Şuşa - strateji şəhər

 

1805-ci il mayın 14-də Rusiya ilə Qarabağ xanlığı arasında bağlanmış Kürəkçay müqaviləsinə (“Andlı öhdəlik”) görə, Şuşa qalasında rus qoşun dəstələri yerləşdirildi, 1822-ci ildə isə Qarabağ xanlığı ləğv edilib əvəzində eyni adlı əyalət yaradıldı. 1840-cı il islahatı ilə Qarabağ əyaləti yerində yaradılmış Kaspi (Xəzər) vilayətinə daxil edilən Şuşa qəzası 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verildi. Bu vəziyyət 1920-ci il Azərbaycan sovetləşənə qədər davam etdi. 1917-ci ildə Şuşa qəzası müvəqqəti hökumət vaxtında Xüsusi Zaqafqaziya komitəsinə tabe olan Yelizavetpol quberniyasına, 1918-1920-ci illərdə isə Azərbaycan Xalq Cümhuriyyəti tərkibində Gəncə quberniyasına daxil oldu.

 

başlanğıcı ötən sayımızda

 

Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsində yaşayan ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi ki, bu da məhz sovet Rusiyasının himayədarlığı bilavasitə iştirakı ilə həyata keçirildi. Azərbaycan tərkibində DQMV-nin yaradılması ermənilərin Dağlıq Qarabağa dair gələcək ərazi iddiaları üçün bir vasitə oldu.

DQMV yaradılarkən Azərbaycanın inzibati ərazi bölgüsü kobudcasına pozuldu. Çünki DQMV yaradılana qədər Azərbaycanda Stepanakert, Martuni, Mardakert, Hadrut adında şəhər, rayon olmuşdu. 1923-cü ildə qəbul edilən bir qərarla Şuşa, Cavanşir Qubadlı qəzalarının əraziləri bölünüb DQMV yaradıldı. DQMV yaradılan gündən Azərbaycanın iqtisadi potensialı Xankəndinin inkişafına yönəldildi. 10-15 evdən ibarət Xankəndi tarixi şəhər olan Şuşanı geridə qoyub böyük iqtisadi gücə malik qurumun mərkəzi olan Stepanakertə çevrildi. Vilayətin tərkibinə daxil olan Şuşa şəhəri bir çox məsələlərdə Xankəndindən asılı vəziyyətə salındı. Ağdam-Şuşa magistral avtomobil yolu Əsgəran Xankəndindəki erməni evlərinin əhatəsinə salındı.

XX əsrin 80-ci illərinin sonunda SSRI hökuməti, xüsusilə onun başında duranların qətiyyətsizliyi Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşdi Ermənistan Azərbaycan ərazilərinə hərbi qüvvə göndərərək açıq təcavüzə başladı. 1989-cü il avqustun 13-də ermənilər Şuşaya gələn su kəmərini partlatdılar. Ayın 17-də Əsgəranda Şuşa-Ağdam marşrutu üzrə işləyən avtobusa ermənilərin hücumu, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama respublikanın digər rayonlarına gedən 9 avtobus 1 yük maşın karvanını ermənilərin atəşə tutması nəticəsində 20-yə qədər adam yaralandı. Oktyabrın axırı noyabrın əvvəllərində isə Şuşa yaxınlığında Ağa körpüsünü ermənilərin partlatması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsildi şəhər blokada vəziyyətinə düşdü.

Sovet rəhbərliyinin çox ciddi bağışlanılmaz səhvləri ermənipərəst siyasəti 1990-cı ilin sonu-1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. Belə ki, bu dövrdə Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı Ağdam-Şuşa, Laçın-Şuşa avtobuslarını erməni silahlı qüvvələrinin atəşə tutması nəticəsində 17 nəfər həlak oldu, 90 nəfərə qədər azərbaycanlı yaralandı. Şuşanın Xankəndindən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsilmiş, şəhər digər azərbaycanlılar yaşayan kəndlər tamamilə ətraf aləmdən təcrid olunmuşdu. Nəticədə Xocalı Şuşa mühasirədə qalmışdı. Eyni zamanda Şuşa şəhəri hər gün erməni mövqelərindən intensiv top raket atəşinə tutulurdu.

