Kimya elminin ilk professoru 

 

24 yaşında elmlər namizədi, 32 yaşında elmlər doktoru

 

Azərbaycanı dünyaya tanıdan elə nüfuzlu elm adamlarımız var ki, onların adları elm aləmində bir sıra yeniliklərə imza atmış şəxslər siyahısında yer alır. Belə şəxslərdən biri Azərbaycanda ilk kimya elmləri namizədi üzvi kimyasahəsində ilk professor alimlik dərəcəsini qazanmış Şıxbala Əliyevdir. 24 yaşında Azərbaycanda kimya elmləri üzrə ilk alimlik dərəcəsi alan Əliyev, 32 yaşında da kimya elmləri doktoru olmuş, 1946-cı ildə respublikadaüzvi kimyasahəsində ilk professor adını almışdır.

 

Görkəmli alimin kəşfləri, elmi axtarışları, elmi tədqiqatları müharibə illərində neft sənayesinin inkişafına böyük təkan verib. Ş.Əliyevin elm-tədqiqat işləri neft məhsullarının termiki krekinqi pirolizi nəticəsində xalq təsərrüfatı üçün bir sıra qiymətli məhsulların, yanacaq inhibitor alınmasında uğurlu nəticələr verib. Alimin rəhbərliyi altında aşağı molekullu karbohidrogenlərin alüminium-xlorid iştirakı ilə doymamış karbohidrogenlər ilə alkilləşməsi sahəsində tədqiqatlar aparılıb.

Onun elmi yaradıcılıq işləri böyük bir bioqrafik göstəricini xatırladır. Alimin apardığı tədqiqatların nəticələri 70-dən çox elmi əsər, 13 müəllif şəhadətnaməsi patentlər, 25-dən çox nəşr olunmamış tədqiqat işi ilə ifadə olunur. Əliyevin əldə etdiyi yüksək elmi nəticələr ölkəmizdən kənarda da dəfələrlə nəşr olunub. BunlaraChemıcal abstracts” (the Amerıcan Chemıcal Socıety) AlmaniyanınChemisches Zentralblattjurnallarını nümunə göstərmək mümkündür.

Dünya şöhrətli alim eyni zamanda neft məhsullarından polistirol lakı, neft quyularının parafinsizləşdirilməsi, yüksək effektli yanacaqların yaradılması sahəsində orijinal elmi işlərin müəllifidir. Yalnız 1957-ci ilin 27 iyul tarixində 1960-cı il 02 fevral tarixdə onun yüksək qiymətləndirilən 13 elmi kəşfinə SSRI Nazirlər Soveti yanında İxtiralar Kəşflər işləri üzrə Komitə tərəfindən şəhadətnamələr verilib.

Vaxtilə SSRİ EA Rəyasət Heyətinin Baş Elmi Katibi akademik A.V.Topçiyev qeyd edirdi ki, Şıxbala Əliyev tərəfindən indiyədək ədəbiyyata məlum olmayan, sənayedə çox mühüm əhəmiyyət kəsb edən məhsullar almağın orijinal yeni metodları təklif olunub. O, SSRİ təhsil nazirindən xahiş etmişdi ki, Azərbaycan Politexnik İnstitutun rektoruna Şıxbala Əliyevin işlərini həyata keçirmək üçün müvafiq şərait yaradılması haqqında göstəriş versin...

 

Müharibə dövrünün böyük məsuliyyəti

 

Əliyev Şıxbala Əbülfəz oğlu 1910-cu ildə mart ayının 28-də Bakının Binəqədi kəndində anadan olmuşdu. İstedadlı gənc 1931-ci ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirdikdən sonra Leninqrad Dövlət Universitetinin aspiranturasını bitirmişdi. Əliyev 1934-cü ildə isə Leninqrad Dövlət Universitetinin Elmi Şurasında kimya elmləri üzrə elmlər namizədi adını almaq üçün dissertasiyasını uğurla müdafiə edərək, Azərbaycanda kimya elmləri üzrə ilk elmlər namizədi alimlik dərəcəsini qazanmışdı. Bundan sonra, 1942-ci ildə o, SSRİ Elmlər Akademiyasının Neft İnstitutunun Elmi ŞurasındaKrekinqin buxar fazasında toluolun stirolun yaranma mexanizmimövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək doktorluq dərəcəsi almışdı.

