İrəvan - ata-baba torpaqlarımız... .

 

Ulu babalarımızın doğma məskəni, əsrlərlə idarə etdikləri Çuxursəəd (İrəvan) bölgəsinin qədim tarixi danılmazdır. Ölkə kimi tanınan bu bölgənin başçıları - Əmirlər və Bəylərbəylərin ərazilərinin müdafiəsi naminə göstərdikləri şücaət və qəhrəmanlıqlar nəsillərdən nəsillərə keçərək bizlərə gəlib çatıb.

 

Tarixə ekskursiya...

 

Çuxursəəd Bəylərbəyləri şəhər-kəndlərinin inkişafı və yenilərinin salınması, abidələrin və müqəddəs yerlərin qorunmasında özünəməxsus idarəçilik məharəti göstəriblər. İrəvan elinin tanınmış sərkərdələri, zamanın sosial-siyasi proseslərini düzgün qiymətləndirib, müdrik addımlar ataraq güc işlədənlərin cavabını vaxtında verə biliblər. Azərbaycanın Çuxursəəd Bəylərbəyləri milli iradə və özünüdərginə sadiq qalaraq, şəxsi nümunələrilə tanınıb-sayılıb, tarixin keşməkeşli səhifələrində unudulmayıb, dünyanın məşhur kitabxana və arxivlərində onların fəaliyyətindən bəhs edən xeyli sənəd və materiallar toplanıb saxlanılıb. Bir çox tarixi sənədlər, qədim erməni qrabar əlifbası ilə yazılmış kitablarda olduğu kimi, öz əksini tapıb.

500 il əvvəl - 1515-ci ildə Çuxursəəd (İrəvan) ölkəsinə Bəylərbəyi təyin edilən, çox cəngavər sərkərdə Div Sultan Rumlu sədaqət və qabiliyyəti ilə xalqına xidmət göstərib. Belə bir ölkə başçısının, yaddaşlardan silinməyən, böyük tarixi şəxsiyyətin xatırlanması məqamı gəlib çatıb, onu yad etməyin zamanı yetişib. Onun Çuxursəəd Bəylərbəyliyinə başçılıq elədiyi 25 ildə Çuxursəəd (İrəvan) bölgəsinin sabit idarəçilik sistemi, müəyyənləşmiş coğrafi sərhədləri, qoşun hissələri, inzibati bölgüsü, mülkiyyət formaları mövcud olub. Bu dövrdə Çuxursəəd Bəylərbəyliyi qonşuları ilə müqayisədə xüsusi çəkiyə və mövqeyə malik idi.

Zaman insanlarımıza bir müddət qəm-kədər, acı günlər versə də, onların sonsuzluğa qədər davam eləməyəcəyi bəlli idi. Artıq dövr öz hökmünü verməyə başlayır. Güclə Azərbaycanın tarixi torpaqları - İrəvan ərazisində məskunlaşdırılan “axparlar (xarici ölkələrdən İrəvan torpaqlarında məskunlaşdırılmaq üçün köçürülən erməniləri özləri bu adla çağırırlar) son illər kütləvi şəkildə köçüb gedirlər. Ərazini tərketmə yeganə və düzgün qərardır ki, bu yalnız bəyənilə bilər. Dinimiz, dilimiz ayrı olsa da, Allahımız birdir. “Axpar”ların özlərinə “yeni vətən” axtarmalarına uğurlar diləməli, lazım gələrsə, maddi-mənəvi dəstəyimizi də əsirgəməməliyik. Allaha inananaxpar” yaxşı bilir ki, azərbaycanlıların öz torpaqlarında yaşamalarını qadağan etmək Allahın qəzəbinə tuş gəlməli idi.