Xocalını erməni-rus birləşmiş qüvvələri ələ keçirdikdən sonra aydın idi ki, növbəti hücum Şuşaya olacaq. Martın sonu-aprelin əvvələrindən başlayaraq Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. Aprelin 29-da Şuşa ətrafında Hacı talası Daşaşıran adlanan ərazilərə güclü hücuma keçdilər. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdənQrad”, “Kristal” tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot avtomatlarla güclü atəşə tutulduqdan sonra ermənilər Xankəndi, Şuşikənd Kərkicahan istiqamətlərindən piyadalarla hücuma keçdilər. Şəhər ayın 8-i axşama qədər müdafiə olunsa da, tank zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar Şırlan kəndlərini ələ keçirdilər.

Qarabağın dağlıq hissəsində yerləşdirilmiş Ermənistan silahlı qüvvələrinin bölmələri digər erməni terrorçu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının ərazisində növbəti cinayət törədərək yuxarı Qarabağda azərbaycanlıların yaşadığı sonuncu yaşayış məntəqəsi olan Şuşa şəhərini işğal etdilər. Şuşanın belə qısa müddətdə süqut etməsinin əsas səbəbi şəhərin müdafiəsinin zəif olması idi. Ermənilərin öz məlumatlarına görə, Şuşaya hücumda 100-ə qədər zirehli maşın tank, 11 min nəfər canlı qüvvə iştirak etmişdi. Ermənilər tərəfində xaricdən gətirilmiş muzdlular da döyüşürdülər.

Nəticədə 289 kvadrat kilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər 30 kənddən ibarət olan Şuşa rayonunu Ermənistan silahlı qüvvələri işğal etdi. Şuşa uğrunda döyüşlərdə 195 nəfər şəhid oldu, 165 nəfər yaralandı, 58 nəfər isə itkin düşdü. Ermənilərin əsir götürdüyü Şuşa həbsxanasında saxlanılan 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirildi.

Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Şuşanın 25 məktəbi, 31 kitabxanası, 20 səhiyyə müəssisəsi, 17 klubu, 8 mədəniyyət evi, 4 texnikumu, 2 institut filialı, 7 uşaq bağçası, 4 kinoteatrı, 5 mədəniyyət istirahət parkı, 2 sanatoriya, turist bazası, 2 mehmanxana, Azərbaycan Xalçası Dövlət Muzeyinin filialı, Şuşa Dövlət Dram Teatrı, Şuşa Televiziyası, Şərq musiqi alətləri fabriki, Dövlət Rəsm Qalereyası, Uşaq sağlamlıq məktəbi talan edilmiş, yandırılmış dağıdılmışdır. Memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binasını 160-dək mədəniyyət tarixi abidəni erməni vandalları dağıtmış, məbədgah məscidlər təhqirlərə məruz qalmış, çox sayda nadir əlyazma nümunələri məhv etmişdir.

Bunların içərisində son tunc ilk dəmir dövrü abidəsi sayılan Şuşa Şuşakənd daş qutusu qəbirləri, daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə dair Şuşa qalasının divarları, Gəncə qapısı, Pənah xanın sarayı kitabxanası, Ibrahim xanın bürcü qəsri, Xan sarayı karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacı Qulunun malikanəsi, Ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Gövhər ağa, Xoca Mərcanlı, Hacı Abbas, Mərdinli, Saatlı, Köçərli məscidləri, Xurşidbanu Natəvanın evi bulağı, Ə.B.Haqverdiyevin, Q.B.Zakirin, M.M.Nəvvabın, S.S.Axundovun, N.B.Vəzirovun, Y.V.Çəmənzəminlinin evləri, Mamay bəyin evi, məscidi bulağı, Behbudovların, Fərəməzovların, Zöhrabbəyovun, Bəhmən Mirzənin evləri, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev muzeyləri, Xan Şuşinskinin, Tarzən Sadıqcanın evləri, Realnı məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, Isa bulağı s. tarixi mədəniyyət nümunəsini erməni işğalçıları talan etmiş dağıtmışdır.

Bir vaxtlarKiçik Paris”, “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyiŞərqin konservatoriyasıadlandırılan, bir sıra görkəmli xadimlərin vətəni, eləcə Azərbaycanın tarixi mədəniyyət mərkəzi Qarabağın tacı olan Şuşa şəhəri Ermənistan silahlı qüvvələrin işğalı altındadır.

 

Elçin Əhmədov,

Qarabağ Araşdırmalar Mərkəzinin müdiri

 

Azadlıq.- 2014.- 9-11 may.- S.13.