Tarixin qədim əfsanəsi -Gəncə
Böyük Nizaminin ana yurdu
Gəncə Azərbaycanın ən qədim tarixi olan şəhərlərindən
biridir və ölkənin ikinci böyük şəhəri
hesab olunur. Gəncənin şəhər kimi
formalaşması haqqında
müxtəlif fikirlər
məlumdur. Şəhərin yaranmasını eramızdan
əvvələ, orta
əsrlərin başlanğıcına
aid edənlər də
var. 1940-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı da burada eramızdan
əvvələ aid yaşayış
məskənləri aşkar
edilmişdir.
1804-cü
ildən 1918-ci ilədək
Yelizavetpol adlandırılan
Gəncənin 1918-ci ildə
adı yenidən bərpa edilsə də, 22 fevral 1935-ci ildə dəyişdirilərək
şəhər Kirovabad adlandırılmışdır. 1989-cu ildə
yenidən şəhərin
Gəncə adı özünə qaytarılmışdır.
Gəncə dahi Nizami
Gəncəvinin ana yurdudur. Bu şəhər karvan yollarının kəsişməsində yerləşdiyi
üçün burada
səyahətçilər dayanırdı, Bu haqda uzaq ölkələrdən
gələn alimlər
fikirlərini bölüşürdülər.
Gəncə Azərbaycanın iqtisadi, siyasi və mədəni həyatında da mühüm rol oynamış tarixi şəhərdir.
Gəncə də ölkəmizin
digər şəhərləri
kimi gözəl coğrafi mənzərəyə
sahib olan yaşayış
məskəni olub, tədricən şəhər
kimi formalaşmışdır. Həmdullah Qəzvini şəhərin
659-660-cı illərdə, M.Kalankaytuqlu isə
846-847-ci illərdə ərəblər
tərəfindən inşa
edildiyini göstərmişlər.
Dədə Qorqud dastanında
Bərdə ilə bərabər, Oğuz türklərinin şimal sərhədlərində Bəkil
oğlu İmranın
mülkü olaraq Gəncənin də adı çəkilir.
Əl-İstəxrinin verdiyi məlumata
görə, Gəncə
şəhəri ərəb
fəthlərinin ilk dövrlərində
Bərdədən Tiflisə
gedən yolda kiçik bir şəhər vəziyyətində
idi.
Cömərd Qəssab Məqbərəsi Gəncənin
tarixi vəsiqəsi sayıla bilər. Cömərd Qəssab dördüncü
xəlifə Əli ibn Əbu Talibin
(656-661) hakimiyyəti dövründə
yaşamış və
özünün qanun
tərəfdarı olması
və düzlük, doğruluğu ilə seçilmişdir. Şəhər əhlinin bütlərə
inandığı bir
dövrdə o gizlicə
olaraq İslamı qəbul etmişdi.
Gəncə zaman-zaman hücumlara məruz qalmış, VII əsrin sonlarında ərəblərlə
xəzərlərin döyüş
meydanına çevrilmişdir. Nəticədə şəhər basqınlardan
ziyan görmüş
və dağıntılara
məruz qalmışdır.
Bunlar barədə “Dərbəndnamə”
əsərində təsvir
edilmişdir.
X əsrdən (944-cü ildən)
Bərdənin paytaxt statusunu itirdiyi dövrdən etibarən onun yerini X əsrin
II yarısında Arran
vilayətinin mərkəzinə
çevrilən Gəncə
tutdu. Gəncə bölgənin yalnız
siyasi həyatında deyil, ticarətində də fəal iştirak etməyə başladı. Şəhəri əhatə edən qalınlığı orta
hesabla iki metrə çatan üç cərgə qala divarları Gəncənin sürətli
inkişafını təsdiq
edir. Həmin dövrdə sənətkarlıq
və gur ticarət mərkəzi kimi də Gəncənin
əhəmiyyəti günü-gündən
artırdı. Köhnə Gəncənin
ərazisində aparılan
arxeoloji qazıntılar
üç cərgə
divarların qalıqları
ilə əhatə olunmuş şəhərgahın
sahəsi təqribən
250 hektara, ümumi sahəsi 9-10 kvadrat kilometrə yaxın olduğu müəyyən
edilmişdir. Eyni zamanda
şəhərgahda aşkar
olunmuş maddi-mədəniyyət
qalıqları onun yaranma tarixini mənbələrdə göstərildiyi
kimi VI-IX əsrlərə
deyil, daha dərin dövrlərə
aid edir.
Dağılan şəhərin yeni həyatı
XII əsrin I yarısında baş verən zəlzələ nəticəsində
Gəncə elə dağılmışdı ki,
sanki burada əvvəllər heç
vaxt şəhər olmamışdı. Mənbələr (İbn əl-Əsir
və b.) Gəncə zəlzələsi
zamanı 230 min adamın
həlak olduğu haqqında məlumat verirlər. Hətta əl-Bundari bu
rəqəmin 300 min olduğunu
qeyd edir. Göygölün əmələ gəlməsi
də həmin zəlzələ zamanı
Kəpəz dağının
uçaraq Ağsu çayının qarşısını
kəsməsi nəticəsində
olmuşdur. Bu göl indi də
Azərbaycanın mirvarisi
sayılır. Fürsət
gözləyən gürcü
çarı I Demetr dağılmış şəhərə
basqın edib, onun salamat qalmış
sakinlərini soyub-taladıqdan
və bir qismini qırıb-çatdıqdan
sonra, minlərlə əsir götürmüş,
indi də bir tayı Kutaisi yaxınlığındakı Gelati
monastırında saxlanılan
məşhur Gəncə
qapılarını da
özü ilə aparmışdır. Çox keçmədən
sultanın canişini
Qara Sunqurun tələsik gəlmiş
qoşunları gürcüləri
darmadağın edərək,
şəhərdən çıxarmışdır.