Vilayət, respublika və sovetlərdən sonra müstəqil qalan “Ermənistan”a 180 ildir ki, “spyurkahay” (xarici ölkələrdə əsrlər uzunu daim yaşamış ermənilərə özləri bu adı veriblər) yığışa bilmirdünyada sayca da xeyli azalıblar. XXI əsrin əvvəlində ölkələrdən verilən statistik məlumata əsasən, hələ assimilyasiyaya uğramamış 5 milyona yaxın “spyurkahayvar - Avropa ölkələrində 3 milyona qədər, Amerika ölkələrində 750-800 min, Asiya ölkələrində 450-500 min. Ermənistan rəsmləri isə dünya ölkələrindəki ermənilərin sayını şişirdərək 10 milyon göstərirlər. Erməni icmalarının sorğularından məlum olur ki, “spyurkahay”ların 98 faizi turist kimiolsa, Ermənistana gəlməyib, məskunlaşmaq barədə düşünmək belə istəmirlər.

 

“Ermənistan”ın mühacir başçıları...

 

Yaranmış vəziyyətin əsas səbəblərindən biri Ermənistanın qonşu dövlətlərlə daim gərgin - özünü məhvə aparan münasibətdə olmasıdır. Türkiyə respublikasına qarşı, türklərə nifrət, ədavət qızışdırmağa və ərazi işğalına yönəldilən “erməni-türk əbədi düşmənçiliyinə” köklənən qondarma soyqırımı... Azərbaycan torpaqlarını işğal edən, yüzminlərlə ölümlərə, əlillərə, itkin-qaçqınlara səbəb olan, 30 ilə yaxın və hələ də sonu görünməyən müharibədə dağılmış kəndlər, azərbaycanlıları “düşmən obrazında” təqdim edən küt siyasət... Gürcüstan ərazilərinin işğalı ilə əlaqədar 100 illiyinə az qalmış - unudulmayan “erməni-gürcü müharibəsi”, təzyiq məqsədilə hesablanmış Cavaxetiya, kilsələrarası mübahisəli məsələlər... İranla ilbəil hərtərəfli zəifləyən əlaqələr (dinlərə, millətlərə ifrat erməni millətçiliyi)... Bütün bunlar İrəvan torpaqlarında yapılan “Ermənistan”ı “ömrü gödək” edir. Qonşuların dinamik inkişafı, Ermənistanın saatbasaat geriləməsi “axpar”ları “yeni vətən” axtarışına yönəldir. Ölkədə qalan 1 milyona yaxın əhalinin yarısı da köçməyə hazırlaşır ki, Allah onları arzularına yetirsin...

İrəvan Xanlığı torpaqları imperiyalar tərəfindən ermənilərə hədiyyə edildiyindən, nominal statusdan qurtula bilmədiyindən Ermənistan rəsmən müstəqil ölkə kimi tanınsa da, dövlət kimi müstəqil yaşaya bilmir, gələcəyi də qaranlıq görünür. Ermənilərin nə dövləti, nə dövlətçilik ənənəsi, nə də ki, idarəetmə təcrübələri olmadığından, artıq dövlətçiliyini itirmək ərəfəsindədir. Ölkə çökür, xarici borclar içərisində boğulur, əhalisizləşir - əmək qabiliyyətlilərinin yarısı işsizdir, xalq hakimiyyətə inanmır, kasıblar dilənçiləşir, kəndlər boşalır - xarabalaşır, torpaqlar sahibsiz qalır...

İlk prezidentə zor və təzyiq edilərək istefaya göndərilir; parlamentin iclas zalı qan gölünə çevrilir, spikerlə birgə deputatlar xüsusi amansızlıqla qətlə yetirilir (parlamentarizmin bir neçə əsrlik tarixində millətin seçdiyi vəkillərə qarşı belə bir qəddarlıq qeydə alınmayıb); demokratik seçki tələbilə mitinqə çıxanlar zalımcasına güllə baran edilir, öldürülərək qanları küçələrə axıdılır...

Millətini rəhmsizcəsinə öldürən, qonşularına düşmən kəsilən, gələcəyini görə bilməyən, xırda ölkənin vətəndaşı olmaqaxparüçün əlbəttə, arzuolunmazdır.

