Eduard Şevardnadze haqda bilmədiklərimiz...

 

Keçmiş prezident həyat yoldaşının yanında dəfn olunmağı vəsiyyət edib

 

Operatorlara onun xanımı ilə bağlı hansı qadağa qoyulmuşdu?

 

Gürcüstanın tanınmış dövlət xadimi, 1985-1990-cı illərdə SSRİ-nin xarici işlər naziri olmuş, 1995-2003-cü illərdə isə müstəqil Gürcüstan Respublikasının prezidenti postunda çalışmış Eduard Şevardnadze iyulun 7-də 86 yaşında dünyasını dəyişdi. O, SSRİ kimi superdövlətin xarici siyasət idarəsinə rəhbərlik etmiş şəxs kimi, XX əsrin II yarısında qlobal miqyasda baş verən proseslərdə - “Soyuq müharibə”nin başa çatdırılmasında, Almaniyanın vahid dövlət halında birləşməsində, Əfqanıstandan sovet qoşunlarının çıxarılmasında aktiv iştirak edib. Sonralar isə doğma vətəni Gürcüstanın müstəqilliyinin möhkəmlənməsi üçün çalışıb.

 

Kifayət qədər enişli-yoxuşlu siyasi karyerası olan Şevardnadze bu müddətdə sui-qəsdlərdə, korrupsiya ittihamında, hakimiyyəti qeyri-qanuni yollarla ələ keçirməkdə ittiham olunub. Lakin şəxsi müstəvidə gürcü siyasi xadimin həyatı kifayət qədər stabil və xoşbəxt olub."Modern.az" saytı Eduard Şevardnadzenin şəxsi həyatı və ailəsilə bağlı məlumatları təqdim edir.

 

Xalq düşməni”nin qızı ilə qurulan ailə

 

Eduard Şevardnadzenin həyat yoldaşı Nanuli Çaqareyşvili-Şevardnadze 1929-cu ildə anadan olub. Onun atası Sovet ordusunun zabiti idi. 30-cu illərdə Stalinin orduda başladığı “təmizləmə əməliyyatları”nın qurbanlarından biriNanulinin atası olub. “Xalq düşməni”nin qızı kimi damğalanan Nanuli Çaqareyşvili uzun illər buna görə natamamlıq kompleksi keçirib. Hətta buna görə 50-ci illərin əvvəllərində Eduard Şevardnadze ona evlilik təklifi edən zaman bu təklifi rədd edib. Nanuli karyera pilləsində uğurla irəliləyən, yenicə partiya məktəbini bitirib Kutaisi Pedoqoji İnstitutunun Tarix fakültəsinə daxil olmuşKutaisi Vilayət Komsomol Komitəsində yeni vəzifəyə dəvət olunan gənc Edurad Şevardnadzenin qarşıdakı yüksəlişlərinə əngəl olmaq istəməyib. Lakin sonda inadkar siyasətçi sevdiyi qadının qəlbini fəth edə bilib. Cütlüyün iki övladı - oğlu Paata və qızı Manana anadan olub.

Nanuli Çaqareyşvili rus dili üzrə mütəxəssis sayılırdı. O, Şevardnadze ilə ailə qurduqdan sonra 60-70-ci illərdə jurnalist kimi fəaliyyət göstərib və bir müddət Tbilisidə “Dünya hər kəs üçün” adlı qadın qəzetinin baş redaktoru kimi çalışıb. Nanuli Çaqareyşvili 1985-ci ildə Siyasi Büronun üzvü seçilən və SSRİ xarici işlər naziri təyin olunan həyat yoldaşı ilə Moskvaya köçüb. 1991-ci ildə SSRİ-nin süqutuŞevardnadzenin Gürcüstanda hakimiyyət uğrunda silahlı mübarizəyə qoşulmasından sonra isə bütün ailə Gürcüstana geri qayıdıb.

 

Evinin həyətində dəfn olunan birinci xanım...

