İki azərbaycanlı
diplomat qardaş
Azərbaycanın görkəmli diplomatı
Mahmud xan...
XIX əsrin
sonlarında Cənubi
Azərbaycanın ictimai-siyasi
həyatında önəmli
rol oynamış şəxslərdən biri
də Mahmud xan Mirzə Ələsgər
oğlu Əlaülmülk
olmuşdur. O, məşhur Azərbaycan alimi Mirzə Məhəmmədrəfi Nizamülüləmanın
və siyasi xadim Mirzə Əsədulla xanın qardaşıdır. Onun qardaşı Mirzə Əsədulla xan da özü kimi çox önəmli dövlət
işlərində çalışmış,
dövrünün məşhur
diplomatlarından biri olmuşdur. Mahmud xan gənc yaşlarından mühüm vəzifələrə
irəli çəkilmiş,
Azərbaycan hökumətinin
idarə olunmasında
yaxından iştirak etmişdir.
Mahmud xan Mirzə Ələsgər oğlu Əlaülmülk 258-ci ildə (1842) anadan olmuşdur. O, gənclik illərində bir müddət Tiflisdə yaşamış, oradan qayıtdıqdan sonra Təbrizdə hökumət
idarəçiliyində çalışmış,
Azərbaycan valisi tərəfindən maliyyə
işləri üzrə
məsul vəzifəyə
təyin olunmuşdur.
Mahmud xan bu
vəzifəyə görə
“Vəkili-dəftər” ləqəbini
almışdır. O, sonrakı siyasi fəaliyyətilə uzun və zəngin bir yol keçmişdir.
Mahmud xan Azərbaycanda
bir qədər işlədikdən sonra Tehrana çağırılıb,
oradan London sarayına
ezam edilmişdir. Londonda 6 aylıq
missiyasını yerinə
yetirdikdən sonra geri qayıdan Mahmud xanı İran hökuməti 1873-cü ildə
Həştərxanda İran
səfirliyinə göndərmişdir.
Bu zaman Mahmud xanın
böyük qardaşı
Əsədulla xan İranın Tiflisdəki baş konsulu vəzifəsində idi.
Mahmud xan 4 il
Həştərxanda baş
konsul kimi çalışmışdır. 1877-ci ildə Mahmud xanın Tiflisdə baş konsul olan qardaşı
Mirzə Əsədulla
xan İranın Peterburqda İşlər vəkili vəzifəsinə
seçildikdə, həmin
il Mahmud xan qardaşının əvəzinə Tiflisdə
İranın baş konsulu təyin olunmuşdur. O, 6 il
də bu vəzifədə çalışmışdır.
“Vikipedia”nın Mahmud xan haqqındakı məlumatında deyilir ki, o, 1883-cü ildə İran dövlətinin Peterburqdakı səfirliyində
müstəşar vəzifəsinə
göndərilib. Mirzə Əsədulla
xan Vəkilülmülk
Peterburqda İranın
səlahiyyətli nümayəndəsi
vəzifəsini icra edərkən o, müvəqqəti
olaraq Tehrana çağırılmışdı. Qardaşı olmadığı müddətdə Mahmud xan
səfirlikdə işlər
vəkili vəzifəsində
çalışmış, bu tarixdən o, Mahmud xan Kardar kimi
tanınmışdır. Daha sonra o, 1303-cü ildən (1885/86) İranın
Peterburqdakı səfirliyinin
1-ci katibi seçilmiş,
bir il
sonar 1886-cı ildən vəziri-muxtar
(səlahiyyətli nümayəndə)
təyin olunmuşdur.
O, yaxşı işinə
görə Iran dövləti
tərəfindən “Əlaülmülk”
ləqəbinə layiq
görülmüşdür.
Rusiya və Türkiyədə
səfir
Mahmud xan Əlaülmülk 9 il İranın
Rusiyada səfiri olmuş (1886-1895) və bundan sonra İstanbulda
səfir vəzifəsini
bacarıqlı diplomat kimi
icra etməyə başlamışdır. 1896-cı ilin may ayında Nəsrəddin şahaÿikinci
dəfə sui-qəsd
edildi və şah aldığı güllə yarasından vəfat etdi. Səfir
Mahmud xan İran dövlətindən İstanbulda
gizlənmiş qatillərin
tapılıb həbs
edilməsi barədə
göstəriş aldı.
Mirzə
Həsən xan Xəbirülmülkün axtarışı
ilə əlaqədar
Osmanlı dövləti
ilə danışıqlar
başlandı. Nəhayət, hər üç nəfər Mahmud xanın
nəzarəti altında
sərhədə gətirilərək,
İran məmurlarına
təhvil verildi.
Mahmud xan 7 il
İranın İstanbulda
səfiri olmuş,
1901-ci ildə onu Mirzə Rza xan Daneş əvəz etmişdir. O, həmin il
Tehrana çağırılaraq
Kirman hakimi təyin olunmuşdur.
