Haqqını halal elə, hocam!

 

Süleyman müəllim haqqında vida sözü

 

Dünən professor Süleyman Əliyarlının vəfatı haqqında xəbər yayıldı. Biz onu ölümsüz bilirdik. Lakin zamanəmizdə gözlənilməz şeylər çox olur. Ölüm onu qəfil yaxalmışdı. Yanvarın 18-də sevgili həyat yoldaşı  Mira xanımın qırx mərasiminə hazırlaşırdı. Elə haqqın dərgahına qovuşduğu gün bu məqsədlə dost-tanışa zəng edirdi. Yanvarın 16-da axşama yaxın özünün özünün vəfatı haqqında xəbər aldıq. Qəlbimiz sıxıldı. Sevgili hocamızın qara xəbərini eşitmək çox ağır idi. Süleyman müəllim Azərbaycan tarix elminin bir mərhələsidir. Tək alim kimi yox, həm də bir vətəndaş kimi. Böyük missiyası var idi. Öz intellekti, tükənməz elmi potensiyalı, yaradıcılıq imkanları və təşkilatçılıq bacarığı ilə məktəb yaratmışdı. Bu məktəbin ideya istiqaməti vətənçilikdən keçirdi. Yalnız fiziki baxımdan deyil, mənəvi və elmi baxımdan da sağlam bir həyat yolu keçmişdi. Alim və müəllim kimi ictimai fikirdə dərin iz qoydu. Biz bu gün Süleyman müəllimdən cismən ayrılırıq. Onun mənəvi ömrü, bir alim kimi tarix elmimizdə yeri daimidir, bir müəllim kimi yaddaşlarda xatirəsi əbədidir

 

Başlanğıcı ötən sayımızda

 

Düzdür, adının “tarix saxtalaşdırıcısı” kimi rəsmi partiya sənədlərinə düşməsi Süleyman Əliyarlının müdafiə ərəfəsində olan “Şimali Azərbaycanın Rusiya ilə birləşdirilməsi və iqtisadi vəziyyət” adlı  doktorluq dissertasiyası ilə vidalaşmasına gətirib çıxarsa da, lakin bütövlükdə onun elm səhnəsindən getməsinə gətirib çıxarmadı. İndi sovet xüsusi xidmət orqanlarının iş metodları ilə tanış olanda arzuolunmaz sayılan elm adamlarına qarşı mübarizə formalarından biri də dissertasiya işlərinin yubadılması və ya dissertasiya müdafiələrinin pozulmasından ibarət idi. Məsələn, tanınmış alim Əziz Mirəhmədovun Azərbaycan romantizmindən yazdığı birinci doktorluq dissertasiyası məhz müdafiə zamanı pozulmuşdu və bu “əməliyyatda” həmin orqanların izi açıq-aydın hiss edilirdi. Süleyman müəllim də bir az yüngül formada bu prosesin ağırlığını yaşamalı olmuşdu. Lakin bütün çətinliklərə baxmayaraq bir müddət sonra o, 1975-ci  ildə, “Birinci Dünya müharibəsi illərində Azərbaycanda neft inhisarları (1914-1917-ci illər)”mövzusunda ikinci doktorluq işini yazıb çox uğurla müdafiə etdi. Problemin qoyuluşu, Azərbaycan neft sənayesinin bir sıra problemlərinin dünya siyasəti fonunda təhlili, istifadə olunan mənbələrin zənginliyi və mötəbərliyi baxımından bu doktorluq dissertasiyası respublika tarix elmini xeyli zənginləşdirmişdi. Azərbaycan neftinə böyük marağın olduğu çağdaş günlərimizdə də, professor Süleyman Əliyarlının bu fundamental işi öz elmi dəyərini saxlamaqdadır. İstər ölkə daxilində, istərsə də Azərbaycanın xaricində Bakı neftindən əsər yazan, elmi araşdırma aparan tədqiqatçılar onun bu əsərinə toxunmadan keçinə bilmirlər. Bu əsər Azərbaycan neft sənayesində imperialist güclərin rəqabəti haqqında ən mükəmməl əsərdir və bir sıra ideoloji məqamları çıxmaq şəriti ilə, faktoloji zənginlik baxımından öz əhəmiyyətini qoruyub saxlayır.

