Sumqayıt olayları: Heç vaxt heç bir yerdə
deyilməyənlər
əvvəli ötən
sayımızda
Tək
Sumqayıt hadisələri
ilə bağlı adlandırılacaq filmin beynəlxalq ictimaiyyət üçün maraqlı
olmayacağından filmi
o cür adlandırmışdı. Həmin dövr Təhsil Naziri vəzifəsində
çalışan Misir
Mərdanovla görüşüb
Sumqayıt hadisələri
həqiqətlərinin vacibliyini
qeyd etməklə tədris proqramında əks etdirilməsini xahiş edib kitabı ona təqdim elədim. 3 gün sonra
Misir müəllim mənə zəng vuraraq kitabda olan məlumatların çox vacib olduğunu və bununla bağlı 10 və 11-ci siniflərlə
görüşlərin keçirilməsini
təklif elədi.
Təşəbbüsü
müsbət qəbul
edəndən bir neçə gün sonra məktəblərin birində şagirdlərlə
2 saatdan artıq davam edən və çox maraqlı bir tədbir baş tutdu. Bundan sonra,
vaxtilə Əli Kərimlinin yanında durmağı ilə fəxr edən, bu gün onu
qamçılayan AZ TV-nin
aparıcı siması
Ibrahim Məmmədov kitabla
bağlı film çəkəcəkləri
müjdəsini verdi və bu işdə ona kömək etməyimi xahiş etdi. Bir müddət keçmiş
Sumqayıtla bağlı
yeni saytın təqdimat mərasiminə
dəvət etdilər.
Kitabın özündə yazmışdım ki, bu hadisə o qədər zəngindir ki, kitabda qeyd
olunan hər bir başlıqla bağlı ən azından onlarla kitab yazıla və sayt yaradıla
bilər. Güman etdim
ki, bundan sonra hakimiyyət Sumqayıt hadisələrinə
lazımi diqqəti yetirəcək. Ancaq
yenə yanıldım...
Əli Həsənov və Mənsur
İbayevin “qəhrəmanlığı”
Xarici
Işlər Nazirliyi nəinki kitabı başqa dillərə tərcümə etmədi,
götürdükləri kitabları
belə yaymadı və ardınca mənimlə bütün
əlaqələri kəsdilər. Təhsil Nazirliyi tərəfindən
təşkil edilən
tədbir şagirdlərlə
birinci və sonuncu görüşüm
oldu. Mənə məlum olmayan
səbəblərdən bu
təşəbbüsü dayandırdılar. Saytın
təqdimatında gördüyüm
o oldu ki, eyni bizim yaratdığımız
saytdakı məlumatlardır,
sadəcə www.sumgayit1988.com adında “g” hərifi “q” hərfinə dəyişdirilib.
Hadisələri olduğu kimi
filmdə canlandırmaq
istəyən Rüstəm
Ibrahimbəyov düşmən
elan olundu. Sənədli filmin çəkilişi üçün
Ibrahim Məmmədova məhkəmə
prosesini gizli izləyib, sahiblərinə
telefonla məlumat verən, tərəfimdən
məhkəmə prosesində
iştirak edən gənclərlə birlikdə
tutulub Ali Məhkəmə
sədrinə təhvil
verilən erməni milliyyətindən olan DTK
(KQB) işçisi Çaturyanın
haradan, necə zəng etməsini yerində göstərməkdən
tutmuş, bir çox məsləhətlərimi
bildirməklə əlavə
olaraq bir günlük müsahibə
verdim. Hər seriyası 1 saat 20 dəqiqədən ibarət
3 seriyalı, Sumqayıt
hadisələri ilə
bağlı çəkilmiş
sənədli filmdə
mənə 1 dəqiqədən
az vaxt ayrıldı.
Onun da ayrılması
bir səbəblə bağlı idi ki, tamaşaçılar Sumqayıt işində prokurorun kim
olduğunu bilsinlər.
Bu da bəd
niyyətdən doğmuşdu,
çünki, o filmi çəkdirənlər gözəl
bilirlər ki, Azərbaycan tamaşaçıları
ədalətsiz baxılmış
istənilən cinayət
işində günahı
prokurorda görürlər.
Əvəzində o dövr
Sumqayıtda yüksək
vəzifə tutmuş,
qorxusundan səsini belə çıxartmayan,
bu gün Baş Nazirin 1-ci müavini, Qaçqınların
və Məcburi Köçkünlərin Işləri
üzrə Dövlət
Komitəsinin sədri
işləyən Əli
Həsənov və yuxarıda qeyd etdiyim Mənsur Ibayev bolluca öz qəhrəmanlıqlarından
danışdılar.
Dindirmə yoxsa məzhəkə?
Bir müddət sonra Azərbaycan Respublikası Baş prokurorluğu Baş prokuror Zakir Qaralovun adından Sumqayıt hadisələri
ilə bağlı cinayət işinin təzələnməsini, istintaq
qrupunun yaradılmasını
elan etdi və xahiş etdi ki, kimlərdə
Sumqayıt hadisələri
ilə bağlı hər hansı məlumat varsa onlara bildirsinlər. Niyyəti əslində o hadisələri
araşdırmaq olan orqan birinci növbədə
o işin bilavasitə
iştirakçısı kimi
məni dəvət edib dindirməli idi. Bu olmadı.
