“Yenilməz batalyon”u
yubadan Şəki qaymağı
Rafiq Dadaşov filmin kadrarxası məqamlarından
danışır
Modern.az saytı "Kadrarxası"
layihəsini davam etdirir.
Bu dəfə rejissor Rafiq Dadaşov "Yenilməz
batalyon" filminin
kadrarxası məqamlarından danışır. Filmin ssenari müəllifi
Qılman Musayev, quruluşçu
rejissor Hüseyn
Seyidzadə, operatorlar Xan
Babayev, Rasim İsmayılov, quruluşçu
rəssam Nadir Zeynalov,
bəstəkar Cahangir Cahangirov,
“Teymurun mahnısı”nı ifa edən İslam Rzayev, filmin
direktoru Nazim Ələkbərovdur.
Rollarda Tamilla Ağamirova, Vladimir Yemelyanov, İsmayıl
Osmanlı, Anatoli Yurçenko,
Müxlis Cənizadə, M.Orlov,
İsanbet
Prozat, Valentin Kulik, Ofeliya Məmmədzadə,
Mixail Puqovkin, Ceyhun Mirzəyev, Pavel Vinnik, Hüseynağa
Sadıqov, Zoya Çekulayeva
və başqaları çəkilib.
“Şəkidə
elə yağış yağdı ki”
Rafiq Dadaşov film haqqında məlumat verməyə başlayarkən öncə ekran əsərinə həsr olunan verilişlərdə gedən yalnış informasiyalara aydınlıq gətirib. O qeyd edib ki, “Yenilməz batalyon”la bağlı hazırlanan bir neçə televiziya verilişində filmin çəkiliş yeri olaraq Zaqatala rayonun adı çəkilib. Halbuki, ümumiyyətlə bu filmlə bağlı Zaqtalada hər hansı çəkiliş olmayıb.
Rafiq Dadaşov: “Deməli, ”Space" telekanalında “Yenilməz batalyon” filminə aid hazırlanmış bir verilişə baxırdım. Aparıcı çəkiliş yeri olaraq Zaqatalanın adını vurğulayırdı. Halbuki, həmin rayonda çəkilişlərimiz olmamışdı.
Bütün çəkilişlər Bakıdakı köhnə kinostudiyanın pavilyonunda, eyni zamanda da Şəkidə həyata keçirilib. Əsas natura çəkilişləri elə Şəkinin adıyla bağlıdır. Səhnələr Şəkiətrafı, Oğuz (Qırxbulaq səhnəsi, arabanın partlaması), Xanabadda (final səhnəsi) ekranlaşdırılıb.
Deməli, 1964-cü ilin sentyabr ayı idi, bütün heyətlə Şəkiyə yollandıq. Biz iki ekspedisiya ilə Şəkiyə getmişdik. Çəkilişlər zamanı çox böyük çətinliklərimiz oldu. Biz Şəkiyə çatdıq, yerləşdik. Təsəvvür edə bilməyəcəyiniz qədər güclü yağış yağmağa başladı. Gözləməli olduq, bir gün, iki gün...
Demək olar ki, hər gün boşluq idi. Yuxudan durub nə edəcəyimizi
bilmirdik. Gördük ki, bu yağış kəsən
deyil. Bir ay ərzində boş
yerə Şəkidə
gözlədik. Nəhayət qərara gəldik ki, Bakıya qayıdıb pavilyon çəkilişlərini həyata
keçirək. Bu gecikmələrdən dolayı
filmin çəkilişləri
bir ildən çox vaxt aldı.
Böyük səhnələrdən olan
həyətdə ev tikilməsi, işçilərin
yük daşıması,
kazarma, dərzi Yusifin evi pavilyonda
qurulmuş səhnələr
idi".
Rafiq Dadaşov
qeyd edir ki, filmdəki dava səhnəsində çəkilənlər əsl
idmaçılar olub.
Xavərin pianino çaldığı
səhnə iki yerdə çəkilib. Böyük qonaqlıq
yeri Nizami bağında yerləşən
böyük bir klubda, tək başına pianinoda ifa etdiyi səhnə
isə köhnə kinostudiyada ekranlaşdırılıb.
İfa edən isə o özü deyilmiş.
Kadrda görünən də onun əlləri olmayıb.
“Həsən
Seyidbəyli çəkiliş
prosesində çox qəddar idi”
“Yenilməz batalyon” Rafiq Dadaşovun böyük filmdə ilk işi olub. Onun Həsən Seyidbəyli ilə birgə işi isə “Dağ meşəsindən keçərkən...” kinoalmanaxı ilə başlayıb.
“Yenilməz batalyon” filmində
titrlərdə adı keçməsə də, o rejissor köməkçisi
kimi iştirak edib. O, deyir ki, o vaxt
rejissor köməkçisinin işi “xlapuşka” vurmaq, gün ərzində
baş verənlərlə bağlı hesabat hazırlamaq, kim
işə gəlib, kim gəlməyib,
çəkiliş üçün
lazım olan avadanlıq, hansı səbəbdən
çəkiliş gecikib, bunların hamsını
qeyd etməkdən ibarət idi.
