Üç rejissor
arvadı olmuş
Barat Şəkinskaya
İyun ayında aktrisa Barat Şəkinskayanın 100 illik
yubileyi keçiriləcək. Modern.az saytı öz növbəsində aktrisaya
yazı həsr etməyi özünə borc bildi.
Anadan olandan 21 gün sonra ağladı
Bu aktrisa anadan olan zaman ağlamağı gecikdirə bilsə də, yaşadığı həyat müddətində bunu bacara bilməyib. Çağa ikən bacardığını böyüyəndən sonra yadırğayıb. Anadan olmamışdan qabaq anası Ağca xanımın üç uşağı doğuş zamanı ölmüşdü. Ona görə də körpələrin ölümü nənə Ziba xanımın qəzəbinə səbəb olur və Ağca xanım evdən getmək məcburiyyətində qalır. Şuşanın adlı-sanlı bəy ailəsindən olan Ziba bəyimin isə sözü qanun idi. Buna görə də bəy övladı, Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olan Ağca xanım Barat anadan olanda ölər deyə, uşağı Ziba bəyimdən gizli saxlayır. Çünki uşaq onsuz da ölü kimi idi. Çox kiçik, cılız olmaqla yanaşı, heç ağlamırdı da. Odur ki, acıqlı nənəsinə xəbər verməyə tələsmirdilər. Düz 21 gün sonra körpədən səs gəlir. Şadyanalıq qurulur, Ziba bəyimə xəbər verilir. Amma o yenə də inanmır, “Ağcanın diri uşağı ola bilməz” deyir. Amma sonra gələcəyin məşhur aktrisasına çevriləcək Barat xanım ələyi ələnən, xəlbiri də göydə fırlanan nənəsini himayəyə götürəcək və bu faktı bir dəfə də olsun üzünə vurmayacaq...
Rejissora qoşulub qaçdı
Zaman dəyişdi, bəy nəsilləri öz nüfuzlarını xərcləyib
qurtardılar. Məhz onda həyatın yeni mərhələsi başladı. O mərhələ
ki, burada artıq Ağca xanım Şuşanın bəy
arvadı yox, Gəncənin bir toxucu qadını idi. Nə etməli, axı yaşamaq
və Barat da daxil üç
uşağı saxlamaq lazım idi. Amma Barat
da bekar dayanmır. 16
yaşında texnikumu bitirəndən sonra müəllim işləməyə
başlayır və teatr dərnəyinə
yazılır. Elə bütün həngamələr
də bundan sonra
başlanır.
Teatr klubunun direktoru Mir İbrahim Həmzəyev ona aşiq olur. Anası Ağca xanımın bütün
etirazlarına baxmayaraq Barat
rejissorla evlənir. Daha
doğrusu qoşulub
qaçır. Bir qızları dünyaya gəlir
ki, ona da
Cəfər Cabbarlının “Od gəlini”
əsərindəki Solmazın adı verilir
(Solmaz Həmzəyeva ömrünün
50-dən çox hissəsini televiziyada keçirir.
Maraqlı cəhət ondan ibarətdir ki, o, da
anasının taleyini yaşayır. Niyazinin köməkçisi Faiq
Mustafayevə qoşulub qaçır və
o da sonradan
ərindən ayrılır). Amma sənət
fədaisi olan bu cütlüyün birgə
yaşayışığı cəmi iki
il çəkir. Çünki
bir gün Barat xanım qucağında körpə Solmazla yay teatrına gələrkən
ərini skamyada bir
qadınla tutur.
Bu zaman dəhşətə
gələn gənc xanım qucağındakı
uşağı ərinin üstünə ataraq
ağlaya-ağlaya evə gəlir. Kifayət
qədər hikkəli, həm də haqlı olduğundan
ərini heç zaman
bağışlamır. Uşağı geri
alsa da, Mir İbrahimin
bütün yalvarışlarına rəğmən
onu qəbul etmir. Sonda Bakıya gəlir. Daha
bilmirdi ki, Bakıda onuÿdaha nələr, daha
hansı xəyanətlər gözləyir...
Şəmsi Bədəlbəylidən niyə ayrıldı?
“Adamınkı gətirməyəndə
gətirmir” məsəli Barat xanım üçün lap yerinə
düşəndir. Xanım aktrisa
Bakıda teatra düzələndən sonra rejissor Şəmsi Bədəlbəyli
ilə ailə həyatı qurur.
Rövşanə adlı bir
qızları dünyaya gəlir.
(Rövşanə xanım professor Fərhad
Bədəlbəylinin anadan ayrı
bacısıdır). Ailə bir müddət
çox mehriban
yaşayır. Şəmsi Bədəlbəyli hətta
Solmazı öz doğma
atası ilə də tanış edir. Amma onlar da
ayrılır. Səbəbi məlum olmasa
da, sərt və sözübütöv
Barat Şəkinskaya altıotaqlı evi də, qızı Rövşanəni də
Şəmsi Bədəlbəyliyə buraxaraq
Gəncəyə qayıdır.