İrəvan Xanlığı torpaqlarında ermənilər tarixən heç zaman daim yaşamadıqları üçün əvvəllər də, sovet dövründə də “Ermənistan”ın başçıları mühacirlərdən olub. “Müstəqil Ermənistan”ın ilk prezidenti Levon Ter-Petrosyan “Suriyahaydır” (Siriya ermənisi), Hələbdəndir. O, iki yaşından İrəvandakı “Toxmaq gölü” - azərbaycanlılar yaşayan məhəllədə böyüyüb, Leninqradda - Peterburqda oxuyub, elmi biliklər alıb, Ecmiadzin kilsəsində işləyib. Onun atası Suriya Kommunist Partiyasını yaradanlardan biri olub, fransızların əleyhinə təşkil edilmiş hərəkata qoşulduğuna görə oradan qaça bilib.

“Müstəqil Ermənistan”ın ikinciüçüncü prezidentləri Azərbaycan vətəndaşları olub - Xankəndidə doğulublar. Robert Köçəryan ziyalı ailəsində (atası və anası elmi işçi olub), Serj Sərkisyan fəhlə ailəsində (atası dəmirçi, anası fəhlə olub) dünyaya gəlib. Onlar həmyaşıddılar. Gözümüzün qabağında böyüyüb, oxuyub, əsgərliyə gedib-qayıdıblar, bir neçə il fəhlə işlədikdən sonra sovetlərin kadr siyasətinə uyğun olaraq, komsomola işə göndərdik, sonra onlara partiyada xırda işlər verdik. Hər zaman əl tutmuşuq, köməyimiz dəyib - nankor, qəddar olacaqlarını nədənsə, hiss etməmişik, qaranlıq tərəfləri çox olsa da, qabartmaq istəməmişik. Idarəetmə sahəsində qabiliyyətsiz olduqlarına əminlik yarandığı üçün Dağlıq Qarabağda, hətta xırda kollektivə də rəhbərliyi etibar etməmişik. Az keçməmiş Ermənistanı “idarə edənlər” oldular... Açıq havada teatr səhnəsini xatırladan ikinci “erməni dövləti Artsax” yaradıb (50 min əhalisi qalib ki, onun da yarısı hərbçilərdir) işğal elədikləri rayonlaraprezident” təyin etdilər. Bahadur (əsl adıdır) Sahakyan (atası və anası mühasib olublar), Xankəndidə doğulub, azərbaycanlılar yaşayan küçədə böyüyüb, 12 il fəhlə işləyib, orta məktəb təhsili var, prezident eləmək üçün hüquqşünas diplomu veriblər. Başqa ölkə vətəndaşlarını “prezident seçmək” erməni metodikasıdır ki, bu da dünya seçki sistemində nadir hadisədir. Dilənçilik yolu ilə “iki dövlət”, “iki ordu”, “iki prezidentsaxlamaq da dünyanın dövlətçilik tarixində yenilikdir.

 

“Erməni krallığı” arzusu

 

Məsələyə diqqətlə yanaşılarsa, ermənilərin “kəşf etdikləri dövlətlər” - “hayaşad” (ermənilər özlərinin tarixən sıx yaşadıqları və sayca çoxluq təşkil elədikləri ölkələri belə adlandırırlar) ABŞ, RusiyaFransa üçün çox önəmlidir. Ona görə ki, əsrlər boyu bu ölkələrdə yaşamış yüzminlərlə erməninin kilsələri, məktəbləri və xeyli siyasi qurumları vardır (İrəvan və Qarabağ xanlıqlarından da xeyli əvvəl ermənilər orada məskunlaşmışdılar). Yaddan çıxmamalıdır ki, hələ 1930-cu ildə erməni başbilənləri bir sıra dövlətlərə müraciət elədilər ki, “hayaşad” ölkələrin ərazilərində “Erməni krallığı” yaradılmalıdır. 1932-ci ildə bu məsələ SSRI-də də xeyli müzakirə edildi. Hazırda Birləşmiş Millətlər Təşkilatı (BMT) var və “Erməni krallıqları”na baxıla bilər. Hayaşadlar “erməni dövləti yaratmaq” təcrübəsini özlərində tətbiq eləsələr, həm “spyurkahaylar iki “müstəqil erməni dövlətləri”nin silah-sursat-maliyyə yükündən azad olar, həm də Minsk Qrupu öz fəaliyyətini ölkələrində davam etdirə bilər. Və beləliklə, Qafqaz sakit qalar.