Dəfələrlə etdiklərim zənglərdən
uzun müddət keçəndən sonra məni dindirmə üçün Ağır
cinayətlər üzrə
istintaq idarəsinə
dəvət etdilər.
Səhər tezdən getdim
ki, işlə bağlı ən azından gün ərzində dindiriləcəm.
Ifadə verməyə
başladıqdan az müddət sonra müstəntiq bildirdi ki, qısa
olmaq lazımdır, bu qədər ətraflı danışmağa
ehtiyac yoxdur. Artıq protokolu yekunlaşdıracaqlarını
gördüyümdən imza
edəndə öz xəttimlə əlavə
etdim ki, dindirmənin gedişindən,
səthiliyindən mənim
dindirilməyimin formal xarakter
daşıdığının şahidi oldum. Müstəntiqə bildirdim
ki, əlavəni ona görə etdim ki, qoy
gələcək nəsillər
görsün ki, 20 ildən artıq müstəqil dövlət
olsaq da bu günki hakimiyyət
Sumqayıt hadisələrinin
ətraflı araşdırılmasında
maraqlı deyil! Əlavəmi narazılıqla
qarşılayan müstəntiq,
otaqdan çıxmaq istədikdə, başqa müstəntiqlərlə bildirdilər
ki, tələsməyin
Sizinlə bağlı
əlavə istintaq hərəkəti keçirəcəyik
və qarşıma
10-a yaxın cürbəcür
şəkillər qoyaraq
bu insanlardan kimləri tanıyırsınız,
kitabınızda qeyd etdiyiniz Çaturyan bunların arasında varmı sualını ünvanladılar. Bir anlığa,
necə deyərlər,
dalağım sancdı.
Bunların məni istintaqa
dəvət etmələrinin
səbəbini anladım.
Üstündən 22 il
müddət keçəndən
sonra cəmi 10 dəqiqə gördüyüm
Çaturyanı tanımasam
deyəcəkdilər ki,
kitabda yazılanlar yalandır, Ismayılov özündən qəhrəman
düzəltmək istəyir,
Çaturyanın şəklini
təqdim etdik heç tanımadı. Gücüm,
içimdə yardım
üçün, uca Allaha müraciət etməyə və bütün diqqətimi şəkillərə yönəltməyə
çatdı. Bir anlığa
22 ildən sonra Çaturyan gözümün
önündə canlandı.
Şəkillərin birində onu
tanıdım. Ancaq şəkildəki
Çaturyan gördüyümdən
təxminən 5 yaş
cavan olardı. Şəkili götürüb
məni diqqətlə
izləyən müstəntiqlərə
dedim: “Çaturyan budur, ancaq mən
gördüyümdən təxminən
5 il əvvəlki şəkilidir, çünki,
mən görəndə
başında saçları
daha seyrək idi”. Bunu deyib dərhal
şəklin arxasına
baxdım, çünki
bilirdim ki, müstəntiqlər şəklin
arxasında özləri
üçün şəkli
əks olunmuşların
adlarını yazırlar.
Şəkilin arxasında Çaturyanın
adı, soyadı və işlədiyi yer “SSRI DTK-sının
DQMV-də nümayəndəsi”
sözləri yazılmışdı.
Elə oradaca bəlli oldu ki, həmin
dövrdə Azərbaycan
DTK-sında başqa bir Çaturyan da işləmişdir.
Əsədağa
Abdullayev bildiklərini
o
dünyaya aparmalı oldu...
Istintaqçılardan, o cümlədən
Sumqayıt hadisələri ilə bağlı
yaradılmış istintaq qrupunun rəhbəri, Baş
prokurorun 1-ci müavini Rüstəm Usubovdan, AZ TV sədrinin
müavini Ibrahim Məmmədovdan, artıq ağır xəstə
olan, Sumqayıt hadisələrini məndən də mükəmməl
bilən, həm Azərbaycan, həm də Rusiya məhkəmələrində
Sumqayıt hadisələri ilə bağlı baxılan cinayət
işlərində vəkil qismində iştirak edən, bu
hadisələrdə ancaq Vətən marağı güdən
nadir insanlardan biri olan əslən Masallılı Əsədağa
Abdullayevin dindirilməsini xahiş etsəm də buna fikir verən
olmadı. O hadisələrdə bildiklərini elə həmin
il rəhmətlik Əsədağa Abdullayev özü ilə
o dünyaya aparmalı oldu...
