Rəsulzadənin Nizami
sevgisi
Məhəmməd Əmin Rəsulzadənin
«Azərbaycan şairi Nizami» bitiyindəki azərbaycançılıq,
türkçülük, islamçılıq,
qafqazçılıq, rusluq ideyaları
Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan türklərinin XX yüzildə yetirdiyi ən
böyük politoloq, politik, tarixçi, ideoloqdur! XX yüzildə
Azərbaycandan, Bakıdan, Türkdən, azərbaycançılıqdan,
türkçülükdən, qafqazçılıqdan
yazılmış ilk, eləcə də ən yaxşı
yazıları Məhəmməd Əmin Rəsulzadə
yazmışdır!
Məhəmməd Əmin Rəsulzadə Doğuda onadək
yaranmış politik-ideoloji baxışları sistemləşdirərək
çağın yüksək ideoloji düzəyinə
qaldırmışdır. Məhəmməd Əmin Rəsulzadənin
“Azərbaycan şairi Nizami” bitiyi də böyük Azərbaycandan,
böyük Türkdən, böyük Nizami Gəncəlidən,
doğma Qafqazdan yazılmış ən yaxşı
kültür anıtıdır!
XX
yüzildə, Azərbaycanda “insanların başını bəzəyən”
Nizami Gəncəlidən yazılanların bütünü Məhəmməd
Əmin bəyin yazdıqlarına “bənzətmə”dir. Ancaq
bənzədib namizəd, doktor, professor, akademik olanlar Rus-erməni-sovet-mason
bolşefaşizminin qorxusundan yazdıqlarının
çoxunu Azərbaycanın Məhəmməd Əmin Rəsulzadə
adlı bilginindən “köçürdük”lərini, ancaq Məhəmməd
Əmin düzəyinə çatammadıqlarını
yazmamışlar. Demə, sonralar Orta okul dərsliklərinə
salınmış “Kərpickəsən kişi”ni də, “Sultan Səncərlə
qarı”nı da Məhəmməd Əmin Rəsulzadə
seçib, ayırıbmış...
Azərbaycan Türk şairi Nizami Gəncəli
(1141-1209) də tarixin gəlib-geçmiş ən
böyük bilginlərindəndir. Dünya bilim tarixində sonrakı
soyları Yunan bilgini Aristoteltək etkiləyən ikinci
filosof, bilimçi yoxdur! Kültür tarixində də ondan
sonra gələn qoşu-sənət adamlarını
“sözü göyə qaldıran” Türk - Nizami Gəncəlitək
etkiləmiş başqa bir qoşucu yoxdur!
“Dünya qoşucularının öyrətməni”
Nizami Gəncəli 1141-ci ildə Azərbaycanın Gəncə
kəndində doğulub, ömrünün sonuna kimi orada
yaşamışdır. Məhəmməd Əmin Rəsulzadə “ay
üzlü” Nizaminin doğum yeri, yaşamı ilə
bağlı yazır: “Nizami Azərbaycanın əski başkəndlərindən
Gəncədə doğulmuş, yaşamış,
gömülmüş olduğundan Gəncəli Nizami
anlamında Nizami Gəncəli deyə
tanınmışdır. Nizami ”nam-i
müstəar" deyilən taxma bir addır, əski deyimlə
- məxləsdir. Şairin əsl adı İlyasdır.
Atası Müəyəd oğlu Yusifdir. Anası, özünün də “Rəisey-i kürd”
deyə yazdığı kimi, Azərbaycan kürdlərindən,
Gəncədə yaşamış olan bir ailənin
qızıdır. Adı bəlli deyildir.
Qaynaqlarda qeyd olunmamışdır. Şairin ləqəbi Nizaməddindir. Künyəsi
Əbu-Məhəmməddir.
Əski çağların bir çox Doğu
tanınmışları kimi, Nizaminin də nə
doğulduğu, nə də öldüyü tarix kəsin bəlli
olmadığından, yalnız təxminlərləbilinməkdədir. Şair 1141-ci
(hicri 535) ildə doğulmuşdur".