“Yəni, sabahısı gün
filmdə gecikmə
olardısa, yazılı şəkildə
izahat verirdik”
Rafiq Dadaşov: “O vaxt hər şey indiki kimi asan
deyildi. Həm maddi, həm
də texniki baxımdan çətinliklə
vardı. Həmçinin ÿnəzərə alın
ki, bu filmdə
kadrlar bir neçə dubla çəkilirdi. Təsadüfi hallarda olardı ki, hanısısa kadr 2-3 dubla çəkilsin. Həsən Seyidbəyli
çəkiliş zamanı
çox tələbkar
və qəddar idi. Onun tələbkarlığı səbəbindən dublların
sayı çox olurdu. Çəkilən səhnələr onu qane etməyəndə,
əlbəttə ki, dublların da sayı artırdı.
Sonda isə çəkilən
dubllar arasından film
üçün daha yararlı olanları seçilirdi.
Bakıdakı pavilyon çəkilişlərini bitirdikdən sonra yenidən Şəkiyə yollandıq. Əsas səhnələr Şəkidəki türmə-qalanın ətrafında reallaşdırıldı. Deməli, türmənin ətrafında dekorasiyalar tikmişdik. Qala çəkilişləri, əsgərlərin addımlaması, barabanların çalınması hamısı orda lentə alınıb".
“O vaxt asfalt yox
idi, yerə
”qəmbərlik"
düzmüşdük"
Rafiq Dadaşov: “O vaxt asfalt yox idi.
Buna görə də,
Moskvadan
”qəmbərlik" sifariş
vermişdik. “Qəmbərlik” təxminən
1 metrlik bərk rezin idi. Onu yerə döşəyib üstündən də torpaq səpirdik ki, real yol görüntüsü
yaransın. Qəmbərlik olmasa, çəkilişlərdə
aktyorların yeriməsi,
səhnələri qurmaq
çətin olardı".
Aktyorların rolları müqabilində
aldığı qonarara
gəldikdə, Rafiq Dadaşov deyir ki, maaş
stavkalarla verilirdi.
“Çəkildiyi metrajdan
asılı olaraq aktyorun qonorarı müəyyən olunurdu. Gündəlik
norma 35 metr
idi. Ən böyük stavka
xalq artistləri üçün 50-70 manat
idi. Onları xüsusi
dəvət edirdilər”.
“Boğazındakı
xərçəng Xan Babayevə
sona qədər iştirak
etməyə imkan vermədi”
Çəkilişlərə start veriləndə
filmin ilk operatoru Xan Babayev olur.
Hər şeyin uğurla davam etdiyi bir
vaxtda amansız xərçəng xəstəliyinə
yoluxan Xan Babayev səhhətindən
dolayı işini davam etdirə bilmir.
Rafiq Dadaşov: “Xan Babayev çox gözəl insan idi. Heyf ki, həyatının
ən yaxşı çağlarında bizi tərk etdi. Çünki, boğaz xərçəngi
ona nəfəs almağa imkan vermirdi.
Filmi yarımçıq
qoymaq məcburiyyətində
qaldı və kino ittifaqında çalışmağa başladı. Bundan təxminən
bir ilə yaxın müddət keçdikdən sonra isə onu itirdik.
Xan filmdən
gedəndən sonra operatorluq Rasim İsmayılova tapşırıldı. Rasim də
çox güclü
operator idi. Ona görə
də operatorun dəyişməsi çəkiliş
qrupu üçün
heç nəyi dəyişmədi. Çəkilişlər
start götürdüyümüz səviyyədə də davam etdi".
Rejissor qeyd edir ki,
Xavərin Dobrovolski ilə sağollaşdığı
səhnə üçün
bütün günü
hazırlıqlar görülüb:
“Filmdə 30 saniyəlik
yer alan
bir kadr üçün səhərdən
axşama qədər
bütün heyətlə
hazılıqlar gördük.
Uşaqlar kranı qurdu,
yerləri müəyyən
etdi, real alınması
üçün yeri dərə-təpə kimi
düzəltdilər. Xüsusilə də ahənglik
təşkil etməsi
səbəbiylə Günəşin
batmasını gözlədik.
Və vida səhnəsi axşam saat 8-də ekranlaşdırıldı”.
Filmin “Xavər”i hazırda
Moskvada yaşayır
Nəzər yetirdikdə filmdə rus aktyorlarına üstünlük verildiyini görürük. Rafiq Dadaşov bunu filmdəki obrazların rus olması ilə əlaqələndirir: “Əsasən rus, tatar aktyorları Vladimir Yemelyanov, Pavel Vinnik, Anatoli Yurçenko, Mixail Puqovkin və başqaları filmdə çəkilmək üçün dəvət olunmuşdu. Onlarla bizim aktyorlar arasında hər hansı narazılıq olmurdu. Çünki, qrup peşəkarlardan ibarət idi. Hamı öz işinin öhdəsindən bacarıqla gəlirdi.