Bu gün də hakimiyyət orqanlarının
Sumqayıt hadisələri ilə bağlı cinayət
işini yenilədiklərini elan etdikləri bəyanatdan 4 il
vaxt keçsə də hələ də
görülmüş işlərdən bir xəbər
yoxdur. Bu gün Azərbaycan hakimiyyəti vaxtilə Türkiyə
hakimiyyətinin yol verdiyi, dövlətçiliklərinə
ciddi ziyan vuran səhvi eyni ilə təkrarlayır. Onlar da illər
boyu Ermənistan hakimiyyətinin təşkil etdiyi uydurma “erməni
soyqırımı” iddiasını görməməzliyə
vurdular. Əvəzində Türkiyə, ona heç bir fayda
verməyən, NATO-ya üzv oldu. Uzun illər, Türkiyəyə
Avropa qapılarını açacaq, Avropa Birliyinə üzv
olmağa hazırlıq gördülər. Həlledici məqamda
Avropa Birliyi Türkiyə hakimiyyəti qarşısında bir
neçə şərt qoydu, başlıcası da o oldu ki,
Türkiyə dövləti “erməni
soyqırımı”nı tanımalıdır. Bu tələbi
təkzib etməyə isə Türkiyə əsla hazır
olmadı. Dünya dövlətləri dalbadal “erməni
soyqırımı” ilə bağlı qanunlar qəbul etdilər.
Türkiyə hakimiyyətinin təkzibinə, arxivlərinin
belə açılmasına səs verən olmadı. Yeri gəlmişkən,
bu günlərdə Türkiyə Baş Naziri Rəcəb
Tayyib Ərdoğanın Almaniya səfəri zamanı, özləri
demiş, “yediyi birinci tokat” Almaniya kansleri Angela Merkelin
Türkiyə dövləti tərəfindən “erməni
soyqırımını” tanıması tələbi oldu.
Əminəm ki, bu gedişlə yaxın illərdə
dünya dövlətləri “Sumqayıt soyqırımı”
adında qanunlar qəbul edəcək və bizim hakimiyyət
buna hazır olmadığından həmin “tokat”ı yeməyə
məcbur olacaq... Bu müddət ərzində özüm
kitabı rus dilinə tərcümə edib, çap etdirdim. Bəlkə
Türkiyə dövləti öz maraqları
üçün istifadə edəcəklər deyə,
türk tərcüməçilərin köməyi ilə
kitabı türk dilinə tərcümə etdirib çap elətdirdim.
Tam istifadə etməsələr də Türkiyə tərəfi,
heç olmasa, TRT telekanalında və rəsmi saytalarında
kitabla bağlı bir neçə məlumat yaydılar.
Oğlum Vaqif kitabı ingilis dilinə tərcümə etdi və
çap olundu. Sonra yenə Vaqifin köməyi ilə kitab
yenidən işlənildi və amerikalı professorlar Tomas
Qolts, Daniyel Bruks, David Svedman, Djudis Qanderson və Rob Ralstonun məsləhətçiliyi
ilə yeni “SUMGAYIT: An Armenian Agitator And The Beginning of the Collapse
Of The USSR” adlı kitab çap olundu, elektron versiyası
hazırlandı və bu günə qədər 2 ABŞ
dollarına “amazon.com” saytında satışdadır. Kitab,
sadalanan dillərdə tərəfimdən 20 minə yaxın
nüsxədən artıq pulsuz bütün dünyaya
yayılmışdır. 500 minə qədər insan
www.sumgayit1988.com saytına daxil olub oradan kitabın müxtəlif
dillərdə olan elektron versiyasını oxumuşdur.
Bütün bunların əvəzində
hakimiyyət Ibrahim Məmmədovun
başçılığı ilə facebook səhifəsində
“pavlik morozov”lardan ibarət bir qrup yaradıb məni ermənilərə
işləməkdə ittiham etməyə başladılar.
Ədalət naminə qeyd edim ki, müəyyən məqama qədər
Fuad Ələsgərovun bu işə can
yandırdığının şahidi oldum. Sonra sanki, ciddi
göstəriş almış kimi bu məsələ ilə
bağlı əsla maraqlanmadı. Nəticədə
gördüyüm o oldu ki, həmişə olduğu kimi, Azərbaycanda
milli mənafeyə toxunan məsələlər belə fərdlərə
münasibətə qurban edilir. Belə olmasaydı Azərbaycan
Respublikasının Prezidenti Ilham Əliyevin Sumqayıt hadisələri
ilə bağlı müşavirə keçirib göstəriş
verməsinə, Heydər Əliyev mərkəzinin
açılışında, Sumqayıt hadisələrinin
kitabda qeyd edildiyi kimi baş verməsini göstərməsinə
baxmayaraq kitaba, sayta ancaq mənim adımla bağlı
olduğuna görə bu cür insafsız münasibət
göstərməzdilər. Əvəzində bu illər ərzində
Sumqayıt hadisələrinin ört-basdır edilməsində
xüsusi rolu olan hakim Mansur Ibayev “Şöhrət” ordeni,
Prezident təqaüdü ilə
mükafatlandırılmazdı. Bununla belə, bir daha gənclərimizə
müraciət edirəm, Vətən, Millət
üçün əlinizdən gələni edin. Tarix hər
addımın dəyərini düzgün verir.
Aslan
İsmayılov
Azadlıq.-
2014.- 13 fevral.- S.11.