Vaqif İbrahimoğlunun 65

illik yubileyi keçiriləcək

 

Onun yaratdığı YUĞ Dövlət Teatrının da bu gün 25 yaşı tamam olur

 

Bu gün - oktyarın 18-də Azərbaycanın görkəmli rejissoru, YUĞ Dövlət Teatrının banisi, əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun 65, onun yaratdığı YUĞ Dövlət Teatrının 25 yaşı tamam olur. Ustad rejissorun 65 illik yubileyi günü - 18 oktyabr saat 16.00-da Azərbaycan Dövlət YUĞ Teatrında tədbir keçiriləcək. Tədbirdə Vaqif İbrahimoğlunun mətni əsasında hazırlananAudensiyatamaşası nümayiş olunacaq.

1996-cı ildə Vaqif İbrahimoğlunun quruluşunda hazırlanan tamaşa bərpa olunub. Tamaşada teatrın aktyoru, Respublikanın əməkdar artisti Fərhad İsrafilov çıxış edir.

Həmçinin tədbirdə rejissor Babək Şirinsifətin çəkdiyi “YUĞ” filmi nümayiş olunacaq.

Vaqif İbrahimoğlu çağdaş Azərbaycan teatrının istiqamətini təyin edən rejissordur. Vaqif İbrahimoğlu rejissor kimi fəaliyyətə Eksperimental Teatr Studiyasından başlayıb. Rejissor elə ilk işi olanƏhvalat vaqe olurtamaşası (tamaşa Sultan Məcid QənizadəninXor-xor”, Cəlil MəmmədquluzadəninYığıncaq Cəfər CabbarlınınYaylağa gedirbirpərdəli komediyalarının kompozisiyaları əsasında hazırlanmışdı) ilə seçdiyi sənət istiqamətini, yaradıcı iddialarını bəyan etdi. Abbas Mirzə Şərifzadə adına Aktyor Evinin nəzdində fəaliyyət göstərən Teatr-studiyasında quruluş verdiyi iki tamaşa - “Qədim nəslin nümayəndələri” A.P. ÇexovunEvlənmə”, B. Şounun “Lord Avqust başında...” L. PirandellonunAxmaqbirpərdəli pyesləri əsasında) Məcnun” (Məhəmməd FüzulininLeyli Məcnunpoemasının motivləri əsasında, rus dilində) tamaşaları ilə V. İbrahimoğlu, belə demək mümkünsə, öz yaradıcılıq istiqamətinin konturlarını cızdı. Studiya bağlansa da Vaqif İbrahimoğlu həmfikirləri burada başladıqları işi M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti) nəzdində fəaliyyət göstərən Tədris Teatrında davam etdirdilər. Aktyor evinin nəzdindəki teatr-studiyanın fəaliyyəti isə teatr aləmində özünütəsdiq teatr konsepsiyasının realizəsi prosesində tramplin rolunu oynadı. Bu prosesdə növbəti mərhələni isə Tədris Teatrının səhnəsində hazırladığıZəncirbənd” (Anar), “Ac həriflər” (Əbdürrəhim bəy Haqverdiyev), “Yaylağa gedir” (Cəfər Cabbarlı), “Var olsun günəş” (Kamal Aslanov), “Güneylər, quzeylər” (Rəsul Rza), “Diqqət! Başlayıram” (Rəhman Əlizadə), “Təskinlik verməyi unutmayın” (Antuan de Sent EkzüperininBalaca şahzadəəsəri əsasında), “Komsomol” (Səməd Vurğun) kimi tamaşalarla gerçəkləşdi.

1982-1989-cu illərdə V. İbrahimoğlu Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində çalışıb. Rejissorun milli teatr poetikasını yaratmaq arzusu bu yolda mətin mübarizəsi artıq fərqli konsepsiya ilə işləyən, fərqli bədii-estetik prinsiplərə söykənən yeni bir teatrın yaranmasını zərurətə çevirdi. Əslində, V. İbrahimoğlunun yaradıcılığını teatr fəaliyyətinə başladığı ilkin dövrdən etibarən məhz yuğ tipli, yuğ amallı bir teatrın yaradılmasına doğru bir yol kimi dəyərləndirmək olar. Rejissorun quruluşunda səhnə həyatı tapan, az qala, hər biri hadisəyə çevrilən bütün tamaşalar isə bu yolda atılan növbəti addım idi nəhayət, 1989-cu ildə Həsənağa Turabovun təşəbbüsü yaxından köməkliyi nəticəsində Akademik Milli Dram Teatrının nəzdindəYuğTeatr-Studiyası açıldı. 1992-ci il 18 oktyabr tarixində bu studiya dövlət statusu aldı.