Alimin elmi fəaliyyətinin mühüm bir dövrü müharibə illərinə təsadüf edir. 1941-ci ildə Ş.Əliyev Kimya İnstitutunun direktoru təyin olunur. Bu, həmin ağır illərdə çiynini böyük bir məsuliyyətin altına vermək idi. Çünki onun tutduğu vəzifə ölkənin müdafiə işi ilə sıx bağlı sayılırdı. Bu müddətdə o, neft kimyası sahəsində mühüm müdafiə məqsədli təcrübi əhəmiyyətə malik işlərə rəhbərlik etmişdir. Ölkənin müdafiə sənayesinin sifarişi ilə alimin yerli neft məhsullarından stirolun polistirolun alınması ilə bağlı unikal elmi öz praktiki tətbiqini tapmışdır. “Vikipedia”da ailmlə bağlı yer alan bioqrafiyada onun elmi fəaliyyətinə geniş yer verilib. Mənbənin yazdığına görə, “müharibə illərində Ş.Əliyevin elmi fəaliyyətində yüksək kolorili yüksək sıxlığa malik yanacaq məhsullarına, yeni, istiliyə dözümlü polimer məhsullarına, kerosinin xlorlu alüminiumla krekinqinə, Azərbaycanda yanan suxurların öyrənilməsinə bir çox başqa məsələlərə xüsusi diqqət yetirilirdi. Kimyəvi zəhərləyici turş maddələrin yerli palçıq növləri ilə əvəz edilməsi, Quba rayonunda yanan suxurların tədqiqi, toluol fraksiyasının yerli palçıq növləri ilə təmizlənməsi, B-70 benzinin xlorlu alüminiumla buxar formasındakı katalitik reforminqini, benzolun təkəvəzedicilərinin parçalanma mexanizminin araşdırılması, toluolun metilstirolun yaranması kimi düşmən üzərində qələbəyə xidmət edən vacib dövlət tapşırıqlarını Ş. Əliyev qısa vaxt ərzində yerinə yetirmişdir”.

 

Elmə fəda olunmuş qısa ömür

 

Davamçıları alimin həyata keçirdiyi bu işləri elm üçün ən dəyərli töhfə kimi qiymətləndirirlər: 1941-43-cü illərdə Kimya İnstitutunda kömür məmulatlarının yerli materialların, elektroizolyasiya olunmuş lakların istehsalı, yanğından qorunma rənglərin istehsalı, kobaltın turşlaşması, sulfat turşusunun qalıqlarından istehsal olunan vanadiy katalizatorunun alınması, yeraltı sulardan yeyici natri, yod, bromun alınması, lyuminoforların, stirolun polistirolun alınması, sabun emalı üçün suiti piyinin təmizlənməsi müharibə dövrünün bir çox vacib layihələri.

Müharibə başa çatdıqdan sonra alimin elmi fəaliyyəti yeni bir mərhələyə qədəm qoyur. O, 1950-1960-cı illərdə EA-nın Neft Kimya Prosesləri İnstitutunun laboratoriya müdiri yeni yaradılmış Azərbaycan Politexnik İnstitutunda Ümumi kimya kafedrasının müdiri kimi elmi-pedaqoji fəaliyyətini davam etdirir. Alimin bu illərdəki elmi-tədqiqat işləri xalq təsərrüfatı üçün bir sıra qiymətli məhsulların, yanacaq inqibator alınması istiqamətinə yönəlir. Onun rəhbərliyi ilə aşağı molekullu karbohidrogenlərin alüminium-xloridin iştirakı ilə doymamış karbohidrogenlərlə alkilləşməsi sahəsində tədqiqatlar aparılır. Alim həmçinin İ.Mendeleyev adına Ümumittifaq Cəmiyyətinin sədr müavini olmuş bu vəzifədə fəallığı ilə seçilmişdir.

Ş.Əliyev yüksək elmi fəaliyyətinə görə bir sıra ali mükafatlarla təltif olunub. Alim Azərbaycan Ali Soveti tərəfindən “1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində fədakar əməyinə görə”, anadan olmasının 50, elmi-pedaqoji fəaliyyətinin 30 illiyi ilə əlaqədar Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilmişdir. O eyni zamanda SSRI Ali Soveti tərəfindənŞərəf nişanıordeni, Azərbaycan Respublikasının 25 illiyi münasibətiləRəşadətli əməyə görəmedalı digər mükafatlara layiq görülmüşdür.

Öz ölkəsi üçün böyük işlər görən, Azərbaycan elmini uzaq sərhədlərə yayan alim 1960-cı il iyulun 9-da faciəvi şəkildə həlak olub: görkəmli kimyaçı rəhbərlik etdiyi laboratoriyada elmi-tədqiqat işləri üzrə eksperimentlər apararkən baş vermiş bədbəxt hadisə nəticəsində dünyasını dəyişib... 50 yaşında dünyadan köçən alimin çoxlu yarımçıq işləri qalıb. Daha böyük işlər görəcəkdi... Onun yolunu hazırda tələbəsi olan böyük alimlər davam etdirir. Qısa ömründə kimya elmi üçün verdiyi töhfələrin dəyəri indi özünü göstərir. Tələbələrinin elm dünyasının yaddaşında gözəl xatirələrlə yaşayan alim öz adını Azərbaycan tarixinə silinməz izlərlə yazdırıb.

2010-cu ildə görkəmli alimin 100 illiyinə həsr edilmiş anım tədbiri keçirilib.

 

 

“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir

 

 

Azadlıq.- 2013.- 12 yanvar.- S.14.