Tarixin
az-çox bu toxtaq dönəmində öncə Böyük
Səlcuqluların, sonra isə soy, eləcə də politik
davamçıları Azərbaycan atabəylərilə
Şirvanşahların ağalığında olan
“Tarixi-coğrafi-politik Azərbaycan” topraqları, demək olar,
bir dövlətdə birləşdirilmiş, ölkədə
ekonomika, elm, kültür gəlişmişdir.
Bənzərsiz yaradıcılığı ilə
“Doğudan Batıyadək tanınmış” Nizami Gəncəli
çağın toplumsal-politik olaylarını bədii-tarixi
əsərlərində çox yöndən güzgüləndirmiş
görkəmli bir azərbaycançı, türkçü,
islamçı, qafqazçı ideoloqdur. Bu dörd
ulusal ideya “türklər kimi atını qabağa çəkən”
Nizami Gəncəlinin “Beşlik”ində (Xəmsə) ən
yüksək düzəydədir.
Dünya
kültür tarixini araşdıranda Homerdən Firdovsiyə,
Şekspirdən Puşkinədək heç kimin bitiklərini
“başdan ayağa gövhərə tutduran” Nizami Gəncəlinin
“Beşlik”indəki poemalara tay ədəbi əsərlər
yazmadığı görünür: “Arı-duru şeir
yaratmaq Nizaminin işidir”, “bu sənətdən ün axtarma,
o, Nizamilə sona çatmışdır!”.
“Heç kəsə pis gözlə baxmayan” Nizami Gəncəlinin
“Beşlik”i Azərbaycanın etnik, politik tarixinin qoşu ilə
yazılmış ən yaxşı bilim
qaynağıdır. “Ruhanilər məhəlləsində (şeirdən)
sultanların taxtı kimi taxt quran” Nizami Gəncəli ilk
poeması “Sirlər xəzinəsi”ndə “mən fəhmi
çağırıb, ədəbsizliyinə görə tənbeh
etdim” desə də, elə bil, böyük yaşam yolunun
başlandığını duyaraq: “Söz almazından
qılınc düzəldib dalımca gələn şairlərin
hamısının başını vurmuşam. İndiki səviyəmdə tayım olmasa da, mənim
rütbəmin başı yenə də ucalacaqdır. Mən ən yüksək zirvələrə
uçacağam. Ola bilsin, öz (yüksək)
himmətimdən də (ucalara) qalxacağam!” - deyərək dəyərli ədəbi-bədii,
fəlsəfi, politik, əxaqi, dini-ideoloji əsərlər yaratmışdır.
Saysız ardıcılları poemalarının adı,
qoşuq biçimilə bir əsərlər yazsalar da,
heç biri “öz yüksək himmətindən yuxarı
qalxmış” Nizamiyə çatmamışdır!
Türklərin
Laçın tayfasından olan Əmir Xosrov Dəhləvi
öyrətmənini “Bir mahir sənətkar toplumda insanların
başlarını bəzəyərsə, onların
ayaqlarını bəzəməyə də bir sənətkar
gərəkdir”, sözlərilə öymüş, onun
böyüklüyü önündə ancaq: “Türklərin
dəyəri çox olsa da, hindlinin də özünə
görə dəyəri var” deyə bilmişdir.
Rus-erməni-sovet-mason bolşefaşistləri Azərbaycan
Cümhuriyətini dağıdandan sonra Məhəmməd
Əmin Rəsulzadə Azərbaycandan getmiş, Türkiyə
Cümhuriyətilə Avropanın ayrı-ayrı ölkələrində
politik sığınmaçıtək
yaşamışdır. O, “Azərbaycan şairi
Nizami” anıtını da “qaçqın yaşamının
çəkilməz koşulları içərisində”
yazmışdır. Bu böyük kültür
anıtının “Başlanğıc”ının sonundakı
“Bitdi. 11 oktyabr 1941-ci il, Buxarest” sözlərindən onun
Nizami Gəncəlinin SSRİ-də II dünya savaşına
baxmayaraq, ideoloji nədənlərlə keçirilən
yubileyi günlərində yazıldığı
görünür.
