Dövləti olmayan xalq –
qaraçılar
«Köçəri adamların» sevinci və kədəri
8 aprel qaraçıların milli bayramıdır
Aprelin 8-də bütün dünyanın qaraçıları milli bayramlarını qeyd etdi. Bu tarix 1971-ci ildə, Londonda ilk ümumdünya Qaraçı Konqresi zamanı müəyyən edilib. Həmin gün otuzdan artıq ölkədən olan qaraçı icması nümayəndələri İttifaqlarını təsis etdilər, həmçinin xalqlarının bayraq və himnini seçdilər. “Qaraçılar” 80-dən artıq etnik qrup olsalar da, onların hamısını ümumi mənşə, mədəni kodeks və həyat tərzi birləşdirir.
Təzyiq və təqib qorxusu altında
Avropa Şurası ekspertlərinin
hesabatlarına görə, bütün dünyada, o cümlədən
Avropa Birliyi ölkələrindəki
qaraçılar həm də rəsmi hakimiyyətlərin
ayrı-seçkiliyinə məruz qalır. Onların
tez-tez cəmiyyətə inteqrasiya
etmək bacarığının olmamasında,
yaşadıqları ölkənin mədəni dəyərlərinə
riayət etmək niyyətindən uzaq olmaqda, uşaqları istismar
etməkdə, oğurluq və digər qanun pozuntularında ittiham
edirlər. Beynəlxal qeyri-kommersiya
təşkilatlarının məlumatına görə, bu gün Avropa
ərazisində təxminən 10 milyon
qaraçı yaşayır. Onların 90 faizi
yoxsul vəziyyətdədir. Avropa Birliyi ölkələrində
hər il antisemit və
islamofob insidentlərin rəsmi
statistikası dərc edilir və belə hallarla mübarizədən
danışılır. Ancaq
qaraçıların diskriminasiyası hökumət səviyyəsində
araşdırılmır.
Hər il bu problemlə bağlı “Beynəlxalq amnistiya” hesabat hazırlayır. Aprelin 8-də Marseldə bu beynəlxalq hüquq müdafiə təşkilatının Fransa bölməsi Çexiya, Yunanıstan və Fransada qaraçıların durumu ilə bağlı hesabatını təqdim edib. Hesabat müəllifləri şübhə etmir ki, bu ölkələrdə yerli əhali tərəfindən mütəmadi düşmən münasibətinin təzahürü ilə yanaşı qaraçılara qarşı polis özbaşınalığı da baş verir. Bir çox hallarda isə məsələ heç araşdırılmır.
Diskriminasiya ilə mübarizə kampaniyası
“Beynəlxalq
aministiya”nın Fransa filialında diskriminasiya ilə mübarizə
kampaniyasına cavabdeh olan
Jüli Elyuanın fikrincə, Fransada əksəriyyəti Rumıniya və
Bolqarıstandakı diskriminasiyadan bura qaçan iyirmi min qaraçı miqrant çətin ki, aprelin 8-ni sevincli gün hesab etsin.
İlk növbədə
bu gün
qaraçıların, demək olar, bütün Avropada üzləşdiyi
problemlərə yenə də diqqət yetirməyə imkan verir. “Beynəlxalq
amnistiya”nın hesabatının əsas məqsədi də məhz
budur. “Biz bu hesabatın dərc edilməsini məhz həmin
günə salırıq. Təəssüf ki,
bu il də bir sıra Avropa ölkəsində
qaraçılara qarşı dözümsüzlük
və zorakılığın artığını qeyd etməliyik”,- deyə Elyuan
bildirir.
Bu ölkələrdən biri
Fransadır. “Beynəlxalq amnistiya”nın hesabatında qeyri-leqal qaraçı düşərgələrinin
sökülməsi zamanı ən səs-küylü polis özbaşınalığı
halları və qaraçı miqrantlarının
inteqrasiyası məsələsində hakimiyyətin fəaliyyətsizliyi
vurğulanır. Bu halda
müzakirə mövzusu əsasən
Rumıniya və Bolqarıstandan gələn qaraçı
miqrantlardır. Yerli “köçəri adamlar” da (gens
de voyage - Fransada bu əhali qrupunun müəyyən edilməsi üçün qəbul olunmuş
siyasi nəzakət formasıdır) daimi sıxışdırmadan əziyyət
çəkir. Ancaq
onların problemləri
Fransada leqal statusu olmayan qardaşlarından bir qədər azdır.