Lakin Süleyman Əliyarlının elmdə böyük missiyasi bu araşdırma ilə bitmədi, əslində başlandı desək daha doğru olar. O, sözün tam mənasında yenilikçi alimdirdaim yeni ideyaların təşəbbüsçüsü kimi çıxış edib.Doktorluq dissertasiyasından sonra ədəbi və əbədi abidəmiz olanKitabi Dədə Qorquda müraciət etməsi və Azərbaycan xalqının etnogenizi ilə bağlı elmi müzakirələrin mərkəzində dayanması Süleyman müəllimin tükənməz elmi potensialından xəbər verirdi. Türklərin regiona gəlmə olması haqqında bəsit düşüncələrdən uzaqlaşmağımızda, onların bu torpağın, bu yurdun köhnə sakinləri və əsl sahibləri olmaları baradə elmi mühakimələrimizin və siyasi təfəkkürümüzün oturuşmasında professor Süleyman Əliyarlının araşdırmaları, elmi seminarlardakı aydın mövqeyi mühüm rol oynadı. Hələ sovet ideologiyasının hökmranlıq etdiyi bir dövrdə, bir sıra alim və ziyalılarımızla birlikdə Süleyman müəllim bu millətin türk kimliyinə tapınması yolunda sözün tam mənasında ardıcıl bir mücadilə yolu keçməli oldu. Kitabi Dədə Qorqud” dastanı onun yozumunda yeni bir məna kəsb etməyə başladı. Bu böyük alimin bu böyük dastana baş vurması, Dədə Qorqud boylarını tükənməz bir sevgi ilə incələməsi, Təpəgözün hekayətini vətənimizin təpələrinin arasında axtarması Qazan xandanBurla Xatundan gələn türklüyümüzün mənəvi mənzərəsini və siyasi məzmununu ortaya qoydu. Biz həmin illərdə Süleyman müəllimin türk kimliyi üçün elmi fədakarlığını görüb onun qürurunu yaşayan gənclərdən idik. Böyük yazıçımız Anarın “Dədə Qorqudfilm dastanını ekranlara çıxarması XIX əsrdən başlayaraq dünya, ötən əsrin 40-50-ci illərindən başlayaraq Azərbaycan qorqudşünaslığında gedən yalnız elmi deyil, eyni zamanda siyasi məzmun kəsb etmiş müzakirələrin ictimai təqdimatında türkçülərin mühüm qələbəsi idi. Bu qələbədə professor Süleyman Əliyarlının da, heçaz olmyan payı var idi. Qədim türk abidəsinin Drezden nüsxəsini tədqiq edən Əhməd Şmide Süleyman müəllimin Dədə Qorqudla bağlı tədqiqatlarını və ümumiyyətlə bir alim kimi onu çox yüksək qiymətləndirirdi. Şmide yazırdı: Süleyman Əliyarlı dərin bilik, uzaq görən, mədəni cəsarət sahibi olan bir böyük alimdir.

Şəxsən kimə dərs deyib - deməməsindən asılı olmayaraq Süleyman Əliyarlı böyük bir nəsil Azərbaycan tarixçilərinin müəllimidir. Məktəbi olan, milli düşüncəsi olan, milli diriliyə xidmət edən belə böyük alimlərin elmi seminarlarda, ictiami müzakirələrdə, dissertasiya müdafiələrində tutumlu çıxışlarını dinləmək əsl alimin və əsl elmin nə demək olduğunu anlamaq üçün yetərlidir. Şübhəsiz ki, Süleyman müəllimin milli dirilik düşüncəsinin formalaşmasında onun ətrafındakı mənəvi mühit mühüm rol oynamışdır. Bəxtiyar Vahabzadə, Xudu Məmmədov, Nurəddin Rza, Şirməmməd müəllim, Əbülfəz Elçibəy kimi adamların əhatəsində elə məhz Süleyman Əliyarlı kimi böyük alim, böyük ziyalı, böyük fikir adamı formalaşmalı idi, formalaşdı da. Nəinki formalaşdı, eyni zamanda yeni bir tarixçilər nəsli də formalaşdırdı. Bu baxımdan Süleyman müəllimin keçdiyi həyat yolu bir örnəkdir, elmə, millətə, vətənə xidmət etməyin yaddaqalan bir nümunəsidir.  Böyük şairimiz Bəxtiyar Vahabzadə yazırdı:”Mən Süleyman Əliyarlını 60-cı illərdən vətəndaş bir alim, əsl türk oğlu kimi tanıyıram. O vaxtdan bu günə qədər mənim ona olan sevgim ildən-ilə artır və onun mənə məlum olmayan keyfiyyətlərini öyrəndikcə qarşılıqlı sevgimiz ürək dostluğunakönül sirdaşlığına çevrilir”.