Yuğstudiyası iləYuğDövlət Teatrı arasında o qədər ciddi yaradıcı fərqlər mövcud deyil onların fəliyyəti vahid bir prosesin mərhələləri kimi dəyərləndirilməlidir.Yuğ”un fəaliyyətinə qısaca nəzər salarkən görürük ki, bu gün Azərbaycan teatr məkanında öz orijinal sənət yolu olan, əhatəsinə əsasən ölkənin ziyalı təbəqəsindən ibarət geniş tamaşaçı kontingenti toplaya bilən milli teatr prosesinə fəal təsir göstərən YUĞ adlı bir teatr mövcuddur. YUĞu səciyyələndirən başlıca amil bu teatrın milli sənət düşüncəmizə, xalq oyun-tamaşa mədəniyyətindən qaynaqlanan teatr ənənələrinə müraciət etməsi bu ənənələri dünya teatr prosesinin qabaqcıl təcrübələri ilə birləşdirə bilməsindən ibarətdir. Bu səhnədə oynanılan bütün tamaşalarda milli oyun-tamaşa mədəniyyətinin ünsürlərini sezmək mümkündür. Əslində teatrın adı da onun başlıca yaradıcılıq istiqamətlərini kodlaşdıran amil kimi çıxış edir. Bəllidir ki, yuğ türklərin ən qədim mərasimlərindəndir bu oyun-mərasimlərYuğTeatrının tamaşalarının modeli kimi dəyərləndirilə bilər. Bu teatrın fərqli, bənzərsiz yaradıcılıq yolu olduğu heç kəs üçün sirr deyil. Bu bənzərsizliyə zəmin yaradan amillərdən biri Yuğ”un öz poetikası olması fəaliyyətində bu poetikaya istinad etməsidir. Ruhun hikmətlərianlamına gələnPsixosofpoetikasının adı da bu teatrın tamaşalarını ümumilikdə bütün yaradıcılığını daha dərindən anlamaq üçün açar rolunu oynayır. İstinad etdiyi poetikanın adından da göründüyü kimi, teatr, yaradıcılığında ruhi kontakta, ruhi hala çox böyük önəm verir, insan ruhunun yaşamı, insanın ruhi-psixodelik halı onun sənət konsepsiyasının mərkəzində dayanır.

YUĞun repertuarında teatrın kredosuna, amalına, poetikasına mərhəmlik duyulur. Elə ilk tamaşası - Məhəmmədhüseyn ŞəhriyarınHeydərbabaya salampoeması əsasında hazırlanan “Salam” tamaşası ilə Teatr öz yaradıcılıq yolunun konturlarını cızdı. Daha sonra səhnələdiyiAçar”, “Dad”, “Oğulkimi tamaşalarla sənət axtarışlarını davam etdirdi.Yuğ”un repertuarında yer alan tamaşalara nəzər saldıqda Teatrın klassik irsimizin nümunələrinə (“Kitabi-Dədə Qorquddastanı, Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid s.), müasir yazarların (Ramiz Rövşən, Afaq Məsud, Vaqif Bayatlı,  Firuz Mustafa, Mehman Musabəyov, Kamal Abdulla s.) əsərlərinə müraciət etdiyinin şahidi oluruq. Repertuarda əcnəbi müəlliflərin (Şekspir, Ekzüperi, Bekket, Höte, Çexov, Qoqol, Yamamoto s.) əsərləri əsasında hazırlanan tamaşalar da az deyil. YUĞun tarixinə qısa ekskursdan da göründüyü kimi, teatrın repertuarı çox rəngarəndir, amma bu repertuatrda rast gəldiyimiz əsərləri birləşdirən bir amil var; onların hər biri ilahi mətləblərə, sakral, arxetipik məna qatına malikdir.

Bu gün Vaqif İbrahimoğlunun yadigarı - YUĞ Dövlət Teatrının 25 yaşı tamam olur. Artıq 3 ildir Vaqif İbrahimoğlu cismən aramızda yoxdur. Ağır xəstəlikdən sonra 2011-ci il mayın 12-də dünyasını dəyişib. Amma yetirmələri, tələbələri yaratdığı teatr bu gün Vaqif İbrahimoğlunun yolunu davam etdirir.

 

Azadlıq.- 2014.- 18-19 oktyabr.- S.13.