Fransada qaraçı
əhali iki kateqoriyaya bölünür:
Şərqi Avropadan gələn miqrantlar və fransızlar. Bu əhali qruplarının
problemləri tamamilə
fərqlidir. Miqrantlar daim
zorakılıqla köçürülmələrə
məruz qalır və daimi yaşayış
yeri tapmaq imkanında deyillər.
Onların fransalı qardaşları əsasən
təhsil sistemində
diskriminasiya, həmçinin
“köçəri adamların”
əhalisi beş
mindən artıq olan yaşayış məntəqələrində inteqrasiyası
ilə bağlı dövlət proqramının
reallaşdırılmasından irəli gələn çətinliklərlə üzləşirlər.
Fransanın “arzuolunmaz miqrantlar”
problemi
Son bir il
ərzində Fransa ərazisində ona yaxın qeyri-leqal qaraçı yaşayış
məntəqəsi ləğv
edilib. Söhbət hazırlıqsız düzəldilmiş düşərgələrdən
gedir. Bu düşərgələrin sakinləri
(bir qayda olaraq 50 nəfərdən
200 nəfərə qədər)
avtofurqon və çadırlarda yaşayır.
Bununla da ictimai parkları
tutur. Hakimiyyətin əlində belə
“arzuolunmaz miqrantları”
ölkədən çıxarmaq
üçün real alət,
vasitə yoxdur, çünki söhbət
Avropa Birliyi daxilində sərbəst hərəkət etmək
hüququ olan quruma daxil ölkələrin
vətəndaşlarından gedir. Ona görə də
təcrübədə “daha
çox sərtlik və minimum tolerantlıq”
siyasəti tətbiq edilir ki, qaraçıların
qovulduqları yaşayış
məntəqələrinə yenidən qayıtmaq həvəsi itsin. Başqa sözlə, qaraçı
düşərgələrinin sakinləri daimi polis yoxlamalarına məruz qalır. Bəzən bu, gecə yarısında baş verir. Bu zaman
əksər hallarda guya təsadüfən onların əmlakına ziyan vurulur. Sahiblərinin təkbaşına çıxara bilmədiyi
qaraçı furqonları
sadəcə zibilliyə
atıla bilər.
Yerli hakimiyyət orqanları bir qayda olaraq
qaraçı miqrantlara
münasibətdə xüsusi
mehribançılıq göstərmir.
Onların uşaqlarını məktəblərə qəbul
etməkdən imtina edirlər. Baxmayaraq ki, bu hüquqa qanunla zəmanət verilir.
Hüquq
müdafiəçisi hesab
edir ki, qaraçı uşaqları
Fransanın bütün
uşaqları kimi təhsil almaq hüququna malikdirlər. Ancaq təəssüf ki, bu sahədə bütün səylərə
baxmayaraq onlar öhdəsindən gəlmək
gücündə olmadıqları
çətinliklərlə üzləşirlər. Çünki bir çox bələdiyyələr onları
təhsil müəssisələrinə
qəbul etməkdən
imtina edir və bunu daimi
yaşayış yerinin
olmaması ilə izah edir.
Fransa
hökuməti artıq
üç sənəd
hazırlayıb. Həmin sənədlər
bələdiyyələrin üzərinə miqrantların
uşaqlarını məktəbə
götürmək öhdəliyi
qoyur. Ancaq bu sənədlər
yalnız tövsiyə
xarakterlidir və əhəmiyyətli gücü
yoxdur. Bir çox hallarda
isə, ümumiyyətlə,
yerinə yetirilmir.
Bütün bu məsələlər “Beynəlxalq
amnistiya”nın hesabatında əksini tapıb.
Hüquq
müdafiəçiləri bir çox fransalı siyasətçilərin
(o cümlədən Sosialist
partiyasından olan hazırkı baş naziri Manuel Valsla) qaraçılarla bağlı
fikirləri ilə razı deyil. Belə ki, siyasilər qaraçı miqrantların
həyat tərzinin Avropa dəyərləri ilə bir araya
sığmadığını, onların inteqrasiyaya meylli olmadığını
və çıxdıqları
ölkəyə qayıtmalı
olduqlarını iddia
edir.
Hüqüq
müdafiəçi Jüli
Elyuanın sözlərinə
görə, təcrübədə
tamamilə fərqli nümunələr görmək
olur. Məsələn, bu adamların
əksəriyyəti adi
həyat yaşamaq istəyir. Artıq çoxdandır ki, söhbət klassik anlamda köçəri həyat
tərzindən getmir.