Ötən əsrin 80-ci illərinin sonunda Qarabağa qarşı erməni təcavüzü başlarkən Süleyman müəllim mücadilənin önündə gedən alimlərimizdən idi. Bəzən Garabağla bağlı elə sənədlər hazırlamaq lazım gəlirdi ki, orada həm tarixi, həm də hüquqi məsələlər öz əksini tapmış olsun. Bax həmin məqamlarda Süleyman müəllimin rəhmətlik Məmməd Xələfovla birlikdə necə fədakarlıqla çalışmaları indi də mənim gözümün qabağındadır. Hadislər başlayan zaman Süleyman müəllimin Bəxtiyar müəllimlə birlikdə 1988-ci ildə “Azərbaycan” jurnalının 9-cu sayında dərc etdirdikləri “Dağlıq Qarabağ - uydurmalar və həqiqətlər” yazısı bir sıra xarici ölkələrdə nəşr olundu. Bu yazının əhəmiyyətini Almaniyadan Əhməd Şmide belə dəyərləndirirdi: “Professor Əliyarlının Bəxtiyar Vahabzadə ilə birlikdə nəşr etdirdikləri yazı tarixi dəlilləri sərgilədiyindən sözlü bir güllə kimi Almaniyada govğa göstərisi yapan belli ağızları “tut yemiş bülbül kimisusdurmuşdu”. Məhz elə həmin illərdə Süleyman müəllim bu günöz elmisiyasi dəyərini saxlayan “Azərbaycan tarixi üzrə qaynaqlar” kitabını hazırladı. Mən əlindən elə bir gəlməyən və alimdən daha çox qaynaqçıya oxşayan bəzilərinin bu sənədlər toplusunun adındakı “qaynaqsözünüsvarkakimi yozmasının da şahidi olmuşam. Süleyman müəllimin türklük yolunda fədakar mücadiləsinin ictimayi qayəsinə yüz rəng verənlərin də yüz sifətini görmüşəm. Lakin həyat böyük elmi potensialın daşıyıcısı olan Süleyman Əliyarlının haqlı olduğunu təsdiq etdi.

1996-cı ildə Süleyman muəllim o qədər də böyük olmayan bir kollektivlə sözün tam mənasında fundamental bir gördü. Bu “Azərbaycan” nəşriyatı tərəfindən çap olunmuş “Azərbaycan tarixi: uzaq keçmişdən 1870-ci illərə qədər” adlı iri həcmli ktab idi. Bu kitabın nəşri Azərbaycan tarixinin bir sıra mühüm məsələlərinə aydınlıq gətirdi. İlk dəfə idi ki, Azərbaycan tarixinin böyük xronoloji mərhələsi müstəqillik dövrünün azad dəyərləri baxımından ümumiləşdirilirdi. Bir neçə il əvvəl bu kitabın rus dilində nəşri onun yayılma imkanlarını daha da genişləndirdi.

Süleyman müəlli 2012-ci ildə “Tariximiz açıqlanmamış mövzuları ilə” kitabını nəşr etdirmişdi. 660 səhifədən ibarət olan bu kitab onun yaradıcılığının yekunu, millət və xalq qarşısında bir alim kimi hesabatı idi. O, bir alim kimi, bir vətəndaş kimi öz börcunu yerinə yetirdi, amma mənə belə gəlir ki, Azərbaycan cəmiyyəti çox məsələlərdə Süleyman müəllimə borclu qaldı.  Biz vida mərasiminə yığıdığımız bu böyük alimdən çox şey öyrəndik və bundan sonra da öyrənməkdə davam edəcəyik. Bu günçağdaş dünyamızda onun əsərlərinə olan elmi maraq səngimək bilmir. Süleyman Əliyarlı tarixi prosesə canlı orqanizm kimi yanaşan, konseptual baxışları, elmi məktəbi və milli vicdanı olan, sözün tam mənasında millətimizi diri saxlayan alimlərimizdən və ziyalılarımızdan idi. Haqqını halal elə, hocam!

 

Cəmil Həsənli,

Tarix elmləri doktoru, professor

 

Azadlıq.- 2014.- 19 yanvar.- S.14.