Araşdırmaçı yazar Ənvər Çingizoğlunun azərbaycanlı
diplomat haqqındakı məqaləsində
qeyd edilir ki, Mahmud xan uzun müddət xarici ölkələrdə
diplomatik missiyasını
uğurla yerinə yetirmişdir. O, Kirman hakimi olarkən insanlarla gözəl rəftarı və yaxşı işi ilə tanınmışdır.
Qeyd etmək lazımdır ki, zəmanəsinin və İran dövlətinin qəbul etdiyi sərt qanunlarla işləməyən
və son dərəcə
sadə olan bu şəxs haqqında maraqlı hekayətlər danışılırdı.
Deyilənlərə görə, o, birinin
görüşünə gedərkən,
digər hakimlərdən
fərqli olaraq, özündən əvvəldə
və arxada əli çomaqlı yüz nəfər fərraşın yürüməsinə
izin verməzmiş.
O, özü ulağa
minərək bircə
nökərlə (o da
ulağın və yaxud atın üstündə olardı)
lazım olan yerə yola düşərmiş. Bu səbəbdən də xalq arasında sadəliyi ilə məşhurlaşmışdı. Kirman əhalisi Mahmud xana zarafatla “Hakimi-do xəre” (iki uzunqulaqlı hakim) adını
vermişdi. Mahmud xan
il yarım
Kirman hakimi olmuş, 1902-ci ildə oradan azad edildikdən
sonra bir müddət işsiz qalmışdır.
Sonra o, 1907-ci ildə
Atabəyin (Mirzə Əliəsgər xan Əminussultan) təşkil
etdiyi kabinədə 4
ay ədliyyə naziri
vəzifəsində çalışmışdır.
Mahmud xan ömrünün
axırlarında Tehranda
yaşamışdır. O, 1344-cü ildə
(1926) 87 yaşında vəfat
etmiş, Qum şəhərində,
ailə məqbərəsində
dəfn olunmuşdur. Mahmud xan da digər qardaşları kimi çox zəngin bir şəxs olmuşdur.
Lakin o, çox sadə və təvazökar bir insan idi.
Oğlu Mirzə Möhsün xan tanınmış bir şəxs idi və “Salari-Müəyyəd”
ləqəbini daşıyırdı.
Böyük qardaş Mirzə
Əsədulla xan
Mahmud xanın böyük
qardaşı Mirzə
Əsədulla xan da Nəsrəddin şah Qacar hakimiyyəti dövrünün
ictimai xadimləri içərisində öz
bacarığı və
nüfuzu ilə seçilən şəxsiyyət
olmuşdur. O, Mahmud xandan da irəlidə olan görkəmli bir diplomat kimi tanınırdı. Əsədulla xan Xarici İşlər
Nazirliyinin əməkdaşı
idi və İranı bir sıra xarici dövlətlərdə diplomat kimi təmsil etmişdir. Bu iki qardaşın fəaliyyət dövrü
təxminən eyni vaxtlara düşmüş,
yuxarıda qeyd edildiyi kimi, bəzən onlar bir-birinin ardınca eyni vəzifəyə təyin olunmuşdular.
O, 1884-1887-ci illərdə İranın
Peterburqda səlahiyyətli
nümayəndəsi olmuş
və “Vəkilülmülk”
ləqəbini almışdır.
1887-ci ildə Peterburqdan geri çağırılaraq, vəfat
etmiş Mustafa xanın
yerinə Ərdəbil
və Xoy hakimi təyin olunmuşdur. O, hələ
Peterburqdan əvvəl,
yəni, 1877-ci ildə
Tiflisdə baş konsul kimi çalışmışdır.
Mirzə Əsədulla xan 1890-1892-ci
illərdə İranın
İstanbulda səfiri
olmuş və “Nizamüddövlə” ləqəbini
almışdır. O, sonralar
da mühüm dövlət vəzifələrində
çalışmışdır. 1895-ci ildə Fars vilayətinin general-qubernatoru
olmuş, bu vəzifədə 1895-ci ilədək,
yəni, ədliyyə
naziri vəzifəsinə
təyin edilənədək
çalışmışdır. Həmin il
Tehranın hakimi vəzifəsi də ona tapşırılmışdı.
Mirzə Əsədulla xan 1899-cu ildə Böyük Dövlət Şurasına
başçı təyin
olunmuş, ömrünün
sonunadək burada çalışmışdır. O, 1901-ci ildə
vəfat etmişdir. Oğlu Mirzə Yəhya xan sonralar onun
vaxtilə daşıdığı
“Nizamüddövlə” ləqəbinə
layiq görülmüşdür.
Görkəmli Azərbaycan alimi Mirzə Əbdürrəhim
Talıbov Təbrizi ondan bəhs etmiş, onu zəkalı bir şəxsiyyət kimi yüksək qiymətləndirmişdir.
“Azadlıq”ın
Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap
edilir
Azadlıq.- 2013.- 23 sentyabr.- S.14.