Rumıniya və Bolqarıstandan olan əksər miqrantlar xeyli müddətdir köç etmirlər,
on-on beş ildir Fransada yaşayırlar. Onlar bu ölkədə
ağır kasıbçılıq
və çətinlik
içində həyat
sürür, ucqar yerlərdə və qeyri-leqal düşərgələrdə
məskunlaşırlar. Bir çox hallarda su, işıq və elementar sanitariya şəraitləri
olmur. Bununla yanaşı Fransanın bir sıra yaşayış
məntəqələrində həyata keçirilən
bir neçə layihənin nəticəsinə
əsasən, bu insanlar normal şəraitdə
yaşamaq imkanı əldə edəndə hamı kimi hərəkət edir: işə gedir, uşaqlarını tərbiyə
edir, fransız dilini öyrənirlər.
Fransada daim hərəkət edən qaraçılar bunu məhz ona görə edir ki, dövlət
onların inteqrasiyasında
maraqlı deyil. Dövlət
səviyyəsində qaraçıların
zorla ölkədən
çıxarılması siyasəti
həyata keçirilir.
Mətbuatda
mütəmadi olaraq növbəti qeyri-leqal düşərgənin ləğvi
ilə bağlı xəbərlər yayılır. Bu düşərgələrin sakinləri
özlərinə növbəti qovulmaya qədər
yeni müvəqqəti yaşayış yeri axtarmalı olurlar. Çünki dövlət onlara
alternativ təklif etmir.
Bir çox halda belə qovulmalar nəticəsində
balaca uşaqları olan
böyük ailələr küçələrdə
yaşayış yeri və yaşamaq üçün
vəsaitləri olmadan qalır. Yalnız nadir hallarda
bu və ya digər regionun (məsələn, Lil
və Marseldə) bələdiyyə hakimiyyətlərinin təşəbbüsü
ilə qaraçılara yüngül
tikililərdə mənzil verir, uğurlu inteqrasiya üçün onlara sosial yardımı təmin edir.
2012-ci ilin avqust
ayında xüsusi nazirliklərarası komissiya qaraçılara qeyri-leqal
yaşayış məntəqələri ləğv edildiyi halda mənzillərin
təqdim edilməsi ilə bağlı tövsiyələr
hazırladı. Ancaq təcrübədə
bu təkliflər də heç
də həmişə həyata keçirilmir.
Gənclərdən qaraçılara dəstək aksiyası
Fransada daha böyük
rezonansa bütöv
qaraçı düşərgəsinin ləğvi deyil, ölkədən qaraçı ailəsinin
deportasiyası səbəb oldu. 2013-cü
ilin oktyabrın 9-da Du
əyalətindən olan 15 yaşlı məktəbli
qız Leonardu Dibrani məktəb
avtobusundan çıxdığı zaman həbs edildi. Onu ailəsi ilə
birgə geriyə, Kosovoya göndərdilər.
Bütün bunlar isə
onunla izah edildi ki, ailə
başçısının yaşayış üçün icazə ilə bağlı bütün müraciətlərinə imtina cavabı verilib. Bu deportasiya Fransada gənclərin etiraz
dalğasına səbəb oldu. Nəticədə
artıq on gün sonra prezident Fransua Oland Leonardanı Fransaya dəvət etdi. Lakin bu dəfə ailəsiz
gəlmək şərti ilə. Qız təklifdən imtina etdi və tədricən
bu hadisə yaddan
çıxdı.
“Leonardanın işi” - qaraçı miqrantların Fransada sıxışdırılması ilə
bağlı olan çoxsaylı hadisələrdən
biridir. Ancaq “Beynəlxalq
amnistiya” nümayəndələri yenə
də pozitiv irəliləyişin olduğunu deyirlər. Bu ilin yanvar ayından Fransada
qaraçı miqrantların inteqrasiyasının
qarşısında daha bir
əhəmiyyətli maneə aradan
qaldırıldı. Rumıniya və Bolqarıstanla imzalanan razılaşmalara əsasən, bu ölkələrdən çıxanlar Fransa ərazisində işləmək hüququna malikdirlər. Bürokratik
və vergi əngəlləri aradan qaldırılıb. Hüquq
müdafiəçiləri də ümid
edir ki, işlə təminata
yaradılan şərait qaraçıların inteqrasiyası
üçün pozitiv
təkan olacaq.
Fizzə
Azadlıq.- 2014.- 14 aprel.- S.12.