Bakıdakı De Bur malikanəsi

 

İndi bu binada Azərbaycan Dövlət İncəsənət Muzeyi yerləşir

 

Müharibənin yaratdığı dağıdıcı şərait üç yüz illik Romanovlar sülaləsini çökdürdü Rusiyada dalbadal baş verən inqilablara, son dərəcə qanlı vətəndaş müharibəsinə yol açdı. Lakin eyni ağır şərait azərbaycanlıların öz müstəqil respublikalarını qurmaları üçün imkan verdi. Bakının mərkəzindəki ən ecazkar binalardan biri müharibə ərəfəsindəki həmin tufanlı günlərdən Birinci Dünya Müharibəsinin dramatik hadisələrinin baş verdiyi vaxtdan qalıb.

 

Bu gün Niyazi küçəsində yerləşən bu binada Azərbaycan Dövlət İncəsənət Muzeyi yerləşir. Bu binanı həm De Burun malikanəsi kimi tanıyardılar.

Bakıdakı bütün başqa əhvalatlar kimi bu binanın arxasında duran tarixçə neft gəlhagəlindən başlanıb. Bakıya axan xarici kapital, xüsusən 19-cu əsrin sonlarında xeyli artmışdı.

O zamanın Nobel qardaşları Rotşildlər kimi tanınmış avropalı adamları investisiya yatırmaq üçün bu şəhərə gəlmişdilər.

 

Bakıda neft bumu

 

Sonrakı əsrdə baş verənlərdən göründüyü kimi, xarici texnologiyalar kapital investisiyaları neft istehsalında əhəmiyyətli artıma Azərbaycanın neft mədənlərinə neftayırma zavodlarına xidmət göstərən sənayelərin sürətli inkişafına səbəb oldu. Yeni portlar, elektrik stansiyaları, hotellər, yollar, dəmir yolları, tramvay xətləri tikildi.

Əsrin ilk ilində Bakının neft mədənləri miqyasına görə Amerikanın neft istehsalını geridə qoydu.

Neft tankerləri qara qızılı Volqa çayı ilə üzüyuxarı, Rusiya İmperiyasının Baltik dənizindəki portlarına daşıyır, qiymətli xammal oradan Qərbi Avropanın bazarlarına ixrac olunurdu.

Bakı-Batumi neft kəmərinin açılışı Bakının neft istehsalçılarına alternativ ixrac marşrutu vermişdi.

Dünya 20-ci əsrə əvvəllər görünməmiş böyük ümidlərlə qədəm qoyarkən, Bakı ticarət, kommersiya sənayedə varlanmaq istəyən ilk macəraçıları salamlayan cənnətə çevrilmişdi.

Şəhər sahibkarları, investorları hətta inqilabçıları özünə cəlb edirdi. Bu xaotik şəhərdə öz taleyini sınamaq istəyən çoxlu istedadlı musiqiçilər, müğənnilər, memarlar, mühəndislər vardı.

Firavanlaşan şəhər hər bir kəs üçün ümidlər torpağına çevrilmişdi. Məşhur gəmiçilik şirkətiKavkaz i Merkuriy” (Qafqaz Merkuri) 1858-ci ildən fəaliyyət göstərir, minlərlə insanı Bakıya gətirirdi.

 

Lev de Bur

 

Təzə gələnlərdən biri kapitan Asmus Leo De Bur (de Boer) ya Lev de Bur idi (1840-1889). Onun Hollandiya dəniz donanması zabiti olan atası daha yaxşı gələcək axtarışında Rusiyanın Baltika sahillərinə pənah gətirmişdi.

Lev de Bur indi Latviyanın əsas dəniz limanlarından biri olan Liepayada doğulmuşdu. O 1861-ci ildə “Tamara” gəmisinin göyərtəsində Həştərxandan Bakıya gələndə 21 yaşı vardı.

Kapitan De Bur Bakıda üç il fədakarlıqla çalışdı buradaKavkaz i Merkuriyşirkətinin nümayəndəsi oldu.