Amma Mircəfər Bağırov onu Bakıya qaytarır. O bu
aktrisanın bacarığına vurğun
idi. Bakıdan küsüb gedəndə rejissor
Ədil Isgəndərova tapşırır ki,
nə olursa olsun o xanım geri
qayıtmalıdır. Özü də Barat Şəkinskayanın bütün
premyeralarında iştirak edirmiş.
Cəmi 23 yaşı olmasına baxmayaraq,
əməkdar artist adını alması da onun hesabına olur.
Yəqin artıq
çoxları bilir ki,
Barat xanım ömrü
boyu nə xan nəslindən
olmağını gizlədib, nə də ailəsinin o biri üzvləri kimi anasının soyadına keçib.
Solmaz Həmzəyeva: “Anamın ailəsinin əsli
Qarabağ xanı İbrahim xanın şəcərəsinə
bağlıdır. Ana babam
Həbib xan isə Sisyan
bölgəsinin Şəki kəndindəndir. Babama
həmin yerləri xan
bağışlayıbmış. Sovet
hökuməti qurulanda babam
Arazın o tayına köçüb.
Amma bəxti gətirdiyindən bu faktlar anama
irad tutulmayıb. Hətta cəmi-cümlətanı
23 yaşı olanda ”Azərbaycan SSR-in əməkdar artisti"
fəxri adına layiq görülüb.
Mircəfər Bağırov bir aktrisa kimi onu
çox yüksək qiymətləndirirdi.
Bütün premyeralarına gəlirdi.
Çoxları kimi o da əvvəl-əvvəl elə bilirmiş ki, anam şəkilidi, ona
görə soyadı Şəkinskayadı".
Növbəti xəyanət: evə gətirilən qadın
Deyilənə görə,
Barat Şəkinskaya ailə həyatının
ən gözəl illərini rejissor Mehdi Məmmədovla yaşayır. Evliliklərindən
dünyaya gələn oğulları Elçin Məmmədov da
həm aktyor, həm də rəssam kimi çox
tanınır. Biz bu aktyoru ən çox “Yeddi oğul istərəm”də
Mirpaşa, “Dədə Qorqud”
filmində isə Qaraca çoban
rolları ilə tanıyırıq. Amma Elçinin uşaqlıq illəri
atasının anasına etdiyi xəyanət
üzündən o qədər də fərəhli
keçməyib. Barat Şəkinskaya xəstəxanada
müalicə olunarkən Mehdi Məmmədov
evinə qadın dəvət edir. Sonradan bunu bilən Barat xanım Şəmsi Bədəlbəyli
ilə etdiyi jesti təkrarlayır.
Evi və uşağı xəyanətkarın
üstünə ataraq çıxıb gedir.
Süni gözlə yaşayan Barat Şəkinskaya
Mərd xanım iradəsi
gücünə döyüşə-döyüşə ayaq üstə qalmağı bacarır. Ömrünün sonlarına yaxın üzləşdiyi
bir faciə onu bir gözündən edir.
Belə ki, o,
fotoqrafın səhvi üzündən faciə ilə üzləşir.
Qızı bu barədə ürək
acısı ilə danışır:
“Anam təqaüdə çıxandan bir neçə il əvvəl
kollektiv foto çəkilişi
zamanı fotoqrafın naşılığı üzündən
civəli lampanın işığı elə
salınmışdı ki, bir neçə nəfərin
sağlamlığına ziyan dəymişdi,
anamın isə bir gözü
qlaukoma oldu. Cərrahiyyə əməliyyatı elətdirib
süni göz
saldırmalı oldu. Xasiyyəti elə
sadə idi ki, sonralar müsahibə almağa,
süjet hazırlamağa gələn
jurnalistlərə deyirdi ki,
”a bala, gözlə, qoy gedim gözümü
taxım, gəlim". Ya da
deyirdi ki, “bu tərəfdən çəkməyin, o biri tərəfdən
çəkin, qoy, tamaşaçılar
təbii gözümü görsünlər”.
Demək istəyirəm ki, bunu özünə dərd eləməmişdi".
Barat xanım 1999-cu ildə
dünyasını dəyişdi. “O olmasın, bu olsun”, “Qızmar günəş
altında”, “Görüş”, “Qəribə
əhvalat”, “Üzeyir ömrü”
kimi filmlərdə də rol
alan səhnənin misilsiz
Dezdamonasının həyatını birdən birə üç rejissor o qədər də yaxşı səhnələşdirə
bilmədi. O, güclü aktrisa
idi...
Azadlıq.-
2014.- 26 may.- S.14.