Məhəmməd
Əmin Rəsulzadə yazır: Nizamiyə aid bu qələm
təcrübəsinə şairin 800-cü ildönümü
münasibətilə girişmişdir. Çox ehtimal ki, bu
ildönümündə sahibinin milliyəti dəxi, bir
sıra münaqişələrə yol açacaqdır, ona
verilməyə başlanan “Azərbaycan şairi” vəsfi onu “İran
şairi” deyə, tanıyanlardan bir qismində, etiraz deyilsə
də, alışqanlıqlarını pozan bir xoşnutsuzluq
hissi doğuracaqdır. Fəqət nə etməli,
dünya böyüklərinin adları ətrafında millətlər
arasında dartışma yeni bir şey deyildir. Sonra, başqalarının yanlış
alışqanlıqlarını pozmamaq üçün Azərbaycan
öz təbii haqqından necə vaz keçər?!
Məşhur elm, ürfan adamlarının milliyətləri
haqqındakı dartışmaya Avropa dəxi, yabançı
deyildir. Orta çağlarda, Latın dili bütün
avropalılar üçün ortaq bir bilgi dili idi. Hər millətdən aydınlar əsərlərini
bu dildə yazarlardı. Milli oyanış
və kültür istiqlallarını qazandıqları
dövrdə isə ortaq latınca, dövrünə aid
tanınmış kültür simaları, milli mənsubiyətləri
baxımından qızğın dartışmalara səbəb
olmuşdur. Batıda və Doğudakı
bu iki olayın kökü birdir. Lakin
bilginliyi xristian topluluğuna girmiş bütün
batılıların milliyəti və irq qeyrəti güdmədən
yaratdıqları bir dəyər olduğu kimi, Ərəb
bilginliyi də, eyni şəkildə müsəlman
topluluğuna girmiş doğuluların vücuda gətirdikləri
bir varlıqdır.
Tarixin
müəyyən qanuna tabe yürüşündən
çıxan bu olayı elmi bir əda ilə anlatmaq istərsək,
fikrimizi bu sürətlə xülasə edə bilirik: Ümmət
dövründə milliyət və irq
ayrılığına dəyər verilmədiyi
üçün çox da aranmayan “mədəniyətdə
ortaqlıq hissəsi”, milliyət dövründə
aranmağa başlanmış və hər millət, islam mədəniyət
və ürfanına öz millətindən böyüklərin
xidmətlərini bildirməkdən özəl zövq
duymuşdur.
Məhəmməd Əmin Rəsulzadə də çox
böyük sevgi duyğusu ilə Azərbaycanın Türk
ulusuna, bütün azərbaycanlılara ərmağan olacaq
“Azərbaycan şairi Nizami” adlı kültür anıtı
yaratmışdır. Biz bu kültür anıtdan Azərbaycanı,
Türk ulusunu tanımaq, tanıtmaq üçün
yararlanmalıyıq.
Bitiyini
“gövhər ocağı” Nizami Gəncəlinin 1951-ci ildə
keçirilən yubileyinə sağlayan Məhəmməd
Əmin bəy 1948-ci il aprelin 8-də
yazır: “Kitabımız Nizaminin 800-cü doğum
ildönümü münasibətilə, 1941-də bitmiş,
fəqət savaşın doğurduğu çətinliklər
üzündən basımı gecikmişdir. Bu
gecikmə bir yandan müəllifin təəcüfünü
gərəkdirmişsə də, o biri yandan, yeni materiallar, ekləmələr,
təsvirlər və haşiyələr gətirmişdir.