1868-ci ildə şirkət əsas əməliyyatlarını Həştərxandan Bakıya keçirdi. Burada onun 15 dəniz gəmisi vardı. 1878-ci ildə De Bur iki başqa şəriki ilə birlikdəKaspiyskoye Tovarishestvoadlı neft şirkətini yaratdı.

Növbəti onillikdə De Burun neft biznesi sürətlə inkişaf etdi. Tezliklə bu çalışqan holland kapitan Bakının biznes dairələrində Nobel qardaşları, Rotşildlər Zeynalabdin Tağıyevdən sonra əsas oyunçulardan birinə çevrildi.

Onun həm qüdrətli dostları vardı. O, şəhər bələdiyyəsindən özünün gələcək malikanəsi üçün Sadovaya küçəsində (Nizami küçəsi inqilaba qədər belə adlanıb) yer almaq istəyəndə çətinliklə üzləşmişdi.

Bir erməni biznesmenlə rəqabətdən sonra bu yeri Tağıyevin dəstəyi ilə 1887-ci ildə ala bilmişdi.

Lakin iki il sonra De Bur öz böyük ailəsi üçün Bakının ən gözəl malikanəsini tikmək istəyəndə Qusardakı fermasında ikən qəfil qan sızmasınsdan dünyasını dəyişdi.

De Burun varisləri malikanənin yalnız bünövrəsi qoyulmuş torpağı onun təsis etdiyi şirkətə satdılar.

De Burun iki şəriki burada şirkətin qərargahını tikmək qərarına gəldilər. Tikinti başa çatdıqdan sonra şirkət direktorlarının ailələri binanın bir hissəsində yaşamağa balşladılar.

Binanın digər hissəsi şirkətin ofisi oldu. Binanın memarı klassik elementlərdən istifadə etmiş bu, malikanəyə təntənəli bir görkəm vermişdi. Bu malikanə hələ Bakının perimetrində klassik üslublu müstəqil tikilinin nadir nümunəsi olaraq qalır.

 

Müharibə

 

Birinci Dünya Müharibəsi hər şeyi dəyişdi. Imperiya üsul-idarəsi müharibənin ağır yükünə dözməyərək çökdü. Əvvəlcə Rusiyada respublika elan olundu.

Bir neçə aydan sonra ikinci sarsıntı dalğası gəldi. Leninin başçılığı altında radikal solçu inqilabçı qrup - bolşeviklər Petroqradda daha bir inqilab təşkil etdilər. Bunun ardınca bəşər tarixində ən qanlı ən dağıdıcı vətəndaş müharibəsi başlandı.

Bu əsnada Azərbaycan xalqı Rusiyadan müstəqillyini elan etdi Osmanlı türklərinin dəstəyi ilə müsəlman türk dünyasında ilk respublikanı qurdu. 1918-ci il oktyabrın 9-da Osmanlı hökuməti ilə Antanta arasında bağlanmış sülh sazişinə əsasən Osmanlı ordusu Qafqazı tərk etdi.

Osmanlı türk ordusu Bakıdan çıxar-çıxmaz, Britaniya general-mayoru V.M.Tomson 2000 əsgərlə (hind əsgərləri daxil olmaqla) 17 noyabr 1918-ci ildə şəhərə qədəm qoydu.

Onun vəzifəsi Bakının neft mədənlərinə Bakı-Batumi neft kəmərinə, dəmir yollarına nəzarət etməklə neftin Britaniyaya daşınmasını təmin etmək idi. Tomson, onun Londondakı hökuməti Azərbaycanın müstəqilliyini tanımışdı.

Bolşeviklər ordu arasında vətəndaş müharibəsi davam edirdi. 1918-ci ildə heç kimin ağlına da gəlmirdi ki, bolşeviklər bu müharibədə zəfər çala bilərlər.