 

1995-ci ildə Gürcüstanın birinci xanımı kimi, Nanuli Çaqareyşvili xeyriyyəçiliklə məşğul olub. O, “Gürcüstan qadınları sülh uğrunda mübarizədəadlı İctimai Birliyin rəhbəri kimi, Abxaziya Cənubi Osetiyadan olan gürcü qaçqınlara maddi psixoloji dəstəyin təşkilinə yardımçı olub. Təxminən bu zamanlardan başlayaraq, Nanuli Şevardnadzenin qan-qamar sistemində problemlər ortaya çıxıb. Xüsusilə, ayaqlarındakı problemlər onun yeriməsini çətinləşdirib. Həmin dövrdə gürcü jurnalistlər üçün qeyri-rəsmi qadağa var idi - rəsmi səfərlər görüşlər zamanı operatorlar birinci xanımı yalnız qurşaqdan yuxarı çəkə bilərdilər.

2003-cü ilin noyabrında Eduard Şevardnadze prezident postundan istefa verdikdən sonra onun ailəsi Tbilisini tərk etmir. Onlar Tbilisinin Krçanisi adlanan səmtindəki şəxsi evlərində yaşamağa başlayırlar. Lakin Eduard Şevardnadze Nanuli Çaqareyşvilinin sabiq prezident birinci xanım statusundakı birlikləri bundan sonra çox çəkmir. 2004-cü il oktyabrın 20-də 75 yaşlı Nanuli Çaqareyşvili miokard infarktından dünyasını dəyişir. Bu zaman Almaniyada, daha dəqiq desək, Münhendə beynəlxalq konfransda olan Eduard Şevardnadze həyat yoldaşının ölüm xəbərini alan kimi vətəninə geri dönür. Nanuli Çaqareyşviliÿrəsmi dövlət mərasimi ilə son mənzilə yola salınır. Onu Krçanisidəki evlərinin həyətində dəfn edirlər. Həyat yoldaşına çox bağlı olan Şevardnadze 2007-ci ildəAsaval-Dasavaliqəzetinə müsahibəsində 53 il evli olduğu həyat yoldaşının yanında dəfn olunmağı vəsiyyət etdiyini söyləmişdi.

Gürcüstanın sabiq prezidentinin oğlu Paata Şevardnadze hüquq təhsili alıb. Buna baxmayaraq, Sovet dövründən diplomatik karyeraya başlayıb. Uzun illər ərzində o, YUNESKO-nun Parisdəki ofisində çalışıb. Gürcüstandakı daxili siyasi çəkişmələrdən həmişə kənarda qalan Paata Şevardnadze ictimai diqqətdən yayınmağa üstünlük verib. O, Nino Qurmanovna Axvlediani ilə ailə həyatı qurub. Eduard Şevardnadzenin dövründə Paata Şevardnadzenin qayınatası Quram Axvlediani Gürcüstan Sənaye-Ticarət Palatasının sədri olub. Bu nikahdan onların 4 övladı - qızları Mariam, Nanuli, Sofiko oğlu Laşa dünyaya gəlib.

 

Şevardnadzenin jurnalist nəvəsi

 

Eduard Şevardnadzenin nəvələri arasında Sofiko Şevardnadze xüsusilə seçilib. 1978-ci il sentyabrın 23-də Tbilisidə anadan olan Sofiko uşaqlıq dövrünü Moskvada keçirib. O, Paris Konservatoriyasını, daha sonra 2001-ci ildə Boston Universitetinin rejissorluq fakültəsini bitirib, 2005-ci ildə isə Nyu-York Universitetində jurnalistika ixtisasına yiyələnib. Amerikanın “ABC” telekanalında 2001-2003-cü illərdə prodüser kimi çalışan Sofiko babasının ən sevilmi nəvəsi hesab olunurdu.

2005-ci ildə o, gözlənilməz addım ataraq, Kremlin Avropada təbliğat ruporu kimi yaradılan “Russia Today” telekanalına keçib. BuradaMüsahibəadlı proqrama aparıcılıq edən Sofiko Şevardnadze, hətta öz babası ilə maraqlı müsahibə təşkil edə bilib. O, hazırdaExo Moskvıradiostansiyasının əməkdaşıdır. Hələ ki subay olan Sofiko Şevardnadze 2011-ci ildə qardaşı Laşa Şevardnadzenin yeni doğulan körpəsinin xaç anası olub.