Gəncə şəhəri XII əsrdə əvvəlkindən
bir az
şərqdə yenidən
tikilmişdir. Əsas karvan
yollarının üzərində
yerləşməsi bu
şəhəri vacib
ticarət mərkəzlərindən
birinə çevirmişdi.
XII əsrdə Gəncədə
təxminən 500 min nəfərə
qədər adam
yaşayırdı. Bu dövrdə
dünya ölkələrində
Gəncə kimi böyük şəhərlər
az idi.
Uzun müddət paytaxt şəhəri olmuş Gəncədə
sultan sarayı, ayrı-ayrı
hökmdarlara, ruhanilərə,
dövlət məmurlarına
məxsus olan saraylar, imarətlər, həmçinin məscid,
mədrəsə, hamamlar
və başqa binalar tikilmişdi XII-XIII əsrlərdə Gəncə
ön Asiyanın ən inkişaf etmiş şəhərlərindən
biri olmuşdur.
Gəncə həm də Azərbaycanın və Yaxın Şərqin ən böyük elm və mədəniyyət mərkəzlərindən
biri olmuşdur. Burada bütün şərqdə
məşhur olan zəngin kitabxanalar, mədrəsələr, məktəblər
fəaliyyət göstərmişdir.
1221-ci ildə Gəncə monqolların hücumuna məruz qalmışdı. Lakin şəhər hakimi
xərac verərək
şəhəri dağıntıdan
xilas etmişdir.
Monqolların Azərbaycana ikinci
yürüşü zamanı
digər şəhərlərimiz
kimi Gəncə də ciddi müqavimət
göstərmişdir. Yalnız monqollar 1235-ci ildə şəhəri ələ
keçirərək tamamilə
dağıtmışdılar.
XVI-XVII əsrlərdə baş verən Səfəvi-Osmanlı
müharibələri zamanı
Gəncə şəhəri
dağıdıldığı üçün Şah Abbas tərəfindən Gəncə şəhəri
əvvəlki yerindən
təxminən 6 km aralıda
yenidən salınmışdır.
Düşmənlərə sipər olan şəhər
1647-ci ildə Övliya Çələbi Gəncəni
6000 evi, 20 min əhalisi,
qala və imarətləri, hamamları,
bağ və bağçaları olan şəhər kimi təsvir edir. Şəhərdə XIV-XV əsrlərə aid İmamzadə türbəsi,
XVII əsrə aid Cümə
məscidi indi də qalmaqdadır.
XVIII əsrin 20-ci illərində
Gəncə şəhəri
Osmanlı və çar Rusiyasının hücumlarına məruz qalmış və bu da şəhərin
inkişafına mənfi
təsir göstərmişdi. 1747-ci ildə
Nadir şah Əfşarın
ölümündən sonra
Gəncə şəhəri
müstəqil Gəncə
xanlığının mərkəzi
olmuşdur. Gəncə təkcə
Azərbaycanda deyil, bütün Cənubi Qafqazda gözəl və böyük şəhərlərdən sayılırdı.
Bağlı-bağatlı və yaraşıqlı
küçələri olan
Gəncə şəhəri
yaşıllıqlara bürünmüşdü.
Səyyah Avril Filip Gəncəyə gəlişini belə təsvir edir: “Biz oraya (Gəncəyə) baharın ortalarında gəldik, saysız-hesabsız
çiçəkli və
yarpaqlı ağaclarla
örtülən evləri
yaşıllıq daha
da gözəlləşdirirdi,
mən belə bir valehedici mənzərə görməmişəm”.
Gəncə eyni adlı
xanlığın paytaxtı
olandan sonra dəfələrlə Kartli-kaxeti
çarlarının hücumlarına
məruz qalmışdır. Gəncəli Cavad xan Ziyadoğlu xanlığın
idarəsini ələ
aldıqdan sonra bu hücumların qarşısı bacarıqla
alındı, xanlığın
mövqeyi xeyli möhkəmləndirildi. Lakin XIX əsrin
başlanğıcında Azərbaycan
xanlıqlarının işğalına
başlayan general Sisianov
gəncə xanlığının
ələ keçirilməsinə
böyük əhəmiyyət
verirdi. Cavad xan general Sisianovun
haqsız tələblərini
qətiyyətlə rədd
etdiyi üçün
rus qoşunları Gəncəni mühasirəyə
aldılar. 1804-cü il yanvarın 2-dən
3-nə keçən gecə
Gəncə rus qoşunları qalaya hücuma başladılar.
Qalanın müdafiəçiləri inadlı müqavimət göstərdilər. Cavad xan
və oğlu Hüseynqulu ağa döyüşlərdə qəhrəmancasına
həlak oldular. Gəncə xanlığı ələ
keçirilərək ləğv
olundu və hərbi dairəyə çevrildi, şəhər
isə öz qədim adını itirdi I Aleksandrın arvadının şərəfinə
Yelizavetpol adlandırıldı.
“Gəncə” adını çəkmək
qadağan olundu.
Bu qaydanı pozanlar
cərimə edildilər.
Çar Rusiyasının Cənubi Qafqazda həyata keçirdiyi inzibati islahat nəticəsində 1868-ci ildə
Yelizavetpol quberniyası
yaradıldı və
Gəncə bu quberniyanın mərkəzi
oldu.
1918-ci il iyunun
16-dan sentyabrın 17-dək Gəncə şəhəri
Azərbaycan Xalq Cümhuriyyətinin mərkəzi
oldu.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər
Qrupu KİV-ə Dövlət
Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilir
Azadlıq.- 2013.- 22 yanvar.- S.14.