Müsahibimiz qeyd edir ki, Xavər rolunu canlandıran Tamilla Ağamirova hazırda Moskvada yaşayır: “Nikolay Sliçenkoyla ailə qurmuşdu deyə, filmlərdə çəkilməyi demək olar ki, dayandırıb Əsasən teatrda oynamağa başlayıb”.
Tamilla Ağamirovanın 1952-ci ildə konsert vermək üçün yollandığı Sverdlovsk şəhərində (indiki Yekaterinburq) taleyini dəyişəcək görüş baş verir. Həmin vaxt Sverdlovskda tamaşa proqramı ilə çıxış edən və dünyaya yeganə qaraçı teatrı sayılan Moskvanın “Romen” teatr truppasının üzvlərindən olan Lyalya Çernaya şəhər mehmanxanalarından birində Tamilla Ağamirova ilə üzləşir və ona işləmək üçün təklif verir. Tamilla dərhal Çernayanın “Romen” teatrında işləmək barədə təklifini qəbul edir. Elə həmin gün teatrın bədii şurası azərbaycanlı xanımın truppaya qəbul olunması ilə bağlı müsbət rəy verir.
Beləliklə, 24 yaşlı Tamilla Ağamirova 1952-ci ildən etibarən qaraçıların “Romen” Musiqili Komediya Teatrının aparıcı aktrisası olur. Amma teratr kareyrası ilə yanaşı, Tamilla Ağamirova kino təklifləri də almağa başlayır. 29 yaşında böyük ekranda debut edən azərbaycanlı xanım kino karyerasını ikinci planda saxlayır və daha çox teatr tamaşalarında iştirak edirdi.ÿ
Təsadüfi deyil ki, uzun karyerası boyu Ağamirova cəmi 12 filmdə çəkilib.
Tamilla Ağamirovanın şəxsi həyatına gəlincə, o karyerasını “Romen” qaraçı teatrı ilə bağladığı kimi, həyat yolunu da qaraçı oğlanla - SSRİ Xalq artisti (1981), tanınmış kinorejissor, aktyor, müğənni və rəqqas Nikolay Sliçenko ilə bölüşüb. Onlar uzun illər birgə çalışdıqları “Romen” teatrında tanış olublar. Hazırda Moskvada övladları, nəvələrilə birgə yaşayırlar.
“Rus
aktyorlar Şəki qaymağından
yeyib qarınağrısına
düşdülər”
Rafiq Dadaşov: “Moskvada mərkəzləşmiş aktyor şöbəsi vardı. Rejissor və assistentlər siyahıya baxaraq istədiyi aktyoru seçib filmə dəvət edirdi. Sınaq çəkilişlərindən uğurla keçənlər filmə təsdiq olunurdu. Müqavilə bağlanırdı və aktyorlar filmdə çəkilirdi”.
Filmdə istifadə edilən kostyumlara gəlincə, rejissor deyir ki, onları, eləcə də digər lazımi avadanlıqları Moskvadakı sexdən sifariş veriblər: “Vladimir Yemelyanov, Pavel Vinnik, Valentin Kulik ilk dəfə Şəkiyə gəlmişdilər. O vaxt Şəki bazarında ucuzluq idi. Bunlar fasilədə bazarın canına düşür, ucuz qaymaqdan görüb nəfslərinə güc gələ bilmirlər. Qaymaqdan o qədər yeyirlər ki, axırda qarınağrısına düşürlər. Elə onların qarınağrısından dolayı iki gün çəkilişlər ləngidi. Çünki, onlar bu müddət ərzində otaqda yatıb özlərinə gəlməyə çalışırdılar”.
Rafiq Dadaşov daha bir rus aktyoru Puqovkinlə bağlı xatirsəni də bizimlə bölüşüb: “1964-cü ilin qışı idi. Puqovkin Bakıya gəlməli idi. Bulvar ərazisində böyük əyləncə mərkəzi vardı. Gözlədiyimiz reysdə o gəlmədi. Fikirləşdik ki, gecikir. Uşaqlarla birlikdə bulvar ərazisindəki həmin klubda oturduq, yeyib-içməyə başladıq. Bir də baxdıq ki, Puqovkin bizdən kənarda başqa qrupun uşaqları ilə əylənir, özü üçün yeyib-içir. Bakıda başqa uşaqlar onu qarşılayıb gətirmişdilər. O vaxt aktyora münasibət başqa cür idi. Tam təmannasız olaraq hörmət edirdilər”.
Əksəriyyətinin gəlmələr olmasına baxmayaraq rejissor deyir ki, aktyorlar arasında münasibət çox gözəl olub. Hətta bizimkilər onlar üçün dəfələrlə qonaqlıqlar təşkil edib, vaxtlarının səmərəli keçməsinə çalışıblar. Xalqımız qonaqpərvərliyini burda da nümayiş etdirib. Onları istirahət evində qonaq ediblər. Onlar razılıqla Azərbaycandan ayrılıb.
Azadlıq.- 2014.- 29 dekabr.- S.14.