Tomson Qafqazı Rusiyanın bir hissəsi hesab edirdi buranın ordu vətəndaş müharibəsindən qalib çıxdıqdan sonra qurulacaq Rusiya dövlətinə veriləcəyini düşünürdü.

General Tomson özü üçün qərargah axtaranda gözü elə De Bur malikanəsini tutmuşdu.

 

Milli hökumətin nazirliyi

 

Kaspiyskoye Tovarishestvoşirkəti “British Petroleum”la güclü kommersiya bağları qurmuşdu bəlkə elə bu Tomsonun seçiminə əsas səbəb idi.

Lakin 1919-cu ildə Britaniya hökuməti Rusiyadakı vətəndaş müharibəsinə vəsait ayrılmasını dayandırmaq qərarına gəlmişdi. 1919-cu ilin avqustunda Britaniya qoşunları Qafqazdan çıxanda, Tomson da Bakının ən ecazkar binasını tərk etdi.

Azərbaycanın milli hökuməti burada özünün xarici işlər nazirliyini yerləşdirdi. Nazirlik 1920-ci il aprelin 28-də bolşeviklər Qırmızı ordu ilə Bakıya qayıdanadək bu binada fəaliyyət göstərdi.

Bolşeviklər Bakıya gələndə Azərbaycan bolşeviklərinin lideri, doktor Nəriman Nərimanov Xalq Komissarları Sovetinin sədri təyin edildi (o vaxt nazirliklər komissarlıq adlanırdı).

Həmin günlərdə Azərbaycan bolşevikləri ölkənin regionlarında milli müqavimətə qarşı vuruşur, neft sənayesinin milliləşdirilməsi barədə dekretlər verir Azərbaycan Respublikasının salamat qalan liderlərini edam edirdilər.

Beləliklə, bu bina yeni hakimiyyəti bundan əvvəlki siyasi hakimiyyətlər kimi məftun etmişdi. Bu malikanə Xalq Komissarları Sovetinin ilk ünvanına çevrilmişdi.

Sovet dövlətinin bolşevik partiyasının liderləri malikanənin birinci mərtəbəsində iclaslar keçirir, Nərimanov isə öz ailəsi ilə ikinci mərtəbədə yaşayırdı.

Bu minvalla bina həm respublika başçısının iqamətgahına, həm icra hakimiyyətinin qərargahına çevrilmişdi.

 

Mircəfər Bağırovun evi

 

Bu binada öz evi kimi yaşayan son siyasi sakin Azərbaycanda Stalin siyasi polisinin rəhbəri, 1933-cü ildən Stalinin ölümünədək Azərbaycan Kommunist Partiyasının lideri olmuş Mircəfər Bağırov idi.

Bağırov Stalinin qırmızı terror da daxil, siyasətlərinin Azərbaycandakı müti icraçısı olmuşdu adi menecerlərdən tanınmış ziyalılara qədər 100 min azərbaycanlını edam etdirmiş sürgünə göndərmişdi. O bu malikanədə 1951-ci ilədək - 20 il yaşadı.

Bəzən həyat bizə qavraya biləcəyimizdən böyük sürprizlər bəxş edir.

Gənc hollandiyalı kapitan De Bur Bakıya gələndə çoxlu arzuları vardı burada öz gözləntilərindən daha böyük sərvət əldə etmişdi.

Bununla belə, o heç vaxt bilə bilməzdi ki, bir neçə ildən sonra qlobal müharibə olacaq onun gələcək malikanəsində işğalçı qüvvələrin generalı daha sonra gənc bir respublikanın naziri sakin olacaq.

bir De Burun heç ağlına gələ bilməzdi ki, kiçik radikal siyasi partiya Azərbaycanı onun malikanəsindən idarə edəcək neçə-neçə edam hökmləri burada çıxarılacaq.

 

Dr. Harun Yilmaz,

Tarixçi-alim, Britanya Akademiyasının

müxbir üzvü Queen Mary

Universitetinin üzvü, “BBC-azəri

 

Azadlıq.- 2014.- 8 sentyabr.- S.13.