Sofiko Şevardnadze bir sıra müsahibələrində Boston Universitetində tanış olduğu Bəşər adlı türk tələbə ilə 3 il sevgili olduğunu bildirib. Daha sonra isə Nyu-York Universitetində tanış olduğu gürcü əsilli rejissorla eşq macərası olub. Sofiko Şevardnadze etiraf edir ki, sevgilsi ilə rəsmi nikah mərasiminə 1 ay qalmış onu sevmədiyini anlayıb toyu ləğv edib.

Eduard Şevardnadzenin bu ərköyün nəvəsinin tanınmış rus aktyor Aleksey Çadovla da sevgi münasibətləri olub.

 

Prezident qızının qalmaqallı həyatı

 

Eduard Şevardnadzenin digər nəvəs Nanuli Şevardnadze isə Parisin prestijli Alsacienne məktəbini bitirib. Hazırda Nyu-Yorkda yaşayan Nanuli aktrisa olmaq arzusundadır.

Babasının yeganə oğul nəvəsi olan Laşa Şevardnadze isə Londonda Parisdə incəsənət təhsili alıb. 26 yaşlı Laşa Şevardnadze 2008-ci ilin mayında Parisdə 19 yaşlı pianoçu Tatiya Şaranqiya ilə evlənib. Tatiya Şaranqiya ailəsi əslən Suxumi şəhərindən olsalar da, 1992-1993-cü illərin gürcü-abxaz müharibəsi nəticəsində doğma torpaqlarını tərk ediblər. Tatiya Şaranqiyanın atası Moskva Gürcüstanda böyük biznes şəbəkəsini idarə edən şəxs hesab olunur. 2009-cu ildə Laşa Tatiya Şevardnadze ailəsində Eduard adlı oğul övladı dünyaya gəlib. Körpəni məşhur babasının şərəfinə Eduard adlandırıblar. 2011-ci ildə isə Eduard Şevardnadzenin növbəti nəticəsi dünyaya gəlib. Yeni doğulan körpəni Aleksandre adlandırıblar.

Manana Eduardovna Şevardnadze isə eks-prezident qızı kimi daha çox qalmaqallarla gündəmə gəlib. Uzun illər televiziya sahəsində çalışan Manana televiziya filmlərinin istehsalı ilə məşğul olan “Neo-Studio” adlı şirkətin baş direktoru olub. Onun barəsində alkoqol narkotik vasitələr qəbul etməsinə dair zaman-zaman gürcü mətbuatında informasiyalar yayılıb. Manana Şevardnadzenin 2-ci həyat yoldaşı Qiya CoxtaberidzeMaqtişirkətinin sahibidir. Əslən Suxumidən olan Qiya 1994-cü ildə Manana Şevardnadze ilə ailə həyatı qurub. 2004-cü il fevralın 20-də Tbilisidən Parisə səfər edən təyyarənin göyərtəsində sabiq prezidentin kürəkəni həbs olunub. Saakaşvili hakimiyyəti Qiya Coxtaberidzeni vergidən yayınmaqda ittiham edirdi. Lakin müəyyən müddət həbsdən sonra o, azad olundu.

Manana Şevardnadze 2 dəfə nikahda olub. İlk nikahından Tamuna Moseşvili-Şevardnadze adlı qız övladı var. Tamuna 2008-ci ildə yunan bizmesmen Nikolos Haramampopulos ilə ailə həyatı qurub. 2009-cu ilin sentyabrında Mamuna Moseşvili Todoros Andria Haramampopluos-Şevardnadze adlı oğul övladı dünyaya gətirib. Edurd Şevardnadzeyə 3-cü nəticəsini bəxş edib...

 

 Azadlıq.- 2014.- 9 iyul.- S.14.