cı il aprelin 30-da çıxardığı qərarla M.Sultanqaliyevə bəraət verildi.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun
maliyyə dəstəyilə çap edilir
Azadlıq.- 2013.- 15 sentyabr.- S.14.