İrəvan torpaqlarından “axpar”ların qayıtmaları elə sürət götürüb ki, bunu gizlətməyə çalışsalar da, alınmır. Ermənilər üçün bu, milli fəlakət hesab edilir və “ardaqax”ın (Ermənistan vətəndaşlığını atıb bir daha geriyə dönmək istəməyənlərə deyirlər) qarşısıalınmaz olduğunu hakimiyyət təsdiqləyir. Parlamentdə isə Ermənistanın dövlət kimi məhvə yuvarlanması deputatların müzakirə etdikləri əsas məsələlərdən biridir. Parlament boşalmaqda olan 32 sərhəd kəndini bütün dövlət rüsumlarından azad etsə də, “ardaqax” dayanmayır. İşğalçılıq, talançılıq və ultra millətçiliyə qarşı nifrəti olan azad fikirli ermənilərin boğulması, qorxudulması daaxparlarda ümidsizliyi daha da artırır.

Bir ölkədən digərinə köçetmə vərdişlərini unutmayan, öz vətənlərinin olmadığını yaxşı bilən “axparlar üzüntülərlə yaşamaqdan beziblər. Onlar Qafqazın ermənisizləşdiyini, Ermənistanın “haysızlaşmasını və Qarabağın müharibə içərisində alovlandığını görüb, yaşamaq üçün sakit olan ölkələri seçirlər. Alicənablıq göstərib dinc yolla ərazilərimizi tərk edən ”axpar"ların Allah yolunu açıq eləsin. Gələcəyimizi tarixi yaddaşlarımıza yönəldərək irəliyə getmək borcumuzu verməyin vaxtı çatıb.

İrəvan xanlığı və ondan əvvəlki tarixlərə nəzər saldıqda görmək olur ki, bölgəni idarə edənlər uzun müddət hakimiyyətdə olub, bu ənənə onilliklərlə davam edib. Div Sultan Rumluya hakimiyyəti təhvil verən Həsənəli Qaraqoyunlu 1460-cı ildən 1515-ci qədər, yəni yarım əsrdən çox Çuxursəəd (İrəvan) bölgəsinin hakimi olub. Həsənəli Qaraqoyunlunun hakimiyyətə gəlməsinin 500 illiyi XX əsrin 60-cı illərinə - SSRI dövrünə təsadüf etdiyindən və bu dövrdə Azərbaycan tarixinə baxış bolşevik ideologiyasının qəbul edilmiş stereotiplərindən irəli gəldiyindən, yubileyin keçirilməsi qeyri-mümkün idi. Div Sultan Rumlunun sələfi Hüseyn xan Sultan Rumlunun hakimiyyət başçısı təyin edilməsinin 500 illiyi 2050-ci tamam olacaq. Allahın köməkliyilə həmin yubiley İrəvan şəhərində böyük təntənə ilə qeyd ediləcək.

Ardaqaxfenomeni reallıqdır, bu arzu deyil, həqiqətə çevrilmək üzrədir. Yer kürəsinin beşdə birinin - atom silahı arsenalının sahibi SSRI az müddətdə necə çökdüsə, Ermənistanın süqutu daha tez və qaçılmazdır. Bu günlər addım-addım yaxınlaşır. İrəvan bölgəsinin öz sahiblərinə qayıtması uğrunda ardıcıl və qətiyyətlə mübarizə aparmağın vaxtı yetişib, Allah özü buna imkan yaradır.

Azərbaycanın Çuxursəəd (İrəvan) bölgəsi Bəylərbəyi Div Sultan Rumlunun 2015-ci ildə hakimiyyətə gəlməsinin 500 illiyi tamam olur. Belə bir tarixi hadisənin qeyd edilməsi, bu yubileyin ölkəmizin hər yerində keçirilməsi xalqımızın tarixinə hörmət əlamətidir. İrəvan torpaqlarının ata-babalarımıza, öz xalqımıza məxsusluğuna diqqət çəkmək yaddaşları bir daha möhkəmləndirər.

 

Maksim Musayev,

Milli Məclisin keçmiş deputatı

 

Azadlıq.- 2015.- 10-11 yanvar.- S.14.