Qaynaqlardakı bəzi, 1941-ci ildən sonrakı
tarixlər kitabda bu sürətlə yer almışlar. ”Ekləmə" bölümündə, bilxassə,
“Nizamidən çevirmələr” qismi
varlığını bu gecikməyə borcludur.
Fəsil başlarındakı Nizamidən alınan beytlərin
türkcə çevirmələri bu gecikmədən
qazanılan zamanda edilmişdir. Gərək bu
kiçik “not”ların, gərək kitabın haşiyələrilə
sonuna eklənmiş olan mənzum parçaların, müəllif,
ustadın əsərinə layiq bir şəkildə türkcəmizə
çevrilmiş olduğu iddiasında deyildir. Bunların Nizami nəzminin ruhunu, uzaqdan olsun, əks
etdirib-etdirmədiklərini təqdiri təbiidir, oxuculara
buraxılmışdır. Zatən əsərin bu
xüsusda müəyən bir davası da yoxdur, yetişir ki,
bəzək olsun deyə, edilən bu əlavələr, əsərin
əsil gözə aldığı məqsədi
pozmasın... İllərin məhsulu olsa da,
vasitələrin çox da tam olmadığı şərtlər
içində doğulan bu əsərinin, müəllif, istər-istəməz
əksikliklərdən uzaq qalmadığına qanedir. Oxucularından dilədiyi ən səmimi şey, bu əksiklikləri
ona bildirmələridir. Bu surətdə
Nizami haqqında, bizdə zatən əksik olan məlumatın
tamamlanmasına xidmət etmiş olurlar".
Məhəmməd Əmin bəyin “Azərbaycan şairi
Nizami” bitiyində “İki Leyli-Məcnun. (Nizamilə
Füzuli arasında bir qarşılaşdırma)” adlı bir
ekləmə vardır. Azərbaycanda bu çağa kimi
bu konudan kimsə belə taysız araşdırma yazmayıb! Onu ancaq Üzeyir bəy Hacıbəylinin “Leyli-Məcnun”
operası ilə tutuşdurmaq olar. Ekləmə “Nizami Məcnunu
şeirləşdirmişsə, Füzuli şeiri məcnunlaşdırmışdır”
ATA SÖZÜ ilə bitir. Bu açıqlamada bir 400 il sözü də vardır. Biz də bu ATA
SÖZÜNÜ 400 il keçəndən
sonra daha bir Türk - Üzeyir bəy Hacıbəyli Məcnunla
Leylinin ilahi sevgisini musiqiləşdirmişdir! - sözlərilə bir az da
dolğunlaşdırır, Türklərin dünyanın
uyqarlıq,- kültür tarixindəki yerini bir daha gözə
çarpdırırıq.
İdeyadan, ideologiyadan bir neçə söz. İdeya Yunan
sözüdür, Türk dilində düşüncə,
baxış, görüş deməkdir. Insan
sinir-nerv sistemilə doğadan (ərəbcə təbiətdən)
aldığı bilgilərdən-informasiyalardan sözlər,
ideyalar, baxışlar yaradır.
İdeyalar gerçək (obyektiv), bir də
düşüncəl (subyektiv) olur. Doğa bilimləri (ərəbcə
elmləri) gerçək ideyaları öyrənir.
Toplumsal-politik bilimlər gerçək ideyalarla yanaşı az da olsa, düşüncəl ideyaları da
öyrənir.
İnsanlar ideyaları yaşamlarını qurmaq,
çatışmazlıqlarını ödəmək
üçün yaradırlar. İdeya bireyi, ulusu,
dövləti, Yer üzündəki yaşamı yox etmək
üçün də yaradıla bilər.
İdeyalar insanları tərpədib istəyə, amaca
çatdırdığından onlardan ideologiyalar
yaradılır. Ulusalçı, dinçi, sinifçi,
liberal, superetnik, faşist, eləcə də başqa adlar
qoyulan bu ideologiyalar çeşidli dövlət
politikalarının özəyində durur, onlardan toplumu
yönətməkdə yararlanırlar.
Politologiyada
ideologiyaya iki yanaşma vardır: a) ulusa, dövlətə,
topluma ideologiya gərəkdir, b) gərək deyildir?
Çağdaş yaşam bizə minillik Orta
çağ dərəbəyliyini dəstəkləyən
ikiyüzillik Rus-Sovet saldırısından yenicə qurtulub
dirçəlmək istəyən Azərbaycan türkləri
kimi uluslara, Azərbaycan xalqıtək toplumlara ulusal
ideologiyanın gərəkliyini göstərdi. Ulusal
ideologiyası olmayan ulus hara getdiyini bilməyən
başsız atlıya oxşayır. Buna görə də
Azərbaycan türkləri, Azərbaycan xalqı strateci
yaşam, varlıq proqramını - ulusal ideologiyasını
yaratmalıdır!
Son 20 ildə Azərbaycan Respublikasında azərbaycançılıq,
azərbaycanlılıq, türkçülük, milliyətçilik,
islamçılıq, qafqazçılıq, sosial-demokratiya,
liberalizm, tutuculuq-mühafizəkarlıq-konservatizm kimi ideyalar
geniş yayılıb. İlk baxışdan çəkici
görünən bu ideyalar çağın demokratik
baxışları ilə gücləndirilsə də, bu
gün ulusun toplumsal-politik, ekonomik, mənəvi-psixoloji,
kültür çıxarlarını bütünlüklə
ödəyən ulusal özünüdoğrulama mexanizminə,
ulusal ideologiya düzəyinə çatmayıblar.
Ancaq XX yüzilin başlarında Azərbaycanın
ulusalçı aydınlarının yaratdıqları
Müsavat Partiyası “millətçilik,
türkçülük, vətənçilik, azərbaycançılıq,
milli dövlətçilik, inqilabçılıq,
xalqçılıq, cümhuriyətçilik”
ideyalarını “siyasi millətçilik,
istiqlalçılıq - azərbaycançılıq”
düzəyinə qaldırıb, ulusal ideologiyaya çevirə
bilmişdi.
Buna görə də Azərbaycan türkləri 1918-ci il mayın 28-də yoxdan bir bayraq
qaldırıb, qutlu bir ideal - Azərbaycan Cümhuriyətini
yaradaraq, 1991-cı ildə onu Azərbaycan Respublikası
adı ilə yenidən qurdular.
“Azərbaycan türk olduğunu anlamışdır!” deyən ulusal ideoloq Məhəmməd Əmin Rəsulzadə şəhidlərin qanı ilə qurulmuş ulus dövlətini bütün yurddaşlara yurd olması üçün Azərbaycan Türk Respublikası yox, Azərbaycan Respublikası adlandırdıqlarını yazıb.
Bir sıra politiklərə görə: “Azərbaycançılıq anlayışı milli-siyasi diskursda nisbətən yaxın vaxtlardan işlədilir. O, ölkədə bütün etnik qrupları və millətləri ümumdövlət mənafeləri və dəyərləri əsasında real surətdə birləşdirmək ideyasının verballaşdırılması kimi 1992-1993-cü illərdə xüsusilə geniş yayılan şovinis və separatçılıq əhval-ruhiyəsinə qarşı mübarizə ideyası kimi meydana gəlmişdir”.
Bu yanlış, politik düşüncədir, Azərbaycanın ideologiya tarixini ən azı min il geri çəkməkdir!
Azərbaycanın filosofları “İstoriya Azerbaydjanskoy filosofii” (B., 2002, I c.) bitiyində azərbaycançılığın miladın VIII-X yüzillərində formalaşdığını yazmışlar.
Kökləri miladdan qabaq IV-III minilliklərdən
gələn Dədə Qorqud boylarında türkçülük,
azərbaycançılıq yüksək düzəydədir.
Yadigar Türkel,
fəlsəfə üzrə elmlər
doktoru
ardı var
Azadlıq.- 2015.- 25 may.- S.12.